Məhkəmə qərarları › İş №1(031)-39/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-39/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-39/2024 21.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.2005-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.1980-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, Şabran şəhəri, Vidadi küçəsi, ev 2 ünvanında yerləşən uzun müddət yaşayış olmaması səbəbdən nəzarətsiz qalan X1 məxsus evdən oğurluq etmək qərarına gəldikdən sonra cinayət niyyətini həyata keçirmək məqsədilə 2023-cü ilin noyabr ayının ortalarında ayrı-ayrı vaxtlarda cəmi 3 dəfəyə axşamlar saat 21-22 radələrində tanışı Təqsirləndirilən şəxs2 Fuqan oğlu ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs şəklində cinayət əlaqəsinə girərək, sözügedən evin həyətyanı sahəsini əhatə edən daş barının üstündən aşıb yaşayış sahəsi hesab olunan evin həyətinə qanunsuz daxil olaraq yaşayış evin arxasında olan talvarın altına yığılmış ev sahibi Fəxrəddin Osmanova məxsus 01 ədəd 80 manat dəyərində “QAZ- 31” markalı avtomobilinə aid sükan kalonkasım, hərəsi 110 manat, cəmi 220 manat dəyərində 02 ədəd “QAZ-31” markalı avtomobilinə aid qabaq körpünün “Upornı diskləri”, hərəsi 50 manat, cəmi 100 manat dəyərində “QAZ-31” markalı avtomobilinə aid 02 ədəd əyləc sisteminin “tormoznoy supportu”, hərəsi 40 manat, cəmi 160 manat dəyərində 04 ədəd “QAZ-31” markalı avtomobilinə aid 04 ədəd əyləc barabanları, hərəsi 60 manat, cəmi 120 manat dəyərində 02 ədəd “QAZ-31” markalı avtomobilinə aid qabaq körpünün sağ və sol “Upornı diskləri” tam dəst halda, hərəsi 35 manat, cəmi 70 manat dəyərində “QAZ-31” markalı avtomobilin mühərrikinə aid düraliminium yağ nasosu, 90 manat dəyərində 01 dəst “QAZ-31” markalı avtomobilinə aid sürətlər qutusunun travesi, birisi 2 manat, cəmi 64 manat dəyərində 32 ədəd “QAZ-31” markalı avtomobilinə aid "Tolkatel” düraliminium ştanqaları, hərəsi 25 manat, cəmi 50 manat dəyərində “QAZ-31” markalı avtomobilin mühərrikinə aid mühərrikin qabaq düraliminium qapağı (krışkası), 70 manat dəyərində “QAZ-31” markalı avtomobilinə aid 01 ədəd kardan, 50 manat dəyərində “QAZ-31” markalı avtomobilinə aid istifadəyə yararlı 01 ədəd latun “Radiator”, hərəsi 25 manat, cəmi 100 manat dəyərində 04 ədəd “QAZ-31” markalı avtomobilinə aid qabaq körpünün (peredokun) prujinləri, hərəsi 150 manat, cəmi 300 manat dəyərində 02 ədəd “QAZ-31“ markalı avtomobilinə aid yedək qoşqusu, arxa və qabaq dəsti, 300 manat dəyərində “QAZ-31“ markalı avtomobilinə aid tam yararlı vəziyyətdə 01 dəst qabaq körpünün (peredokun) bütün detalları, 40 manat dəyərində məişətdə istifadə olunan çuqun qaz batareyası, hərəsi 90 manat, cəmi 180 manat dəyərində 02 ədəd 40 litrlik düraliminium süd betonu, 140 manat dəyərində “QAZ-31“ markalı avtomobilin mühərrikinin başlığı (qolovkası) 12 klapanlı mühərrikə aid, 60 manat dəyərində 01 ədəd qolovkaya aid “kollektor” dəsti, 60 manat dəyərində 01 ədəd qolovkaya aid 3 diffuzorlu karbüratoru, 80 manat dəyərində 01 ədəd 3 diffuzorlu karbürator, hərəsi 10 manat, cəmi 200 manat dəyərində 20 ədəd “QAZ-31 ”-ə aid işlek porşen, 600 manat dəyərində 01 ədəd “QAZ-21”-ə aid zbor tam işlək vəziyyətdə “qolovka”, 250 manat dəyərində 01 ədəd “QAZ-21”-ə aid “Kollektor” zbor, hərəsi 135 manat, cəmi 270 manat dəyərində 02 ədəd “QAZ-21”-ə aid su nasosu (pompa zbor), 20 manat dəyərində 01 ədəd “QAZ-21”-ə aid su nasosun korpusu, cəmi 120 manat dəyərində 60 metr 3 fazalı elektrik kabeli, cəmi 360 manat dəyərində təxminən 300 metr uzunluğunda 12 millimetrlik doğranmış vəziyyətdə armatur metalı, cəmi 300 manat dəyərində 100 metr uzunluğunda 8 millimetrlik doğranmış vəziyyətdə armatur metalı, cəmi 60 manat dəyərində 100 metr 8 millimetrlik katenka, hərəsi 18 manat, 108 manat dəyərində 06 ədəd 60 millimetrlik 3 metr uzunluğunda dəmir torba, hərəsi 15 manat, 60 manat dəyərində 04 ədəd 50 millimetrlik 3 metr uzunluğunda dəmir torba, 160 manat dəyərində 01 ədəd “QAZ-24”-ə aid sürətlər qutusu, 450 manat dəyərində 01 ədəd “QAZ- 21”-ə aid sürətlər qutusu, 70 manat dəyərində 01 ədəd “QAZ-31 ”-ə aid təkər diski, hərəsi 90 manat, cəmi 270 manat dəyərində 03 ədəd “QAZ-31”-ə aid latun peçin radiatoru, ümumilikdə isə 5 632 (beş min altı yüz otuz iki) manat dəyərində Zərərçəkmiş şəxs məxsus əmlakı gizli olaraq talayıb, bununla da vahid niyyəti ilə əhatə olunan oğurluqlar etməklə zərər çəkmiş Zərərçəkmiş şəxs cəmi 5 632 (beş min altı yüz otuz iki) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, Şabran şəhəri, Vidadi küçəsi, ev 2 ünvanında yerləşən uzun müddət yaşayış olmaması səbəbdən nəzarətsiz qalan X1 məxsus evdən oğurluq etmək qərarına gəldikdən sonra cinayət niyyətini həyata keçirmək məqsədilə 2023-cü ilin noyabr ayının ortalarında ayrı-ayrı vaxtlarda cəmi 3 dəfəyə axşamlar saat 21-22 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs şəklində cinayət əlaqəsinə girərək, sözügedən evin həyətyanı sahəsini əhatə edən daş barının üstündən aşıb yaşayış sahəsi hesab olunan evin həyətinə qanunsuz daxil olaraq yaşayış evin arxasında olan talvarın altına yığılmış ev sahibi Fəxrəddin Osmanova məxsus 01 ədəd 80 manat dəyərində “QAZ-31” markalı avtomobilinə aid sükan kalonkasını, hərəsi 110 manat, cəmi 220 manat dəyərində 02 ədəd “QAZ-31” markalı avtomobilinə aid qabaq körpünün “Upornı diskləri”, hərəsi 50 manat, cəmi 100 manat dəyərində “QAZ-31” markalı avtomobilinə aid 02 ədəd əyləc sisteminin “tormoznoy supportu”, hərəsi 40 manat, cəmi 160 manat dəyərində 04 ədəd “QAZ-31” markalı avtomobilinə aid 04 ədəd əyləc barabanları, hərəsi 60 manat, cəmi 120 manat dəyərində 02 ədəd “QAZ-31” markalı avtomobilinə aid qabaq körpünün sağ və sol “Upornı diskləri” tam dəst halda, hərəsi 35 manat, cəmi 70 manat dəyərində “QAZ-31” markalı avtomobilin mühərrikinə aid düraliminium yağ nasosu, 90 manat dəyərində 01 dəst “QAZ- 31” markalı avtomobilinə aid sürətlər qutusunun travesi, birisi 2 manat, cəmi 64 manat dəyərində 32 ədəd “QAZ-31” markalı avtomobilinə aid’Tolkatel” düraliminium ştanqaları, hərəsi 25 manat, cəmi 50 manat dəyərində “QAZ-31” markalı avtomobilin mühərrikinə aid mühərrikin qabaq düraliminium qapağı (krışkası), 70 manat dəyərində “QAZ-31” markalı avtomobilinə aid 01 ədəd kardan, 50 manat dəyərində “QAZ-31” markalı avtomobilinə aid istifadəyə yararlı 01 ədəd latun “Radiator”, hərəsi 25 manat, cəmi 100 manat dəyərində 04 ədəd “QAZ-31” markalı avtomobilinə aid qabaq körpünün (peredokun) prujinləri, hərəsi 150 manat, cəmi 300 manat dəyərində 02 ədəd “QAZ-31“ markalı avtomobilinə aid yedək qoşqusu, arxa və qabaq dəsti, 300 manat dəyərində “QAZ-31“ markalı avtomobilinə aid tam yararlı vəziyyətdə 01 dəst qabaq körpünün (peredokun) bütün detalları, 40 manat dəyərində məişətdə istifadə olunan çuqun qaz batareyası, hərəsi 90 manat, cəmi 180 manat dəyərində 02 ədəd 40 litrlik düraliminium süd betonu, 140 manat dəyərində “QAZ- 31“ markalı avtomobilin mühərrikinin başlığı (qolovkası) 12 klapanlı mühərrikə aid, 60 manat dəyərində 01 ədəd qolovkaya aid “kollektor” dəsti, 60 manat dəyərində 01 ədəd qolovkaya aid 3 diffuzorlu karbüratoru, 80 manat dəyərində 01 ədəd 3 diffuzorlu karbürator, hərəsi 10 manat, cəmi 200 manat dəyərində 20 ədəd “QAZ-31”-ə aid işlek porşen, 600 manat dəyərində 01 ədəd “QAZ-21”-ə aid zbor tam işlək vəziyyətdə “qolovka”, 250 manat dəyərində 01 ədəd “QAZ-21”-ə aid “Kollektor” zbor, hərəsi 135 manat, cəmi 270 manat dəyərində 02 ədəd “QAZ-21”-ə aid su nasosu ( pompa zbor), 20 manat dəyərində 01 ədəd “QAZ-21”-ə aid su nasosun korpusu, cəmi 120 manat dəyərində 60 metr 3 fazalı elektrik kabeli, cəmi 360 manat dəyərində təxminən 300 metr uzunluğunda 12 millimetrlik doğranmış vəziyyətdə armatur metalı, cəmi 300 manat dəyərində 100 metr uzunluğunda 8 millimetrlik doğranmış vəziyyətdə armatur metalı, cəmi 60 manat dəyərində 100 metr 8 millimetrlik katenka, hərəsi 18 manat, 108 manat dəyərində 06 ədəd 60 millimetrlik 3 metr uzunluğunda dəmir torba, hərəsi 15 manat, 60 manat dəyərində 04 ədəd 50 millimetrlik 3 metr uzunluğunda dəmir torba, 160 manat dəyərində 01 ədəd “QAZ- 24”-ə aid sürətlər qutusu, 450 manat dəyərində 01 ədəd “QAZ-21”-ə aid sürətlər qutusu, 70 manat dəyərində 01 ədəd “QAZ-31”-ə aid təkər diski, hərəsi 90 manat, cəmi 270 manat dəyərində 03 ədəd “QAZ-31”-ə aid latun peçin radiatoru, ümumilikdə isə 5 632 (beş min altı yüz otuz iki) manat dəyərində Zərərçəkmiş şəxs məxsus əmlakı gizli olaraq talayıb bununla da vahid niyyəti ilə əhatə olunan oğurluqlar etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 5 632 (beş min altı yüz otuz iki) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törədiblər. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, subaydır, valideynləri ilə birlikdə Şabran şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin müxtəlif hissələri ilə bir necə dəfə məhkum olunmuşdur. 2023-cü ilin noyabr ayının ortalarında günorta saatlarında küçələrdə piyada gəzən zaman Şabran şəhərinin Vidadi küçəsindən keçəndə, məhəlləyə ayrılan yol ayrıcında yerləşən evin ağ rəngli daş hasarından içəri boylanan zaman QAZ-31 markalı avtomobilin ətrafında, həyətdə metal əşyalarının, avtomobilin ehtiyat hissələrin yığıldığını, həyətin qara rəngli darvazasından qıfıl asıldığını görmüşdür. Həmin günü axşam saat təxminən 22:00 radələrində hava qaraldıqdan sonra yenidən küçəyə gələndə evin işıqlarının yanmadığına, evdə heç kimin olmadığına əmin olduqdan sonra hasarın üstündən aşaraq həyətə daxil olmuş, həyətin içərisindən 1 metr uzunluğunda doğranmış təxminən 40 kiloqram ağırlığında metal armaturları yığaraq, bayıra hasarın kənarına yığmışdır. Həyətdən bayıra çıxaraq piyada Şabran şəhərinin Rəşid Behbudov küçəsində yerləşən “Evro Market’’ - in qarşısına gəlib, taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı bir taksi avtomobilin tanımadığı yaşlı sürücüsünə yaxınlaşaraq, metal əşyalarının Sincanboyad kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmağı xahiş etmiş, həmin sürücüyə həmin armaturların özünə məxsus olmasını demiş, həmin metal armaturların oğurluq olması barədə sürücünün məlumatı olmamışdır. Avtomobilə əyləşərək, Şabran şəhərinin Vidadi küçəsinə gəlmiş, həyətdən oğurlayaraq, küçəyə yığdığı metal armaturları avtomobilin yük yerinə yığaraq Sincanboyad kəndinə, metal qəbulu məntəqəsinə gəlmiş və metal əşyaların kiloqramın 44 qəpikdən məntəqəyə təhvil verərək 17 manat pul almışdır. Gəldiyi avtomobilə əyləşərək yaşadığı ünvana qayıtmış və taksi sürücüsünə 4 manat pul vermişdir. Həyətdə metal əşyaların çox olduğunu gördüyünə görə özünə köməkçi axtarmaq qərarına gəlmiş bu məqsədlə məhəllədə yaşayan Təqsirləndirilən şəxs2 yaşayış olmayan həyətin içində metal əşyaların olduğunu bildirərək, onunla birlikdə şərikinə oğurluğa getməyi ona təklif etmişdir. Sehran təkliflə razılaşmışdır. Oğurluq etdiyi gündən iki gün sonra axşam saat 20 radələrində qeyd edilən ünvana, Şabran şəhərinin Vidadi küçəsinə Sehranla birlikdə gəlmişlər. Hasardan aşıb həyətə daxil olaraq talvarın altında "Qaz-31" markalı avtomobilin yanında yerləşən rəflərə, yerə yığılmış metal, alüminium əşyaları daşıyaraq həyətdən bayıra, çöl tərəfdə hasarın kənarına yığmağa başlamış, təxminən 20 dəqiqə ərzində Sehranla birlikdə həyətdən küçəyə müxtəlif cür metal əşyaları daşımışlar. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həyətdən çıxaraq bir yerdə avtovağzala gəlmiş, avtovağzalda dayanmış, ağ rəngli taksi fəaliyyəti ilə məşğul olan VAZ-2103 markalı **-BF-*** dövlət qeydiyyat avtomobilin Gəncəli kimi tanıdığı sürücüsünə yaxınlaşaraq, metal əşyaları metal qəbulu məntəqəsinə aparmaq istədiklərini bildirmişlər. Avtomobilin arxa oturacağına əyləşərək Gəncəli adlı sürücünü Şabran şəhərinin Vidadi küçəsinə, oğurluq etdikləri həyətin yaxınlığına sürdürmüşlər. Yaşayış olmayan, həyətin içərisindən oğurladıqları əşyaları, hasarın ətrafından yığaraq avtomobilin arxa yük yerinə daşımışlar və Gəncəliyə həmin metal əşyaların özlərinə məxsus olmasını bildirmişlər. Gəncəlinin həmin əşyaların oğurluq olması barədə xəbəri olmamışdır. Sonra avtomobilə əyləşərək Gəncəliyə Şabran şəhərinin Heydər Əliyev prospektində, beş mərtəbəli yaşayış binalarının qarşısında yerləşən əlvan metal qəbulu məntəqəsinə sürməyi xahiş etmişlər, məntəqənin qarşısında avtomobilimin yük yerinə yığılan, açıq vəziyyətdə olan alüminium və qara metal əşyaları Sehranla birlikdə məntəqənin içərisinə aparmışlar, Sehranla birlikdə metal əşyaları, qara metalın kiloqramın 44 qəpiyə, alüminium əşyaların kiloqramın 1 manat 50 qəpikdən məntəqəyə təhvil verdikdə, ümumilikdə 46 manat pul almışlar və Gəncəlinin avtomobili ilə avtovağzala qayıtmışlar. Məntəqədən aldıqları puldan Gəncəliyə 5 manat gediş haqqı vermişlər. Bundan iki gündən sonra axşam saat təxminən 21 radələrində yenidən Vidadi küçəsi ev 2 ünvanına, sonradan adı onlara məlum olan Zərərçəkmiş şəxs məxsus həyətə Sehranla birlikdə gələrək, hasardan içəri daxil olub talvarın altında qalmış metal əşyaları, işlənmiş avtomobil hissələrini həyətdən çıxardaraq küçəyə hasarın çölünə, qarşısına yığmış, həyətdən çıxaraq avtovağzala gəlmişlər. Təsadüfən Gəncəlinin avtovağzalda olduğunu görüb ona yaxınlaşıb, yenidən iki gün əvvəl getdikləri ünvandan metal əşyaların metal qəbulu məntəqəsinə aparmaq istədiklərini bildirmişlər. Gəncəlinin avtomobilinə əyləşib, Vidadi küçəsinə gəlmişlər, Sehranla küçədən hasarın yanma yığdıqları açıq vəziyyətdə olan təxminən 1 metr uzunluğunda doğranmış metal armaturları və avtomobilə aid alüminium işlənmiş metal hissələri avtomobilin yük yerinə yığmışlar. Sonra yenidən Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən, iki gün əvvəl gəldikləri metal qəbulu məntəqəsinə gəlmişlər. Sehranla avtomobilin yük yerində olan metal əşyaları boşaldaraq məntəqəyə təhvil verib 33 manat pul əldə etmişlər. Gəncəlinin avtomobilində avtovağzala qayıdaraq ona 5 manat gediş haqqı vermiş, taksi sürücülərinin avtomobilində daşıdıqları metal əşyaların özlərinə məxsus olduğunu bildirmişlər, metal qəbulu məntəqələrinə də həmin əşyaların özlərinə məxsus olmasını demişlər. Zərərçəkmiş şəxs həyətinə ümumilikdə üç dəfə girərək oğurluq etmişdir. Bir dəfə tək, digər iki dəfə oğurluğu isə Sehranla birlikdə törətmiş, satdıqları metal əşyaların pulunu Sehranla yarı bölmüşlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir və xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1la bir məhəllədə yaşayır və o, onu uşaqlıqdan tanıyır. 2023-cü ilin noyabr ayının orta tarixlərində saat 20:00 radələrində Elməddin məhəllədə olduğu zaman ona yaxınlaşıb, Şabran şəhəri, Vidadi küçəsində yerləşən ünvanda yaşayış olmayan həyətin içində metal əşyaların olduğunu bildirmiş və onunla birlikdə şərikinə oğurluğa getməyi təklif etdikdə maddi imkanı aşağı olduğu səbəbindən onun təklifinə razılaşaraq, saat 20:00 radələrində onunla birlikdə qeyd edilən ünvana, yəni Şabran şəhərinin Vidadi küçəsinə gəlmişlər. Hasardan aşıb həyətə daxil olaraq talvarın altında Qaz-31 markalı avtomobilin yanında yerləşən rəflərə, yerə yığılmış metal, alüminium əşyaları daşıyaraq həyətdən bayıra, çöl tərəfdə hasarın kənarına yığmağa başlamış, təxminən 20 dəqiqə ərzində Elməddin ilə birlikdə həyətdən küçəyə müxtəlif cür metal əşayaları daşımışlar. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həyətdən çıxaraq bir yerdə avtovağzala gəlmiş, avtovağzalda dayanmış, ağ rəngli taksi fəaliyyəti ilə məşğul olan VAZ-2103 markalı **-BF-*** dövlət qeydiyyat avtomobilin Gəncəli kimi tanıdığı sürücüsünə yaxınlaşaraq, metal əşyaları metal qəbulu məntəqəsinə aparmaq istədiklərini bildirmişlər. Avtomobilin arxa oturacağına əyləşərək Gəncəli adlı sürücünü Vidadi küçəsinə, oğurluq etdikləri həyətin yaxınlığına sürdürmüşlər. Yaşayış olmayan, həyətin içərisindən oğurladıqları əşyaları, hasarın ətrafından yığaraq avtomobilin arxa yük yerinə daşımışlar və Gəncəliyə həmin metal əşyaların özlərinə məxsus olmasını bildirmişlər. Gəncəlinin həmin əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. Sonra avtomobilə əyləşərək Gəncəliyə Şabran şəhərinin Heydər Əliyev prospektində, beş mərtəbəli yaşayış binalarının qarşısında yerləşən əlvan metal qəbulu məntəqəsinə sürməyi xahiş etmiş, məntəqənin qarşısında avtomobilimin yük yerinə yığılan, açıq vəziyyətdə olan alüminium və qara metal əşyaları Elməddinlə birlikdə məntəqənin içərisinə aparmış, Elməddinlə birlikdə metal əşyaları, qara metalın kiloqramın 44 qəpiyə, alüminium əşyaların kiloqramın 1 manat 50 qəpikdən məntəqəyə təhvil verdikdə, ümumilikdə 46 manat pul almışlar və Gəncəlinin avtomobili ilə avtovağzala qayıtmışlar. Məntəqədən aldıqları puldan Gəncəliyə 5 manat gediş haqqı vermişlər. Bundan iki gündən sonra axşam saat təxminən 21:00 radələrində yenidən Elməddinlə birlikdə ünvan 7 ünvanına, sonradan adı onlara məlum olan Zərərçəkmiş şəxs məxsus həyətə gələrək, hasardan içəri daxil olub talvarın altında qalmış metal əşyaları, işlənmiş avtomobil hissələrini həyətdən çıxardaraq küçəyə hasarın çölünə, qarşısına yığmış, həyətdən çıxaraq avtovağzala gəlmişlər. Təsadüfən Gəncəlinin avtovağzalda olduğunu görüb ona yaxınlaşıb, yenidən iki gün əvvəl getdikləri ünvandan metal əşyaların metal qəbulu məntəqəsinə aparmaq istədiklərini bildirmişlər. Gəncəlinin avtomobilinə əyləşib, Vidadi küçəsinə gəlmiş, Elməddinlə küçədən hasarın yanma yığdıqları açıq vəziyyətdə olan təxminən 1 metr uzunluğunda doğranmış metal armaturları və avtomobilə aid alüminium işlənmiş metal hissələri avtomobilin yük yerinə yığmışlar. Sonra yenidən Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən, iki gün əvvəl gəldikləri metal qəbulu məntəqəsinə gəlmişlər. Elməddinlə avtomobilin yük yerində olan metal əşyaları boşaldaraq məntəqəyə təhvil verib 33 manat pul əldə etmişlər. Gəncəlinin avtomobilində avtovağzala qayıdaraq ona 5 manat gediş haqqı vermişlər. Taksi sürücüsünə avtomobilində daşıdıqları metal əşyaların özlərinə məxsus olduğunu bildirmişlər, metal qəbulu məntəqələrinə də həmin əşyaların özlərinə məxsus olmasını demişlər. O, Zərərçəkmiş şəxs həyətinə ümumilikdə iki dəfə Elməddin ilə birlikdə girərək oğurluq etmişdir və satdıqları metal əşyaların pulunu Elməddinlə yarı bölmüşlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir və xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ailəsi ilə birlikdə Şabran şəhəri, Vidadi küçəsi, ev 2 ünvanında yaşayır, X25 İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək səhhətində yaranmış nasazlıqla əlaqədar Bakı şəhərində olaraq sonda Mərkəzi Klinikada açıq ürək əməliyyatı keçirmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Şabran şəhərinə yaşadığı ünvana gəlmişdir. xx.xx.2024-cü il tarixdə həyətinə, yaşadığı binanın arxasında yerləşən talvarın ətrafına baxış keçirən zaman evinin həyətində saxladığı, 2 ədəd Qaz-31 və 1 ədəd Qaz-21 markalı avtomobillərinin ehtiyat hissələrinin, həmçinin tikinti materiallarının, metal boru və armaturların yerində olmadığını aşkar etmişdir. Həyətinin giriş darvazası və giriş qapısına müdaxilə edilməmiş, Şabran Rayon Polis Şöbəsin ünvanladığı ərizələrində tərtib etdiyi siyahılarda olan əşyalarını və əmlakını hasarının üstündən daşıyaraq aparmışlar. İlkin vermiş olduğu ərizəsində həyətindən oğurlanmış əmlakının ümumi dəyəri onun hesablamasına görə 2950 manat təşkil etmiş, lakin sonradan daha dəqiq oğurlanmış detalların siyahını çıxartdıqda həmin ərizəsində göstərdiyi avtomobil ehtiyat hissələri, dəmir armatur və digər əşyalardan başqa 2370 manat dəyərində əlavə detalların da oğurlandığını aşkar etmiş, həmin əlavə siyahını əlavə ərizəsində dəqiq göstərmişdir. Oğurluqla bağlı polisə müraciət edəndən sonra polis əməkdaşları apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmişlər ki, onun evinin həyətindən oğurluq edən Şabran şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun evindən oğurluq etdiklərini etiraf etmişlər. Hazırda Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyandan 400 manat məbləğində ödəniş etmiş, Təqsirləndirilən şəxs1 isə ona dəymiş maddi ziyan ilə bağlı ona hər-hansı bir ödəniş etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində qiymətləri verilə bilinməyən oğurlanmış əşyalarını qiymətləndirdikdə hərəsi 150 manat, “QAZ-31“ markalı avtomobilinə aid yedək qoşqusu, 02 ədəd arxa və qabaq dəsti cəmi 300 manat, “QAZ-21” markalı avtomobilinə aid qabaq körpünün (peredokun) bütün detallarının 300 manat, məişətdə istifadə olunan çuqun qaz batareyasının 40 manat, 3 fazalı mis elektrik kabelin 60 metr 120 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır, təxminən bir il olar ki, Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən metal qəbulu məntəqəsində metal qəbul edən fəhlə kimi işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onları sonuncu hadisədən sonra polis şöbəsinə dəvət olunub ondan onların işlədiyi metal qəbul məntəqəsinə dəmir armatur və bəzi avtomobil ehtiyat hissələrini verib-vermədikləri barədə soruşulduqda Elməddinlə Sehranın iki-üç dəfə onun işlədiyi metal qəbulu məntəqəsinə armatur və bəzi avtomobil hissələrini həqiqətən də gətirib verdiklərini təsdiq etmiş və bundan sonra onların adları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Hətta onların həmin armaturları və ehtiyat hissələrini Şabran şəhərindən hansı isə evin həyətindən oğurladıqlarını da öyrənmişdir. Həqiqətən də 2023-cü ilin noyabr ayının ortalarında Elməddin və Sehran bir taksi avtomobili ilə onun işlədiyi metal qəbul məntəqəsinə dəmir armatur bağlamalarını və bəzi avtomobil ehtiyat hissələrini, karbürator və başqa ehtiyat hissələrini gətirib təhvil vermiş, onlara dəmir metalı kilosunu 44-45 qəpiyə, duraluminiyi 1 manata 50 qəpiyə hesablayıb onlara 46 manat pul vermişdir. Onlar həmin dəmir əşyaları ona verəndə əşyaların özlərinə məxsus olmasını bildirmiş, həmin əşyaların oğurluq olması barədə onda məlumat olmamışdır. Bundan iki gün sonra Elməddin və Sehran yenidən məntəqəyə dəmir metal armatur, avtomobil ehtiyat hissələrini gətirmiş, o da, hesablayıb onlara 33 manat pul vermişdir. Elməddinlə Sehranın məntəqəyə təhvil verdikləri əşyaların oğurluq olması barədə məlumatı olmamış, sonuncular ona həmin əşyaların özlərinə məxsus olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır, 3-qrup müharibə əlilidir. xx.xx.2023-cü il tarixdə Şabran rayon sakini X7 2000 manata VAZ-2103 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili alaraq, taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Səhər saatlarında Şabran şəhərinin X23 küçəsində yerləşən avtovağzal ərazisinə çıxaraq müştəri gözləyib, sifarişlə sərnişinləri ünvanlarına aparmışdır. 2023-cü ilin noyabr ayının təxminən 18-20 arası, dəqiq tarix yadında deyil, avtovağzalda olduğu zaman saat təqribən 20-21 radələrində, havanın qaranlıq olduğu vaxtda, əvvəllər tanımadığı iki nəfər şəxs, sonradan adları məlum olan Sehranla Elməddin ona yaxınlaşıb, şəhər daxilindən metal əşyalarını məntəqəyə aparmaq lazım olduğunu bildirmişlər. Sehranla Elməddin avtomobilimin arxa oturacağına əyləşib, avtomobilini göstərdikləri ünvana, yəni Şabran şəhərinin Vidadi küçəsinə sürdürmüşlər. Küçədən məhəlləyə ayrılan yol ayrıcında, ağ rəngli hasarı, qara rəngli giriş darvazası olan fərdi yaşayış evinin yaxınlığında avtomobilini saxlatdırıb, Elməddinlə Sehran avtomobildən düşərək hasarın kənarına yığılmış metal əşyaları avtomobilin yük yerinə daşımışlar. Əşyaları yığdıqdan sonra avtomobili Elməddinin xahişi ilə Şabran şəhərinin Heydər Əliyev prospektində, beş mərtəbəli yaşayış binalarının qarşısında yerləşən əlvan metal qəbulu məntəqəsinə sürmüş, məntəqənin qarşısında avtomobilinin yük yerinə yığılan, açıq vəziyyətdə olan alüminium və qara metal əşyaları Sehranla Elməddin məntəqənin içərisinə apardıqda onları bayırda gözləmişdir. Sehranla Elməddin metal əşyaları məntəqəyə təhvil verib, bayıra çıxaraq onunla birlikdə avtovağzala qayıtmış və Elməddin ona 5 manat gediş haqqı vermişdir. Bundan iki gündən sonra yenə də saat 20-21 radələrində avtovağzalda olduğu zaman Sehranla Elməddin ona yaxınlaşıb metal əşyalarının olduğunu, bir daha metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Sehranla Elməddini avtomobilinə əyləşdirib, iki gün əvvəl gəldiyi ünvana, yəni Şabran şəhərinin Vidadi küçəsinə gəlmiş, təkrar əvvəl olduğu ünvanın qarşısında avtomobilini saxlamışdır. Elməddinlə Sehran küçədən hasarın yanına yığdıqları açıq vəziyyətdə olan təxminən 1 metr uzunluğunda metal armaturları və avtomobilə aid alüminium metal hissələri avtomobilin yük yerinə yığmışlar. Sonra yenidən onları Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən, iki gün əvvəl gəldikləri metal qəbulu məntəqəsinə gətirmiş, onlar avtomobilin yük yerində olan metal əşyaları boşaldaraq məntəqəyə təhvil vermişlər. Sehranla Elməddini yenidən avtomobili ilə avtovağzala gətirmiş, Elməddin ona 5 manat gediş haqqını vermişdir. Avtomobilinə yüklənmiş metal əşyaların kimə məxsus olmasından məlumatı olmamış. Avtomobilinə əyləşən zaman Sehranla Elməddin apardıqalrı əşyaların özlərinə məxsus olduğunu ona bildirmişlər. Metal qəbulu məntəqəsində hansı çəkidə metal əşya və nə qədər pul almaqları barədə məlumatı yoxdur. Sonradan polis şöbəsinə dəvət olunub ondan izahat almanda polis əməkdaşlarından həmin vaxtı Elməddin və Sehran onun avtomobili ilə apardıqları metal və alüminium detal hissələrini kiminsə evindən oğurladıqlarını öyrənmiş, ona qədər həmin əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, övladını xəstəxanaya aparmalı olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin, müdafiəçinin və zərər çəkmiş şəxsin işə Şahid3 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə Şahid3 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, o, ailəsi ilə birlikdə Şabran rayonu Sincanboyad kəndində yaşayır, təxminən 2022-ci ildən Şabran rayonu Sincanboyad kəndində yerləşən əlvan metal qəbulu məntəqəsində fəhlə işləyir, Təqsirləndirilən şəxs1 tanıyır, dəfələrlə o, məntəqələrinə metallalom gətirmişdir. 2023-cü ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 işlədiyi əlvan metal qəbulu məntəqəsinə təxminən 40 kiloqrama yaxın metal armatur gətirmiş, ondan soruşduqda həmin armaturun özünə məxsus olmasını, babası evində köhnədən qaldığını bildirmişdir. Elməddindən metal armaturu qəbul edib, 44 qəpikdən bir kiloqramını hesablamaqla ona 17 manat pul vermişdir. Lakin Elməddinin dəfələrlə oğurluq üstündə məhkum olunmasını bildiyinə görə polis əməkdaşlarına Elməddinin armatur gətirdiyi barədə məlumat vermiş, sonradan polis şöbəsinə dəvət olunduqda həqiqətən də Elməddinin həmin armaturu hansı isə evdən Şabran şəhərində oğurladığı barədə məlumat almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində AR CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin 1-ci vərəqəsi). - Zərərçəkmiş şəxs Şabran Rayon polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində ona məxsus ümumilikdə 2950 (iki min doqquz yüz əlli) manat məbləğində əmlakın oğurlandığını bildirmiş və oğurlanmış mallarının, o cümlədən oğurluğu törədən şəxslərin tez biz zamanda tapılmasında ona köməklik edilməsini xahiş etmişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 17:30-dan 18:30-a kimi olan müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı Şabran şəhəri, Vidadi küçəsi, ev 2 ünvanına baxış keçirilmiş və Zərərçəkmiş şəxs həmin ünvandan oğurlanmış əşyaların yerlərini əyani şəkildə təqdim etmişdir (cinayət işinin 5-6-cı vərəqələri). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs ünvan 13 ünvandan oğurlanmış əşyaların yerlərini əyani şəkildə təqdim etmişdir - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 polis əməkdaşları tərəfindən Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi hissəyə təhvil verilmişlər (cinayət işinin 16-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 11:15-dən 12:00-a kimi olan müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı Şabran şəhəri, Vidadi küçəsi, ev 2 ünvanına baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ünvana daxil olduqları və həmin ünvandan oğurladıqları əşyalarının yerlərini, o cümlədən əşyaları təhvil verdikləri metal qəbulu məntəqəsini əyani şəkildə təqdim etmişlər (cinayət işinin 17-18-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 14 ünvandan oğurladıqları əşyalarının yerlərini, o cümlədən əşyaları təhvil verdikləri metal qəbulu məntəqəsini əyani şəkildə təqdim etmişlər (cinayət işinin 19-21-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran şəhəri, Vidadi küçəsi, ev 2 ünvanından Zərərçəkmiş şəxs məxsus 2950 (iki min doqquz yüz əlli) manat məbləğində əmlakın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığı aşkar edilmişdir (cinayət işinin 30-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin 33-cü vərəqəsi). - Zərərçəkmiş şəxs Şabran Rayon polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Şabran şəhəri, Vidadi küçəsi, ev 2 ünvanından ona məxsus 2370 (iki min üç yüz yetmiş) manat məbləğində əmlakın oğurlanması nəticəsində ona ümumilikdə 5320 (beş min üç yüz iyirmi) manat məbləğində ziyan dəydiyini bildirmiş və oğurlanmış mallarının, o cümlədən oğurluğu törədən şəxslərin tez biz zamanda tapılmasında ona köməklik edilməsini xahiş etmişdir (cinayət işinin 40civərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.1980-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 58-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işinin istintaqının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayəti törətmiş şəxs (şəxslər) müəyyən olunub istintaqa təqdim olunana qədər işi istintaq icraatı dayandırılmışdır (cinayət işinin 59-cu vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən habelə cinayət işinin materiallarından görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.2005-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edillərək ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixli hökm ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 03 ay 10 gün müddətinə azadlıqda məhrum etmə cəzası ilə əvəz edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM 177.2.3-cü (67.1 və 70) maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edillərək ona təyin olunmuş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti ilə şərti hesab edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1396 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4872,0 manat müəyyən olunur. Digər qərarda və cədvəlin 7-14-15-26-cı bəndlərində göstərilən malların qiymətinə dair məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir (cinayət 63-66-cı vərəqələri). -xx.xx.2024-cü il tarixli cinayət işinin istintaq icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq icraatı təzələnmişdir (cinayət 67-ci vərəqəsi). -xx.xx.2024-cü il tarixli cinayət işinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (cinayət 70-71-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət 73-75-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs1 barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir (cinayət 93-94-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət 97-99-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs2 barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir (cinayət 93-94-cü vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin Şabran Rayon Polis X8 rəisi Bayramov Etiqad aydın oğluna ünvanladığı 5-74/2-1495/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 16 ünvanında atası X2, anası X12, qardaşı X9, qardaşı X11 və bacısı X10 ilə birlikdə yaşayır (cinayət 121-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-1493/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakretizə olunmur (cinayət 122-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin Şabran Rayon Polis X8 rəisi Bayramov Etiqad aydın oğluna ünvanladığı 5-74/2-1657/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında həyat yoldaşı X3, oğlu X16 və oğlu X20 ilə birlikdə yaşayır (cinayət 123-cü vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-1658/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakretizə olunur (cinayət 124-cü vərəqəsi). Məhkəmə istintaqı zamanı Şabran Rayon Məhkəməsinə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs2 ona dəymiş ziyan ilə bağlı ona 400 manat məbləğində pul ödədiyini bildirmiş və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 1(031)-32/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən habelə həmin cinayət işi üzrə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmişdir. AR CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökm üzrə təyin olunmuş cəzaya Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunvericilinin tələblərinə görə həmin iş üzrə onun həbsdə olduğu 04 ay 03 gün müddət hazırki iş üzrə təyin edilmiş cəzadan AR CMnin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq cəzadan çıxılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnaməyə, o cümlədən digər sənədlərə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi müəyyən olunmur. Belə ki, AR CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. AR CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər (18.4.1); yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər (18.4.2); AR CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar (18.4.3) nəzərə alınmır. AR CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən AR CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Qərarda o da qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. AR CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 177.2.1-ci maddisinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 177.2.4-cü maddisinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 177-ci maddəsinin "Qeyd" – nin 1-ci hissəsinə əsasən AR CM-nin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. AR CM-nin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" xx.xx.2005-ci il tarixli, 1 nömrəli Qərarının 26-cı bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” - inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri düzgün olaraq AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər AR CM-nin 177.2-ci maddəsinin müvafiq bəndlərində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və onların əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də AR CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. AR CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. AR CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. AR CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. AR CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM-nin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. AR CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. AR CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AR CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. AR CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona AR CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, davam edən cinayətlərin anlayışının cinayət qanunvericiliyində təsbit edilməməsinə baxmayaraq, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş bir sıra qərarlarda təcrübədə və nəzəriyyədə belə cinayətlərə rast gəlindiyi qeyd olunmuş və davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan və mütəmadi törədilən eyni cinayət əməlləri kimi göstərilmişdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır: müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin törədilməsi; əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi; cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunması. Göründüyü kimi, davam edən cinayət onu təşkil edən əməllərin sayından asılı olmayaraq bütöv (vahid) cinayət kimi çıxış edir və cinayətin törədilmə yeri, vaxtı, tövsifi kimi hüquqi əhəmiyyətli məsələlər məhz bu hal nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq AR CM-nin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsinin AR CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və törətdiyi cinayət əməli nəticəsində dəymiş ziyanın qismən ödəməsini, o cümlədən yaşayış yeri üzrə müsbət xarakretizə olunmasını AR CM-nin 59.1.14 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindikləri maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, AR CM-nin 177-ci maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 dəfələrlə AR CM-nin 177-ci maddəsi ilə məhkum olunmasına baxmayaraq islah olunmayaraq yenidən eyni məzmunlu cinayət əməli törətməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə həmçinin hesab edir ki, Şabran Rayon Məhkəməsinin 1(031)-32/2023 nömrəli, xx.xx.2023-cü saylı hökmü ilə Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş şərti məhkum etmə AR CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməli, həmin hökmlə onun üzərində qalmış 01 il 10 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzası AR CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri ləğv edilməli, onun barəsində "həbs" növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzasını AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası AR CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən AR CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində daimi Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci var və həmin məbləğ AR CM 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, AR CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AR CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü mədələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şabran Rayon Məhkəməsinin 1(031)-32/2023 nömrəli, xx.xx.2023-cü saylı hökmü ilə Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş şərti məhkum etmə AR CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən həmin hökmlə Təqsirləndirilən şəxs1 üzərində qalmış 01 il 10 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzası AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə onun barəsində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri ləğv edilsin və onun barəsində "həbs" növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından həbs edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü mədələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə barəsində təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində daimi Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X6, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar