Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-36/2023 12.07.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs Nəzərova (Mehdiyeva) Şəfayət Səfiyar qızının və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 76,00 manat olmaqla cəmi 228,00 manat məbləğində sabit alimentin alınaraq tələbkar X2 ödənilməsinə dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2011-ci il tarixli, 2(001)-3196/2011 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 13374 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X1 xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, X7 ilə birgə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Nəzərov Nəcəf, xx.xx.2008-ci il təvəllüdlü Nəzərova Dərya və xx.xx.2008-ci il təvəllüdlü Nəzərova Röya adlı övladları doğulmuşdur. Evləndikdən sonra uzun müddət Ş.Nəzərova ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2011-ci il tarixli, 2(001)-3196/2011 saylı qətnaməsi ilə onların nikahları pozulmuş və cavabdeh kimi ondan 28 aprel 2011-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaqa görə 76,00 manat olmaqla cəmi 228,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Şabran Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Şabran Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən Şabran Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Sonradan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 aprel 2023-cü il tarixdə cəzasını tam çəkib azadlığa buraxılmışdır. Hazırda fərdi əməklə, yəni fəhləliklə məşğuldur, fəhləliklə məşğul olaraq aylıq təxminən 450,00-500,00 manat qazanc əldə edir, xx.xx.2014-cü il tarixdə ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan himayəsində 2 azyaşlı övladı var, əldə etdiyi aylıq qazancının özünün və ailəsinin dolanışığına çətinliklə çatması səbəbindən aliment borcu üzrə qətnaməni icra etməmişdir. Etdiyi əməldən peşmandır. Xahiş edir, ona həbslə əlaqədar olmayan cəza verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Nəzərova (Mehdiyeva) Şəfayət Səfiyar qızı göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Nəzərov Nəcəf, xx.xx.2008-ci il təvəllüdlü Nəzərova Dərya və xx.xx.2008-ci il təvəllüdlü Nəzərova Röya adlı övladları doğulmuşdur. Evləndikdən sonra uzun müddət Təqsirləndirilən şəxs ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Bundan sonra nikahın ləğvi və aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2011-ci il tarixli, 2(001)- 3196/2011 saylı qətnaməsi ilə onların nikahları pozulmuş və cavabdeh kimi Təqsirləndirilən şəxs 28 aprel 2011-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaqa görə 76,00 manat olmaqla cəmi 228,00 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkib azadlığa buraxılmışdır. O, tutulmamışdan qabaq Şabran şəhərində yerləşən Yaşıllaşdırma İdarəsində bağban işləyib aylıq 200-250 manat qazanc əldə edirdi, lakin qazancını özünə xərcləyirdi, uşaqların saxlanması üçün ona maddi yardım göstərmirdi. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Şabran Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti zəif olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. Odur ki, aliment üzrə toplanmış və ödənilməmiş qalan 13374 manat pulun alınaraq ona verilməsini, əks halda, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs 28 aprel 2011-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaqa görə 76,00 manat olmaqla cəmi 228,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2011-ci il tarixli, 2(001)-3196/2011 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmişdir.Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə cəmi 2017,00 manat məbləğində aliment pulu ödəmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 14652 manat məbləğində aliment borcunun olması göstərilmişdir. Təqdimat veriləndən sonra borclu ödəniş qəbzlərini təqdim etmiş, bu zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində təqdimat verilən xx.xx.2022-ci il tarixdə 13374 manat aliment borcu yaranmış, cəmi 4254 manat xx.xx.2022-ci il tarixdən əvvəl ödənilib və təqdimat üzrə 13374 manat aliment borcu qalmışdır. Bu günədək isə tələbkar X1 xeyrinə xx.xx.2022-ci il tarixdən bu günədək 15806 manat aliment borcu yaranmış və ümumilikdə 22346 manat aliment borcu vardır. Sözügedən qətnamə icra edilməsi üçün Şabran Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022ci il tarixədək 13374 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. X9 Şabran Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclsında şahid qismində dindirilən Şabran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 da Şahid1 göstərdikləri xüsusatları bir daha tamamilə təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişdən, Şabran Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli inzibati xəta barədə qərarından, xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən, Abşeron Rayon Məhkəməsinin 1(012)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən və Ədliyyə Nazirliyi PX-in 5 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 4 gün müddət nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 11 ay 26 gün müəddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşadığı müddət ərizində özünü normal aparmışdır. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsinin 12 iyul 2023-cü il tarixli məktubundan görünür ki, icra sənədi üzrə borcu Təqsirləndirilən şəxs barəsində təqdimat verilən xx.xx.2022-ci il tarixdə 13374 manat aliment borcu yaranmış, cəmi 4254 manat manat xx.xx.2022-ci il tarixdən əvvəl ödənilib və təqdimat üzrə 13374 manat aliment borcu qalmışdır. Bu günədək isə tələbkar X1 xeyrinə xx.xx.2022-ci il tarixdən bu günədək 15806 manat aliment borcu yaranmış və ümumilikdə 22346 manat aliment borcu yaranmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsilə, zərərçəkmiş şəxs, şahidlərin ifadələri ilə və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, cəzanın növü və həddini müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən olunur ki, Nəzərov X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinib məhkum olunmasından əvvəl hazırki cinayəti törətmişdir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan əvvəlki hökmlə 01 il müddətdə həbsdə saxlanıldığı nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə tamamilə toplamaq yolu ilə ona 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) il müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbs edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-36/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-36/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver