Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-36/2021 17.07.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndə şəxs Nümayəndə Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Şabran rayonu, Hacıiskəndər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Hacıisgəndər kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci il ilin dekabr ayının ortalarında Şabran rayonu Ağbaş Bələdiyəsinin mülkiyyətinə aid olan Çaraq kəndindən Hacıisgəndər kəndinə gedən avtomobil yolunun sol hissəsində yerləşən torpaq sahədə yaşadığı evin istiliyini qış mövsümündə təmin etmək niyyəti ilə təbii yolla bitmiş 02 ədəd 8 sm, 07 ədəd 10 sm, 09 ədəd 12 sm, 04 ədəd 14 sm, 13 ədəd 16 sm, 06 ədəd 18 sm, 18 ədəd 20 sm, 01 ədəd 22 sm, 08 ədəd 24 sm, 01 ədəd 26 sm və 02 ədəd 26 sm diametrliklərində, ümumilikdə 71 ədəd palıd cinsindən olan yaş kök üstə, bioloji inkişaf edən ağacları benzinlə işləyən motorlu odun kəsən mişarla qanunsuz olaraq kəsməsi nəticəsində Ağbaş bələdiyyəsinə ümumilikdə 11.540 manat məbləğində külli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Şabran rayonu Hacıisgəndər kəndində 3 otadan ibarət birmərtəbəli evdə yaşayır. Rayon mərkəzinə gedib gəldiyi yol Siyəzən rayonunun ərazisindən keçir. Yaşadığı kənddə qaz olmadığı üçün odun alıb qışda evi istilədir. 2020-ci ilin noyabr ayında yaşadığı evin həyətində qış üçün yandırmağa əvvəlcədən alıb yığdığı odunlar qurtadığı üçün və odun almağa maddi imkanı olmadığından 2020-ci ilin dekabr ayının ortalarında özünə məxsus olan benzinlə işləyən motorlu odun kəsən mişarı götürüb, Şabran rayonu Çaraq kəndindən Hacıisgəndər kəndinə gedən avtomobil yolunun sol hissəsindəki sahədə olan ağaclardan 71 ədəd palıd ağaclarını kəsib bir yerə yığmışdır. Təxminən 14 dekabr 2020-ci il tarixdə tanışı Niyaz adlı şəxsə telefon zəngi edərək əvvəllər tanıdığı Siyəzən rayonu Calğan kənd sakini Şahid4 telefonuna zəng çatmadığını bildirib sonuncunun onun olduğu yerə göndərməsini xahiş etmişdir. Niyaz isə ondan Vasifi nə üçün çağırmağının səbəbini soruşan zaman, o, yaşadığı kəndin alt hissəsində qanunla kəsib doğradığı odunlar olduğunu və həmin odunları yaşadığı evin həyətinə Vasifin idarə etdiyi yük avtomobili ilə aparmaq istədiyini bildirmişdir. Həmin gün, yəni 14 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Vasif idarə etdiyi “QAZ-66” markalı avtomobili ilə onun olduğu yerə gəlmiş və ondan ağacların kəsilməsi ilə bağlı sənədi olub-olmadığını soruşmuşdur. O, Vasifə odunların kəsilməsi üçün sənədinin olmadığını, ağacları qanunsuz kəsib yandırmaq üçün yaşadığı evin həyətinə aparmaq istədiyini bildirmişdir. Vasif onun qanuni sənədi olmadığını görüb, onunla sağollaşaraq odunları aparmaqdan imtina etmiş və avtomobilinə oturub həmin yerdən çıxıb getmişdir. O, kəsdiyi ağacları əllə daşıya bilmədiyi üçün yaşadığı evə getmişdir. Həmin vaxtdan bir-iki gün sonra Şabran Meşə idarəsindən onu çağırmışlar və qanunsuz ağacları kəsib təbiətə ziyan vurduğunu bildirmişlər. O, bu barədə həmin vaxt izahat yazmış və qışda yandırmağa odunu olmadığı üçün ağacları kəsdiyini bildirmişdir. Ağacları kəsməsi barədə bilet almaq üçün meşə gözətçisi işləyən Dövlət adlı şəxslə danışmış, lakin ağacları kəsməsi barədə heç bir söz deməmişdir. O, törətdiyi əməli tam ciddi qəbul etməmiş və işləmək üçün 20 dekabr 2020-ci il tarixdə yaşadığı Şabran rayonu, Hacıisgəndər kəndindən çıxıb Qobustan rayonuna getmişdir. 2021-ci ilin mart ayının sonlarında isə Qobustan rayonunda çoban işlədiyi yerdən ayrılıb Sumqayıt şəhərinə gəlmiş və Sumqayıt şəhərində yük avtomobili sürücüsü kimi işləmişdir. 16 may 2021-ci il tarixdə saat 18 radələrində Siyəzən rayonuna gəlmiş və həmin gün saat 21 radələrində Siyəzən rayonundan geri qayıdan zaman polis əməkdaşları onu saxlamış və axtarışda olduğunu bildirərək Şabran RPŞ-nə dəvət etmişlər. Etdiyi əməldən peşmandır, bələdiyyəyə vurduğu ziyanı tam ödəyəcəyinə söz verir və xahiş edir ki, ona həbslə əlaqədar olmayan cəza verilsin. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, o, 20 ildir ki, Şabran rayonu Ağbaş kənd bələdiyyəsində baş mühasib vəzifəsində işləyir. İşlədiyi Şabran rayon Ağbaş bələdiyyəsinin mülkiyyətində olan torpaqların sahəsi 5700 hektardır. 16 dekabr 2020-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişi Şahid7, meşə gözətçisi Şahid3, meşəbəyi Şahid2 və işlədiyi Ağbaş bələdiyyəsinin sədri Şahid1 iştirakları ilə monitorinq keçirilmişdir. Baxışda iştrak etmək üçün Təqsirləndirilən şəxs, Şahid7 tərəfindən çağrılmış, lakin Firdovsi baxışda iştrak etməkdən imtina etmişdir. Monitorinq keçirilən yer Şabran rayonu, Ağbaş bələdiyyəsi fonduna məxsus, Çaraq kəndindən Hacıisgəndər kəndinə gedən yolun sol çaya tərəf gedən hissəsində olmuşdur. Monitorinq keçirilən zaman diametri 8 sm olan 2 ədəd, diametri 10 sm olan 7 ədəd, diametri 12 sm olan 9 ədəd, diametri 14 sm olan 4 ədəd, diametri 16 sm olan 13 ədəd, diametri 18 sm olan 6 ədəd, diametri 20 sm olan 18 ədəd, diametri 22 sm olan 1 ədəd, diametri 24 sm olan 8 ədəd, diametri 26 sm olan 1 ədəd, diametri 28 sm olan 2 ədəd olmaqla ümumilikdə 71 ədəd palıd ağaclarının kəsildiyi aşkar edilmişdir. Məhkəmə istintaqı gedişində Təqsirləndirilən şəxs Ağaş Bələdiyyəsinə vurduğu ziyana görə 200 manat pul vəsaiti ödəmişdir. Təqsirləndirilən şəxs xəstə olan anasının sonuncunun himayəsində yaşamasını nəzərə alaraq, həbs olunmasını istəmirlər, lakin bələdiyyəyə vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, 1999-cu ildən etibarən Şabran rayonu, Ağbaş bələdiyyəsinin sədri vəzifəsində işləyir. Sədri olduğu bələdiyyə mülkiyyətinə məxsus olan torpaqların sahəsi 5700 hektardır. 16 dekabr 2020-ci il tarixlərdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişi Şahid7, meşə gözətçisi Şahid3, meşəbəyi Şahid2 və onun iştrakları ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı baxışda iştrak etmək üçün Təqsirləndirilən şəxs, Şahid7 tərəfindən çağrılmış, lakin Firdovsi baxışda iştrak etməkdən imtina etmişdir. Monitorinq keçirilən yer Şabran rayonu, Ağbaş bələdiyyəsi fonduna məxsus Çaraq kəndindən Hacıisgəndər kəndinə gedən yolun solunda yerləşən çaya tərəf gedən hissədə yerləşmişdir. Monitorinq keçirilən zaman diametri 8 sm olan 2 ədəd, diametri 10 sm olan 7 ədəd, diametri 12 sm olan 9 ədəd, diametri 14 sm olan 4 ədəd, diametri 16 sm olan 13 ədəd, diametri 18 sm olan 6 ədəd, diametri 20 sm olan 18 ədəd, diametri 22 sm olan 1 ədəd, diametri 24 sm olan 8 ədəd, diametri 26 sm olan 1 ədəd, diametri 28 sm olan 2 ədəd, ümumilikdə 71 ədəd palıd ağaclarının kəsildiyi aşkar edilmişdir. Kəsilmiş ağaclar təbii yolla bitmişdir. Baxış keçirilən kolluq örüş torpaq sahəsi olduğuna görə Ağbaş bələdiyyəsinə məxsus olsa da, həmin ərazinin mühafizəsinin təşkili Ağbaş bələdiyyəsinə məxsus olmamış və həmin ərazilərin mühafizəsi təşkili meşə idarəsinə aid olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 Səttar oğlu göstərdi ki, o, 2014cü ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsi sektorunda aparıcı məsləhətçi – müfəttiş vəzifəsində işləyir. X5 kurasiyasına aid olan rayonların ərazilərində ətraf mühitin qorunmasına nəzarət etməkdən ibarətdir. İdarəyə daxil olmuş şifahi məlumata əsasən Şabran rayonu, Hacıisgəndər kəndinin yaxınlığında həmin kənd sakini Firdovsi adlı şəxs tərəfindən qanunsuz ağac kəsmə halları olması bildirilmişdir. Bundan sonra o, həmin əraziyə gedib monitorinq keçirməzdən əvvəl 15.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs öz xətti ilə izahatını almışdır. Firdovsi heç bir təzyiq və təsir altında olmadan izahatını yazmışdır. Firdovsi, ona verdiyi izahatında Şabran rayonu, Hacıisgəndər kəndinin yaxınlığında 71 ədəd bioloji inkişafda olan müxtəlif diametrli palıd ağacını evini istilətmək üçün kəsdiyini bildirmişdir. Firdovsinin izahatını aldıqdan sonra, sonuncuya kəsdiyi ağaclar yerləşən əraziyə baxış keçirilməsində iştirak etməli olduğunu demişdir. Firdovsi isə ona həmin gün işi olduğunu və sonrakı gün baxışda iştirak edə biləçəyini demişdir. 16.12.2021ci il tarixdə o, Şabran Rayon Meşə X2 meşəbəyiliyinin meşəbəyisi Şahid2 və həmin meşəbəyiliyin 6 sayı dolayının gözətçisi Şahid3la birlikdə, ağac kəsilən əraziyə getmişdir. Təqsirləndirilən şəxs keçirilən monitorinqdə iştirak etməsini bildirsə də, dəfələrlə onunla əlaqə saxlamağa çalışsa da, Firdovsi gəlməmişdir. Adlarını yuxarıda qeyd etdiyi şəxslərlə birlikdə Şabran rayon Ağbaş bələdiyyəsinin mülkiyyətinə aid olan Çaraq kəndindən Hacıisgəndər kəndinə gedən avtomobil yolunun sol hissəsində yerləşən əraziyə 16.12.2020-ci il tarixdə təxminən saat 10-11 radələrində baxış keçirmişdir. Baxış zamanı qeyd etdiyi yerdə təxminən 200 kv. metr ərazidə 02 ədəd 8 sm, 07 ədəd 10 sm, 09 ədəd 12 sm, 4 ədəd 14 sm, 13 ədəd 16 sm, 06 ədəd 18 sm, 18 ədəd 20 sm, 01 ədəd 22 sm, 08 ədəd 24 sm, 01 ədəd 26 sm və 2 ədəd 26 sm diametrliyində, ümumilikdə 71 ədəd palıd cinsindən olan yaş kök üstə, bioloji inkişafda olan ağacların qanunsuz kəsildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmış və ümumilikdə 11540 manat oduğu müəyyən edilmişdir. Ağaclar qanunsuz kəsildikdən sonra doğranmış odunlar həmin ərazidə qalmışdır. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, Siyəzən rayonu, Cağlan kənd sakini Şahid4 kəsilmiş odunları gətirmək üçün 14.12.2020-ci il tarixdə Şabran rayonu, Hacıisgəndər kəndinə getdiyini bildirmişdir. Bundan sonra, o, monitorinqi başa çatdırmış və Vasif adlı şəxslə görüşmüşdür. Vasif adlı şəxsdən alınmış izahatda sonuncu göstərmişdir ki, Siyəzən rayon Məşrif kənd sakini Niyaz adlı şəxsin xahişi ilə Şabran rayonu Hacıisgəndər kəndinə getmiş, orada Təqsirləndirilən şəxs görmüş, kəsilmiş odunların sənədinin olub-olmadığını soruşduqda Firdovsi Vasifə heç bir sənəd təqdim edə bilmədiyindən odunları öz yük maşını ilə daşımaqdan imtina etmişdir. Şabran RMTM-dən, eləcə də Ağbaş bələdiyyəsindən verilmiş müvafiq sənədlərə əsasən qanunsuz ağac kəsilmiş ərazi meşə ərazisinə, yəni Şabran RMTM-nın ərazisinə aid olmadığını, həmin ərazinin Şabran rayon Ağbaş bələdiyyəsinin mülkiyyətinə aid olduğunu bildirmişdir. Monitorinq başa çatdıqdan sonra, doğranmış odunlar müvafiq akt tərtib edilməklə mühafizə olunması üçün müvəqqəti Şabran RMTM-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, o, 2001-ci ilin yanvar ayından etibarən Şabran RMTM-nin Dəvəçi meşəbəyiliyinin meşəbəyisi vəzifəsində işləyir. Vəzifəsi meşə bərpa işlərinin aparılması, mühafizə işlərinin, yanğına qarşı mühafizə işlərinin aparılması, meşə əkini tədbirləri və xidmətlərinin həyata keçirilməsi, meşə gözətçilərinə rəhbərlik edilməsindən ibarətdir. Dəvəçi meşəbəyliyinin sahəsi 6040 hektara yaxındır. 01.12.2020-ci ildən əmək məzuniyyətində olmuşdur. 16 dekabr 2020-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişi Şahid7, meşə gözətçisi Şahid3, Ağbaş bələdiyyəsinin sədri Şahid1 və onun iştirakı ilə monitorinq keçirilmişdir. Baxışda iştrak etmək üçün Təqsirləndirilən şəxs Şahid7 tərəfindən çağrılmış, Firdovsi baxışda iştrak etməkdən imtina etmişdir. Monitorinq keçirilən yer Şabran rayonu, Ağbaş bələdiyyəsi fonduna məxsus, Çaraq kəndindən Hacıisgəndər kəndinə gedən yolun sol çaya tərəf gedən hissəsində yerləşmişdir. Monitorinq keçirilən zaman diametri 8 sm olan 2 ədəd, diametri 10 sm olan 7 ədəd, diametri 12 sm olan 9 ədəd, diametri 14 sm olan 4 ədəd, diametri 16 sm olan 13 ədəd, diametri 18 sm olan 6 ədəd, diametri 20 sm olan 18 ədəd, diametri 22 sm olan 1 ədəd, diametri 24 sm olan 8 ədəd, diametri 26 sm olan 1 ədəd, diametri 28 sm olan 2 ədəd qanunsuz kəsilmiş palıd ağacları aşkar edilmişdir. Ağaçların kəsildiyi ərazi Ağbaş kənd bələdiyyəsinə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, 1991-ci ildən etibarən Şabran RMTM-nin Dəvəçi meşəbəyliyində gözətçi vəzifəsində işləyir. Vəzifəsi nəzarətində olan meşə dolayının və ona təhkim olunmuş əmlakın mühafizə edilməsindən ibarət olmuşdur. Dəvəçi meşəbəyliyinin sahəsi 6040 hektara yaxındır. 16 dekabr 2020-ci il tarixlərdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçimüfəttişi Şahid7, meşəbəyi Şahid2, Ağbaş bələdiyyəsinin sədri Şahid1 və onun iştirakı ilə monitorinq keçirilmişdir. Baxışda iştrak etmək üçün Təqsirləndirilən şəxs Şahid7 tərəfindən çağrılmış, lakin Firdovsi baxışda iştrak etməkdən imtina etmişdir. Monitorinq keçirilən yer Şabran rayonu, Ağbaş bələdiyyəsi fonduna məxsus, Çaraq kəndindən Hacıisgəndər kəndinə gedən yolun sol çaya tərəf gedən hissəsi olmuşdur. Monitorinq keçirilən zaman diametri 8 sm olan 2 ədəd, diametri 10 sm olan 7 ədəd, diametri 12 sm olan 9 ədəd, diametri 14 sm olan 4 ədəd, diametri 16 sm olan 13 ədəd, diametri 18 sm olan 6 ədəd, diametri 20 sm olan 18 ədəd, diametri 22 sm olan 1 ədəd, diametri 24 sm olan 8 ədəd, diametri 26 sm olan 1 ədəd, diametri 28 sm olan 2 ədəd, ümumilikdə 71 palıd ağaclarının qanunsuz kəsildiyi aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 Əliqiyam oğlu göstərdi ki, o, Şabran rayon Hacıisgəndər kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti yaxşı olmuşdur. 2020-ci ilin dekabr ayının 14-də Firdovsi ona telefon zəngi edərək yaşadığı Şabran rayon Hacıisgəndər kəndində qanunla sənəd əsasında ağac kəsdiyini və həmin ağacları yaşadığı evin həyətinə aparmaq üçün yük maşını lazım olduğunu demişdir. Həmin vaxt Firdovsi ondan xahiş etmişdir ki, olduğu yerə yük maşını göndərsin. O, əvvəllər tanıdığı Siyəzən rayon sakini Şahid4 zəng edib bu barədə bildirib və Firdovsini yaşadığı Şabran rayonu, Hacıisgəndər kəndinə getməsini xahiş etmişdir. Şahid4 bir qədər vaxt keçdikdən sonra ona zəng edib, Firdovsi ilə görüşdüyünü və ağacları qanunsuz kəsdiyi üçün maşına odunları yığmadan yaşadığı kəndə qayıtdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, o, Şabran rayon X6 Şabran meşəbəyilinin 7 saylı meşə gözətçisi işləyir. 2020-ci ilin dekabr ayında Şabran rayon Hacıisgəndər kənd sakini Təqsirləndirilən şəxs yaşadığı kəndin ətrafında, yəni Şabran rayon Çaraq kəndindən Hacıisgəndər kəndinə gedən avtomobil yolunun sol hissəsində yerləşən ərazidən ağac kəsməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin ərazidə ağac kəsməsi barədə onda əvvəlcədən məlumat olmamışdır. Firdovsi ona ağac kəsəcəyi ilə bağlı heç bir məlumat verməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 16.12.2020-ci il tarixli 64049 nömrəli akt və ona əlavə edilmiş cədvəldən görünür ki, diametri 8 sm olan 2 ədəd ağacın qiyməti 100 manat olmaqla cəmi 200 manat, diametri 10 sm olan 7 ədəd ağacın qiyməti 120 manat olmaqla cəmi 840 manat, diametri 12 sm olan 9 ədəd ağacın qiyməti 120 manat olmaqla cəmi 1080 manat, diametri 14 sm olan 4 ədəd ağacın qiyməti 150 manat olmaqla cəmi 600 manat, diametri 16 sm olan 13 ədəd ağacın qiyməti 150 manat olmaqla cəmi 1950 manat, diametri 18 sm olan 6 ədəd ağacın qiyməti 180 manat olmaqla cəmi 1080 manat, diametri 20 sm olan 18 ədəd ağacın qiyməti 180 manat olmaqla cəmi 3240 manat, diametri 22 sm olan 1 ədəd ağacın qiyməti 200 manat olmaqla cəmi 200 manat, diametri 24 sm olan 8 ədəd ağacın qiyməti 200 manat olmaqla cəmi 1600 manat, diametri 26 sm olan 1 ədəd ağacın qiyməti 250 manat olmaqla cəmi 250 manat, diametri 28 sm olan 2 ədəd ağacın qiyməti 250 manat olmaqla cəmi 500 manat dəyərində qanunsuz kəsilmiş ümumilikdə 71 palıd ağacların kəsilməsi nətiçəsində təbiətə ümumilikdə 11.540,00 manat maddi ziyan dəymişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2021-ci il tarixli 9/732 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 16.12.2020-ci il tarixli 64049 nömrəli akt və ona əlavə edilmiş cədvəldən istifadə edilməklə, tikinti və abadlaşma məqsədi istisna olmaqla ümumilikdə 71 ədəd müxtəlif diametrli palıd ağaclarının qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən 2020-ci ilin dekabr ayına təbiətə dəymiş ziyanın ümumi məbləği 11.540,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Çaraq İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 17 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Hacıisgəndər kəndində yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Çaraq İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 18 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Şabran rayonu Ağbaş Bələdiyyəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli 35 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixdə Ağbaş bələdiyyəsinə vurmuş olduğu ziyandan 200 (iki yüz) manat nəğd pul vəsaiti ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun səmimi etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmanlıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin anasının xəstə olmaqla onun himayəsində yaşamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun və Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, faktiki yaşayış yeri olan Şabran rayonu, Hacıisgəndər kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə Şabran rayon Ağbaş kənd bələdiyyəsinin mülkiyətinə aid diametri 8 sm olan 2 ədəd, diametri 10 sm olan 7 ədəd, diametri 12 sm olan 9 ədəd, diametri 14 sm olan 4 ədəd, diametri 16 sm olan 13 ədəd, diametri 18 sm olan 6 ədəd, diametri 20 sm olan 18 ədəd, diametri 22 sm olan 1 ədəd, diametri 24 sm olan 8 ədəd, diametri 26 sm olan 1 ədəd, diametri 28 sm olan 2 ədəd, ümumilikdə 71 palıd ağacların X8 Mərkəzində saxlanılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran və Siyəzən rayonlarının ərazi hüdudlarını tərk etməmək, faktiki yaşayış yeri olan Şabran rayonu, Hacıisgəndər kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Şabran rayon Ağbaş kənd bələdiyyəsinin mülkiyətinə aid diametri 8 sm olan 2 ədəd, diametri 10 sm olan 7 ədəd, diametri 12 sm olan 9 ədəd, diametri 14 sm olan 4 ədəd, diametri 16 sm olan 13 ədəd, diametri 18 sm olan 6 ədəd, diametri 20 sm olan 18 ədəd, diametri 22 sm olan 1 ədəd, diametri 24 sm olan 8 ədəd, diametri 26 sm olan 1 ədəd, diametri 28 sm olan 2 ədəd, ümumilikdə 71 palıd ağacların X8 Mərkəzində saxlanılması nəzərə alınsın. Məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-36/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-36/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver