Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-38/2025 08.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xaçmaz Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1996-cı il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 04:20-də “BD” seriyalı, 090921 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi və 3951 nömrəsi ilə qeydiyyata alınmış etibarnamə əsasında idarə etdiyi “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şabran şəhəri, Heydər Əliyev prospektində rayonun dəmir yolu stansiyasından Şabran Rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayıraraq yol şəraitinə uyğun sürətlə idarə etməmiş, nəticədə avtomobil idarə olunmaz vəziyyətə düşərək hərəkət hissəsindən sağa çıxıb yolun 751-ci metrliyinin sağ kənarında yerləşən çinar ağacına çırpılmış, həmin vaxt avtomobildə sağ qabaq hissədə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs "baş beyin toxumasına və baş beynin yumşaq qişasına qansızmalar, beyin kötüyünə qansızmalar, sağ ağ ciyərin və qara ciyərin cırılmaları, sağ 3-7-ci qabırğaların qapalı köndələn sınıqları, sağ bud sümüyünün və sağ baldır sümüklərinin qapalı qəlpəli sınıqları, başın təpə ənsə nahiyəsinin və sol qaş qövsünün əzilmiş cırılmış yaraları, sağ baldırın sıyrıqları. başın və döş qəfəsinin yumşaq örtüyünün qansızmalarından ibarət aldığı dərəcəsinə görə ağır xəsarətlər nəticəsində öldüyündən, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən “Şinkar Holding” şirkətində beş ilə yaxın müddətdir ki, bina tikintilər üçün nəzərdə tutulmuş kran avtomobillərinin detallarının quraşdırıcısı işləyir. xx.xx.2025-ci il tarixdə onda istirahət günləri olduğu üçün Siyəzən şəhərinə, valideynlərinin yanına gəlmişdir. Həmin günü o, bir qədər dincəlmiş, sonra bir ilə yaxındır ki, "TikTok" sosial şəbəkəsində tanış olduğu Şabran rayon sakini Zərərçəkmiş şəxs ilə telefonda danışaraq ona Siyəzən şəhərində olduğunu, vaxtı olsa onunla görüşmək istədiyini bildirmişdir. Orxan da işlədiyi "Hüseyn" market ərzaq dükanında, iş yerində olduğunu bildirərək gecə saat 02:00-da işdən çıxacağını ona demişdir. Buna görə də o, həmin günün sabahısı, yəni xx.xx.2025-ci il tarixdə, saat 02:00 radələrində Şabran şəhərində yerləşən "Hüseyn" adlı ərzaq dükanına gedərək dükanda Orxanla görüşmüş, Orxanın işdən çıxmasını gözləmiş və onlar yaxınlıqda yerləşən çayçıya gedib çay içmişdirlər. Sonra o, Orxanı aparıb Şabran şəhərində yerləşən dəmir yolu stansiyasının qarşısında olan dairədə düşürdüb evə qayıtmışdır. 26 may 2025-ci il tarixdə də o, Orxanla zəngləşmiş, söhbət zamanı yenə görüşmək qərarına gəlmişdirlər. Orxan işdə olduğunu ona demiş, gecə işdən sonra vaxtı olacağını deyərək işdən sonra görüşməyə razılığa gəlmişdirlər. Bundan bir neçə saat sonra xx.xx.2025-ci il tarixdə o, özünə məxsus “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran şəhərinə getmiş, Orxanı Şabran şəhərinin dəmir yolu stansiyasının qarşısından götürmüş, Orxan avtomobilin qabaq sağ tərəfində əyləşmiş və onlar avtomobil ilə stansiyadan Şabran Rayon Mərkəzi Xəstəxanası istiqamətində yola düşmüşdürlər. Avtomobil yolu ilə hərəkətdə olarkən onun fikri yayınmış, buna görə idarə etməni itirmiş, avtomobil yolun sağında olan çinar ağacına çırpılmışdır. O, hadisənin necə baş verməsini və xəstəxanaya necə aparıldığını xatırlamır, Orxanın ölməsi barədə sonradan xəbəri olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, iki qız və üç oğlan övladı olmuşdur. Ən kiçik oğlu Orxan subay idi. Orxan Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən "Hüseyn" adlı marketdə iki ilə yaxındır ki, satıcı işləyirdi. Mobil telefondan və sosial şəbəkələrdən mütəmadi olaraq istifadə etmişdir. Orxanın iş vaxtı saat 16:00-dan başlayaraq gecə saat 02:00 radələrində bitirdi. xx.xx.2025-ci il tarixdə həmişə olduğu kimi oğlu Orxan dükana işə getmiş, həmin günün sabahısı, yəni xx.xx.2025-ci il tarixdə saat 02:00-dan sonra Orxan işdən çıxaraq evə gəlib çay içmiş, bir qədər sonra saat 04:00 radələrində evdən çıxmışdır. Evdən çıxanda Orxan onlara bir söz deməmiş, sonradan onlara Orxanın Rəhim adlı tanışı ilə görüşüb Şabran rayonunun içinə gəzməyə çıxması məlum olmuşdur. Həmin günü saat 04:45 radələrində qonşuluqda yaşayan Əlibala qapılarına gəlmiş, onlara işə gedərkən Orxanın yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat vermişdir. Buna görə də onlar bunu eşidib dərhal xəstəxanaya getmiş və orada məlum olmuşdur ki, Orxan “VAZ-2101” markalı avtomobildə çinar ağacına çırpılmış və nəticədə yerində aldığı xəsarətlərdən ölmüşdür. Sürücü isə ağır xəsarətlərlə reanimasiyaya yerləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmiş və onun hazırda Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs onlara maddi ziyan ödəmiş və ailəsi onun mərhum oğlunun dəfnində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şabran Rayon Mərkəzi Xəstəxanasında təcili yardım avtomobilinin sürücüsü vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixə keçən gecə xəstəxanada işdə olmuşdur. Həmin günü təcili yardıma Şabran şəhərinin Heydər Əliyev küçəsində xəstəxananın yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Buna görə də o, növbədə olan tibb işçiləri briqadası ilə hadisə yerinə getmiş və onlar “VAZ-2101” markalı, açıq rəngdə olan əzilmiş avtomobilin sağ qabaq sərnişin yerində bir nəfər şəxsin hərəkətsiz olduğunu görmüşdürlər. Onunla hadisə yerinə gedən Elnur adlı növbətçi həkim tərəfindən hərəkətsiz olan şəxs yoxlanıldıqdan sonra sərnişinin ölməsi məlum olmuşdur. Hər bir halda ilkin müayinə nəticəsində ölməsi məlum olan Orxan adlı şəxsin vəziyyətinin daha ağır olması səbəbi ilə tərəflərindən Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili sürən şəxsi isə yoldan keçən avtomobillərdən biri xəstəxanaya çatdırmış, o da xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməməsi və iş üzrə proses iştirakçılarının işə onun iştirakı olmadan məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə baxılmasına etiraz etməmələrini bildirmələri səbəbi ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329-cu maddəsinə əsasən elan edilmiş ifadəsində iş üzrə Şahid1 göstərmişdir ki, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, saat 04:21-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzindən yol-nəqliyyat hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən Şabran Rayon Mərkəzi Xəstəxananın yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi yerinə dərhal getmişdir. Orada dəmir yolu stansiyasından Şabran Rayon Mərkəzi Xəstəxanaya gedən avtomobil yolunun, xəstəxana yaxınlığında olan hissəsində, avtomobil yolunun kənarında olan çinar ağacına çırpılaraq 9-10 metr məsafədə irəlidə “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görmüşdür. Avtomobilin sağ qabaq tərəfində əyləşən sərnişin Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sürücü isə ağır vəziyyətdə olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin İ cildinin 1-ci vərəqi). - xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, yolnəqliyyat hadisəsinin sxemindən və fotocədvəldən görünür ki, həmin tarixdə saat 05:05dən 05:45-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ-2101” markalı, **- ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şabran şəhəri, Heydər Əliyev prospektində törətdiyi yol nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilmişdir. Hadisə yeri Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən Şabran rayonunun dəmir yolu stansiyasından Şabran Rayon Mərkəzi Xəstəxanası istiqamətində yerləşir. Həmin ərazidə iki tərəfli avtomobil yolu yerləşir, yolların araları daş materialdan olan səkilərlə bölünmüşdür. Hadisə baş vermiş yol 5,6 metr enindədir. Yol asfalt örtüklüdür, qurudur, asfalt örtüyü tam və zədəsizdir. Avtomobilin çırpıldığı yer 80 santimetr diametrliyində, mişar daşları ilə dairəyə alınmış çinar ağacıdır. Ağac avtomobil yolunun səkisindən 7 metr sağ tərəf istiqamətində yerləşir. Ağacın yerdən 50 santimetr hündürlüyündə olan hissəsi, yəni dəmir yolu stansiyası tərəfə, avtomobilin gəldiyi tərəfə baxan tərəfi zədəlidir. Ağacın qabığı qopmuş və zədəli haldadır. Ağacın yanlarına düzülmüş daş və mişar daşı hissələri, torpaqla birlikdə sol tərəfindən yayılaraq iki metr qarşıya səpələnmiş, yayılmış haldadır. Qarşıda sol istiqamətə doğru bir ədəd, tam halda mişar daşının olması müşahidə edilir. Ağacdan sağ tərəfə 13 metr məsafədə dükanlar yerləşir. Ağacdan 19 metr qarşıda, solda olan səkilərə yapışmış halda və ön tərəfi səkiyə dəymiş halda “VAZ-2101” markalı, **-ER- *** dövlət qeydiyyat nişanlı avtomobil durmuş haldadır. Avtomobilin sol yan tərəfi stansiya istiqamətində olmaqla, arxası dükanlar olan istiqamətdədir. Avtomobilin uzunluğu 4 metr olmaqla, kuzası deformasiyaya uğramış, sağ qabaq tərəfi, salona girmiş vəziyyətdədir. Qabaq sağ təkəri qabaq sərnişin yerində, qabaq sərnişin yeri isə arxa sərnişin yerinin üstünə qalxmış vəziyyətdədir. Salonun sükanı əzilmiş və yararsız hala düşmüş haldadır. Avtomobilin kuzasının boyası müxtəlif yerlərdən, eninə sürtülərək sol, sağ və üst tərəfdən bir neçə yerdən boyası qopmuş vəziyyətdədir. Avtomobilin yan güzgüləri yerindən qopmuş yan arxa və qabaq şüşələri yerindən sınaraq çıxmış vəziyyətdədir. Mühərrikxananın sağ tərəfi, yəni sağ qanad tərəfi qopmuş, mühərrik örtüyü yerindən əzilərək çıxmış, alın şüşəsi isə sınmış halda mühərrikin üstündədir. Avtomobildən 8 metr arxada, yolun solunda, yəni səkiyə yapışmış vəziyyətdə, qabaq sol qapı yerləşir. Salonun arxa tərəfində, arxa şüşənin yerində, səsucaldanlar olan yerdə avtomobilin maqnitofonu yerləşir. Hadisə yerinə baxış zamanı əyləc izləri aşkar edilməmişdir. Baxış zamanı avtomobilin qabaq sərnişin yerindən modeli məlum olmayan, ekranı zədələnmiş halda, qara rəngli, qoburu olan, yararsız halda olan mobil telefon aşkar edilərək götürülmüşdür. Baxış zamanı hadisə yerinin bir neçə fotoşəkili, “Redmi” markalı mobil telefonla araşdırma materiallarına əlavə edilməsi üçün çəkilmişdir. Baxış zamanı iştirakçılar tərəfindən hər hansı bir vəsatət və ya etiraz daxil olmamışdır. Bununla da baxış bitmişdir (cinayət işinin İ cildinin 5-15-ci vərəqləri). - DVD diskdəki videogörüntüdən görünür ki, videogörüntü yolun sol tərəfində yerləşən hündürlükdən çəkilməsi, həmin vaxt havanın qaranlıq olması, qeyd olunan yerin yol işığı ilə işıqlandırılması, hadisə vaxtının xx.xx.2025-ci il tarixdə, saat 04:20-də olması müşahidə edilir. Baxış zamanı videogörüntüdə açıq rəngdə olan “VAZ-2101” markalı avtomobilin sağa doğru gedərək yolun kənarında yerləşən ağaca çırpılması və zərbədən avtomobilin güclü deformasiyaya uğrayaraq bir neçə metr qarşıya fırlanaraq aşması görünür (cinayət işinin İ cildinin 18-ci vərəqi). - xx.xx.2025-ci il tarixli, 22 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 08:30-da keçirilmiş tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu və sərxoş olmadığı aşkar edilmişdir (cinayət işinin İ cildinin 32-ci vərəqi). - xx.xx.2025-ci il tarixli götürmənin aparılması haqqında qərardan və protokoldan görünür ki, “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobildən ekspertiza təyin edilməsi üçün qabaq hər iki oturacaqdan parçaların hissəsi götürülmüşdür (cinayət işinin İ cildinin 38-40-cı vərəqləri). - xx.xx.2025-ci il tarixli götürmənin aparılması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Beybala oğlunun hadisə vaxtı əynində olan qısa qol köynəyi götürülmüşdür (cinayət işinin İ cildinin 41-43-cü vərəqləri). - xx.xx.2025-ci il tarixli götürmənin aparılması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Beybala oğlunun iki nüsxədə qan analizləri götürülmüşdür (cinayət işinin İ cildinin 44-45-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Beybala oğlunun adına xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək verilmiş BD seriyalı, 090921 saylı, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə aid cərimə, hüquq pozma ilə bağlı bal və məhdudiyyət yoxdur. “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir və 3951 nömrəli etibarnamə ilə Təqsirləndirilən şəxs Beybala oğluna həmin nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək idarə etmək hüququ verilmişdir (cinayət işinin İ cildinin 50-ci vərəqi). - xx.xx.2025-ci il tarixli, 1961/K saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitəsi hesab edilən) aşkar edilməmişdir (cinayət işinin İ cildinin 62-65-ci vərəqləri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cinayət işinin İ cildinin 65-ci vərəqi). - Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 969 saylı xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs haqqında şikayət daxil olmamışdır(cinayət işinin İ cildinin 68-ci vərəqi). - “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-69/2-532/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X12 ruhi-əsəb və narkoloji kabinetlərdə xəstə kimi qeydiyyatı aparılmamışdır (cinayət işinin İ cildinin 76-cı vərəqi). - AZ-İİ seriyalı, 507673 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə travmatik şokdan ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 150 nömrə ilə qeyd edilmişdir (cinayət işinin İ cildinin 78-ci vərəqi). - xx.xx.2025-ci il tarixli, 8/1359 nömrəli məhkəmə yol-nəqliyyat ekspertizasının rəyindən görünür ki, “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 79-82-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 83-cü vərəqi). - xx.xx.2025-ci il tarixli ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, X4 ********* nömrəli cinayət işi üzrə ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cinayət işinin İ cildinin 86-cı vərəqi). - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi X4 həmin ərizəsində Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və ya tələblərinin olmadığını, həmin şəxsin ailəsinin onun mərhum oğlunun dəfnində iştirak edərək onlara köməklik etdiklərini bildirmişdir (cinayət işinin İ cildinin 93-cü vərəqi). - xx.xx.2025-ci il tarixli, 6/2234 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs, X2 məxsus olduğu qeyd edilən geyim əşyalarının “VAZ- 2101” markalı, **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sol (sürücü) oturacağının oturacaq və söykənəcək hissələrinin və ön sağ (sərnişin) oturacağının söykənəcək hissələrinə məxsus olduğu qeyd edilən üzüklərinin üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sol (sürücü) oturacağının oturacaq və söykənəcək hissələrinin səthi üzərində aşkar edilmiş tünd göy rəngli polyester kimyəvi lillər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyi tərkib lillərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sağ (sərnişin) oturacağının söykənəcək hissələrinə məxsus olduğu qeyd edilən üzlüyünün səthi üzərində aşkar edilmiş tünd göy rəngli polyester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib lillərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sol (sürücü) oturacağının oturacaq və söykənəcək hissələrinə məxsus olduğu qeyd edilən üzlüklərin səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sağ (sərnişin) oturacağının söykənəcək hissələrinə məxsus olduğu qeyd edilən üzlüklərinin səthi üzərindən aşkar edilmiş məxsus olduğu qeyd edilən üzlüyünün səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib lillərinə uyğun gəlirlər. Aparılmış tədqiqatın dəyəri 154 manat təşkil edir (cinayət işinin İ cildinin 95-100-cü vərəqləri). - xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan bir ədəd qısa qol köynək, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd şalvar və 1 ədəd köynək, “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasındakı oturacağın və ön sağ sərnişin oturacağının üzərindəki üzlüklər iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Şabran Rayon Polis X10ın saxlanılması otağına təhvil verilmişdir (cinayət işinin İ cildinin 101-ci vərəqi). - xx.xx.2025-ci il tarixli, 125 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində qapalı kəllə-beyin zədələnməsi, baş-beyin silkələnməsi, boynun küt travması və alt çənə nahiyəsinin əzilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (cinayət işinin İ cildinin 103-104-cü vərəqləri). - xx.xx.2025-ci il tarixli, 14 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsində müştərək politravma-baş beyin toxumasına və baş beyin yumşaq qişasına qansızmalar, beyin kötüyünə qansızmalar, sağ ağ ciyərin və qara ciyərin cırılımaları, sağ 3-7-ci qabırğaların qapalı köndələn sınıqları, sağ bud sümüyünün və sağ baldır sümüklərinin qapalı qəlpəli sınıqları, başın təpə ənsə nahiyəsinin və sol qaş qövsünün əzilmiş cırılmış yaraları, sağ baldırın sıyrıqları. başın və döş qəfəsinin yumşaq örtüyünün qansızmalardan ibarət bədən xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olub xx.xx.2025-ci il tarixə uyğun gəlir, canlı adamlarda ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt zədələnməsi nəticəsində baş beyin toxumasına, baş beyinin yumşaq qişasına və beyin kötüyünə qansızmalar olmuşdur. Onun ölümünün baş vermə vaxtı meyitinin müayinə anında (xx.xx.2025-ci il, saat 11:00) 6 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatında qanda etil spirti və narkotik vasitələr aşkar olunmamışdır (cinayət işinin İ cildinin 105-108-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 109- 110-cu vərəqləri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 133-134-cü vərəqləri). - xx.xx.2025-ci il tarixli ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən “DVD” disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, məhkəmə-lifli ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/2234 nömrəli rəyi məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/1359 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 14 nömrəli rəyinin işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi tanınmış, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan bir ədəd qısaqol köynək, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd şalvar və 1 ədəd köynək, VAZ-2101 markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasındakı oturacağın və ön sağ sərnişin oturacağının üzərindəki üzlüklər xx.xx.2025-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmışdır (cinayət işinin İ cildinin 136-141-ci vərəqləri). Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməsinə dair etirafedici ifadəsinə, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməldən səmimi peşman olmasını, ailədə yeganə gəlir gətirən şəxs olmasını, dəfn və yas mərasimi xərclərinin tərəfindən ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməli və Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 282 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübutlar: Şabran Rayon Polis X10 Otağında saxlanılan, hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd şalvar və 1 ədəd köynək onun iş üzrə hüquqi varisi X3, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan bir ədəd qısaqol köynək, idarə etdiyi “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasındakı oturacağın və ön sağ sərnişin oturacağının üzərindəki üzlüklər hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs, “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı, **********3 ban nömrəli, 500189 mühərrik nömrəli nəqliyyat vasitəsi mülkiyyətçisi X7 geri qaytarılmalı, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən “DVD” disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və ya xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 347-349, 351- 353, 356 və 381-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar: Şabran Rayon Polis X10 Otağında saxlanılan, hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd şalvar və 1 ədəd köynək onun iş üzrə hüquqi varisi X3, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan bir ədəd qısaqol köynək, idarə etdiyi VAZ-2101 markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasındakı oturacağın və ön sağ sərnişin oturacağının üzərindəki üzlüklər hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs, “VAZ-2101” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı, **********3 ban nömrəli, 500189 mühərrik nömrəli nəqliyyat vasitəsi mülkiyyətçisi X7 geri qaytarılsın, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən “DVD” disk isə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 282 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X6, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-38/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-38/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver