Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-39/2021 17.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyər göstərən vəkil Müdafiəçi oğlunun iştirakları ilə xx xxxx 1976-cı il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, ünvan 1ünvanda qeydiyyatında olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə saat 23:30 radələrində Şabran şəhəri, Q.Qasımov küçəsi ev 7, mənzil 1-7 ünvanda içkili vəziyyətdə olduğu üçün qoca və köməksiz vəziyyətdə olan anası Zərərçəkmiş şəxs ona spirtli içki içməsinə görə irad bildirdiyindən aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı sonuncu, anası Zərərçəkmiş şəxs yerə yıxaraq onun köməksiz vəziyyətindən və özünü müdafiə edə bilməməsindən istifadə edərək yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol qulaq seyvanında qığırdaq və yumşaq hissələrin əziyindən, sol qulaq önü nahiyədə və döş qəfəsində yumşaq toxumaların əziyindən ibarət olan və baş-beyin sirkələnməsi əlamətləri ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ailəlidir, iki övladı var. Spirtli içki aludəçisi olduğu üçün ailəsi ondan ayrılaraq Bakı şəhərində ata evində yaşayırlar. 25 may 2021-ci il tarixdə axşam yeməyini yeyən zaman spirtli içki qəbul etmişdir. Saat təxminən 23:30 radələrində o, anasının otağına keçdikdə anası onun spirtli içki qəbul etdiyini görərək ona öz iradını bildirib danlayaraq evdən çıxmasını demişdir. O, bundan əsəbləşərək nalayiq ifadələrlə anasını təhqir edərək, anasını itələmiş və anası yerə yıxılmışdır, anası yerə yıxılandan sonra əsəbi olduğu üçün anasını yumuruq ilə baş, qulaq, sifət və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. O, anasının ağladığını görüb stolda oturmuş, sonra anasının ağlaya-ağalaya yerdən ayağa qalxmaq istədiyini gördüyü zaman təkrar onun baş və kürək nahiyələrinə yumruqla vurmuşdur. Sakitləşdikdən sonra anasının səhhətinin pisləşdiyinə görə anasına yaxınlaşıb nə olduğunu soruşmuş, lakin anası ona cavab verməyərək yatmışdır. O, etdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcəyinə söz verir. Hazırda Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur, bir evdə yaşayırlar, lakin evin giriş və çıxış qapıları ayrıdır. Elxan mütəmadi olaraq spirtli içki qəbul edir, onun spirtli içki qəbul etdiyinə görə, arvadı Esmira və övladları ondan ayrılaraq ayrı yaşayırlar. 25 may 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində Elxan onun yaşadığı evə gələrək onunla söz mübahisəsi etməyə başlamışdır. O, Elxana yaşlı qadın olduğunu bildirərək evindən çıxıb getməsini söyləmişdir. Elxan nalayiq ifadələrlə onu təhqir edərək yerə yıxmışdır, o, yerə yıxılandan sonra Elxan yumruqla baş, qulaq, sifət və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Elxan onun ağladığını görüb stolda oturmuş, o, ağlaya-ağalaya yerdən ayağa qalxmaq istədiyi zaman Elxan təkrar onun üzərinə gələrək baş və kürək nahiyələrinə yumruqla vurmuşdur. Elxan onu döyəndən sonra qapının ağzında dayanmışdır ki, o evdən çıxmasın. Onun səhhəti pisləşdiyinə görə Elxan ona yaxınlaşıb nə olduğunu soruşmuş, o, ona cavab verməyərək yatmışdır. 26 may 2021-ci il tarixdə saat 09 radələrində evdən çıxaraq Şabran şəhəri, A. İsgəndərov küçəsində yaşayan oğlu Sahibin evinə getmişdir. Sahib onun səhhətinin pis olduğunu görərək onu Şabran RMX-na aparmışdır. Elxanın əvvəllər də onu döydüyünü, lakin onun barəsində polis şöbəsinə şikayət etmədiyini göstərmişdir. Hazırda oğlu Təqsirləndirilən şəxs ilə barışmışdır, onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə təqdim etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası “MTE və PA” ETT Birliyinin 26 may 2021-ci il tarixli 98 saylı rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol qulaq seyvanında qığırdaq və yumşaq hissələrin əziyi, sol qulaqönü nahiyədə və döş qəfəsində yumşaq toxumaların əziyi və baş-beyin sirkələnməsi əlamətləri ilə müşayiət olunan bədən xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinə olunanın göstərdiyi, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 25.05.2021-ci il tarixdə döyülmə zamanı yumruqla vurulan çoxsaylı zərbələr, eləcə də gövdənin divara çırpılması nəticəsində alına bilərdi, özü-özünə yetirilməsinə xarakterik deyil, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. MSİ materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ idarəsi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. MSİ materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli 2478 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, Q.Qasımov küçəsi ev 7, mənzil 1-7 ünvanda yaşayır, onun ailə tərkibi arvadı – X1, uşaqları – X4 və X3 və anası – Zərərçəkmiş şəxs ibarətdir. MSİ materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli 2479 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. MSİ materiallarında olan Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikah münasibətlərindən 07 may 2008-ci ildə Səbinə və 12 iyul 2009-cu ildə Əmiraslan adlı uşaqları olmuşdur. MSİ materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığından və ondan hər hansı bir tələbi olmadığından, eləcə də MSİ materialı üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-39/2021
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-39/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver