Məhkəmə qərarları › İş №1(031)-36/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-36/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-36/2024 28.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X1, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1967-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, AE seriyalı, 613923 nömrəli, B kateqoriyalı sürücülük vəsiqəsi əsasında özünə məxsus olan “Nissan Micra” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində, Şabran şəhərinin Atatürk küçəsi ərazisində həmin küçəyə Şabran şəhərinin Seyfəddin Balağayev küçəsindən Şabran şəhərinin Atatürk küçəsinin yuxarı istiqamətində hərəkət etmək üçün Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, "2.5 - Dayanmadan keçmək qadağandır” yol nişanının tələblərini yəni yolayrıcını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini gözləməli olduğu halda buna riayət etməyərək yol nişanının tələblərini pozmaqla yolun hərəkət hissəsinə daxil olaraq Şabran rayonunun Atatürk küçəsinin yuxarı istiqamətində hərəkətə başlayan zaman Şabran şəhərinin Atatürk küçəsinin yuxarı istiqamətindən aşağı istiqamətinə doğru hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Vasxod” markalı, “62-40 AZJ” dövlət qeydiyyat nişanlı motosikleti ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin yerini dəyişmiş açıq qəlpəli sınığı, sağ baldır nahiyyəsinin yaraları və qançırları kimi ağır zərər vurmaya dair xəsarətlər almasına səbəb olaraq yol hərəkəti qaydalarını pozmaqla zərər çəkmiş şəxsin Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, AE seriyalı, 613923 nömrəli, B kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. “Nissan Micra” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi özünə məxsusdur və həmin avtomobili təxminən 07 ildən artıqdır ki, onun istifadəsindədir. Ümumiyyətlə 07 ildən artıqdır ki, sürücülük təcrübəsi vardır. O, xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində yaşadığı evdən çıxıb "Nissan Micra” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şabran şəhərinin Seyfəddin Balağayev küçəsi ilə hərəkət edərək Şabran şəhərinin Atatürk küçəsi ilə kəsişməyə gəlmişdir. Həmin kəsişməyə gələn zaman Şabran şəhərinin Atatürk küçəsindən Şabran şəhərinin Seyfəddin Balağayev küçəsinə "Toyota" markalı nömrəsini xatırlamadığı avtomobil dönmə əməliyyatı edirdi. O, Şabran şəhərinin Atatürk küçəsinə daxil olmazdan əvvəl həmin avtomobil yolunun, yəni Şabran şəhərinin Atatürk küçəsinin yuxarı və aşağı istiqamətinə baxmış, onun sağından yəni Şabran şəhərinin Atatürk küçəsinin aşağı hissəsindən hərəkətdə olan heç bir nəqliyyat vasitəsi olmamış, "Toyota" markalı avtomobil Şabran şəhərinin Seyfəddin Balağayev küçəsinə tam daxil olub onun yanından keçib getdikdən sonra, o, sol tərəfə yəni Şabran şəhərinin Atatürk küçəsinin yuxarı hissəsinə baxmış, həmin vaxt Şabran şəhərinin Atatürk küçəsi ilə yuxarıdan aşağıya doğru istiqamətdə ağ rəngli nömrəsini xatırlamadığı "Ford" markalı avtomobil hərəkətdə olmuşdur. "Ford" markalı avtomobilin arxa hissəsində hər hansı nəqliyyat vasitəsinin hərəkət etdiyini görməmişdir. Hərəkət zolağına çıxmazdan əvvəl "Ford" markalı avtomobilin onun olduğu Şabran şəhərinin Seyfəddin Balağayev küçəsi ilə kəsişmə yerinə çatmazdan əvvəl özünün hərəkətdə olduğu Şabran şəhərinin Atatürk küçəsindən sol tərəfdəki küçəyə dönmə əməliyyatı etdiyini görmüşdür. "Ford" markalı avtomobilin hərəkətdə olduğu Şabran şəhərinin Atatürk küçəsindən "Ford" markalı avtomobilin arxa tərəfindən hər hansı nəqliyyat vasitəsinin gəlmədiyini gördüyündən o da Şabran şəhərinin Seyfəddin Balağayev küçəsindən Şabran şəhərinin Atatürk küçəsinə daxil olmuşdur. Həmin vaxt hərəkətə yeni başlayırmış və buna görə də avtomobilinin sürəti saatda 5-10 kilometr idi. O, Şabran şəhərinin Atatürk küçəsinə tam daxil olub sağ hərəkət zolağına keçən zaman "Ford" markalı avtomobil Şabran şəhərinin Atatürk küçəsindən sol tərəfdəki yola dönməsini tamamlamamışdır. Bu zaman "Ford" markalı avtomobil Şabran şəhərinin Atatürk küçəsindən sol tərəfə keçdiyi yola daxil olmuş və həmin avtomobilin arxa hissəsi onun hərəkət zolağından tam çıxmamışdır. Onun hərəkət istiqaməti Şabran şəhərinin Seyfəddin Balağayev küçəsindən Şabran şəhərinin Atatürk küçəsinə daxil olan zaman sol tərəfə, yəni Şabran şəhərinin Atatürk küçəsinin yuxarı hissəsinə doğru olmuşdur. O, Şabran şəhərinin Atatürk küçəsinə tam daxil olub həmin küçənin yuxarı hissəsinə doğru hərəkətə davam edən zaman və həmin vaxtda onun hərəkət zolağından Ford markalı avtomobil Atatürk küçəsinin yuxarısından aşağı istiqamətində sol tərəfdəki yola dönməsini tamamlayarkən qəfildən onun hərəkət zolağı ilə, yəni Şabran şəhərinin Atatürk küçəsinin yuxarı istiqamətindən aşağı istiqamətində dönmə əməliyyatını tamamlayan "Ford" markalı avtomobilin arxa hissəsindən Zərərçəkmiş şəxs idarə etdiyi motosiklet ilə yüksək sürətlə üzərinə doğru gəlmişdir. O da, həmin anda qorxu keçirmiş və idarə etdiyi avtomobilini hərəkət zolağından çıxarmadan sürətlər qutusunu “P” vəziyyətinə keçirmiş və avtomobilini açarla söndürmüşdür. Bu zaman Həbibulla onun hərəkətdə olduğu zolaqda avtomobilinin ön hissəsinə çırpılmış və motosiklet ilə birlikdə yerə yıxılmışdır. O da avtomobildən enib Həbibullanın yanına gəlmiş və qolundan tutaraq köməklik etmişdir. Bu zaman Həbibulla səkiyə tərəf getmiş və oturmuşdur. Baş vermiş hadisə barəsində ilkin olaraq Nizami Nadirova məlumat vermişdir. Təxminən 05 dəqiqə sonra Nizami yanına gəlmişdir. Hadisə təxminən saat 09:30 radələrində baş vermişdir. Nizami gəldikdən sonra təcili tibbi yardım avtomobili də yanlarına gəlmiş və Həbibullanı avtomobilə əyləşdirib xəstəxanaya aparmışdırlar. O da polis əməkdaşları ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etdikdən sonra xəstəxanaya Həbibullanın yanına gəlmişdir. Şabran rayon xəstəxanasına gəldikdən sonra Həbibullanın müayinə olunması üçün Bakı şəhərinə aparılmalı olduğu bildirilmiş və o da Həbibullanın Bakı şəhərinə aparılması üçün təcili tibbi yardım avtomobil ilə getməsinə köməklik etmişdir. O, baş vermiş hadisə zamanı Şabran şəhərinin Atatürk küçəsinə daxil olub hərəkətinə davam edərkən, Həbibulla idarə etdiyi motosiklet ilə qarşısına çıxan zaman aralarındakı məsafə 10 metrdən artıq olduğunu qeyd etmişdir. Baş vermiş hadisə zamanı hadisənin qarşısını almaq üçün Həbibullanın Ford markalı avtomobilin arxasından çıxmasını görən zaman idarə etdiyi avtomobilini hərəkət zolağından çıxarmadan sürətlər qutusunu “P” vəziyyətinə keçirmişdir və avtomobilini açarla söndürmüşdür. Baş vermiş hadisə zamanı və hadisə yerinin müayinəsi zamanı da avtomobilini olduğu yerində saxlamışdır. Özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tibbi yardım məsrəflərini ödəyib və sonradan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ölümü ilə bağlı yaranmış xərcləri də qarşılamışdır. Bununla yanaşı ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X3 ilə aralarında barışıq əldə edilib. Bu halların nəzər alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X3 göstərmişdir ki, vəfat edən Zərərçəkmiş şəxs əridir. xx.xx.2023-cü il tarixdə Şabran şəhərində yaşadığı evdə olan zaman oğlu Cavad Cavadova zəng gəlmiş və Həbibullanın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını bilmişdir. Cavadla birlikdə Şabran rayon xəstəxanasına gəlmiş, xəstəxanada Həbibulla ilə görüşmüş və vəziyyəti ilə tanış olmuşdur. Xəstəxanada müayinə olunduqdan sonra Həbibullanın Bakı şəhərinə müayinə olunması üçün aparılmalı olduğunu bildirmişlər. Həbibulla Bakı şəhərinə travmatologiya institutunun travmatologiya şöbəsinə aparılmış, ayağında sınıq olduğu üçün həmin şöbədə əməliyyat olunmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindəki xəstəxanadan Həbibulla çıxarıldıqdan sonra onu evə gətirmişlər. Evə gətirdikdən sonra Həbibulla həm sidiyə, həm də nəcisə çıxan zaman sidiyi və nəcisi qanlı olmuş, evə gətirildikdən sonra xx.xx.2023-cü il tarixdə axşam saatlarında Həbibulla ağrılarının olmasından şikayət etməyə başlamış və onlarda həmin gecə Həbibullanı Şabran rayon mərkəzi xəstəxanasına aparmışlar. Həbibulla xəstəxanada olduğu müddətdə yanında qalmış və o, xx.xx.2023-cü il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında vəfat etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmişdir və onun, Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə verilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şabran rayon mərkəzi xəstəxanasından Şabran Rayon Polis X2 Zərərçəkmiş şəxs "sağ ayağının aşağı tərəfinin hər iki sümüyünün yerini dəyişən qəlpəli sınığı" diaqnozu ilə xəstəxanaya müraciət etməsi və xəstənin deməsinə görə həmin xəsarəti yol nəqliyyat hadisəsi zamanı alması barədə məlumat daxil olmuşdur (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis X12 Xidmətinin inspektoru Ferid Beydullayev xx.xx.2023-cü il tarixdə, saat 09:40-da Şabran Rayon Polis X2 zəng edərək, Şabran şəhərinin Atatürk küçəsi ərazisində “Nissan Micra” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə motosikletin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat vermişdir (cinayət işinin 4-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:45-də Şabran Rayon Polis X12 Xidmətinin əməkdaşları tərəfindən "Nissan Micra” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə motosikletin toqquşduğu Şabran şəhərinin Atatürk küçəsi ərazisində keçirilmiş baxış nəticəsində yolun həmin hissəsinə sağda kiçik həcmli su arxının, soldan isə piyada səkisi il birləşir, yolun həmin hissəsində surət həddi saatda 30 kilometrdir, yolun həmin hissəsi şəhər elektrik işığı ilə işıqlandırılır, yolun həmin hissəsində sürücü tərəfindən görüş məsafəsi faraların uzaq və yaxın işığında kifayət qədərdir və orada "Nissan Micra” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə motosikletin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir (cinayət işinin 5- 9-cu vərəqələri). - 1 nömrəli foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Nissan Micra” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə motosikletin toqquşduğu yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin 10-12-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli, 118 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:05-də keçirilmiş tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilməmişdir (cinayət işinin 16-cı vərəqəsi). - AE seriyalı, 613923 nömrəli sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs adına 22.06.201-cı il tarixdə verilmiş və xx.xx.2026-cı il tarixə kimi qüvvədə olan "B" kateqoriyalı sürücülük vəsiqəsi vardır (cinayət işinin 18-ci vərəqəsi). - AC seriyalı, 738198 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Nissan Micra” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs mülkiyyətindədir (cinayət işinin 18-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şifahi ərizə protokolundan görünür ki, ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə şifahi ərizə ilə Şabran Rayon Polis Şöbəsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Şabran şəhərinin Atatürk küçəsi ərazisində motosiklet ilə hərəkətdə olduğu zaman "Bəgim" adlı xanım sürücünün idarə etdiyi nəqliyyat vasitəsi ilə onu vurması nəticəsində xəsarət aldığını bildirmiş və bu faktla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir (cinayət işinin 24-cü vərəqəsi). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X4" X14 tərəfindən verilmiş 248 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ baldır sümüklərinin yerini dəyişmiş açıq qəlpəli sınığı, sağ baldır nahiyyəsinin yaraları və qançırları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı yarana bilər, yaranma müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir (cinayət işinin 28-30-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 11.2023-cü il tarixdə, saat 09:00 radələrində, Şabran şəhərinin Atatürk küçəsi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Micra” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Vasxod” markalı, “62-40 AZJ” dövlət qeydiyyat nişanlı motosikleti ilə toqquşması nəticəsində Zərərçəkmiş şəxs "sağ ayağının aşağı tərəfinin hər iki sümüyünün yerini dəyişən qəlpəli sınığı" diaqnozu ilə əvvəlcə Şabran rayon mərkəzi xəstəxanasına, sonra isə bakı şəhəri Travmatologiya İnstitutuna daxil olmuş və əməliyyat olunduqdan sonra evə buraxılmışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs təkrar mədə bağırsaq qanaması ilə Şabran rayon mərkəzi xəstəxanasına daxil olmuş və xx.xx.2023-cü il tarixdə, saat 19:10-da "ağ ciyərin arteriyasının tromp emboliyası" diaqnozu ilə Şabran rayon mərkəzi xəstəxanasında ölmüşdür (cinayət işinin 42-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərarda görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin 47-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi qismində arvadı X3 tanınmışdır (cinayət işinin 54-cü vərəqəsi). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X4" X14 tərəfindən verilmiş 25 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsində mədə divarının geniş ölçülü (3.5x3 sm) açılmış xorası, xoranın üzərində xeyli miqdarda (təxminən 1.5 litr) qan laxtasının yığılması, mədə boşluğu və mədə-bağırsaq sisteminin qanla dolması, daxili üzvlərin azqanlılığı, baş beynin və ağ ciyərlərin ödəmi aşkar olunmuşdur. Bununla yanaşı Zərərçəkmiş şəxs meyitinin müayinəsində sağ baldır sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqları, sağ baldırın əzilmiş yaraları və qançırları aşkar olunmuşdur. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X4" X14 tərəfindən Şabran Rayon Şöbəsinə 248 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertiza rəyi verilmişdir (cinayət işinin 63-67-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1967-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 74-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin 75-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-1180/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhərinin Ə. Şıxlınski küçəsində yaşayır və onun ailə tərkibi qızı xx.xx.1993-cü il təvəllüdlü X5, qızı xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.1996-cı il təvəllüdlü Nadirli ilahə Nizami qızından ibarətdir (cinayət işinin 78-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-1185/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakretizə olunur (cinayət işinin 79-cu vərəqəsi). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X4" X14 tərəfindən verilmiş T 167/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə yol-nəqliyyat travması zamanı sağ baldır sümüklərinin orta 1/3-nin açıq, yerdəyişmiş, qəlpəli sınığı, sağ baldırın əzilmiş yaralarını və qançırlarını almış, bununla əlaqədar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya insitutunda cərrahi əməliyyat olunduqdan sonra evə buraxılmış, xx.xx.2023-cü ildə vəziyyəti pisləşdiyindən təkrar Şabran Rayon Mərkəzi X8 Şəxsinə daxil olmuş, aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq xx.xx.2023-cü il tarixdə, saat 18:50-də vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə mərhum Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı yuxarıda qeyd edilənlərdən əlavə onda mədə xorasının kəskinləşərək perforasiyaya məruz qalması, daxili qanaxma baş verdiyi və 1,5 litr qan itkisi yarandığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla qərarda göstərilən tarixdə, yəni xx.xx.2023-cü ildə hərəkətdə olan nəqliyyat vasitələrinin toqquşması zamanı yarana bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb xora xəstəliyinin kəskinləşməsindən yaranmış stress xoraları nəticəsində massiv kəskin daxili qanitirmə olmuşdur. Travma aldığı ana qədər Zərərçəkmiş şəxs hər-hansı mədə-bağırsaq xəstəlikləri əlamətləri olmadığından ağır xəsarətlər nəticəsində stress xoralarının yaranması müşahidə edildiyindən yetirilən xəsarətlərlə ölüm arasında səbəbli əlaqə olması qənaətinə gəlinməlidir. Ölüm xx.xx.2023-cü il tarixdə, saat 18:50-də Şabran xəstəxanasında baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş biomaterialın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti, zəhərləyici və güclü təsiredici maddələr aşkar edilməmişdir (cinayət işinin 82-86-cı vərəqələri). - Azərbaycan respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzin tərəfindən verilmiş 8/810 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən "Nissan Micra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil etmişdir (cinayət işinin 106-108-ci vərəqələri). - Şabran Rayon Polis X13 Polis İdarəsi tərəfindən Şabran Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3.13/1546/1-10714/24 nömrəli məktubdan görünür ki, - Şabran Rayon Polis X13 Polis İdarəsində Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə məlumat yoxdur (cinayət işinin 109-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət təqibi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat təzələnmişdir (cinayət işinin 110-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin 125-126-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 141-142-ci vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X4" X14 tərəfindən verilmiş T 420/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs yaranmış xəsarətlərlə onun ölümü arasında onun ölümü arasında birbaşa səbəbin olması müəyyən edilmişdir. - Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X1 notarial qaydada təsdiq edilmiş **********368 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun Təqsirləndirilən şəxs heç-bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 63-cü maddəsinin 1-ci hissəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinə müvafiq olaraq avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eləcə də bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur (Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3-cü maddələri). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin və ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axarı gedişatında ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşını, qadın olmasını və ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə barışıq əldə etmiş, maddi məsrəfləri ödəmiş və hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli nömrəli Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməli olması qənaətinə gəlir, lakin onun cəzasını yüngülləşdirən halları, yəni hadisələrin təsadüfü axarı gedişatında ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşını, qadın olmasını və ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq, onun əsas cəzanı çəkmədən islah olunmasını mümkün olduğunu və bu səbəbdən də barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş əsas cəza olan 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar