Məhkəmə qərarları › İş №1(031)-4/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-4/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-4/2022 05.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1987-ci il tarixdə Quba rayonu, Xaltan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu, Xaltan kəndində qeydiyyatda olan, faktiki olaraq Şabran rayonu Sincanboyad kəndində yaşayan, Şabran rayon məhkəməsinin 15.12.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əliağa oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əliağa oğlu cavabdeh kimi ondan 07 oktyabr 2013-cü il tarixdən hesablanmaqla övladları – 18 yanvar 2011-ci il təvəllüdlü X3 və 18 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 93 manat olmaqla cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Şabran rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 05 noyabr 2013cü il tarixli 2(031)-822/2013 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şabran rayon məhkəməsinin 11 avqust 2020-ci tarixli, 3(031)-392/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 08 sentyabr 2020, 28 avqust 2020, 08 sentyabr 2020 və 18 mart 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 yanvar 2021-ci il tarixədək 16182,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs Əliağa oğlu məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ondan 07 oktyabr 2013-cü il tarixdən hesablanmaqla 18 yanvar 2011-ci il təvəllüdlü X2 və 18 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 93 manat olmaqla cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Şabran rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 05 noyabr 2013-cü il tarixli 2(031)-822/2013 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şabran rayon məhkəməsinin 11 avqust 2020-ci tarixli, 3(031)-392/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 08 sentyabr 2020, 28 avqust 2020, 08 sentyabr 2020 və 18 mart 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 yanvar 2021-ci il tarixədək 16182,00 manat məbləğində aliment borcunu ödəməmişdir. Bunun da səbəbi fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla qazancının az olması, yəni ayda 500-600 manat məbləğində qazancının olması olmuşdur. Etdiyi əməldən peşmandır, xahiş edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, borclu Təqsirləndirilən şəxs 07 oktyabr 2013-cü il tarixdən hesablanmaqla 18 yanvar 2011-ci il təvəllüdlü X2 və 18 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 93 manat olmaqla cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Şabran rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 05 noyabr 2013-cü il tarixli 2(031)-822/2013 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şabran rayon məhkəməsinin 11 avqust 2020-ci tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 08 sentyabr 2020, 28 avqust 2020, 08 sentyabr 2020 və 18 mart 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 yanvar 2021-ci il tarixədək 16182,00 manat məbləğində aliment borcunu yetərli qədər qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq ödəməmişdir. Özünün daimi iş yeri olmasa da, günəmuzd işləyib, gününə 10-12 manat pul qazanıb uşaqlarını saxlayır. Onun atası Tərlana iş yeri tapmış, lakin Tərlan işləməkdən boyun qaçırıb Bakı şəhərinə getmişdir. O, özü də dəfələrlə Tərlana iş yeri tapıb işləməsini, ailəsini dağıtmamasını bildirsə də, Tərlan onun sözlərinə məhəl qoymayıb aliment borcundan ödəniş etməmişdir. Borcunu ödəmədiyi halda ona qanunla nəzərdə tutulmuş qaydada ciddi cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2013-cü il tarixdən hesablanmaqla 18 yanvar 2011-ci il təvəllüdlü X2 və 18 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 93 manat olmaqla cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Şabran rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 05 noyabr 2013cü il tarixli 2(031)-822/2013 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şabran rayon məhkəməsinin 11 avqust 2020-ci tarixli, 3(031)-392/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 08 sentyabr 2020, 28 avqust 2020, 08 sentyabr 2020 və 18 mart 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 yanvar 2021-ci il tarixədək 16182,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Aliment borcunun bu qədər artmasına səbəb onun 2016-cı ildən axtarışda olması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs Əliağa oğlunun məhkəmə qətnaməsini qərəzli icra etməməsini təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnamələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişdən, Şabran rayon məhkəməsinin 11 avqust 2020-ci tarixli inzibati xəta haqqında iş üzrə qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Şabran rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 05 noyabr 2013-cü il tarixli, 2(031)-822/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əliağa oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Şabran rayon məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(031)-67/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Əliağa oğlu məhkəmənin hazırlıq iclasına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Şabran rayon polis şöbəsinin 25 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs Əliağa oğlu 24 noyabr 2021-ci il tarixdə yeri müəyyən edilərək məhkəməyə təqdim edilmişdir. Cinayət işi materiallarında olan Şabran rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 1(031)-67/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Əliağa oğlu məhkəmə iclasına gəlmədiyi və məhkəmədən gizləndiyi üçün barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilmişdir. Cinayət işi materiallarında olan Şabran rayon polis şöbəsinin 18 dekabr 2021-ci il tarixli 200-16391-1221 saylı məktubdan görünür ki, Şabran rayon məhkəməsinin 15.12.2021-ci il tarixli qərarına əsasən 17.12.2021-ci il tarixdən Şabran RPŞ-si tərəifndən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə barəsində axtarış elan edilmiş, Quba rayonu Xaltan kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs Əliağa oğlunun yeri 18.12.2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilərək tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əliağa oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əliağa oğlunun törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əliağa oğlunun cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs Əliağa oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Əliağa oğlu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Əliağa oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Əliağa oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs Əliağa oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar