Məhkəmə qərarları › İş №1(031)-37/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-37/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-37/2024 04.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1961-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14808 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-1101/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il tarixdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə təqdimat verilən xx.xx.2021-ci il tarixədək 14808 manat məbləğində borcunu zərərçəkmiş şəxsin xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, 2016-cı ildə həmyerlisi Zərərçəkmiş şəxs, özünə məxsus olan “Hova” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə əsasında ona vermiş, həmin avtomobillə yük daşıyaraq qazanc əldə etmişdir. Həmin qazancı ayda təxminən 250,00-300,00 manat təşkil etmişdir. xx.xx.2017-ci ildə həmin avtomobillə Xızı rayonu, Giləzi kəndində avtomobil qəzasına düşmüş, digər avtomobil ilə toqquşma nəticəsində həmin avtomobilə külli miqdarda ziyan dəymişdir. Zərərçəkmiş şəxs avtomobilə dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsi tərəfindən 19 dekabr 2018-ci ildə avtomobilə dəymiş ziyana görə 14808,00 manat məbləğində pul vəsaitinin ondan alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair qətnamə çıxarılmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Şabran Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməsinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021 -ci il tarixdə xəbərdar olunmağına baxmayaraq, onun cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün İcra şöbəsi tərəfindən İstintaq idarəsinə təqdimat verilən 01 oktyabr 2021-ci il tarixədək zərərçəkmiş şəxsə olan borcunu ödəməmişdir. Maddi imkanının pis olması ilə əlaqədar olaraq qətnamə üzrə olan borcunu birdəfəlik ödəyə bilmədiyini əsas gətirmişdir. Təqdimat verildikdən sonra isə, qeyri rəsmi olaraq təxminən 2 aya yaxın müddətdə aylıq əmək haqqı 300,00-350,00 manat olan, təxminən 6 aya yaxın müddət ərzində aylıq əmək haqqı 400,00-450,00 manat olan və hazırda təxminən 3 aya yaxın müddətdir ki, aylıq əmək haqqı 300,00-350,00 manat olan işlərdə, yəni müxtəlif vətəndaşların mülkiyyətində olan yük avtomobillərini etibarnamə əsasında idarə etməklə qazanc əldə etdiyini, həmin qazandığı aylıq qazancının öz dolanışığına və digər şəxslərə olan borclarının ödənilməsinə sərf olunduğunu qeyd edərək, yuxarı instansiya məhkəmələrinə şikayət vermədiyinə baxmayaraq, sözü gedən məhkəmə qətnaməsi ilə razı olmadığını, onun faktiki imkanları nəzərə alınmadan çıxarılmış məhkəmə qətnaməsini ədalətsiz hesab etdiyini, Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə olan borcunu ödəyə bilmədiyini bildirmişdir. Lakin hazırda zərər çəkən şəxs Zərərçəkmiş şəxs olan borcunu ödəmiş və aralarında barışıq əldə edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki ona məxsus avtomobilə dəymiş ziyana görə 14808,00 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq onun xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(031 )-1151/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Sözügedən qətnamə icra edilməsi üçün Şabran Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməsinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin 05 yanvar 2021ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il tarixdə xəbərdar edilməsinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün İcra şöbəsi tərəfindən istintaq idarəsinə təqdimat verilən 01 oktyabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs ona olan borcunu kifayət qədər aylıq qazanca malik olmasına baxmayaraq, qərəzli olaraq ödəməmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə ödəmişdir və onun Təqsirləndirilən şəxs hər hansı bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmyerlisi və yaxın qonşudur. 2016-cı ildə Zərərçəkmiş şəxs adlı həmyerlisi “Hova” markalı, 17VC-260 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə əsasında Təqsirləndirilən şəxs vermiş, o da həmin avtomobillə yük daşıyaraq qazanc əldə edirdi. Həmin işdən qazancı ayda təxminən 250,00-300,00 manat təşkil edirdi. xx.xx.2017-ci ildə Təqsirləndirilən şəxs həmin avtomobillə Xizi rayonu, Giləzi kəndində avtomobil qəzasına düşdüyündən, digər avtomobil ilə toqquşma nəticəsində Zərərçəkmiş şəxs məxsus olan avtomobilə külli miqdarda ziyan dəymişdir. Sonradan isə Bəxtiyar avtomobilə dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci ildə avtomobilə dəymiş ziyana görə 14808,00 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair qətnamə çıxarılmışdır. Ələskər müxtəlif yerlərdə işləmiş, o cümlədən qeyri rəsmi olaraq təxminən 2 aya yaxın müddətdə aylıq əmək haqqı 300,00-350,00 manat olan, təxminən 6 aya yaxın müddət ərzində aylıq əmək haqqı 400,00- 450,00 manat olan və hazırda təxminən 3 aya yaxın müddətdir ki, aylıq əmək haqqı 300,00- 350,00 manat olan işlərdə, yəni müxtəlif vətəndaşların mülkiyyətində olan yük avtomobillərini idarə etməklə qazanc əldə edir, Təqsirləndirilən şəxs işgüzar, zəhmətkeş bir insan olduğunu qeyd edərək, qazandığı aylıq qazancının öz dolanışığına və digər şəxslərə olan borclarının ödənilməsinə sərf etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus avtomobilə dəymiş ziyana görə 14808,00 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(031)-1151/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi qərəzli olaraq icra edilməmişdir. Sözügedən qətnamə icra edilməsi üçün Şabran Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməsinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin 05 yanvar 2021- ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün İcra şöbəsi tərəfindən İstintaq idarəsinə təqdimat verilən 01 oktyabr 2021-ci il tarixədək 14808,00 manat məbləğində borcunu qərəzli olaraq ödəməkdən yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə ödədiyini və ondan tələbi və şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)- 1151/2018 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilinə dəymiş 14808 manat məbləğində ziyan pulu alınıb Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.1961-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin məcəllənin 306-cı maddəsinin "Qeyd"inə əsasən həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə ifadə olunan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, Əliyev X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)- 1151/2018 saylı qətnaməsi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs olan 14808 manat məbləğində borcunu xx.xx.2024-cü il tarixə tam şəkildə ödəmişdir və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin "Qeyd"inə əsasən) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, ona qarşı hazırki iş üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344- 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar