Məhkəmə qərarları › İş №1(031)-36/2020

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-36/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-36/2020 08.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Oruclu Rüstəm Əfqan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə xx xxxxx 1987-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Şabran rayonu, Düzbilici kəndi ərazisində yerləşən meşə zolağında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sərxoş vəziyyətdə yaranmış mübahisə zamanı sonuncu, stolun üzərində olan stəkanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sol gözətrafı nahiyənin sol göz almasına massiv qansızma ilə müşayiət olunan qançırlardan, burun kökünün sol yarısının və sol yanaq nahiyəsinin əzilmiş yaralarından, xarici burun nahiyəsində yumuşaq toxumaların əziyindən ibarət bədən xəsarətləri yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclasında göstərdi ki, halhazırda heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, hərdən bir Şabran rayonu Düzbilci kəndinə gedib orada yaşayan qardaşı Elçin Əhmədovun evində qalır. 2020-ci ilin mart ayından isə ümumiyyətlə Şabran rayonu Düzbilci kəndində qalır. xx xxxxxxxx 2020-ci il tarixdə Düzbilci kəndində yaşayan Müslüm adlı tanışının ad günü olmuş, Müslüm ad gününü yaşadığları Düzbilci kəndinin ərazisində olan meşə zolağı adlanan ərazidə keçirməyi planlaşdırmışdır. Müslümün ad günündə həmkəndliləri – Dəyanət, Habil, Hüseynbala və Zaur da olmuşdur. Onlar meşə zolağında yemək yeyən zaman spirtli içki də qəbul etmişlər. Onlar yeyib-içən zaman Hüseynbala onun mərhum atası Əlikramın məzarını və anası Umsələməni nalayiq ifadələr ilə təhqir etdiyinə görə süfrənin üzərində olan şüşə stəkanı götürərək Hüseynbalanın sifət nahiyəsinə vurmuşdur. Hüseynbalanı vurması nəticəsində sonuncunun sol gözünün altından və burun nahiyəsindən qan axmağa başlamışdır. O, Hüseynbalanı vurduqdan sonra yanında olan Dəyanət, Habil, Zaur və Müslüm onları sakitləşdirmişlər, Habil Hüseynbalanı yaşadığı evə aparmış, o da öz yaşadığı evə getmişdir. Hüseynbala onun mərhum atası Əlikramın məzarını və anası Umsələməni nə üçün nalayiq ifadələr ilə söydüyünü bilməmişdir. O, Hüseynbala ilə mübahisə edən zaman Hüseynbala onu vurmamışdır. Həmin hadisədən sonra o, Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar, etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti olmadığından barəsində olan cinayət işinin icraatına xitam verilnməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində o, Şabran rayonu Düzbilci kəndində yaşayan tanışı Habilin evinə getmişdir. Habil ilə söhbət zamanı bilmişdir ki, həmkəndlisi Müslüm Düzbilci kəndinin yaxınlığında yerləşən meşə zolağında ad günü keçirir. Həmin tədbirdə iştirak etmək üçün o, Düzbilci kəndində yaşayan Elvinlə birlikdə Habilə məxsus ''UAZ” markalı avtomobillə meşə zolağına getmişlər. Meşə zolağında Düzbilci sakinləri – Müslum, Zaur, Dəyanət də olmuşlar. Onlar görüşdükdən sonra bir yerdə əyləşib yeyib içməyə başlamışlar və yeyib-içən zaman spirtli içki də qəbul etmişlər. Elvin stolda köynəyini çıxartdığına görə ona "ayıbdır, köynəyini geyin" demişdir. Bu mövzuda aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı Elvin stolun üzərində olan şüşə stəkanı götürərək onun sifət nahiyəsinə vurmuşdur. Elvinin stəkanla onu vurması nəticəsində o, sifət nahiyəsindən xəsarət almışdır. Yanlarında olan Zaur, Habil, Dəyanət və Müslüm Elvini sakitləşdirmiş və Habil özünə məxsus “UAZ” markalı avtomobillə onu yaşadığı evə aparmışdır. O, Elvinin mərhum alası Əlikramın məzarını və anasını nalayiq ifadələr ilə söyərək təhqir etməmiş, hal-hazırda onun sifət nahiyəsində xəsarətlər vardır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, ona görə də, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, xx xxxxxxxx 2020ci il tarixdə həmkəndlisi Müslümün ad günü olmuşdur və o, Elvin, Müslüm, Zaur, Hüseynbala və Habil ilə birlikdə Şabran rayonu Düzbilci kəndinin ərazisində olan meşə zolağında Müslümün ad gününü qeyd etmişlər. Ad günü tədbirinin gedişatında meşə zolağında gəzişən zaman eşitmişdir ki, Elxan stəkanla Hüseynbalanın üz nahiyəsinə vurub. O, onların yanına gəlib çatdığı zaman görmüşdür ki, yanlarında olan Müslüm, Zaur və Habil Elvin və Hüseynbalanı sakitləşdirirlər. Sonradan ona məlum olmuşdur ki, Hüseynbala və Elvin spirtli içki qəbul etdikdən sonra aralarında mübahisı baş vermiş və Hüseynbala Elvinin valideynlərinin ünvanına söyüş etdiyinə görə Elvin Hüseynbalanı vurub. Elvinin Hüseynbalanı vurması nəticəsində sonuncu, sifət nahiyəsindən xəsarət almışdır, Hüseynbalanı yaşadığı evə Habil aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 193 saylı rəylə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözətrafı nahiyənin sol göz almasına massiv qansızına ilə müşayiət olunan qançırlar, burun kökünün sol yarısınını və sol yanaq nahiyəsinin əzilmiş yaraları, xarici burun nahiyəsində yumşaq toxumaların əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinə olunanın göstərdiyi, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə döyülmə zamanı alına bilərdi, travmanın mexanizmi, eləcə də aləti təhqiqat yolu ilə araşdırıla bilər, özü-özünə yetirilməsinə xarakterik deyil, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 3816 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda arvadı X1 ilə birlikdə yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 3819 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünün təqsirli bilməklə əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur, barəsində sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin cinayət əməli törətmiş şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibi ictimaixüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar