Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-35/2022 24.08.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1994-cü il tarixdə Şabran rayonu, Beynəlmilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Gəndov- Yalama yolunun Şabran rayonu ərazisindən keçən 9-cu kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 64cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq “BMW 523” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saat sürətə qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə edib Gəndov istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməmiş, qarşısında eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan X3 idarə etdiyi “Mercedes- Benz E300” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş, ehtiyatsızlıqdan “Mercedes-Benz E300” markalı avtomobilin sərnişin Zərərçəkmiş şəxs sağ bud-çanaq oynağının travmatik çıxığı və sirkə kasasının arxa kənarının yerdəyişmiş sınığı kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərdi ki, avtomobil sürməyi bacarır, lakin sürücülük hüququ yoxdur. xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində o, və əmisi oğlu Şahid2 ilə bilikdə Şabran rayonu, Ağalıq kəndində əmisi nəvəsinin kiçik toyundan çıxıb yaşadıqları evə getmək istəmişlər. Nicat içkili olduğundan özünə məxsus “BMW” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürməyi ondan xahiş etmişdir. Eyni zamanda özü də Nicatın içkili vəziyyətdə avtomobil sürməyinə icazə verməzdi. Ona görə də Nicata məxsus olan “BMW” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturub sürərək yola düşmüşlər. Nicat qabaq sərnişin oturacağında əyləşmiş, avtomobildə başqa adam olmamışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Onlar Gəndov-Yalama yolunda Gəndov istiqamətində hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə "Niva” markalı avtomobil, onun da qarşısında “Mercedes-Benz” markalı avtomobil hərəkət etmişdir. İdarə etdiyi avtomobilin hərəkət sürəti təxminən 80-90 km/saat olardı. Avtomobili yaxınvurma işığı ilə sürmüşdür. Bu zaman qarşıda hərəkət edən “Niva” markalı avtomobil yolun soluna dönmüşdür. O, ara məsafəsi saxlamadığından qarşıda hərəkət edən “Mercedes-Benz” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən idarə etdiyi avtomobillə vurmuşdur. Zərbənin təsirindən onlar xəsarət almışlar. Hadisədən sonra o, zərərçəkmişlərlə mütəmadi əlaqə yaratmış, onlarla barışıq əldə etmişdir. Etdiyi əmələ görə peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Şahid3 ilə onlar ailəvi dostdur. Fərid “Mercedes-Benz” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində Fəridin idarə etdiyi “Mercedes-Benz” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndov- Yalama yolunun Şabran rayonu ərazisindən keçən hissəsində Xaçmaz şəhəri istiqamətində hərəkətdə olmuşlar. Avtomobildə o, Fəridin arvadı X1, onların azyaşlı oğlu X6, anası Şahid1 və qardaşı Şahid4 da var idi. Ağamurad qabaq sərnişin oturacağında onlar isə arxa sərnişin oturcağında əyləşmişlər. Həmin vaxt əyləşdiyi avtomobilin qarşısında hər hansı bir nəqliyyat vasitəsi hərəkət etməmişdir. Lakin arxadan gələn və sonradan markasına və qeydiyyat nişanına fikir verdiyi “BMW” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil əyləşdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən onlar xəsarət alıb xəstəxanaya müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şahid3 ilə onlar ailəvi dostdur. Fərid “Mercedes Benz” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində Fəridin idarə etdiyi “Mercedes- Benz” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndov-Yalama yolunun Şabran rayonu ərazisindən keçən hissəsində Xaçmaz şəhəri istiqamətində hərəkətdə olmuşlar. Avtomobildə o, Fəridin arvadı X1, onların azyaşlı oğlu X6 və qızı Zərərçəkmiş şəxs, oğlu Şahid4 da var idi. Ağamurad qabaq sərnişin oturacağında, onlar isə arxa sərnişin oturcağında əyləşmişlər. Həmin vaxt qarşıda hər hansı bir nəqliyyat vasitəsi hərəkət etməmişdir. Lakin arxadan gələn və sonradan markasına və qeydiyyat nişanına fikir verdiyi “BMW” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil əyləşdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən onlar xəsarət alıb xəstəxanaya müraciət etmişlər. Hadisədən sona Təqsirləndirilən şəxs onlarla həmişə əlaqə yaratmış, qızı Hökmənin aldığı xəsarətə görə müalicəsinə köməklik göstərmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir tələbləri və şikayətləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindrilən Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindrilmiş Şahid2 göstərmişdir ki, BBCE kateqoriyalı sürücülük hüququ olmaqla özünə məxsus olan "BMW 523” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil sürür. xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində o, əmisi oğlu Təqsirləndirilən şəxs ilə bilikdə Şabran rayonu, Ağalıq kəndində əmisi nəvəsinin kiçik toyundan çıxıb yaşadıqları evə getmək istəmişdir. Spirtli içki olan araq içdiyindən, həmçinin Kamil spirtli içki qəbul etmədiyindən o, sonuncudan onun avtomobilini sürməyi xahiş etmiş və Kamil də onunla razılaşmışdır. Onlar Gəndov-Yalama yolunda Gəndov qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. Həmin zaman qarşıda “Niva” markalı avtomobil, onun da qarşısında “Mercedes-Benz” markalı avtomobil hərəkət etmişdir. O, qabaq sərnişin oturacağında əyləşmişdir. Əyləşdiyi avtomobilin hərəkət sürəti təxminən 80-90 km/saat olardı. Bu zaman qarşıda hərəkət edən “Niva” markalı avtomobil yolun soluna dönmüşdür. Kamil ara məsafəsi saxlamamış və qarşıda hərəkət edən “Mercedes-Benz” markalı **-DZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən maşında olanlar xəsarətlər almışlar. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 336 №-li rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bud-çanaq oynağının travmatik çıxığı və sirkə kasasının arxa kənarının yerdəyişmiş sınığı bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8/741 nömrəli rəydən görünür ki, “BMW” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “BMW” markalı avtomobili sürücülük vəsiqəsi olmadan və hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/s-a qədər məhdudlaşdırılmış yolda 80-90 km/s sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 33-cü hissəsinin 4-cü hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası BDYPİ Qİİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-39992- 1222 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş, həmçinin o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan AZ-İİ seriyalı 200965 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 04 avqust 2017-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Cinayət işi materiallarında olan AZE seriyalı ******* saylı və AA2180913 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından xx.xx.2018-ci ildə Bəyimxanım və xx.xx.2020-ci ildə Cahid adlı uşaqları olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 13 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində iki azyaşlı uşağının olması təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, ailənin yeganə qazanc gətirəni olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza növü və həddi təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və iş üzrə cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə 85 (səksən beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “BMW 523” markalı **-NH-*** və “Mercedes Benz E300” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “BMW 523” markalı **-NH-*** və “Mercedes Benz E300” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilsin. Hökmün icrası Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çindiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-35/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-35/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver