Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-37/2023 02.08.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Наьыйев Елчин Яли oğlunun, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Şabran rayonu, Sumaqova-Qorğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şabran rayonu, Sumaqova- Qorğan kəndində qeydiyyatda olan və yaşayan, 11 may 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq övladları, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Fərzəliyeva (Qədəşova) Jalə Faiq qızının xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli, 2(031)-979/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə, əvvəllər analoji cinayəti törətdiyi üçün məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, cinayət məsuliyyətinə cəlb olunma məsələsinə baxılması barədə ilkin təqdimat verilən xx.xx.2017ci il tarixdən son təqdimat verilən xx.xx.2023-cü il tarixədək 11340,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Fərzəliyeva (Qədəşova) Jalə Faiq qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, cavabdeh kimi ondan xx.xx.2016-cı il tarixdən başlayaraq övladları, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Fərzəliyeva (Qədəşova) Jalə Faiq qızının xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli, 2(031)-979/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, ilkin təqdimat verilən xx.xx.2017-ci il tarixdən son təqdimat verilən xx.xx.2023-cü il tarixədək 11340,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Fərzəliyeva (Qədəşova) Jalə Faiq qızının xeyrinə ödəmədiyini fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla aylıq 300,00-400,00 manat məbləğində qazancının öz dolanışığına çətinliklə çatması ilə əsaslandıraraq, övladı ilə görüşməyə zərərçəkmiş şəxs Fərzəliyeva (Qədəşova) Jalə Faiq qızı tərəfindən maneə yaradıldığı səbəbindən, həmçinin onun maddi imkanının zəif olduğu nəzərə alınmadan, yüksək məbləğdə aliment kəsildiyinə görə məhkəmə qətnaməsi ilə razı olmadığını və həmin qətnaməni ədalətsiz hesab etdiyi üçün aliment borcunu qərəzli olaraq ödəmədiyini bildirmişdir. Etdiyi əməldən peşmandır. Xahiş edir, ona həbslə əlaqədar olmayan cəza verilsin. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Fərzəliyeva (Qədəşova) Jalə Faiq qızı göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx.xx.2016-cı il tarixdən başlayaraq övladları, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli, 2(031)-979/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, ilkin təqdimat verilən xx.xx.2017-ci il tarixdən son təqdimat verilən xx.xx.2023-cü il tarixədək 11340,00 manat məbləğində aliment borcunu qərəzli olaraq onun xeyrinə ödəmədiyini, həmçinin məsuliyyətsiz bir insan kimi övladları ilə maraqlanmadığını, onlara heç bir yardım göstərmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs Fərzəliyeva (Qədəşova) Jalə Faiq qızı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, işlədiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcək, ona olan aliment borcunun ödənilməsini tələb edir. Əks halda Təqsirləndirilən şəxs haqqında azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 göstərdi ki, borclu Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2016-cı il tarixdən başlayaraq övladları, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Fərzəliyeva (Qədəşova) Jalə Faiq qızının xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli, 2(031)-979/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, ilkin təqdimat verilən xx.xx.2017-ci il tarixdən son təqdimat verilən xx.xx.2023-cü il tarixədək 11340,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Fərzəliyeva (Qədəşova) Jalə Faiq qızının xeyrinə qərəzli olaraq qəsdən ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclsında şahid qismində dindirilən Şabran Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid1 da Şahid2 göstərdikləri xüsusatları bir daha tamamilə təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildiriş və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından, Şabran Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından və digər sənədlərdən görünürki, o, həqiqətən də Şabran Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli, 2(031)-979/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Qorğan İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda heç yerdə işləmir, Qorğan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Qorğan İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Qorğan kəndində yaşadığı müddət ərzində kəndin ictimayi həyatında fəal olmuşdur, qonşuları və digər kənd sakinləri arasında hər hansı bir münaqişə ilə bağlı Qorğan İƏD-nə yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi, şahidlərin ifadələri ilə və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən isə onun əməlində cəzasını ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəksin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-37/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-37/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver