Məhkəmə qərarları › İş №1(031)-4/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-4/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-4/2025 22.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Şabran şəhəri, X14 küçəsi, ev 41, mənzil 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 1 ay 29 gün vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitənin 0,387 qramını yaşadığı ünvan 2 ünvanında saxlamış və qalan 0,273 qram hissəsini isə üzərində saxlamqla daşıdıqdan sonra, 10 may 2024-cü il tarixdə, saat 18:30-da Şabran Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı o, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılıb Şabran Rayon Polis şöbəsinə gətirilərək, üzərində aparılan şəxsi axtarış zamanı əynindəki cins şalvarın sol yan cibindəki 1 ədəd “Samsung A-15” markalı mobil telefonun arxa hissəsində olan qara rəngli qoruyucu qoburun altında 1 ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə həmin tarixdə onun yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman evin qonaq otağının paltar şkafında paltarların arasında “Geemy” yazısı olan qutunun içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,387 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, o, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilmir. Belə ki, ailə üzvləri ilə birlikdə Şabran şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər bir neçə dəfə müxtəlif cinayətlərə görə məhkum olumuş, axırıncı dəfə 2021-ci ildə narkotik vasitələri qanunsuz olaraq saxladığına və istifadə etdiyinə görə Şabran Rayon Məhəkəmsinin hökmü ilə təqsirli bilinib 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2022-ci ilin dekabr ayında şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. 10 may 2024-cü il tarixdə, saat 18 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər şəxsin yaxınlaşdığını görüb onların polis əməkdaşları olmasını düşünüb qorxmuş və həyəcan içində qaçmaq istədiyi zaman onu saxlayaraq, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərib onu Şabran RPŞ-nin inzibati binasına dəvət etmişdirlər. Şöbədə bir neçə saat onun əşyaları əlindən alınmış və o, müdafiəçi olmadan saat 21:20-dək Polis Şöbəsində qalmışdır. Sonradan müdafiəçi gəlmiş və onun iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung A l5” markalı mobil telefon, 23 manat pul, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd "xxxx" ASC-yə məxsus kart, sağ yan cibindən 1 ədəd “F+” markalı mobil telefon və 1 ədəd göy rəngli diyircəkli çarx, arxa sağ cibindən 1 ədəd alışqan çıxarıb təqdim etmişdir. Təqdim olunan “Samsung” markalı mobil telefonun arxa hissəsindəki qoburdan çıxarılan zaman içərisindən 1 ədəd büküm aşkarlanmışdır. Aşkarlanmış bükümün ona məxsus olmadığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın arxa sol cibindən daha 1 ədəd büküm aşkarlanmışdır. Həmin bükümdə limon duzu olduğunu və üzərində saxladığım, ona məxsus olduğunu təsdiq etmişdir. Aşkarlanmış hər iki büküm zərfə qoyulub qablaşdırılmışdır, möhürlənmiş və imzalanmışdır. Üzərində şəxsi axtarış videoçəkiliş ilə aparılmış və buna heç bir etirazı olmamışdır. Şəxsi axtarış bitdikdən sonra yaşadığı evə baxış keçirilməsi soruşulduqda etiraz etməmiş və buna dair ərizə vermişdir. Daha sonra baxış keçirilməsi üçün yaşadığı ünvana gəlmişdirlər. İştirakçılar ilə birlikdə evə daxil olaraq evin giriş qapısından soldakı paltar şkafındakı qutudan 1 ədəd büküm aşkarlanmışdır. Həmin bükümün ona məxsus olmadığını, kimə məxsus olması barədə məlumatı olmadığını, lakin onun evinə atan adama qarşı nalayiq sözlər işlətdiyindən küçədə olan Cəmil müəllim ona qarşı zor tətbiq etmişdir. Aşkarlanmış bükülü zərfə qoyulub qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Aşkarlanmış falqalarda əvvəl heroin olduğunu və istifadə etdiyi üçün hazırda boş olduqlarını etiraf etmişdir. Həmçinin 1 ədəd elektron tərəzi hazırda Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cəza çəkən qardaşı Elnur Məcidova məxsudur. Aşkarlanmış 3 ədəd falqa və 1 ədəd elektron tərəzi ağ zərfə qoyulub qablaşdırılmış və möhürlənib imzalandıqdan sonra götürülmüşdür. Digər otaqlarda onun iştirakı və razılığı ilə baxış keçirilmiş və qanunla qadağan olunmuş heç bir əşya aşkarlanmamışdır. Baxış bitdikdən sonra sənədləşmə üçün Şabran RPŞ-yə gəlmişdirlər. Əlavə olaraq bildirmişdir ki, 10 may 2024-cü il tarixdə üzərinə şəxsi axtarış zamanı mobil telefonunun qoburundan aşkar edilmiş heroin və cibindən aşkar olunmuş metamfetamin ona məxsus deyil. Həmçinin yaşadığı evə baxış aparılan zaman aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan narkotik vasitə heroin və elektron tərəzi onun deyil. Lakin 3 ədəd falqa kəsiyi özünə məxsusdur, onların içində əvvəl narkotik vasitə heroin istifadə etmişdir. Özü vaxtaşırı narkoik vasitə qəbul edir. O, heç kimə narkotik vasitə satmamışdır. Üzərindən aşkar edilmiş limon duzu olmasını bildirdiyi büküm ona məxsusdur, onu narkotik vasitə qəbul etmək üçün istifadə edir. Həmin bükümdə psixotrop maddə olmasından xəbərsiz olmuş, limon duzu bilib üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 göstərmişdir ki, Şabran şəhəri sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər və xx.xx.2024-cü il tarixdə, saat 18:30-da Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Şabran RPŞ-nin inzibati binasında üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung A l5” markalı mobil telefonu, əynində olan şalvarın sol arxa cibindən 1 ədəd bükümü çıxardaraq təqdim etmiş, təqdim etdiyi “Samsung” markalı mobil telefonun arxa hissəsindəki qoburu çıxarılan zaman isə içərisindən 1 ədəd büküm aşkarlanmışdır. Təqsirləndirilən şəxs cibindən aşkar olunmuş 1 ədəd büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristalşəkilli maddə, telefonun qoburunun altından aşkar edilmiş bükülüdə isə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlənin in olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini bildirmiş, lakin aşkar olunanların özünə məxsus olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd büküm, içərisində narkotik vasitə heroin olan 1 ədəd büküm müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılaraq üzəri içtirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərində şəxsi axtarış keçirildikdən sonra, yaşadığı evə baxış keçirilməsindən ötrü Təqsirləndirilən şəxsla birlikdə yaşadığı ünvan 3 ünvanına getmişdirlər. Təqsirləndirilən şəxs ünvana baxış keçirilməsinə etiraz etməmiş, Təqsirləndirilən şəxs və iştirakçılar ilə birlikdə evə daxil olmuşdurlar. Həmin evdə otaqların birindəki paltar şkafına baxış zamanı aşkarlanmış 1 ədəd “Geemy” markalı qutunun içərisindən 1 ədəd büküm aşkarlanmış və içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Aşkarlanmış büküm qablaşdırıldıqdan sonra möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmış, götürülmüşdür. Lakin həmin zərfə Təqsirləndirilən şəxs imza etməkdən imtina etmiş və aşkarlanmış bükümün ona məxsus olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yataq otağına baxış keçirilmiş və həmin otaqda çarpayının yanındakı şkafdan üzərində heroinə oxşar izlər olan 3 ədəd falqa kəsiyi və 1 ədəd elektron tərəzi aşkarlanmışdır. Aşkarlanmış predmetlər ağ rəngli 1 ədəd zərfə qoyularaq qablaşdırıldıqdan sonra möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs aşkarlanmış falqa kəsiyinin özünə məxsus olduğunu və həmin 3 ədəd falqa kəsiyində narkotik vasitə heroin istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkarlanmış elektron tərəzinin isə həbsə olan qardaşı X9 məxsus olduğunu qeyd etmişdir. Digər otaqlara baxış keçirilmiş və qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkarlanmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şahid3 ifadəsində iş üzrə baş vermiş pozuntuların hansı əsaslarla həyata keçirildiyi barədə əsaslı münasibət bildirməmiş və protokolları imzalamasına görə onun yox, müdafiəçinin məsuliyyət daşıdığını bildirmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir (cinayət işinin 1-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək qəbul etməsi, üzərində saxlaması, daşımasında və satışında şübhəli olması bildirilmişdir (cinayət işinin 3-cü vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin müşahidəsinin aparılması, polis orqanına gətirilməsi, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə və yaşadığı ünvana, ondan aşkar edilmiş əşyalara dərhal baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin 4-5-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, satışında, qəbulunda saxlanılmasında və üzərində daşımasında şübhəli olması bildirilmiş və əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 6-7-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur) (cinayət işinin 21-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 23 manat pul, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kart, sağ yan cibindən 1 ədəd “F+” markalı mobil telefon və 1 ədəd göy rəngli diyircəkli çarx, arxa sağ cibindən 1 ədəd alışqan çıxarıb təqdim etmişdir. Təqdim olunan “Samsung” markalı mobil telefonun arxa hissəsindəki qobur çıxarılan zaman içərisindən 1 ədəd büküm aşkarlanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol arxa cibindən 1 ədəd büküm aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 1 ədəd “Samsung” markalı mobil telefonun qoburundan çıxan 1 ədəd bükümün ona məxsus olmadığını, əynində olan şalvarın sol arxa cibindən aşkarlanmış 1 ədəd bükümün isə özünə məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş 1 ədəd alışqan, 23 manat pul özünə qaytarılmışdır. 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “F+” markalı telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kart baxıldıqdan sonra özünə qaytarılmışdır. Şəxsi axtarış saat 19:00-da başlanmış və 19:20də bitmişdir (cinayət işinin 28-29-cu vərəqələri).. İş materiallarında olan Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsi və götürmə aparılması zamanı aparılmış videoçəkilişdən görünür ki, videonun 00:34 saniyyəsində videoçəkiliş edilən otaqda olan saat 21:30 radələrini göstərir və həmin videonun 03:58 saniyyəsindən telefonun ekranından görünür ki, həmin vaxt saat 21:34-dir. Halbuki şübhəli şəxsin tutulması haqqında protokola əsasən 18:30-da şəxs tutulmuş, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən 19:00-da başlanılmış və saat 19:20-də bitmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs mobil telefonun qoburundan aşkar olunan 1 ədəd bükümün ona məxsus olmadığını, xx.xx.2024-cü il tarixdə narkotik qəbul etmək üçün Xaçmaz rayonuna getmək məqsədilə evdən çıxanda polis əməkdaşlarını görüb qaçarkən yıxılmış və Poli Şöbəsində olarkən telefon digər otaqda saxlanılmış və ona məlum olmayan şəxslər tərəfindən telefonun qoburuna qoyulmuşdur (cinayət işinin 30-cu vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs və iştirakçılarla birlikdə darvazadan içəri daxil olunmuş və sağ tərəfdəki evin qapısını açıb içəri daxil olan zaman giriş hissəyə 3 otaq qapısı açıldığı aşkarlanmışdır. İlkin daxil olunan zaman otaqda sol tərəfdəki paltar şkafına baxış zamanı aşkarlanmış 1 ədəd “Geemy” markalı qutunun içindən 1 ədəd büküm aşkarlanmış və içində qəhvəyi rəngli tozşəkilli kütlə olması müəyyən edilmişdir. Aşkarlanmış büküm ağ rəngli zərfə qoyularaq qablaşdırıldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 60 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Lakin həmin zərfi Təqsirləndirilən şəxs imzalamaqdan imtina etmiş və aşkarlanmış bükümün ona məxsus olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yataq otağına baxış keçirilmiş və həmin otaqda çarpayının yanındakı şkafdan içərisində izlər olan 3 ədəd falqa kəsiyi və 1 ədəd “Notebook” markalı elektron tərəzi aşkarlanmışdır. Aşkarlanmış predmetlər ağ rəngli 1 ədəd zərfə qoyularaq qablaşdırıldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 60 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs aşkarlanmış 3 ədəd bükümün özünə məxsus olduğunu və həmin bükümlərdə “kokos”, yəni heroin olduğunu və istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkarlanmış elektron tərəzinin isə hazırda həbsdə olan qardaşı X9 məxsus olduğunu qeyd etmişdir. Digər otaqlara baxış keçirilmiş və qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkarlanmamışdır. Baxış saat 20:05-də başlanmış və 20:50-də bitmişdir (cinayət işinin 32-33-cü vərəqələri).. İş materiallarında olan Təqsirləndirilən şəxs evə baxış keçirmə və götürmə aparılması zamanı aparılmış videoçəkilişdən görünür ki, “Geemy” markalı qutunun içi ilk olaraq Şahid1 tərəfindən araşdırılarkən çəkilişin istiqaməti 03:15-dən etibarən dəyişdirilmiş və sonradan qutu stolun üstünə qoyularaq təkrar Şahid3 tərəfindən araşdırılmışdır. Bundan başqa videoçəkilişdə Təqsirləndirilən şəxs köynəyinin düymələri bağlı görünsə də, anidən 21:08-dən etibarən köynəyi pərakəndə və düymələri açıq vəziyyətdə görünmüşdür (cinayət işinin 34-cü vərəqəsi). İş materiallarında olan ”Azercell Telecom” MMC-dən əldə olunmuş Müdafiəçi məxsus ***-***-**-** mobil nömrəsi üzrə xx.xx.2024-cü il tarixə aid daxil olan və xaric olunan zənglərin siyahısından görünür ki, Müdafiəçi müstəndiq Şahid3 tərəfindən saat 21:10-da zəng edilmiş və aralarında olan danışıq müddəti 16 saniyə olmuşdur. İş materiallarında olan ”AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, ***-***-**-** saylınömrə müstəntiq Şahid3 məxsusdur. İş materiallarında olan ”Bakcell” MMC-dən əldə olunmuş müştəri zənglərinin detallaşması məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs ona məxsus ***-***- **-**saylı nömrəsinə saat 18:00-dan başlayaraqdaxil olan və çıxan zəng olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/2676 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs yaşadığı evdən paltar şkafından... sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,387 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd gümüşü rəngli falqa kağızında və bir ədəd elektron tərəzidə narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün olmadı. “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,041 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Təqsirləndirilən şəxs Samsunq markalı telefonun...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,273 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş iki ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Ümumi təmiz çəkisi 0,660 qram olan heroinin, 0,1 qramı tədqiqata sərf edilmiş, qalıq 0,560 qram təşkil etmişdir. Təmiz çəkisi 0,041 qram olan metamfetaminin, 0,01 qramı tədqiqata sərf edilmiş, qalıq 0,031 qram təşkil etmişdir (cinayət işinin 43-47-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cinayət işinin 50-51-ci vərəqələri). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 4(031)-24/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat və vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs növündə qətimkan tədbirii seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 18:30-dan hesablanması müəyyən edilmişdir (cinayət işinin 65-72-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmənarkoloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 ekspertlərinə həvalə edilmiş və ekspertlər qarşısında “Təqsirləndirilən şəxs narkomandırmı?”, “Əgər narkomandırsa, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı varmı?” sualları qoyulmuşdur (cinayət işinin 73-cü vərəqəsi). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 5(031)-23/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şabran RPŞ-nin CAB-nin rəisi Alış Səfərov tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin 76-78-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin icraata götürülməsi və ibtidai istintaqının aparılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (cinayət işinin 80-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasından Azərbaycan Respublikasının Narkoloji Mərkəzinə keçirilmişdir (cinayət işinin 82-ci vərəqəsi). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 4(031)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti təmin edilməmişdir (cinayət işinin 85-86-cı vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardadn görünür ki, fakta görə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir (cinayət işinin 88-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan, hansı məqsədlə əldə etməsinin öyrənilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilərsə, konkret olaraq kimə satmasının müəyyən edilməsi və həmin şəxslərin şəxsiyyətinin müəyyən edilərək Xaçmaz RPŞ-nin İB-nə təqdim edilməsi, iş üçün əhəmiyyət kəsb edən digər bütün məlumatların əldə edilməsinin əməliyyat yolu ilə öyrənilməsi müəyyən edilmişdir (cinayət işinin 90-cı vərəqəsi). İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(105)-69/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Şabran Rayon Məhkəməsinin 4(031)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (cinayət işinin 106-108-ci vərəqələri).. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə elan edilmiş ittihama dəyişikliklər və əlavələr edilərək ona həmin Məcəllənin 234.1-ci maddəsilə yeni məzmunda yenidən ittiham edilmişdir (cinayət işinin 123-124-cü vərəqələri).İş materiallarında olan xx.xx.2024cü il tarixli komisyon-kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə komisyonkompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş, məhkəmə-psixiatrik ekspert qarşısında “Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik keçirmişdirmi və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkirmi?”, “Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə öz hərəkətlərini idarə etmək, həmçinin ifadəsində göstərdiyi halları anlamaq və dərk etmək qabiliyyətinə malikdirmi?”, “Təqsirləndirilən şəxs cinayət törədən vaxt və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib-etmədiyi və ya həmin əməli idarə etmək imkanının olub-olmadığı müəyyən edilsin”, “Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşürmü?” sualları, məhkəmə-psixoloji ekspert qarşısında “Təqsirləndirilən şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir?”, “Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri vardırmı? Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları özündən uyduraraq danışması mümkündürmü? Mümkün olduğu təqdirdə yalan söyləməsinin psixoloji motivi nədən ibarət olmuşdur?”, “Təqsirləndirilən şəxs intellektual imkanları nəzərə alınmaqla ifadəsində göstərdiyi halların xarakter və mənasını anlamaq qabiliyyətinə malikdirmi?”, “Təqsirləndirilən şəxs hadisə vaxtı və hazırki psixi-emosional vəziyyəti müəyyən edilsin.” sualları qoyulmuşdur (cinayət işinin 148-149-cu vərəqələri). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 4(031)-36/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat və vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 2 ay, yəni xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır (cinayət işinin 171-172-ci vərəqələri). İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Şabran Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli vətəndaşın xəstəxanaya müraciət edib-etməməsi barədə məktubdan görünür ki, Təqsirləndirilən şəxs “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəlik nəticəsində yaranan digər dəqiqləşdirilmiş, psixi pozğunluqlar” (F-06.8) diaqnozu ilə psixonevroloji kabinetdə, “Eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi və digər psixoaktiv maddələrdən istifadəsi nəticəsində yaranan asılılıq sindromu” (F19.2) diaqnozu ilə narkoloji kabinetdə dispanser qeydiyyatındadır (cinayət işinin 180-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan və xx.xx.2024-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, təqsirləndirilən şəxsin üzərindən yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,041 qram olan psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,660 qram olan narkotik vasitə heroin, üzərində heroinə məxsus izlər olan 3 ədəd gümüşü rəngli falqa kəsiyi cinayət işi üzrə maddi sübut hesab edilmiş və metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,031 qram, heroinin ekspertiza tədqiqatından sonra qalan 0,560 qram qalıqları, habelə üzərində heroinə məxsus izlər olan 3 ədəd gümüşü rəngli folqa kəsiyi və 1 ədəd elektron tərəzi 2 ədəd kağız zərfdə saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdirEyni zamanda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cinayət işinin 91-92-ci və 199-210-cu vərəqələri). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 1(031)-73/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir (cinayət işinin 113-117-ci vərəqələri). İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-1427/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ərizə təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 29 gün müddətini çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cinayət işinin 118-122-ci vərəqələri). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və xx.xx.2022-ci il tarixli Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 1 ay 29 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. (cinayət işinin 111-112-ci vərəqələri). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 4920 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə sümar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi mülciə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi mülicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 184-185-ci vərəqələri). İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Təqsirləndirilən şəxs barəsinə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza keçirilməsinə dair xx.xx.2024-cü il tarixli 2506 nömrəli rəyinə əsasən “Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırda psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlıliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır”. “Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur”. “Təqsirləndirilən şəxs eqosentrizm, impulsivlik, emosional dayanıqsızlıq, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir”. “Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Lakin onun özünümüdafiə etmək məqsədilə situasuyanı öz xeyrinə yönəldib danışması istisna edilmir”. “Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. O, ifadəsində göstərdiyi halların xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir”. “Təqsirləndirilən şəxs hadisə vaxtı və hazırkı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək dəyişikliklər müəyyən edilməmişdir (cinayət işinin 187-190-cı vərəqələri). İş materiallarında olan Şabran RİHB-nın RİHB-nin Şabran şəhər İƏD nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X4 və bacısı X6 ibarət ailə tərkibi vardır, ünvan 3 ünvanında qeydiyyatdadır. Şabran RİHBnin Şabran şəhər İƏD nümayəndəsinin verdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur (cinayət işinin 145-146-cı vərəqələri).Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” - nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 .05.2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynəlxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” - ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddələrində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. İş materiallarından göründüyü kimi şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə videoçəkilişdən görünür ki, videoçəkiliş edilən otaqda olan saat 21:30 radələrini telefonun ekranında olan saat isə 21:34 raddələrini göstərməkdədir. Deməli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda saat düzgün qeyd edilməmiş, Təqsirləndirilən şəxs saat 18:30-dan 21:30-a qədər “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına əsasən şübhəli şəxsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət məhkəməsinin maraqları tələb etdikdə belə müdafiəçidən pulsuz istifadə etmək hüququ təmin edilməmiş və uzun müddət müdafiəçinin iştirakı olmadan Polis Şöbəsində saxlanılmışdır. Habelə Xaçmaz rayonuna getmək məqsədilə evdən çıxan Təqsirləndirilən şəxs tutulan zaman telefonunun qoburundan narkotikin aşkarlanması, bundan əlavə polislərdən qaçarkən yerə düşən telefonunun polis əməkdaşları tərəfindən götürülüb əvvəl başqa bir otaqda saxlanılması, sonra Təqsirləndirilən şəxs cibinə qoyulması sözügedən bükümün Təqsirləndirilən şəxs məxsus olması faktını şübhə altına salmaqdadır. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs evə baxış keçirmə və götürmə aparılması barədə videoçəkilişdən isə Şahid1 tərəfindən evə daxil olunan zaman ilk şkafda olan “Geemy” markalı qutunun içi araşdırılarkən anidən kameranın istiqamətinin dəyişməsi və həmin qutunun təkrar Şahid3 tərəfindən araşdırılarkən 1 ədəd bükümün aşkar edilməsi sözügedən bükümün Təqsirləndirilən şəxs məxsus olması və Təqsirləndirilən şəxs bükümün ona məxsus olmasını inkar etdiyi zaman anidən köynəyinin pərakəndə vəziyyətdə olması onun fiziki və ya psixi zorakılığa məruz qalmaması faktını şübhə altına salmaqdadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zamanı ona qarşı zor tətbiq edilməsi onun köynəyinin video çəkiliş zamanı qapalı sonra birdən əynində olan köynəyin açılması onun özü tərəfindən qəsdən köynəyini cıraraq pis vəziyyətə salmaq məqsədi ilə həyata keçirilə bilərdi, lakin iş materiallarında buna dair hər hansı akt aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin evindən tapılan narkotik vasitənin Polis Şöbəsində telefonun qoburundan çıxan narkotik vasitə ilə eyni tərkibli olması həmin narkotik vasitələrin mənşəyinin eyni olması və hər ikisinin də şübhəli şəraitdə əldə edilməsini göstərir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs evində aşkar edilən tərəziyə münasibətdə bildirir ki, Təqsirləndirilən şəxs qardaşı X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(031)-6/2023 nömrəli hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilmiş və həmin hökmdə tərəziyə münasibət bildirilməmiş və ümumiyyətlə mövcud cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddə ilə təqsirləndirilməsinə dair istintaq aparılmamaışdır. Bundan əlavə məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs narkorik vasitə istifadəçisi olması mübahisəsiz haldır, lakin şübhəli şəraitdə telefonun arxasından və evindən çıxan narkotik vasitəsinin ona məxsus olmasına və cinayət işi üzrə mövcud şübhələrin ittiham tərəfindən aradan qaldırılmaması, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən Cinayət Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Həmin Məcəllənin 19.1-ci maddəsində əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Yuxarıda qeyd edilən normanın məzmunundan aydın olduğu kimi, mövcud cinayət işi üzrə istintaq orqanı Təqsirləndirilən şəxs saat 18:30-dan saat 21:30-dək müdafiəçi ilə təmin etmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllləsinin 19-cu maddəsində qeyd edilən hüquqi yardım almaq və müdafiə hüququnu təmin edilməsi prinsipini pozmuşdur. Cinayət Prosessual qanunvericiliyin əsas prinsipi olan hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi hüququnun pozulması Təqsirləndirilən şəxs Polis şöbəsində müdafiəçi olmadan saxlanılması aşkar edilən narkotik vasitənin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən həmin maddi sübutların sübutedici qüvvəsinin olmamasına dəlalət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 24-cü bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Qərarın 27-ci bəndinə əsasən şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Qərarın 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, maddə 21.2) əsasında həll etməlidir. İş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar onun hüququ pozulmaqla və ona qarşı təzyiq tətbiq olunaraq əldə edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə).İnsan Hüquqlarının və X8 X3 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (xx.xx.1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (xx.xx.2006-cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Müddəalardan göründüyü kimi təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, pozulması, zorakılıq, hədə-qorxu tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və gəzdirilməsi və narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında xx.xx.1999-cu il tarixli, 728-İQ nömrəli Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin qanunun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyat-axtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və bu maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İstintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin (“İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması müdafiəçiyə həvalə edilərək sonradan o, ibtidai araşdırma zamanı müxtəlif isintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış, sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün işin əsl hallarının araşdırılmasına təşəbbüs göstərməmişdir. Belə olan halda təhqiqat və ibtidai araşdırma zamanı müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Bundan başqa, məhkəmə sübut kimi istinad olunan polis əməkdaşlarının həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsini və təhlil olunmasını zəruri hesab edir. . Adları çəkilən şəxslərin ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli, “X5rşı” iş üzrə 18 yanvar 1978-ci il tarixli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Avropa Məhkəməsi göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. . Məhkəmə qeyd edir ki, hər bir halda bu və ya digər istintaq hərəkətinin aparılması haqqında mühüm prosessual sənəd hesab olunan protokolda həmin istintaq hərəkətinin keçirilməsi ilə bağlı videoçəkilişin aparılması, onun ardıcıllığı, bu zaman hər hansı səbəbdən çəkilişin dayandırılması və ya fasilələrin yaranması kimi hallar əksini tapmalı, bunların da səbəbləri həmin protokolda göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 177.6-ci maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Həmin Məcəllənin 177.3.1-ci maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Bu zaman nəzərə almaq lazımdır ki, normanın məzmunu genişləndirici formada təfsir olunmamalıdır, yəni iş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o evə baxış keçirilməsinə razılıq vermişdir. Ərizədə axtarış və götürmə hərəkətlərinin aparılmasına onun tərəfindən könüllü icazənin verilməsi müəyyən olunmur, baxış da axtarış və götürməni ehtiva etmir. İstintaq hərəkəti kimi yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış isə (CPM-in 177.6-cı maddəsində göstərilən şəxslərin dəvəti və ya icazəsi olmadıqda) CPM-in 177.4.1-ci maddəsinə əsasən təxirə salına bilinməyən hallarda müvafiq məhkəmə qərarı olmadan müstəntiqin (CPM-in 86.4.2-ci maddəsinə görə həm də təhqiqatçının) əsaslandırılmış qərarı əsasında müstəsna olaraq CPM-in 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda aparıla bilər ki, qeyd olunan əsaslar və hallar narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, eləcə də həmin predmetlərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə təxirəsalınmaz qaydada baxışın keçirilməsini ehtiva etmir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 243.3-cü maddəsinə əsasən axtarış və götürməyə münasibətdə müəyyən olunduğu kimi təxirə salına bilinməyən hallarda yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış müstəntiqin (eləcə də təhqiqatçının) əsaslandırılmış, yəni o cümlədən baxışın zəruriliyinə və təxirə salınmadan keçirilməli olmasına dair izahı əks etdirən qərarı əsasında şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini, yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını, yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu güman etməyə əsas verən dəqiq məlumatlar olduqda aparıla bilər.Həmin Məcəllənin 177.6-cı maddəsində göstərilən şəxslərin dəvəti və ya icazəsi yoxdursa, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, eləcə də həmin predmetlərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə “yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış” istintaq hərəkəti müstəsna olaraq məhkəmə nəzarəti qaydasında çıxarılmış məhkəmə qərarı əsasında məcburi keçirilə bilər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri sırasında axtarış ümumiyyətlə nəzərdə tutulmadığından, istintaq hərəkəti kimi axtarış isə CPM-də “yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış”dan fərqləndirildiyindən, istər baxış məcburi qaydada, istərsə də istintaq hərəkəti kimi CPM-in 177.6-cı maddəsində göstərilən şəxslərin razılığı ilə aparıldıqda baxışın əvəzinə axtarışın keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Həmin Məcəllənin 244.4-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. Maddələrin məzmunundan da göründüyü kimi qanunverici axtarış və götürmənin aparılmasında müdafiəçidən başqa barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakının da təmin edilməli olması barədə imperativ norma qəbul etmişdir. Lakin istintaq orqanı tərəfindən qeyd olunan tələbə də əməl olunmamış, formal vəkildən başqa axtarış və götürmədə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməmişdir. Təhlil edilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə A,Bağırovun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlir və ona bu əsasla bəraət verilməsini mümkün bilir, digər tərəfdən həmin pozuntuları təqsirləndirilən şəxsin ziyanına həll etməklə və onun barəsində ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina edir. Məhkəmə, növbəti olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair 12 may 2024-cü il tarixli 3- 16-16/2-6/2676 nömrəli rəyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 4920 nömrəli rəyinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Çünkü, məntiqi baxımından “əsasın yalan olması, onun nəticəsinin də yalan olması deməkdir” və ya “zəhərli ağacın meyvələri də zəhərlidir” formulu sübut qaydasıdır. Belə olan halda, qeyri-mötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanların xülasəsi olaraq hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət məhkəməsinin maraqları tələb etdikdə belə müdafiəçidən pulsuz istifadə etmək hüququ 3 saat ərzində bəlli olmayan səbəblərdən təmin edilməmişdir. Təqsirləndirilən şəxs telefonunun qoburundan narkotik aşkarlanması ağlabat və inandırıcı deyil. Bundan başqa telefon polis əməkdaşları tərəfindən başqa otaqda saxlanılmış, sonra Təqsirləndirilən şəxs cibinə qoyulmuşdur. Təqsirləndirilən şəxsin evinə baxış keçirmək əvəzinə baxış, axtarış və götürmə aparılmış, bu barədə hətta təqsirləndirilən şəxsin ərizəsi olsa belə müstəntiq qərar qəbul etməmiş, baxış, axtarış və götürmə pozuntular törətməklə aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan və məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,031 qram metamfetamin, 0,560 qram heroin, üzərində heroinə məxsus izlər olan 3 ədəd gümüşü rəngli folqa kəsiyi və 1 ədəd elektron tərəzi hazırkı cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan, hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin faktın üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Maddi sübut kimi saxlanılan yuxarıda qeyd olunan narkotik vasitə həmin fakta görə aparılan cinayət təqibi ilə əlaqədar Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilməmişdir və buna görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356, 357 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübutlar: ekspertiza icraatından sonra qaytarılan Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağında saxlanılan 2 ədəd kağız zərfdə saxlanılan 0,031 qram metamfetamin, 0,560 qram heroin, üzərində heroinə məxsus izlər olan 3 ədəd gümüşü rəngli folqa kəsiyi və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra onların qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılsın, cinayət işinin materiallarına əlavə edilmiş üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 2 (iki) ədəd disk isə cinayət işində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət- Posessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 2 ədəd kağız zərfdə saxlanılan 0,031 qram metamfetamin, 0,560 qram heroin, üzərində heroinə məxsus izlər olan 3 ədəd gümüşü rəngli folqa kəsiyi və 1 ədəd elektron tərəzinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apell yasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar