Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-4/2024 17.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X24 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X11, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-468/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş hökmə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, AR CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən barəsində qəti olaraq 03 (üç) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Sumqayıt şəhəri, X19 qəsəbəsi, Şirvan D/Y, Y/M, Yataqxana 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: X17 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində Şabran rayonu Gəndob kənd orta məktəbinin qarşısına gələrək sözügedən məktəbin giriş qapısından məktəbin həyətinə daxil olmaqla, əvvəlcə məktəbin arxa hissəsinə keçib, özü ilə gətirdiyi vintaçan ilə məktəbin birinci mərtəbəsinə düşən hissəsinin plastik materialdan hazırlanmış pəncərəsini açaraq içəri daxil olub, daha sonra məktəbin ikinci mərtəbəsinə qalxaraq həmin məktəbin direktoru Zərərçəkmiş şəxs1 məxsus otağın qapısını həmin vintaçan ilə açıb qanunsuz içəri daxil olub oradan 01 ədəd 170 manat dəyərində “Lenovo“ markalı kompüteri oğurlamış və bununla da o, qanunsuz olaraq özgə əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şabran rayon Gəndob kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs2 məxsus evin qarşısına hadisədən xəbərsiz olan Şahid6 və adının Əli olduğunu bildiyi bir nəfər şəxslə Şahid6 məxsus 99 - DU - 518 qeydiyyat nömrə nişanlı "Ford" yük markalı nəqliyyat vasitəsi ilə gələrək, sözügedən evin giriş hissəsinin sağ tərəfində yerləşən tövlənin qarşısında dayanıb, əvvəlcə tövlənin taxta materialdan hazırlanmış qapısının cəftəsini çöl hissədən əli ilə açıb, daha sonra isə tövləyə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 01 baş, 01 illik diri çəkisi 90 kiloqram olan cins növdən olmayan dişi cinsli 650 manat dəyərində iribuynuzlu heyvanı oğurlamış və bununla da o, qanunsuz olaraq özgə əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X17 ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərinin X19 qəsəbəsində yaşayır. Şabran rayonunun Gəndob kəndində onun dayısı Təhməz Mehdiyev və xalası Rəna Mehdiyeva yaşayırlar. Elə bu səbəbdən də sözügedən kəndə yaxşı bələddir. O, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində Şabran rayon Gəndob kənd orta məktəbinin giriş qapısının açıq olduğunu görüb məktəbin həyətinə keçib. Həftənin bazar günü olduğundan məktəbin həyətində və ətrafında heç kim olmayıb. O da fürsətdən istifadə edib məktəbin arxa tərəfinə keçərək üzərində gəzdirdiyi vintaçan ilə plastik materialdan hazırlanmış pəncərəni açaraq məktəbin birinci mərtəbəsinə girib. Bundan sonra məktəbin pilləkənlərı ilə ikinci mərtəbəyə qalxıb otaqları gəzməyə başlayıb və bu zaman otaqların birinin qapısındakı kiçik pəncərədən otağın içərisində stolüstü kompüter olduğunu görüb. Həmin vaxt üzərində gəzdirdiyi vintaçanı qapının kilid yerinə salaraq qapını açıb otağa daxil olub və stolun üzərindəki "Lenovo" markalı noutbuku götürüb gəldiyi şəkildə həmin məktəbdən uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları gəlib onu aparmışlar və o, polis şöbəsində məktəbdən kompüter oğurladığını etiraf etmişdir, lakin sonra onu döyə-döyə üzərinə başqa mal oğurluğunu da qoyublar. Bu barədə prokurorluğa şikayət edib. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Bundan əlavə dövlət ittihamçısının suallarına cavaba olaraq xx.xx.2023-cü il tarixdə Şabran rayon Gəndob kənd orta məktəbindən noutbuk oğurladığını, lakin xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində olduğunu, qollarına özünün xəsarət yetirdiyini, ondan izahat alsalar da bunun bir nəticəsinin olmadığını, onu Şabran Rayon Polis Şöbəsinin rəis müavini olan Cəmil adlı şəxsin döydüyünü, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində olmasını Sumqayıt şəhərinin X19 qəsəbəsinin Əhməd Vahid küçəsi ərazisində yerləşən “ESLE” marketin kameralarında olan görüntülərlə təsdiq edildiyini, 2023-cü ilin aprelin 02dən 7-nə kimi evdə olduğunu, Sumqayıt şəhəri, X19 qəsəbəsi, Əhməd Vahid küçəsi, ev 8 ünvanında Xəyyam adlı şəxsin evində qaldığını, mobil telefondan istifadə etmədiyini, sədrlik edənin suallarına cavab olaraq isə kompüter oğurluğu ilə əlaqədar ibtidai istintaqda müdafiəçisinin iştirak etdiyini, dayısının evi olan hadisə yerinə baxışda iştirak etdiyini, lakin cinayət işində olan ibtidai istintaq zamanı verilmiş ifadənin ona məxsus olmadığını, həmin ifadənin altındakı imzanın ona məxsus olmadığını və onun sadəcə xx.xx.2023-cü il tarixdə Şabran rayon Gəndob kənd orta məktəbindən noutbuk oğurladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş və təqsirləndirilən şəxs X7 heç-bir şikayət və ya mülki tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, AR CPM-nin 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin mümkün olduğu və bu halın əsaslı yekun məhkəmə qərarının çıxarılmasına mane olmadığı nəticəsinə gəlmiş və hazırki işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, o, yaşadığı Şabran rayonunun Gəndob kəndində yerləşən 11 illik tam orta məktəbin direktoru vəzifəsində işləyir. Hər gün səhər saat 09:00 radələrində işə gedər, saat 17:00 radələrində işdən çıxır. O, şagirdlər, eləcə də müəllimələr məktəbdən çıxdıqdan təxminən 03 saat sonra məktəbin gecə mühafizəçisi işə gəlir və səhər saat 09:00 radələrində məktəbi ona təhvil verərək işdən çıxıb gedər. xx.xx.2023-cü il tarixdə xidməti otağının yanındakı kiçik ölçülü köməkçi otağa nəzər salan zaman stolun üzərində özünə məxsus 01 ədəd “Lenovo” markalı kompüterin yerində olmadığı yəni oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, dərhal Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. AR CPM-nin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış zərər çəkmiş şəxs X14 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş və təqsirləndirilən şəxs X7 heç-bir şikayət və ya mülki tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə zərər çəkmiş şəxs X8 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, AR CPM-nin 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs X8 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin mümkün olduğu və bu halın əsaslı yekun məhkəmə qərarının çıxarılmasına mane olmadığı nəticəsinə gəlmiş və hazırki işə zərər çəkmiş şəxs X8 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Zərər çəkmiş şəxs X14 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, o, ailəsi ilə birlikdə Şabran rayonunun Gəndob kəndində yaşayır. Özü iribuynuzlu heyvan saxlayır. Həmin heyvanları yaşadığı evin giriş qapısının sağ yan tərəfində tikilmiş tövləyə yığır və xüsusi qaydada onlara qulluq edir. Həmin tövlədə 05 baş iri buynuzlu heyvan vardır ki, onlardan üçü inək, digər ikisi isə xırda danalardır. xx.xx.2023cü il tarixdə saat 07:00 radələrində təsərrüfatında olan 04 baş iribuynuzlu heyvanları naxıra buraxıb bir baş dananı isə tövlədə saxlamışdır. Həmin gün axşam saatlarında heyvanlar naxırdan gəlmiş və o, onların hamısını tövləyə yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 06:30 radələrində heyvanları naxıra buraxmaq üçün tövləyə daxil olan zaman tövlənin qapısının çöl hissədən açıq vəziyyətdə olduğunu və 01 baş dananın yerində olmadığını, yəni naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını görmüşdür. Bundan sonra o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. AR CPM-nin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid6 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid6 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, AR CPM-nin 317.1-ci maddəsinə əsasən Şahid6 məhkəmə iclasına gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gələrək, hazırki işə Şahid6 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, o, Quba rayonu Qonaqkənd qəsəbəsində qeydiyyatda olsa da, Xızı rayonunun Sitalçay kəndində yaşayır. 2023-cü ilin təxminən aprel ayının əvvəllərində idarə etdiyi " Ford" markalı avtomobil ilə Sumqayıt şəhərindən yaşadığı Xızı rayonu Sitalçay kəndinə gedirdi. Sumqayıt şəhərinin X19 qəsəbəsində su və siqaret almaq üçün avtomobili saxlayıb yaxınlıqdakı dükana daxil olmuşdur. Bu zaman tanışı, dükanda satıcı işləyən Məhəmməd adlı şəxs yanında iki nəfər şəxsi ona göstərərək onlara məxsus dana olmasını, həmin dananı Şabran rayonundan götürüb Sumqayıt şəhərinə, yaxud Sumqayıt şəhərinin X19 qəsəbəsində satmaq lazım olduğunu bildirmişdir. O da əvvəlcə atası Vahid Məmmədova zəng edərək bu barədə məlumat vermişdir. Atası da ona əvvəlcə həmin heyvanın oğurluq olub olmadığını soruşmasını, əgər oğurluq deyilsə pul qarşılığında onlara avtomobili ilə xidmət göstərə biləcəyini söyləmişdir. O da həmin vaxt Məhəmmədin yanındakı iki nəfərdən, sonradan adının Taleh olduğunu bildiyi şəxsdən həmin dananın oğurluq olub – olmadığını soruşduqda Taleh ona sözügedən heyvanı dayısının ona verdiyini və həmin heyvanın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onlar yəni, o, Taleh və Talehin yanında olan adını bilmədiyi, tanımadığı şəxs ona məxsus "Ford Tranzit" markalı, məxsus 99 - DU - 518 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şabran rayon istiqamətində hərəkət etməyə başlamışlar. Gecə saat təxminən 12:00 radələrində onlar Şabran rayonunun Gəndob kəndində çatmışlar. Taleh ona avtomobilini harada saxlamalı olduğu yeri göstərdikdə o, avtomobilini həmin yerdə saxlamış və Talehlə yanındakı şəxs avtomobildən enərək ona burada gözləməsini tapşırmışlar. Təxminən bir neçə dəqiqə keçmiş Talehlə həmin şəxs bir baş dananı gətirərək onun avtomobilinin arxa hissəsinə qoymuşlar. Bundan sonra onlar Sumqayıt şəhərində yerləşən heyvan bazarına gəlmiş və gecə saatları olduğundan heyvan bazarında heç kəs olmamışdır. Bu səbəbdən də Talehlə həmin şəxs Sumqayıt şəhərinin X19 qəsəbəsinə, o da avtomobilində sözügedən heyvanla birgə yaşadığı evə gəlmişdir. Səhər saat 09:00 radələrində o, Talehlə həmin şəxsi Sumqayıt şəhərinin X19 qəsəbəsindən götürmüş və onlar Sumqayıt şəhərində yerləşən heyvan bazarına yollanmışlar. Orada həmin heyvanın satış qiymətində Talehlə heç kəs razılaşmadığına görə Taleh heyvanı orada sata bilməmişdir. Bundan sonra Sumqayıt şəhərinin X19 qəsəbəsində yerləşən marketdə satıcı işləyən tanışı Məhəmməd də yanlarına gəlmiş və bir tanışının olduğunu, onun həmin heyvanı ala biləcəyini bildirərək onları Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə aparmşdır. Orada Məhəmməd avtomobilini bir nəfər şəxsin evinə sürdürmüşdür. Həmin şəxs heyvana baxan kimi əvvəlcə onun oğurluq olub-olmadığını soruşmuş və Taleh də heyvanının onun özünə məxsus olmasını bildirmişdir. Bundan sonra həmin şəxs mobil telefon ilə Talehin şəkilini çəkərək həmin heyvanı Talehdən 400 manat pul müqabilində almışdır. Taleh ona zəhmət haqqı qarşılığında 70 manat, Məhəmmədə isə müştəri tapdığına görə 30 manat pul verərək çıxıb getmişdir. AR CPM-nin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid1 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, AR CPM-nin 317.1-ci maddəsinə əsasən Şahid1 məhkəmə iclasına gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gələrək, hazırki işə Şahid1 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, o, Xızı rayonu Sitalçay kəndində ailəsi ilə birgə yaşayır. Özü Sumqayıt şəhərinin X19 qəsəbəsindən yerləşən dükanda satıcı işləyir. İşlədiyi müddət ərzində müştəri qismində dükan tez-tez daxil olan Taleh adlı şəxslə təsadüfən tanışlığı yaranmışdır. 2023-cü ilin, dəqiq günü xatırlamasa da təxminən aprel ayının əvvəllərində Taleh yanında tanımadığı bir nəfər şəxslə onun işlədiyi dükana gəlmişdir. Söhbət əsnasında Taleh dayısının ona dana verdiyini və həmin dananı Şabran rayonundan götürüb satmaq üçün avtomobil lazım olduğunu bildirmişdir. Həmin vaxt dükana təsadüfən tanışı Elmar daxil olmuş və o da Elmarın "Ford" markalı avtomobilinin olduğunu və Elmarın həmin avtomobil ilə heyvan və istənilən yükü daşıdığını Talehə bilirmişdir. O, Elmarı Talehlə tanış edərək ona Şabran rayonundan Talehə pay verilmiş dananı götürüb gətirmək lazım olduğunu bildirmidir. Elmarda hal hazırda müştərisinin olmadığını və həmin dananı Talehlə Şabran rayonundan götürə biləcəyini bildirmişdir. Bundan sonra onlar dükandan çıxıb getmişlər. Bir neçə saat sonra onlar yenidən onun dükanına qayıdaraq heyvanı gətirdiklərini lakin onu satmağa müştəri tapmadıqlarını söyləmişlər. Bundan sonra o da onlara qoşularaq Sumqayıt şəhərində yerləşən mal bazarında yollanmış və orada da həmin heyvanı sata bilməmişlər. Bundan sonra Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən ət dükanlarına yaxınlaşaraq onlara satdıq heyvan olduğunu bildirmişlər. Təsadüfən əvvəllərdə tanıdığı adını bilmədiyim bir nəfər şəxs ona həmin heyvana ala biləcək birinin olduğunu söyləmişdir. Bir neçə dəqiqə sonra Əli adlı bir nəfər şəxs onlara yaxınlaşmış və dananın oğurluq olub-olmadığını soruşmuşdur. Həmin vaxt Taleh dananın ona məxsus olmasını və dayısının ona pay verməsini bildirmişdir. Bundan sonra Əli adlı şəxs 400 manat pul qarşılığında dananı ondan almışdır. Taleh həmin puldan müştəri tapmasına görə 30 manat ona, 70 manat "Ford" sürücüsü Elmara verərək onlardan ayrılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, onu çöldə heyvan satılması ilə əlaqədar çağırılıblar. Çölə çıxdıqda Ford markalı maşınla gəlmiş 04 nəfərin heyvan satdıqlarını görüb. Onlardan heyvan haradan olduğunu soruşduqda, həmin 04 nəfərdən biri dayısının həmin heyvanı ona pay verdiyini bildirib. Ondan heyvanın oğurluq olub-olmadığını soruşduqda, o, and-aman etmişdir ki, dayısı həmin heyvanı hədiyyə vermişdir. Bunun videosu da var, yəqin ki məhkəməyə həmin video təqdim edilib. Sözü gedən heyvanın alqı-satqı prosesini tam şəkildə videoya çəkib. Saat təqribən 12-1 olardı və günün günorta vaxtı kiminsə oğurluq heyvan satmağa cəhd edəcəyi ağlına gəlməmişdir. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq malın pulu olan 400 manatı Talehə verdiyini, müdafiəçinin suallarına cavab olaraq malın satın alınmasını həmin heyvanın oğurluq olacağı təqdirdə problem yaranmaması üçün çəkdiyini, maşının nömrəsini də səhər problem olanda əlində sənəd olduğu üçün çəkdiyini, lakin Talehin satın aldığı heyvanın oğurluq olmadığına onu inandırdığı üçün həmin heyvanı aldığını, videonu çəkəndə Talehin adını və soyadını deyərək, satdığı malın oğurluq olmadığını bildirdiyini, Talehi maşının yanında çəkdiyini, Talehin özünün ona dananı qucaqlayım çək sözlərini desə də, 04 nəfərin şəklini və avtomobilin dövlət qeydiyyat nişanını çəkdiyi üçün buna ehtiyacın olmadığını Talehə dediyini bildirmişdir. AR CPM-nin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid3 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid3 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, AR CPM-nin 317.1-ci maddəsinə əsasən Şahid3 məhkəmə iclasına gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gələrək, hazırki işə Şahid3 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, özü heyvan alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırır. 2023-cü ilin aprel ayının əvvəllərində tanışı Elzamin onda satdıq 01 baş dana olduğunu və onu bir gün bundan əvvəl yaşadığı məhəllədə Taleh adlı şəxsdən aldığını bildirmişdir. O da Elzamindən həmin 01 baş dananı ona hansı qiymətə satacağını soruşduqda Elzamin həmin dananı 650 manat pula ona satacağını söyləmişdir. Elzaminlə razılaşdıqdan sonra o Elzaminə 650 manat pul verərək həmin dananı ondan almışdır. Daha sonra ona məlum olmuşdur ki, həmin dananı Elzaminə satan Taleh adlı şəxs onu Şabran rayonundan oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 göstərmişdir ki, onlara bir ədəd "Lenovo" markalı kompüter satılmışdır. Həmin kompüterə baxdığı zaman köhnə model olduğundan həmin kompüteri ehtiyat hissələrə satılacaq kompüter kimi qiymətləndirib. "Lenovo" markalı kompüteri alarkən həmin kompüteri ona satan şəxslərdən vəsiqə də almışdır və vəsiqənin sahibi sənədin surətinə imza da çəkmişdir. Bunun üzərindən 20 (iyirmi) gün keçmədi ki, polislər gələrək məktəbdən oğurluq olduğunu bildirdilər. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq X1 kəsdikləri üçün tanımaqda çətinlik çəkdiyini, onu sadəcə bir dəfə gördüyünü və bunun üstündən uzun müddət keçdiyini, sədrlik edənin suallarına cavab olaraq isə "Lenovo" markalı kompüteri satmağa 02 nəfər gəldiyini, həmin şəxslərdən birin üzərində şəxsiyyət vəsiqəsi olmadığını, həmin şəxslərdən ilk öncə birinin gəlib kompüter satdığını ona dediyini, o ona buna cavab olaraq vəsiqə olmadan kompüter almadığını dedikdən sonra həmin şəxslər təkrar vəsiqə ilə gəldiklərini, vəsiqənin kimə məxsus olduğunu soruşduqda onlardan biri vəsiqənin ona məxsus olduğunu bildirdiyini, "Lenovo" markalı kompüteri 60 manata aldığını, ilk öncə həmin kompüteri almaq istəməsə də, sonradan kompüterin satan şəxslərin həmin kompüterin köhnə olmasını və işlədilmədiyini ona bildirdikləri üçün həmin kompüteri almaq qərarına gəldiyini və sözü gedən kompüteri ehtiyat hissələri üçün satın aldığını bildirmişdir. AR CPM-nin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid5 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid5 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, AR CPM-nin 317.1-ci maddəsinə əsasən Şahid5 məhkəmə iclasına gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gələrək, hazırki işə Şahid5 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Dəqiq tarixi xatırlamasa da 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs ona hazırda maddi vəziyyətinin pis olduğunu və bu səbəbdən də özünə məxsus noutbuku, yəni kompüteri satmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona sənədlərinin olmadığını, bu səbəbdən də onun şəxsiyyət vəsiqəsi ilə Sumqayıt şəhərində həmin kompüteri satmağı ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs kompüterin oğurluq olub - olmadığını soruşduqda Təqsirləndirilən şəxs kompüterin onun özünə məxsus olduğunu və onunla birgə həmin kompüteri satmağa aparacağını bildirmişdir. Beləcə onlar Sumqayıt şəhərində kompüterlərin alışı və satışı ilə məşğul olan dükanların birinə gedərək onun şəxsiyyətini təsdiq edən sənədlə həmin kompüteri 60 manata satmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin İ cildinin 01-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikasının DİN-in “102” Xidməti-Zəng Mərkəzindən xx.xx.2023-cü il tarixdə, saat 06:44 radələrində Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumata əsasən, X14 ***-***-**-** nömrəsindən zəng edərək ona məxsus bir baş dananın oğurlanması haqqında məlumat vermişdir (cinayət işinin İ cildinin 03-cü vərəqəsi). - X8 Şabran Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə ona məxsus bir baş danın tövlədən çıxaraq naməlum istiqamətdə getdiyini nəzərə alaraq, həmin heyvanın tapılmasında ona köməklik edilməsini xahiş etmişdir (cinayət işinin İ cildinin 04-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X14 yaşadığı Şabran rayonunun Gəndob kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə baxış keçirildiyi zaman X14 həmin tövlədən ona məxsus bir baş danın çıxaraq naməlum istiqamətdə getdiyini və yaxud oğurlandığını bildirmişdir (cinayət işinin İ cildinin 05-ci vərəqəsi). - Foto cədvəldən görünür ki, X14 01 (bir) baş danasının oğurlandığı Şabran rayonunun Gəndob kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləni Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarına təqdim etmişdir (cinayət işinin İ cildinin 06-cı vərəqəsi). - HK-1/347 nömrəli material üzrə xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığında görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ***-***-**-** nömrəsindən Azərbaycan Respublikasının DİN-in “102” Xidməti-Zəng Mərkəzinə zəng edərək, ona məxsus bir baş dananın oğurlanması haqqında məlumat verdikdən sonra, xx.xx.2023-cü il tarixli ərizə ilə Şabran Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus bir baş danın tövlədən çıxaraq naməlum istiqamətdə getdiyini bildirdiyindən, daxil olmuş müraciətlər ilə əlaqədar X12 məxsus bir baş dananın oğurlanıb-oğurlanmaması və yaxud itməsi istiqamətində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə əməliyyat tapşırığı verilmişdir (cinayət işinin İ cildinin -cu vərəqəsi). - X8 Şabran Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Şabran Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində ona məxsus bir baş danın tövlədən çıxaraq naməlum istiqamətdə getdiyini bildirsə də, sözü gedən heyvanın axtarışları nəticəsində sonradan həmin heyvanın bibisi oğlu Təqsirləndirilən şəxs oğurlayaraq satdığının ona məlum olduğunu və ona məxsus danasının oğurlanması nəticəsində ona 1000 manat ziyan dəydiyini bildirmiş və Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir (cinayət işinin İ cildinin 10-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin İ cildinin 11-ci vərəqəsi). - Zərərçəkmiş şəxs1 Şabran Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizədə onun direktoru olduğu Şabran rayonunun Gəndob kəndində yerləşən 11 illik tam orta məktəbin inzibati binasında onun xidməti otağının qapısı sındırılaraq oradan 200 manat dəyərində 01 ədəd "Lenovo“ markalı kompüterin oğurlanması barədə məlumat vermiş və ərizəsi əsasında qanuni tədbir görülməsini xahiş etmişdir (cinayət işinin İ cildinin 15-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:30-dan saat 11:50-ə kimi olan müddət ərzində Şabran rayonunun Gəndob kəndində yerləşən 11 illik tam orta məktəbin inzibati binasında keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs1 onun xidməti otağının qapısı sındırılaraq oradan 01 ədəd "Lenovo“ markalı kompüterin oğurlandığını bildirmişdir (cinayət işinin İ cildinin 16-cı vərəqəsi). - foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 kompüterin oğurlandığı yeri göstərmişdir (cinayət işinin İ cildinin 17-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 11:10-dan 11:30-a kimi olan müddət ərzində ünvan 3 ünvanında yerləşən "Az Comp" dükanına baxış keçirildiyi X3 rayonunun Gəndob kəndində yerləşən 11 illik tam orta məktəbin inzibati binasından oğurladığı 01 ədəd "Lenovo“ markalı kompüteri həmin dükana 60 manat pul müqabilində satdığını bildirmişdir (cinayət işinin İ cildinin 22-ci vərəqəsi). - Foto cədvəldən görünür ki, X3 rayonunun Gəndob kəndində yerləşən 11 illik tam orta məktəbin inzibati binasından oğurladığı 01 ədəd "Lenovo“ markalı kompüteri satdığı dükanı və həmin dükanda oğurladığı kompüteri göstərmişdir (cinayət işinin İ cildinin 23-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli götürülmə haqqında qərardan görünür ki, Şahid4 təqdim etdiyi 01 ədəd "Lenovo“ markalı kompüter və X6 məxsus şəxsiyyət vəsiqəsinin surəti ondan götürülmüşdür (cinayət işinin İ cildinin 25-ci vərəqəsi). - X6 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o həmin şəxsiyyət vəsiqəsinin surətində 01 ədəd "Lenovo“ markalı kompüteri 60 manata satdığını imzası ilə təsdiq etmişdir (cinayət işinin İ cildinin 28-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, X11 ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin İ cildinin 30-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X17 xx.xx.2023-cü il tarixdə, saat 14:00-da ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 31-32-ci vərəqələri vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X17 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 47-48-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-13/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs X17 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 67-68-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, ********* nömrəli cinayət işi üzrə aparılan araşdırma nəticəsində X11 xx.xx.2023-cü il tarixdə "Elmar" adlı şəxsə məxsus "Ford" markalı nəqliyyat vasitəsi ilə Şabran rayonunun Gəndab kənd sakini Zərərçəkmiş şəxs2 məxsus bir baş dananı oğurladığı aşkar edildiyindən, "Elmar" adlı şəxsin şəxsiyyətini müəyyən edilərək ifadəsinin alınması məqsədi ilə Şabran Rayon Polis X10 gətirilməsi haqqında əməliyyat tapşırığı verilmişdir (cinayət işinin İ cildinin 69-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli ********* nömrəli cinayət işi üzrə "Elmar" adlı şəxsin şəxsiyyətini müəyyən edilərək ifadəsinin alınması məqsədi ilə Şabran Rayon Polis X10 gətirilməsi haqqında əməliyyat tapşırığına cavabdan görünür ki, həmin əməliyyat tapşırığı əsasında sözü gedən "Elmar" adlı şəxsin Quba rayonu, Qonaqkənd qəsəbəsi ünvanında qeydiyyatda olan və faktiki olaraq Xızı rayonunun Sitalçay qəsəbəsində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Şahid6 olduğu məlum olmuş və xx.xx.1996-cı il təvəllüdlü Şahid6 xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin İ cildinin 70-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid6 Abşeron rayonunun Ceyranbatan Qəsəbəsinə gələrək X11 oğurladığı dananı satdığı yeri əyani olaraq göstərmişdir (cinayət işinin İ cildinin 74-75-ci vərəqələri). - foto cədvəldən görünür ki, Şahid6 X11 oğurladığı dananı satdığı yeri əyani olaraq göstərmişdir (cinayət işinin İ cildinin 76-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şahid1 xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə dəvət edilmiş və həmin tarixdə, saat 19:00 radələrində Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin İ cildinin 77-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X4 Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CMnin 29, 180.2.2, 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində AR CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində Azərbaycan Respublikasının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" xx.xx.2020-ci il tarixli, 68-VİQD nömrəli Qanunu tətbiq edilməklə Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən AR CM-nin 332.2.1 və 332.2.2-ci maddələri xaric edilməklə cəzası 05 (beş) il 03 (üç) aya endirilmiş, Azərbaycan Respublikası Prezidentinin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" xx.xx.2021-ci il tarixli, 2545 nömrəli Sərəncamına əsasən barəsində təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsini çəkməkdə azad edilmişdir (cinayət işinin İ cildinin 80-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid2 X7 aldığı bir baş iribuynuzlu heyvanı saxladığı yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin İ cildinin 83-84-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli götürülmə haqqında qərardan görünür ki, Şahid2 təqdim etdiyi bir ədəd fotoşəkil götürülmüşdür (cinayət işinin İ cildinin 86-cı vərəqəsi). - foto cədvəldən görünür ki, X17 "Ford Tranzit" markalı, məxsus 99 - DU – 518 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsində dayanaraq həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göstərir (cinayət işinin İ cildinin 89-cu vərəqəsi). - Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-217/2016 nömrəli cinayət işi üzrə xx.xx.2016cı il tarixdə qəbul edilmiş hökmündən görünür ki, X17 AR CM-nin 29, 180.2.2, 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində AR CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilmişdir (cinayət işinin İ cildinin 95-107-ci vərəqələri). - Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-675/2020 nömrəli hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası haqqında işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, X17 barəsində Azərbaycan Respublikasının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" xx.xx.2020-ci il tarixli, 68-VİQD nömrəli Qanunu tətbiq edilməklə Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-217/2016 nömrəli cinayət işi üzrə xx.xx.2016-cı il tarixdə qəbul edilmiş hökmündən AR CM-nin 332.2.1 və 332.2.2-ci maddələri xaric edilməklə cəzası 05 (beş) il 03 (üç) aya endirilmişdir (cinayət işinin İ cildinin 109-111-ci vərəqələri). - Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 752 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Sumqayıt şəhəri, X19 qəsəbəsi, Şirvan D/Y, Y/M, Yataqxana 2 ünvanında qeydiyyatda olan X17 həmin ünvanda yaşamır. Həmin ünvanda yaşadığı müddət ərzində qonşuları tərəfindən onun barəsində 23 saylı Mənzil-Kommunal Sahəsinə dəfələrlə yazılı və şifahi şikayətlə daxil olmuşdur və o, pis vərdiş və əməllərinə görə sakinlər arasında müsbət xarakretizə olunmur (cinayət işinin İ cildinin 113-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-29/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs X17 barəsində Şabran Rayon Məhkəməsinin 4(031)-13/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərar ilə seçilmiş xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır (cinayət işinin İ cildinin 136-141-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 145-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 150-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X17 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 177.2.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 159-160-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, ********* nömrəli cinayət işi üzrə aparılan araşdırma nəticəsində X11 xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Gəndab kənd sakini Zərərçəkmiş şəxs2 məxsus bir baş dananı oğurladığı zaman yanında təsadüfən tanış olduğu "Əli" adlı şəxs olduğu aşkar edildiyindən, "Əli" adlı şəxsin şəxsiyyətini müəyyən edilərək ifadəsinin alınması məqsədi ilə Şabran Rayon Polis X10 gətirilməsi haqqında əməliyyat tapşırığı verilmişdir (cinayət işinin İ cildinin 166-cı vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4168 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Çin istehsalı, “Lenovo” markalı, "B575e" model nootbukun (bir ədəd Çin istehsalı üzərində “Lenovo-A0403A3C" yazısı olan cərəyan qidalandırıcısı (adapter) ilə birlikdə istifadədə olnuması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta baza qiyməti təxminən 170 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 168-169-cu vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/2817 nömrəli ekspert rəyindən görünür ki, 01 baş, 01 illik diri çəkisi 90 kiloqram olan cins növdən olmayan dişi cinsli dananın2023-cü ilin aprel ayına olan orta baza qiyməti təxminən 650 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 171-172-ci vərəqələri). - xx.xx.2023-cü əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, Şahid2 təqdim etdiyi bir ədəd fotoşəkil, Şahid4 təqdim etdiyi 01 ədəd "Lenovo“ markalı kompüter və X6 məxsus şəxsiyyət vəsiqəsinin surəti ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, 01 ədəd "Lenovo“ markalı kompüter zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılmış və digər maddi sübutlar isə cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 173-174-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 01 ədəd "Lenovo“ markalı kompüteri təhvil almışdır (cinayət işinin İ cildinin 175-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli "Əli" adlı şəxsin şəxsiyyətini müəyyən edilərək ifadəsinin alınması məqsədi ilə Şabran Rayon Polis X10 gətirilməsi haqqında əməliyyat tapşırığına cavabdan görünür ki, həmin əməliyyat tapşırığının yerinə yetirilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin hər-hansı bir müsbət nəticə əldə edilməmişdir (cinayət işinin İ cildinin 184-cü vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə ittiham aktından görünür ki, X17 həmin cinayət işi üzrə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir (cinayət işinin İ cildinin 186-197-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X11 əməli AR CM 177.2.3-cü maddəsindən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cinay cinayət işinin İ cildinin 198-199-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X13 AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 200-201-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, X17 xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində Şabran rayonu Gəndob kənd orta məktəbinin qarşısına gələrək sözügedən məktəbin giriş qapısından məktəbin həyətinə daxil olmaqla, əvvəlcə məktəbin arxa hissəsinə keçib, özü ilə gətirdiyi vintaçan ilə məktəbin birinci mərtəbəsinə düşən hissəsinin plastik materialdan hazırlanmış pencərəsini açaraq içəri daxil olub, daha sonra məktəbin ikinci mərtəbəsinə qalxaraq həmin məktəbin direktoru Zərərçəkmiş şəxs1 məxsus otağın qapısını həmin vintaçan ilə açıb qanunsuz içəri daxil olub oradan 01 ədəd 170 manat dəyərində “Lenovo“ markalı kompüteri oğurladığı yeri təqdim etmişdir (cinayət işinin İ cildinin 211-212-ci vərəqələri). - foto cədvəldən görünür ki, X17 "Lenovo“ markalı kompüteri oğurladığı yeri təqdim etmişdir (cinayət işinin İ cildinin 213-214-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, X17 xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şabran rayon Gəndob kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs2 məxsus 01 baş, 01 illik diri çəkisi 90 kiloqram olan cins növdən olmayan dişi cinsli dananı oğurladığı yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin İ cildinin 215-216-ci vərəqələri). - foto cədvəldən görünür ki, X2 Mehti Təhməz oğluna məxsus 01 baş, 01 illik diri çəkisi 90 kiloqram olan cins növdən olmayan dişi cinsli dananı oğurladığı yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin 217-ci vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, X13 AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 128-131-ci vərəqələri). Məhkəmə istintaqı zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş: - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, onun təqsirləndirilən şəxs X7 heç-bir şikayət və ya mülki tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, onun təqsirləndirilən şəxs X7 heç-bir şikayət və ya mülki tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/1746 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Şabran Rayon Məhkəməsinin 1(031)-53/2023 (1(031)-4/2024) nömrəli cinayət işində X13 məxsus olan imzalar onun özü tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil etmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-468/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş hökmündən görünür ki, X17 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, AR CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən barəsində qəti olaraq xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzası və AR CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir və həmin hökmə əsasən o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. - Təqsirlən şəxs X11 tərəfindən müdafiəçisi ilə razılaşdırılmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, zərər çəkmiş şəxslərin ərizələrini və şahid ifadələrini nəzərə alaraq, məhkəmə istintaqının yekunlaşdırılmasını xahiş etmişdir. AR CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 177.2-ci maddəsinə əsasən eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 177-ci maddəsinin “Qeyd” – inə əsasən AR CM-nin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. AR CM-nin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. AR CM-nin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. AR CM-nin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən AR CM-nin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (AR CM-nin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarından qeyd edilmişdir ki, talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd yolla və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirmədir. Cinayət Məcəlləsinin 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Bu cinayətin obyektiv cəhətini təşkil edən götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin tərkib əlamətlərinin müəyyən edilməsi həmin əmələ cinayət-hüquqi qiymət verilməsi üçün böyük əhəmiyyət kəsb edir. Cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir... Cinayət Məcəlləsinin 177-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətinin obyektiv cəhətinin zəruri əlamətidir. Gizli olaraq talama həmin əməllər təkrar törədildiyi hallarda da zəruri əlamət kimi çıxış edir. Mülkiyyətçiyə və ya əmlakın digər sahibinə vurulmuş ziyanın məbləği isə konkretləşdirilmiş əlamət kimi qanunverici tərəfindən cinayət tərkibinin zəruri əlamətləri nəzərə alınmaqla həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir. Həmin Qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin X17 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də AR CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. AR CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. AR CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. AR CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. AR CM-nin 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. AR CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. AR CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. AR CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (AR CM-nin 83.4-cü maddəsi). Məcəllənin bu normasının mənasından da göründüyü kimi, amnistiya aktı əsasında əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş şəxsin əlavə cəzası olduğu hallarda məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı vaxtdan hesablanır. Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini müəyyən edən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 6-cı maddəsinə görə, cəzaların icrasının və cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir. Həmin Məcəllənin 167.0.5-ci maddəsində göstərilmişdir ki, digər əsaslarla yanaşı məhkumlar cəza çəkməkdən amnistiya və ya əfvetmə aktına əsasən azad edilirlər. Hər iki akt birdəfəlik tətbiqetmə üçün nəzərdə tutulsa da, əfvetmə yalnız qanuni qüvvəyə minmiş hökm əsasında məhkum edilmiş şəxslərə münasibətdə, amnistiya aktı isə cinayət prosesinin istənilən mərhələsində tətbiq edilə bilər. Bu aktlar arasında daha bir fərq ondan ibarətdir ki, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxslər, amnistiya isə fərdi qaydada müəyyən olunmayan şəxslər dairəsi barəsində qəbul edilir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu aktların subyektiv tərkibinin müəyyən olubolmaması baxımından onların tətbiq edilmə formaları da fərqlənir. Əfvetmə müraciət əsasında tətbiq edildiyindən, məhkum edilmiş şəxsin işi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən araşdırılır, onun əfv edilməsinin mümkünlüyü barəsində müvafiq qurumların rəyləri alınır, baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə"nin 36-cı bəndinə uyğun olaraq, cəzanı icra edən orqan əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını təxirə salınmadan icra etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin, habelə həmin Məcəllənin XLVİİ və XLVİİİ Fəsillərinin normalarının tələblərinə müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edərkən digər məhkəmənin hökmünə hər hansı dəyişiklik etmək səlahiyyətinə malik deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin İİ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzadan azad etmənin əsaslarına cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə, amnistiya və əfvetmə aiddir (Cinayət Məcəlləsinin 76-82-ci maddələri). Cəzadan azad etmə institutu qanunla müəyyən edilmiş əsaslar olduqda dövlətin cəzanın çəkilməsinə xitam verməsini və cəzadan irəli gələn məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə təqsirləndirilən şəxs X13 cəza təyin edərkən, AR CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iş üzrə zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxs X7 hər hansı bir şikayət və tələblərinin olmamasını cəza təyin edərkən AR CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməllərində cinayətlərin sadə residivi olmasını isə AR CM-nin 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. AR CM-nin 177.2-ci maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin əməlində residiv olmasını nəzərə alaraq AR CM-nin 65.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən X17 təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-468/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş hökmü ilə X17 barəsində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı olması, o cümlədən iş üzrə maddi sübutlar: Şahid4 təqdim etdiyi 01 ədəd "Lenovo“ markalı kompüterin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs X7 məhkəmə məsrəfi hesab olunan ibtidai istintaqda keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat və məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat olmaqla, ümumilikdə 214 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. X17 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. X17 cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AR CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: X17 AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-468/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş hökmü ilə X17 barəsində təyin edilmiş 03 (üç) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzası AR CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə onun barəsində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. X17 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. X11 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-468/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş hökmü ilə X17 barəsində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı olması nəzərə alınsın. Təqsirləndirilən şəxs X7 məhkəmə məsrəfi hesab olunan ibtidai istintaqda keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat və məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat olmaqla, ümumilikdı 214 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X5, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübutlar: Şahid4 təqdim etdiyi 01 ədəd "Lenovo“ markalı kompüterin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan X13 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(031)-4/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-4/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver