Məhkəmə qərarları › İş №1(031)-36/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-36/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-36/2025 27.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1997-ci il tarixdə Dəvəçi rayonunun Ağalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olan, faktiki olaraq həminin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisindən Zərərçəkmiş şəxsnə (bundan sonra X15) məxsus hər birinin dəyəri 73,80 (yetmiş üç manat səksən qəpik) manat olmaqla, ümumilikdə 516,60 (beş yüz on altı manat altmış qəpik) manat olan 07 (yeddi) ədəd ictimai əhəmiyyətli rabitə xətləri sayılan internet xətləri üçün nəzərdə tutulmuş dirəkləri yerindən çıxarıb gizli olaraq talamaqla, zərər çəkmiş şəxs X15-yə ümumilikdə 516,60 (beş yüz on altı manat altmış qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir onun yaşadığı Şabran rayonunun Ağalıq kəndi ərazisində təzə internet xətləri çəkilir. Buna görə də internet şirkətinin işçiləri tərəfindən kəndə internet xətləri üçün böyük sayda dirəklər gətirilərək müxtəlif yerlərdə boşaldılmışdır. O, maddi imkanının zəif olduğu üçün qərara gəlmişdir ki, həmin dirəklərdən bir neçəsini aparıb metal qəbulu məntəqələrindən birinə satıb pul əldə etsin. Buna görə də kəndin içində olarkən Namiq adlı həmkəndlisini görəndə satlıq dəmir dirək olduğunu deyərək ona dirəklərin hər birini 30 (otuz) manatdan təklif etmişdir. Namiq isə ona “dirəkləri gətirərsən baxarıq” cavabını vermişdir. Buna görə də o, xx.xx.2025-cli il tarixdə, saat 22:00 radələrində evdən bayıra çıxmış, Şabran rayonunun Ağalıq kəndində yerləşən qəbiristanlığın yanında boş vəziyyətdə basdırılmış 07 (yeddi) yeddi ədəd dirəyi yerindən çıxardanıq yol kənarına yığmışdır. Sonra, həmin dirəkləri Şabran rayonunun Ağalıq kəndi içinə aparmaq qərarına gəlmişdir. Lakin dirəklərə tək başına gücü çatmamış, buna görə də həmin vaxt yoldan keçən Kamal adlı həmkəndlisini görərək Kamala dirəklərin özünə məxsus olmasını demiş və ondan dirəkləri həmin yerdən aparmağına kömək etməsini xahiş etmişdir. Kamalda buna etiraz etmədən onunla dirəkləri qarşıda olan təpədən qaldırmağa köməklik edib çıxıb getmişdir. Sonra o, həmin dirəkləri hissə- hissə özü daşıyaraq Şabran rayonunun Ağalıq kəndinin içinə, Namiqin evinin qarşısına aparıb yığmışdır. Artıq gec olduğu üçün o, çıxıb getmiş, növbəti gün saat 09-10 radələrində Namiqin evinə gedərək ona dirəkləri gətirdiyini deyib hər birinə görə 30 (otuz) manat pul istəmişdir. Namiqlə aralarında əldə edilmiş razılaşmaya əsasən Namiq ona dirəklərə görə 210 (iki yüz on) manat pul əvəzinə 200 (iki yüz) manat pul vermiş və bundan sonra o, oradan çıxıb getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs X15 –nin nümayəndəsi Nümayəndə proses iştirakçılarının işə onun iştirakı olmadan məhkəməyədək icraat zamanı verdiyi ifadə elan edilməklə baxılmasına etiraz etməmələri səbəbi ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 330cu maddəsinə əsasən elan edilmiş ifadəsində göstərmişdir ki, o, X15 – nin şimal regional filialının səlahiyyətli nümayəndəsi vəzifəsində çalışır. "X15" 2023-cü ildən Şabran rayonunun Ağalıq kəndində telefon və rabitə xətlərini çəkir. Buna görə də 2025-ci ilin aprel ayında Şabran rayonunun Ağalıq kəndinin ərazisinə internet xətlərinin çəkilməsi üçün böyük sayda dəmir dayaq dirəkləri gətirilmiş və həmin kəndin bir neçə hissəsində həmin dirəklərin müəyyən hissəsi basdırılmış, qalan hissələri isə yerə yığılmışdır. xx.xx.2025-ci il tarixdə o, ərazini yoxlamaqdan ötrü Şabran rayonunun Ağalıq kəndinə getmiş və orada 25 (iyirmi beş) ədəd dirəyin oğurlanmasını aşkar etmiş, bir müddət işçilərlə dirəklərin kim tərəfindən aparılması ilə kəndin içində yaşayanlardan maraqlansa da bir nəticə əldə edə bilməmişdir. Buna görə də sonradan Şabran Rayon Polis Şöbəsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2025-ci ilin aprel ayının son günləri olardı səhər saatlarında həmkəndlisi Tərlan onun yaşadığı evə gələrək evin qarşısına yeddi ədəd boru gətirdiyini və həmin boruları satmaq istədiyini bildirmişdir. Tərlan boruları çox aşağı qiymətə satdığını dediyi üçün onda borulara maraq oyanmışdır. O, boruları neçəyə satmaq istədiyini Tərlandan soruşmuş, Tərlanda borunun 01 (bir) ədədini 30 (otuz) manata satdığını demişdir. Həmin vaxt o, Tərlandan boruların haradan olduğunu da soruşmuş və Tərlanda ona boruların özünə məxsus olduğunu demişdir. O, Tərlanı sakit bir kənd sakini kimi tanıdığı üçün həmin boruları ondan bir ədədini 30 (otuz) manatdan almış, lakin pulu çatmadığı üçün ona Tərlana 200 (iki yüz) manat pul vermiş və Tərlanda bununla razılaşmışdır. Tərlan onda pulu aldıqdan sonra çıxıb getmişdir. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməyən Şahid1 proses iştirakçılarının işə onun iştirakı olmadan məhkəməyədək icraat zamanı verdiyi ifadə elan edilməklə baxılmasına etiraz etməmələri səbəbi ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 329-cu maddəsinə əsasən elan edilmiş ifadəsində bildirmişdir ki, o, heç yerdə rəsmi olaraq işləmir. Əvvəllər hərbidə işləmiş, qeyri rəsmi ailəli olub ayrılmışdır. İki övladı var. Hazırda valideynləri ilə birlikdə Şabran rayonunun Ağalıq kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə o, Şabran rayonunun Ağalıq kəndinin ərazisində qəbiristanlıq yerləşən istiqamətində həmkəndlisi Tərlanı tək başına dirək daşıdığını görmüşdür. Bu vaxt Tərlan ondan kömək istəmiş, oda etiraz etmədən Tərlana dirəkləri bir qədər aparmağa köməklik edib çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işindən ayrıca icraata başqa cinayət işinin ayrılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işindən CM-in 177.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cinayət işinin İ cildinin 1-2-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi barədə qərardan görünür ki, X10, Şahid1 və Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın davam etdirilməsi üçün Şabran Rayon Polis X3 verilmişdir (cinayət işinin İ cildinin 4-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli baxış keçirilməsinə dair protokoldan və fotocədvəldən görünür ki, həmin tarixdə, saat 12:30-dan 12:55-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "X15"-nin nümayəndəsi Nümayəndə iştirakı ilə "X15"-yə məxsus dəmir dayaqların Şabran rayonunun Ağalıq kəndində küçə ilə çəkilmiş xətlərinə baxış keçirilmiş və baxış nəticəsində aşkar edilmişdir ki, Şabran rayonunun Ağalıq kəndinin içərisində Bakı-Xaçmaz magistral yolun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində yolun sağ və sol tərəflərində yaşayan vətəndaşların istifadəsi üçün çəkilmiş rabitə dirəkləri arasında məsafə saxlamaqla yuxarı hissəsində xətdə bağlanmış hissə açılaraq xəttə zədə dəymədən dayaqlar kökündən çıxarılaraq oğurlanmışdır. Həmin dirəklərin yerə basdırıldığı hissəyə baxarkən həqiqətən də dirəklərin çıxarıldığı yerləri kvadrat formasında qaldığı və həmin dirəklər bir küçədən deyil müxtəlif küçələrdən çıxarıldığı müşahidə edilmişdir. Həmin dirəklərin yerlərini sayarkən yerlərin 25 (iyirmi beş) ədəd olduğu da müəyyən edilmişdir (cinayət işinin İ cildinin 6-9-cu vərəqələri). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:50 radələrində polis əməkdaşları tərəfindən Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin İ cildinin 12-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və fotocədvəldən görünür ki, həmin tarixdə saat 21:30-dan 21:55-ə kimi olan müddət ərzində Şabran rayonunun Ağalıq kənd sakini Şahid2 həyətinə baxış keçirilmiş, baxış zamanı Şahid2 həyətində yerləşən yeni inşa edilmiş tövlənin damında 13 (on üç) ədəd 2.5 millimetr qalınlığında, 80 x 80 ölçüdə, 06 (altı) metr uzunluğunda, kvadrat formalı, açıq rəngdə dəmir profil dayaqlarının olması müəyyən edilmişdir. Şahid2 profil dayaqlarını həmkəndliləri Tərlan və Kamran adlı şəxslərdən ayrı-ayrı vaxtlarda, iki dəfəyə aldığını, dayaqların 07 (yeddi) ədədini Tərlandan, 06 (altı) ədədini isə Kamrandan pulla aldığını bildirmişdir (cinayət işinin İ cildinin 20-22-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli dəmir dayaqların təhvil verilməsi barədə protokoldan və fotocədvəldən görünür ki, həmin tarixdə, saat 14:20-dən 14:45-ə kimi olan müddət ərzində "X15"-yə məxsus 19 (on doqquz) ədəd dəmir dayaq "X15"-nin Şabran rayonu üzrə nümayəndəsi X5 təhvil verilmişdir (cinayət işinin İ cildinin 26-27-ci vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 5-74-3/2-111/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun Ağalıq kəndində qeydiyyatdadır və onun xx.xx.1998-ci il təvəllüdlü arvadı X2, xx.xx.2021-ci il təvəllüdlü oğlu X6 və xx.xx.2024-cü il təvəllüdlü qızı X4 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 30-cu vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 5-74-3/2-114/2025 saylı, xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 31-ci vərəqəsi). - Şabran Rayon Mərkəzi X7 Şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-34/2-466/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetlərdə dispanser qeydiyyatında yoxdur (cinayət işinin İ cildinin 42-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cinayət işinin İ cildinin 43-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, "X15" ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 44-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Nümayəndə ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış X15-nin nümayəndəsi qismində tanınmışdır (cinayət işinin İ cildinin 52- 53-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 65-66-cı vərəqələri). - xx.xx.2025-ci il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 19 (on dəqquz) ədəd dəmir dirək iş üzrə maddi sübut kimi tanınmış və həmin dirəklərin "X15 – yə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır (cinayət işinin İ cildinin 81-85-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-2-ci maddəsinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 86-cı vərəqəsi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.3- 2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 89-90-cı vərəqələri). xx.xx.2025-ci il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 07 (yeddi) dəmir dirək hazırkı iş üzrə maddi sübut kimi tanınmış və həmin dirəklərin "X15 – yə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır (cinayət işinin İ cildinin 98-100-cü vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs-nin Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli, 025/318 saylı ərizədən görünür ki, "X15"-nin Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələbi yoxdur. CM-in 177.2.3-2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, eyni əməllər neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən CM-in 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, üzləşdirmə, baxış keçirilməsi və götürmə protokolları və yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də CPM-in 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağın olmasını CM-in 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməlin xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlığın məhdudlşadırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq onun barəsində qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, CM-in 52-1.2-ci maddəsinə əsasən onun üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və hazırkı iş üzrə maddi sübutlar: 07 (yeddi) ədəd dirəklərin zərər çəkmiş şəxs "X15"-yə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, barəsində təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar: 07 (yeddi) ədəd dirəklərin zərər çəkmiş şəxs "X15"-yə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar