Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-38/2022 06.07.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi Nümayəndə, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1987-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 22-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə Bakı-Quba avtomobil yolunun Şabran rayonu Gəndov kəndi ərazisindən keçən hissəsinin 130-cu kilometrliyində hərəkət üzrə yolun sağ tərəfində avtomobil körpüsünün yaxınlığında yerləşən "xxxx" MMC-nin balansında olmaqla fəaliyyət göstərməməsi səbəbindən uzun müddət mühafizəsiz və nəzarətsiz qalmış istirahət mərkəzinin üçmətəbəli binasından oğurluq etmək qərarına gəlmiş, həmin niyyətini həyata keçirmək məqsədi ilə 2021-ci ilin noyabr ayının təxminən 19-da saat 15 radələrində sözügedən əraziyə gəlmiş, obyektin birinci mərtəbəsində şüşəsi olmayan pəncərədən qanunsuz olaraq içəri daxil olmaqla ümumi dəyəri 280 (iki yüz səksən) manat təşkil edən birinci və ikinci mərtəbələrdə quraşdırılmış kondisionerlərin 5 ədədinin radiatorlarını və alüminium materialdan olan boru çıxıntılarını, beton pilləkənlərin alüminium materialdan hazırlanmış məhəccərlərinin bir hissəsini sökərək özü ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə eyni mənbədən, eyni üsulla, yəni yuxarıda adıçəkilən "xxxx" MMC-nin balansında olmaqla fəaliyyət göstərməməsi səbəbindən uzun müddət mühafizəsiz və nəzarətsiz qalmış istirahət mərkəzinin üçmətəbəli binasından oğurluq etmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək məqsədilə 2021-ci ilin noyabr ayının təxminən 22-də saat 22 radələrində yenidən sözügedən əraziyə gəlmiş, obyektin birinci mərtəbəsində şüşəsi olmayan pəncərədən qanunsuz olaraq içəri daxil olmaqla ümumi dəyəri 320 (üç yüz iyirmi) manat təşkil edən birinci və ikinci mərtəbələrdə quraşdırılmış kondisionerlərin 6 ədədinin radiatorlarını və alüminium materialdan olan boru çıxıntılarını, beton pilləkənlərin alüminium materialdan hazırlanmış məhəccərlərinin daha bir hissəsini sökərək özü ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə eyni mənbədən, eyni üsulla, yəni yuxarıda adıçəkilən "xxxx" MMC-nin balansında olmaqla fəaliyyət göstərməməsi səbəbindən uzun müddət mühafizəsiz və nəzarətsiz qalmış istirahət mərkəzinin üçmətəbəli binasından oğurluq etmək qərarına gəlmiş, həmin niyyətini həyata keçirmək məqsədilə 2021-ci ilin noyabr ayının təxminən 30-da saat 22 radələrində yenidən sözügedən əraziyə gəlmiş, obyektin birinci mərtəbəsində şüşəsi olmayan pəncərədən qanunsuz olaraq içəri daxil olmaqla ümumi dəyəri 290 (iki yüz doxsan) manat təşkil edən binanın birinci və ikinci mərtəbələrində sökülməmiş qalmış digər kondisionerlərin radiatorlarını və alüminium materialdan olan boru çıxıntılarını, beton piləkənlərinin alüminium materialdan hazırlanmış məhəccərlərinin daha bir hissəsini sökərək özü ilə aparmış, bununla da cəmi 890 (səkkiz yüz doxsan) manat məbləğində "xxxx" MMC-yə məxsus əmlakı gizli olaraq talamaqla vahid niyyəti ilə əhatə olunan oğurluqlar etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, evlidir, iki azyaşlı uşağı vardır, hazırda heç bir yerdə işləmir, ailəsinin yeganə qazanc gətirəni olduğundan gah Bakı şəhərində, gah da Şabran şəhərində valideynlərinin yanında yaşayır. 2017-ci ildən 2021-ci ilin dekabr ayına qədər Bakı-Quba mağistral avtomobil yolunun Şabran rayonu Gəndov kəndi ərazisindən keçən Gəndov kəndinə ayrılan körpünün sağ tərəfində yerləşən "xxxx" MMC-nin istirahət mərkəzinin üçmətəbəli binasında dəfələrlə olmuş, orada əmisi Vahid Kərimov təchizatçı vəzifəsində işlədiyinə görə həmin yerə çox gedib-gəlmişdir. 2021-ci ilin oktyabr ayında "xxxx" MMC-nin üçmərtəbəli motel binasında olan bütün kondisionerlərin motorları sökülərək Bakıdakı holdingin başqa bir obyektinə göndərilmişdir, bunu 2021-ci ilin noyabr ayında həmin obyektdə təsadüfən olduğu vaxt görmüşdür. Bu səbəbdən motelin bütün kondisionerləri yarı sökülmüş vəziyyətdə qalmış, bunu yadında saxlamışdır. 2021-ci ilin noyabr ayında kondisionerlərin qalan mis hissələri və alüminium materialından olan nərdivanların qıraqlarını həmin obyektdən gizli oğurlayıb, metal kimi, yəni mis və alüminium metalı kimi satıb pul əldə edə biləcəyini fikirləşmişdir. 2021-ci ilin noyabr ayının təxminən 19-20-ci günlərində uşaqlıqdan tanıdığı bir yerdə böyüdüyü taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid1 mobil telefonuna zəng edib ondan görüşməklərini xahiş etmişdir. Hakimlə Şabran şəhərində “Sünbül” kafesində görüşüb ondan onun taksi kimi fəaliyyət göstərdiyi “Mercedes-Benz-E-220-CD” markalı **-CT-*** qeydiyyat nişanlı avtomobilini istəmiş, bir saatlıq ona lazım olduğunu demişdir. Hakim avtomobilin açarlarını ona vermiş və həmin avtomobillə tək özü "xxxx" MMC-nin üçmərtəbəli motel binasının qarşısına saat 15 radələrində gəlmişdir. Obyektin birinci mərtəbəsində olan vestibülə baxan şüşəsi olmayan açıq vəziyyətdə olan pəncərədən içəri daxil olmuş və birinci mərtəbədə olan bir neçə kondisionerlərin içlərinin radiatorlarını və çölə çıxan trubalarını, eyni zamanda beton pilləkənlərin əl-tutmaq üçün nəzərdə tutulan alüminium materialından olan qıraqlarını – məhəccərlərini sökmüş və metal hissələri topaya yığıb orada yerdən tapdığı tellə və skoçla bağlamış, sonra avtomobilin baqaj hissəsinə qoymuşdur. Yenidən Hakimə zəng edib onunla görüşmüş və maşındakı mis və alüminium metal hissələri "xxxx" MMC-nin üçmərtəbəli motel binasından sökülmüş tullantılar olduğunu və özünə tullanması üçün verildiyini bildirərək, əgər tanıdığı metal qəbulu məntəqəsi varsa bu metalları ora satmağı təklif etmişdir. Hakim ondan birdən bu metalların oğurluq olduğunu soruşduqda sonuncuya "xxxx" MMC-nin üçmərtəbəli motel binasından sökülmüş tullantılar olduğunu bildirib sakitləşdirmiş, eyni zamanda Hakimi onun "xxxx" MMC-də işlədiyinə inandırmışdır. Hakim Aydın adlı şəxsin metal qəbulu məntəqəsini tanıdığını bildirdikdən sonra onunla birlikdə həmin məntəqəyə getmiş və Aydın adlı şəxsə və onun oğluna həmin mis və alüminium metallarından olan kondisioner və pilləkənin alüminium hissələrini 110 manata satmışlar. Pulu, yəni 110 manatı aldıqdan sonra yarısını, yəni 55 manatı Hakimə vermişdir. Bundan təxminən 2-3 gün sonra yenidən avtomobili Hakimdən götürdükdən sonra yenidən "xxxx" MMC-nin üçmərtəbəli motel binasının qarşısına saat 22 radələrində getmiş və yenə də birinci mərtəbədə olan vestibülə baxan açıq pəncərədən içəri daxil olaraq ikinci mərtəbədə olan bir neçə ədəd kondisionerlərin içlərinin radiatorlarını və çölə çıxan turbalarını və beton piləkənlərin əl-tutmaq üçün nəzərdə tutulan alüminium materialından olan digər qıraqlarını – məhəccərlərini sökmüş və yenə də topaya bağlayıb Hakimin “Mercedes- Benz-E-220-CD” markalı **-CT-*** qeydiyyat nişanlı avtomobilinin baqaj hissəsinə qoyub Hakimi götürərək onunla birlikdə yenidən Aydının metal qəbulu məntəqəsinə getmişlər, həmin metal hissələri 130 manata Aydına satdıqda həmin 130 manatdan 75 manatı Hakimə vermiş, lakin yenə də Hakimin oğurluq etməsi barədə heç bir məlumatı olmamış, ona həmin metal hissələrin güya işlədiyi holdingin tullantıları olduğunu bildirmişdir. Bundan bir həftə sonra saat 22 radələrində yenidən Hakimdən onun avtomobilini götürmüş və üçüncü dəfə "xxxx" MMC-nin üçmərtəbəli motel binasının qarşısına gəlib eyni yerdən açıq pəncərədən içəri daxil olmuş və artıq birinci və ikinci mərtəbələrdə sökülməmiş qalan kondisionerlərin içlərinin radiatorlarını və çölə çıxan trubalarını, beton piləkənlərin də sökülməmiş qalmış əl-tutmaq üçün nəzərdə tutulan alüminium materialından olan məhəccərləri sökmüş və bu dəfə avtomobilin baqaj hissəsinə qoyub Xırdalan qəsəbəsində tanımadığı bir metal yığan avtomobillərin birinə 290 manata satmış, həmin satdığı adama da həmin hissələrin tullantı olduğunu demişdir. Bundan sonra növbəti gün Hakim Bakıya gələrək, Bakı şəhərinin girəcəyində olan “Şemaxinka” deyilən yerdə ondan avtomobilini təhvil almış, Hakimə 130 manat pul vermiş, lakin yenə də Hakimin satdığı mis və alüminium hissələrin oğurluq olduğu barədə məlumatı olmamışdır. Əldə etdiyi puldan özünə və ailəsinə xərcləmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndə qismində dindirilən Nümayəndə bildirdi ki, 2021-ci ilin noyabr ayında Bakı-Quba magistral avtomobil yolunun Şabran rayonu Gəndov kəndi ərazisindən keçən 130-cu kilometrliyində Gəndov kəndinə ayrılan körpünün sağ tərəfində yerləşən "xxxx" MMC-nin balansında olan istirahət mərkəzinin üçmətəbəli obyektindən kondisioner hissələri – radiatorlarını və beton pilləkənlərin alüminium materialdan hazırlanmış məhəccərlərinin oğurlanması barədə məlumatı aldıqdan sonra MMC-nin təchizatçısı Vahid Kərimov rəsmi şikayət ərizəsi ilə Şabran rayon polis şöbəsinə müraciət edərək qanunamüvafiq qaydada tədbirin görülməsini xahiş etmiş, eyni zamanda oğurluq hadisəsi baş versə də həmin obyektin artıq fəaliyyət göstərməməsi səbəbindən Zərərçəkmiş şəxsə oğurluq nəticəsində 530 manat məbləğində dəymiş ziyanla əlaqədar heç bir mülki iddiası olmadığını həmin ərizədə qeyd etmişdir. Hazırda da oğurluq nəticəsində işlədiyi şirkətə dəymiş həmin ziyanla əlaqədar heç bir mülki iddiası, mülki tələbi olmamışdır. Sonradan Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən şirkətə verilmiş məlumata əsasən həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs ad-soyadlı şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də heç bir vəzifədə və MMC-nin heç bir obyektində işləməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır, ailəsini dolandırmaq üçün özünə məxsus “Mercedes-Benz” markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Şabran şəhərləri arası taksi fəaliyyəti ilə məşqul olur. Təxminən 2021-ci ilin noyabr ayının 19-20-ci günlərində saat 20 radələrində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Sünbül” adlı kafedə dostu Nəsiblə birlikdə yemək yediyi vaxt digər dostu, eyni zamanda yaxın qonşusu olan Rafiqin oğlu Ruslan onun mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş və həmin kafenin qarşısına gəldikdə Ruslanla görüşmüşdür. Ruslan ondan təxminən bir saatlıq işi üçün avtomobil lazım olduğunu bildirmişdir. İdarə etdiyi “Mercedes-Benz” markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilin açarını Ruslana verdikdən təxminən yarım saat sonra “Sünbül” kafesindən çıxaraq “Avtovağzal”a gedərək “Şərifin çayçısı” adlanan yerdə çay içməyə başlamışdır. Saat 20 radələrindən sonra bir saat yarım keçdikdə Ruslan ona zəng edərək “Avtovağzal” adlanan ərazidə yerləşən kanal keçidinin üzərinə gəlib onu götürmüşdür. Avtomobilə mindikdən sonra Ruslan ona “mis və alüminium var, mis alan yer bilirsənsə aparaq sataq” demiş, Ruslandan “Ruslan, həmin mislər oğurluq deyil ki?” deyə soruşduqda sonuncu, Bakı-Xaçmaz yolunun Şabran rayonuna məxsus Gəndov kəndinin ərazisinə düşən, Bakı-Xaçmaz yolunu Gəndob kəndi ərazisində Quba yoluna birləşdirən körpünün sağ alt hissəsində, yolun kənarında yerləşən obyektlərindən götürdüyünü, həmin mis məmulatlarının ixtisardan ayrılmış yararsız tullantı olduğunu bidirmişdir. Ruslana “Aydının metal qəbulu məntəqəsinə verə bilərik” demiş və onlar birlikdə Aydının yaşadığı evin həyətyanı sahəsində yerləşən metal qəbulu məntəqəsinə getmişlər. Orada Aydının adını bilmədiyi oğlu onları qarşılamış, Aydının oğluna əllərində olan mis və alüminiumu, kondisionerlərin içləri və alüminium məhəccərələrini satmaq istədiklərini bildirmişdir. Aydının oğlu mallara baxdıqdan sonra onlardan “oğurluqdur, ya yox?” deyə soruşduqda, “Xeyr, oğurluq deyil” cavabını vermişlər. Aydına satmaq üçün apardıqları malları ona satdıqdan sonra təxminən 90-100 manat almışlar, həmin pulun yarısını Ruslan ona vermiş, daha sonra Ruslanı Bakı şəhərinə yola salmışdır. Bundan təxminən 4-5 gün sonra Ruslan onunla Bakı şəhərində “Şemaxinka” adlanan yerdə görüşərək, Şabran şəhərinə gəlmiş və Şabran şəhərində Ruslan ondan həmin obyektə təkrar getməyi istəyibistəmədiyini soruşmuşdur. Ruslana “Yox, qorxuram, mən elə yerlərə gedə bilmərəm” dedikdə, Ruslan yenə ondan avtomobilini istəmişdir, həmin vaxt saat 19-20 radələri olmuşdur. Ruslan ondan maşınını alıb apardıqdan təxminən 2 saat sonra yanına gələrək yenə də həmin mislərdən olduğunu və aparıb birlikdə satmaq istədiyini dedikdən sonra onlar birlikdə yenə də Aydının metal qəbulu məntəqəsinə getmişlər. Bu zaman Ruslan avtomobildən aşağı düşməmiş, ona görə də həmin detalları aşağı endirərək Aydına 120- 130 manata satmışdır. Aldıqları 120-130 manatdan Ruslan yenə də ona tam yarısını, yəni 60-65 manat pul vermiş, həmin gecə Ruslanı Bakı şəhərinə yola salmışdır. Bundan da bir neçə gün sonra Ruslan yenə də ondan avtomobili götürüb aparmış və bir gündən sonra Bakıda “Şemaxinka” adlanan yerdə ona avtomobili qaytardıqda növbəti satdığı mis və alüminium partiyasından əldə etdiyi puldan ona 130-140 manat vermişdir. Ruslan ona əmisinə və ya hansı isə qohumuna məxsus olan Bakı-Xaçmaz yolunun Gəndob kəndi ərazisində Quba yoluna birləşdirən körpünün sağ alt hissəsində, yolun kənarında yerləşən obyektində özü şəxsən işlədiyini bildirmiş, bir neçə dəfə Ruslanı həmin obyektə taksi kimi aparıb düşürmüşdür. Ruslan həmin obyektin çoxdan bağlandığını və işləmədiyi üçün köçürüldüyünü, həmin mis və alüminum detalların sökülüb tullantı kimi ona verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, ailəsi ilə birlikdə Şabran rayonu Sumaqova kəndində yaşayır, qeydiyyatda olduğu özünə məxsus olan ünvan 3 ünvanda yerləşən yaşayış evinin həyətində əlvan metalların qəbulu məntəqəsini işlədir. Şahid1 və Təqsirləndirilən şəxs Şabran rayon sakinləri kimi tanıyır, Hakim özünə məxsus “Mecedes-Benz” markalı avtomobillə Şabran-Bakı marşrutunda taksi kimi işlədiyi üçün bir-iki dəfə onunla Bakıya getmiş, Ruslanı isə yol-istismar idarəsinin müdiri işləyən Rafiq Kərimovun oğlu kimi tanımışdır. 2021-ci ilin noyabr ayının 19 və ya 20-si Təqsirləndirilən şəxs Şahid1lə sonuncunun “Mecedes-Benz” markalı avtomobili ilə onun əlvan metalların qəbulu məntəqəsinə gəldikdə orada oğlu Vasif olmuş və onlar Vasifə bir topada 05 ədəd kondisioner radiatorlarını və təxminən 20 kiloqram çəkidə alüminium materialından olan məhəccərləri qatlanmış və yığılmış vəziyyətdə gətirib təqdim etmişlər. X9 işlədiyi bir idarənin ofisinin demontaj olunduğunu və həmin detalların tullantı kimi Ruslana verildiyini bildirmişlər. Vasif də Ruslanın Rafiq müəllimin oğlu kimi tanıdığı üçün həmin detalların oğurluq olmadığına inanmışdır. 2021-ci ilin noyabr ayında alüminiumun bir kilosu 03 manat olmuş, Vasif alüminium məhəccərləri çəkdikdə 20 kiloqram gəlmiş, buna görə Vasif Ruslana məhəccərlərə görə 60, kondisioner radiatorlarına görə isə 50 manat, cəmi 110 manat pul vermişdir. Bundan təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs Şahid1lə birlikdə yenidən onun əlvan metalları qəbulu məntəqəsinə gəlib, daha bir topada 06 ədəd kondisioner radiatorlarını və təxminən 23-24 kiloqram çəkidə alüminium materialından məhəccərləri əzilmiş və qatlanmış vəziyyətdə gətirərək, yenə də Ruslan işlədiyi bir idarənin ofisindən sökülüb tullantı kimi Ruslana verildiyini bildirmiş, Ruslanın Rafiq müəllimin oğlu olduğuna görə atasının hansısa ofisindən sökülmüş detallar olduğunu fikirləşmişdir. Həmin 06 ədəd kondisioner radiatorlarını 60 manat, 23 ya 24 kiloqram çəkidə məhəccərlərini isə 70 manata qiymətləndirərək, onlara bu dəfə 130 manat pul vermiş və onlar çıxıb getmişlər. Həmin detalların oğurluq olması barədə heç bir məlumatı olmamış, bunu ancaq polis əməkdaşları Şahid1lə gəlib onun məntəqəsinə baxış keçirən vaxt həmin kondisioner radiatorlarını aşkar edib götürdükdə bilmişdir. Kondisioner radiatorlarda həm mis, həm də alüminium olduğuna görə onları bir-birindən ayırıb sonra əritməyə verməli olduğu üçün onlar məntəqədə qalmış, alüminium məhəccərləri isə polis əməkdaşları gələnə qədər artıq əridilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 atası Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2670 saylı rəyindən aşağıdakılar müəyyən edilmişdir: 1). 02 ədədi təxminən 1 metr uzunluğunda kondisioner iç blokunun refrejeratorları (radiatoru) 100 (2 ədx50 man.) manat; 2). 03 ədədi təxminən 70 santimetr uzunluğunda kondisioner iç blokunun refrejeratorları (radiatoru) 120 (3 ədx40 man.) manat; 3). 03 ədədi təxminən 1 metr uzunluğunda kondisioner iç blokunun refrejeratorları (radiatoru) 150 ( 3 ədx50 man.) manat; 4). 03 ədədi təxminən 70 santimetr uzunluğunda kondisioner iç blokunun refrejeratorları (radiatoru) 120 ( 3 ədx40 man.) manat. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli 1691 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda ailə üzvləri – arvadı X2, uşaqları – 2012-ci il təvəllüdlü X3 və 2016-cı il təvəllüdlü X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli 1690 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntularına yol verməmişdir. Sakinlərə qarşı hörmətsizlik etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Akif Həsənovun məhkəməyə ünvanladığı 13 iyun 2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı hər hansı bir maddi və ya mənəvi şikayəti və iddiası yoxdur. İş materiallarında olan şəxsin tutulması barədə 12 aprel 2022-ci il tarixli protokoldan və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) gün şübhəli şəxs kimi tutulub saxlanılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları və eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri üzrə Probasiya xidmətinə həvalə edilməlidir. İş üzrə maddi sübut 11 ədəd kondisioner radiatorları sahibinə təhvil verilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün şübhəli şəxs kimi tutulub saxlanıldığı müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdqan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri üzrə Probasiya xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 11 ədəd kondisioner radiatorları sahibinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-38/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-38/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver