Məhkəmə qərarları › İş №1(031)-40/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-40/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-40/2021 19.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Quba rayonu 2-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu 2-ci Nügədi kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdə saat 08:40-da Bakı-Quba-Dağıstan sərhəd yolunun Şabran rayonu Ağbaş kəndi ərazisindən keçən 106,4-cü kilometrliyində idarə etdiyi “X22 110 CDİ” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 55-60 km/saat sürətlə Quba istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib, buzlu yol şəraitində avtomobilin təhlükəsiz hərəkətini təmin etməyərək idarəetməni itirdiyindən avtomobil yolun sağına çıxaraq aşmış, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan “X22 110 CDİ” markalı avtomobilin sərnişinləri – X5 gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki göz orbiti ətrafında hematoma (“eynək simptomu”), bədənin çoxlu qançırı, başın yumşaq toxumalarının alt səthində sağ alıngicgah-təpə-ənsə nahiyəsində geniş qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, döş sümüyünün və hər iki tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağciyərin toxumasının cırılıb dağılması və sol ağciyərin toxumasına qansızma, döş boşluğunda solda 800 ml-ə yaxın sərbəst qan kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən 12 mart 2021-ci il tarixdə saat 15:05-də X8 Mərkəzində ölməsinə, Zərərçəkmiş şəxs1 burun sümüklərinin az yerini dəyişən sınığı, 2-ci boyun fəqərəsinin cüzi yerini dəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs5 sol körpücük sümüyünün sınığı, döş qəfəsində öndə solda İİİ-İV-V qabırğaların sınığı, sol bud sümüyünün aşağı 1/3-dən qapalı qəlpəli yerini dəyişən sınığı kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs3 sağ əlin tiş səthində səthi əzilmiş yara kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs4 sağ bud-çanaq nahiyəsinin yumşaq toxumalarının əziyi, başın tüklü hissəsinin çoxsaylı cızılmış səthi yaraları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs2 boynun və döş qəfəsinin yumşaq toxumalarının əziyi kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsnə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 24.07.2008-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Son dəfə sürücülük vəsiqəsini 06.06.2018-ci il tarixdə dəyişmişdir. Hazırki sürücülük vəsiqəsi də “BC” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişdir. Sürücülük hüququndan məhrum olunmamışdır. X12 mülkiyyətində olan “X22 110 CDİ” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili 12.10.2020-ci il tarixdən baş etibarnamə əsasında idarə edib sərnişin daşımaqla çörək pulu qazanmışdır. 12 mart 2021-ci il tarixdə saat 07 radələrində texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “X22 110 CDİ” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən çıxıb Bakı istiqamətində hərəkətə başlamaq üçün Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olmuşdur. Avtomobili yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 40-45 km/saat sürətlə hərəkət etdirərkən hava tutqun, yolun hərəkət hissəsi qarlı buzlu olmuşdur. İdarə etdiyi avtomobildə yük olmasa da, altı nəfər sərnişin olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 avtomobilin salonunda qabaq sağ oturacaqda, X9 avtomobilin salonundakı orta oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs4 avtomobilin salonundakı orta oturacağın orta hissəsində, Zərərçəkmiş şəxs5 arxa oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs3 arxa oturacağın sağ tərəfində əyləşmişlər. İdarə etdiyi avtomobillə hərəkətdə olduğu Bakı istiqamətindəki hərəkət hissəsi yolun Şabran rayonu Gəndob kəndi ərazisindən keçən hissəsində iki hərəkət zolağına bölünsə də yolun hərəkət hissəsini qar örtdüyü üçün yalnız həmin hərəkət hissənin ortası ilə hərəkət etmişdir. Həmin gün saat 08:40-da yolun Şabran rayonu Ağbaş kəndi ərazisindən keçən 106,4-cü kilometrində 55-60 km/saat sürətlə hərəkətini davam etdirərkən yolun həmin ərazidəki dəmiryol körpüsünün üstündən keçən hissəsinə çatanda avtomobilin sürətini nisbətən azaltmaq məqsədilə ayağını qaz pedalından çəkmiş, körpünü düşməyinə az məsafə qalmış yolun hərəkət hissəsi buzlu olduğu üçün avtomobil sürüşərək nisbətən sol tərəfə, yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə tərəf yönəlmişdir. O, sükanı düz və möhkəm saxlamışdır ki, avtomobil sol tərəfdəki təhlükəsizlik sədlərinin dibinə yığılmış qar topasına girsin ki idarəetməni itirməsin. Lakin avtomobil sol tərəfə yönəlsə də qəflətən sağ tərəfə istiqamətlənmiş, yolun hərəkət hissəsi üzərində sol yanı istiqamətində üzü Qubaya doğru fırlanıb sürüşməklə yolun Bakı istiqamətində sağ ehtiyat hissəsi üzərinə çıxmış və yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə tərəf sürüşməyə davam etmişdir. O, avtomobilin həmin dərəyə aşmasının qarşısını almaq üçün sükanı sağ tərəfə doğru burub qaz pedalını bassa da, avtomobilin aşmasının qarşısını ala bilməmiş, avtomobil sol yanı üstə sürüşərək yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə düşmüş və dərədə damı üstə aşıb dayanmışdır. Hadisə nəticəsində o və avtomobildə olan sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Odur ki, onları hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü X7 aparmışlar. Orada onlara lazımi ilkin tibbi yardım göstərilmişdir. Hadisə nəticəsində xəsarət alan şəxslərdən ən ağır vəziyyətdə olan Şəbnəm İsmayılova ilə bağlı həkimlər tərəfindən aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq Şəbnəm İsmayılova həmin gün saat 15 radələrində xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, hadisə vaxtı onun diqqətini yol şəraitindən yayındıran və səhhəti ilə bağlı hər hansı bir səbəb olmamış, səhhətilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü hamar, düz, qarlı buzlu, asfaltbeton olmuş, idarə etdiyi avtomobildə altı nəfər sərnişin olsa da, yük olmamış, hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hadisə nəticəsində özü də xəsarət almışdır. Hadisədən sonra iş üzrə keçən zərərçəkmiş şəxslərlə əlaqə saxlamış, onlarla barışığa cəhd göstərmiş, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs5la barışığa cəhd göstərsə də, maddi imkanı olmadığından onunla barışıq əldə edə bilməmiş, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi Qalib İsmayılovla da barışıq əldə edə bilməmişdir. Hüzr yerinə onun anası, xalası və bütün qohumları getmiş, hadisə nəticəsində ölmüş Şəbnəmin valideynləri onu görüb pis olmasınlar deyə hüzr yerinə özü getməmişdir. O, birinci dəfədir ki, yol-nəqliyyat hadisəsi törətmişdir. O, zərərçəkmiş şəxslərdən dəfələrlə üzr istəyir və törətdiyi əmələ görə dərindən peşmançılıq çəkdiyini bildirir. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X2 məhkəmə iclasında göstərdi ki, 1998-ci ilin əvvəlində X6 ilə ailə həyatı qurmuş, həmin nikahdan dörd övladı dünyaya gəlmişdir. İlk övladı Aytən İsmayılova 29.10.1998-ci il təvəllüdlüdür, ali təhsillidir, ailəlidir, hazırda ailəsi ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayır. İkinci övladı Elgün İsmayılov 27.12.1999-cu il təvəllüdlüdür, 21.04.2000-ci il tarixdə dünyasını dəyişib. Üçüncü övladı, mərhum Şəbnəm İsmayılova 02.02.2002-ci il təvəllüdlüdür, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının 2-ci kurs tələbəsi olmuş, subay idi. Mərhum qızı Şəbnəm fiziki cəhətdən tam sağlam olmuş, heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Dördüncü övladı Rəfael İsmayılov 15.12.2005-ci il təvəllüdlüdür. 12 mart 2021-ci il tarixdə saat 06:30-da Quba rayonu 2-ci Nügədi kəndində yaşadığı evdən qızı Şəbnəmi həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə yola salmışdır. Həmin gün saat 09:15-də məlumat almışdır ki, qızı Şəbnəmin sərnişini olduğu avtomobil Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Ağbaş kəndi ərazisindən keçən 106,4-cü kilometrində yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə hərəkətdə olarkən sürücü Təqsirləndirilən şəxs idarəetməni itirməsi səbəbindən yolun sağ kənarına çıxaraq körpüdən aşmışdır. Sonradan bilmişdir ki, qızı Şəbnəm də daxil olmaqla avtomobildə olan bütün şəxslər qəza zamanı müxtəlif bədən xəsarətləri aldıqları üçün onları ilkin tibbi yardım göstərilməsindən ötrü X8 Mərkəzinə aparmışlar. O, bunu bilən kimi həmin xəstəxanaya getmişdir. Ora çatanda məlum olmuşdur ki, hadisə nəticəsində xəsarət alan şəxslərdən ən ağır vəziyyətdə olan qızı Şəbnəmdir. Odur ki, xəstəxanada qızı Şəbnəmlə bağlı həkimlər tərəfindən aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq qızı Şəbnəm həmin gün saat 15 radələrində dünyasını dəyişmişdir. Mərhum qızı Şəbnəm İsmayılovanın meyiti “Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” ETT Birliyinin Quba rayon şöbəsinin meyitxanasında məhkəmə-tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün onlara təhvil verilmişdir. 13 mart 2021-ci il tarixdə saat 14 radələrində mərhum qızı Şəbnəm İsmayılovanın cənazəsi Quba rayonu 2-ci Nügədi kəndindəki qəbristanlıqda el adətinə uyğun dəfn edilmişdir. Hüzr yerinə Kamilin anası, qaynanası, xalası və digər qohumları gəlmiş olsa da, özü gəlməmişdir. Bunu da o, saymamazlıq, hörmətsizlik kimi qəbul etmişddir. Övladının ölümü ona çox pis təsir edib. Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 12 mart 2021-ci il tarixdə saat 07 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi və sərnişini olduğu “X22 110 CDİ” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən çıxıb Bakı istiqamətində hərəkətə başlamaq üçün Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olmuşlar. Hava tutqun, yolun hərəkət hissəsi qarlı buzlu olmuşdur. Avtomobildə o da daxil olmaqla altı nəfər sərnişin olmuşdur. Belə ki, atası Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilin salonunda qabaq sağ oturacaqda, X9 avtomobilin salonundakı orta oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs4 avtomobilin salonundakı orta oturacağın orta hissəsində, Zərərçəkmiş şəxs5 arxa oturacağın sol tərəfində, o, isə arxa oturacağın sağ tərəfində əyləşmişdir. Həmin gün saat 08:40-da yolun Şabran rayonu Ağbaş kəndi ərazisindən keçən 106,4-cü kilometrindəki dəmiryol körpüsünün üstündən keçən hissəsinə çatanda sürücü Kamil avtomobilin sürətini nisbətən azaltmış, körpünü düşməyə az məsafə qalmış yolun hərəkət hissəsi buzlu olduğu üçün avtomobil sürüşərək nisbətən sol tərəfə, yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə tərəf yönəlmiş, sürücü Kamil idarəetməni itirməmək məqsədilə sükanı düz və möhkəm saxlamış, lakin avtomobil sol tərəfə yönəlsə də qəflətən sağ tərəfə istiqamətlənmiş, yolun hərəkət hissəsi üzərində sol yanı istiqamətində üzü Qubaya doğru fırlanıb sürüşməklə yolun Bakı istiqamətində sağ ehtiyat hissəsi üzərinə çıxmış və yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə tərəf sürüşməyə davam etmişdir. Sürücü Kamil avtomobilin həmin dərəyə aşmasının qarşısını almaqdan ötrü sükanı sağ tərəfə doğru burub qaz pedalını bassa da, avtomobilin aşmasının qarşısını ala bilməmişdir. Beləliklə də avtomobil sol yanı üstə sürüşərək yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə düşmüş və dərədə damı üstə aşıb dayanmış. Hadisə nəticəsində özü, sürücü Təqsirləndirilən şəxs, atası Zərərçəkmiş şəxs1 və avtomobildə olan digər sərnişinlər müxəlif bədən xəsarətləri almışlar. Onları hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü X11 Mərkəzinə aparmışlar. Orada onlara lazımi ilkin tibbi yardım göstərilmişdir. Hadisə nəticəsində xəsarət alan şəxslərdən ən ağır vəziyyətdə olan Şəbnəm İsmayılova həmin gün saat 15 radələrində xəstəxanada ölmüşdür. O, özü elə bir ciddi xəsarət almamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizə yazıb məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 12 mart 2021-ci il tarixdə saat 07 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi və sərnişini olduğu “X22 110 CDİ” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən çıxıb Bakı istiqamətində hərəkətə başlamaq üçün Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olmuşlar. Hava tutqun, yolun hərəkət hissəsi qarlı buzlu olmuşdur. Avtomobildə özü də daxil olmaqla altı nəfər sərnişin olmuşdur. Belə ki, X9 avtomobilin salonundakı orta oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs4 avtomobilin salonundakı orta oturacağın orta hissəsində, oğlu Zərərçəkmiş şəxs3 arxa oturacağın sağ tərəfində, Zərərçəkmiş şəxs5 arxa oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs2 qabaq sağ oturacaqda sağ tərəfdə, o, isə qabaq oturacaqda sol tərəfdə əyləşmişdir. Həmin gün saat 08:40-da yolun Şabran rayonu Ağbaş kəndi ərazisindən keçən 106,4-cü kilometrindəki dəmiryol körpüsünün üstündən keçən hissəyə çatanda sürücü Kamil avtomobilin sürətini nisbətən azaltmış, körpünü düşməyə az məsafə qalmış yolun hərəkət hissəsi buzlu olduğu üçün avtomobil sürüşərək nisbətən sol tərəfə, yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə tərəf yönəlmişdir. Sürücü Kamil idarəetməni itirməmək məqsədilə sükanı düz və möhkəm saxlamış, lakin avtomobil sol tərəfə yönəlsə də qəflətən sağ tərəfə istiqamətlənmiş, yolun hərəkət hissəsi üzərində sol yanı istiqamətində üzü Qubaya doğru fırlanıb sürüşməklə yolun Bakı istiqamətində sağ ehtiyat hissəsi üzərinə çıxmış və yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə tərəf sürüşmüşdür. Sürücü Kamil avtomobilin həmin dərəyə aşmasının qarşısını almaqdan ötrü sükanı sağ tərəfə doğru burub qaz pedalını bassa da, avtomobilin aşmasının qarşısını ala bilməmişdir. Beləliklə də avtomobil sol yanı üstə sürüşərək yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə düşmüş və dərədə damı üstə aşıb dayanmışdır. Hadisə nəticəsində özü, sürücü Təqsirləndirilən şəxs və avtomobildə olan digər sərnişinlər müxəlif bədən xəsarətləri almışlar. Onları hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü X11 Mərkəzinə aparmışlar. Orada onlara lazımi ilkin tibbi yardım göstərilmişdir. Hadisə nəticəsində xəsarət alan şəxslərdən ən ağır vəziyyətdə olan Şəbnəm İsmayılova həmin gün saat 15 radələrində xəstəxanada ölmüşdür. O, isə müalicəsini davam etdirmək üçün ailə üzvləri tərəfindən Qusar rayon mərkəzi xəstəxanasına aparılmış, orada yenidən müayinələrdən keçmiş və müalicəsini davam etdirmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, 12 mart 2021-ci il tarixdə saat 07 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi və sərnişini olduğu “X22 110 CDİ” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən çıxıb Bakı istiqamətində hərəkətə başlamaq üçün Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olmuşlar. Hava tutqun, yolun hərəkət hissəsi isə qarlı-buzlu olmuşdur. Avtomobildə özü də daxil olmaqla altı nəfər sərnişin olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilin salonunda qabaq sağ oturacaqda, Zərərçəkmiş şəxs5 arxa oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs3 arxa oturacağın sağ tərəfində, X9 avtomobilin salonundakı orta oturacağın sol tərəfində, o, isə avtomobilin salonundakı orta oturacağın orta hissəsində əyləşmişdir. Həmin gün saat 08:40-da yolun Şabran rayonu Ağbaş kəndi ərazisindən keçən 106,4-cü kilometrliyindəki dəmiryol körpüsünün üstündən keçən hissəsinə çatanda sürücü Kamil avtomobilin sürətini nisbətən azaltmış, körpünü düşməyə az məsafə qalmış yolun hərəkət hissəsi buzlu olduğu üçün avtomobil sürüşərək nisbətən sol tərəfə, yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə tərəf yönəlmişdir. Sürücü Kamil idarəetməni itirməmək məqsədi ilə sükanı düz və möhkəm saxlamış, lakin avtomobil sol tərəfə yönəlsə də qəflətən sağ tərəfə istiqamətlənmiş, yolun hərəkət hissəsi üzərində sol yanı istiqamətində üzü Qubaya doğru fırlanıb sürüşməklə yolun Bakı istiqamətində sağ ehtiyat hissəsi üzərinə çıxmış və yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə tərəf sürüşməyə davam etmişdir. Sürücü Kamil avtomobilin həmin dərəyə aşmasının qarşısını almaqdan ötrü sükanı sağ tərəfə doğru burub qaz pedalını bassa da, avtomobilin aşmasının qarşısını ala bilməmişdir. Beləliklə də avtomobil sol yanı üstə sürüşərək yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə düşmüş və dərədə damı üstə aşıb dayanmışdır. Hadisə nəticəsində özü, sürücü Təqsirləndirilən şəxs və avtomobildə olan digər sərnişinlər müxəlif bədən xəsarətləri almışlar. Onları hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü X11 Mərkəzinə aparmışlar. Orada onlara lazımi ilkin tibbi yardım göstərilmişdir. Hadisə nəticəsində xəsarət alan şəxslərdən ən ağır vəziyyətdə olan Şəbnəm İsmayılova həmin gün saat 15 radələrində xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə yazmış olduğu ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 12 mart 2021-ci il tarixdə saat 07 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi və sərnişini olduğu “X22 110 CDİ” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən çıxıb Bakı istiqamətində hərəkətə başlamaq üçün Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olmuşlar. Hava tutqun, yolun hərəkət hissəsi isə qarlı-buzlu olmuşdur. Avtomobildə o özü də daxil olmaqla altı nəfər sərnişin olmuşdur. Belə ki, X9 avtomobilin salonundakı orta oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs4 avtomobilin salonundakı orta oturacağın orta hissəsində, Zərərçəkmiş şəxs3 arxa oturacağın sağ tərəfində, Zərərçəkmiş şəxs5 arxa oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs1 qabaq oturacaqda sol tərəfdə, o, isə qabaq oturacaqda sağ tərəfdə əyləşmişdir. Həmin gün saat 08:40-da yolun Şabran rayonu Ağbaş kəndi ərazisindən keçən 106,4-cü kilometrliyindəki dəmiryol körpüsünün üstündən keçən hissəyə çatanda sürücü Kamil avtomobilin sürətini nisbətən azaltmış, körpünü düşməyə az məsafə qalmış yolun hərəkət hissəsi buzlu olduğu üçün avtomobil sürüşərək nisbətən sol tərəfə, yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə tərəf yönəlmiş, sürücü Kamil idarəetməni itirməmək məqsədilə sükanı düz və möhkəm saxlamış, lakin avtomobil sol tərəfə yönəlsə də qəfildən sağ tərəfə istiqamətlənmiş, yolun hərəkət hissəsi üzərində sol yanı istiqamətində üzü Qubaya doğru fırlanıb sürüşməklə yolun Bakı istiqamətində sağ ehtiyat hissəsi üzərinə çıxmış və yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə tərəf sürüşməyə davam etmişdir. Sürücü Kamil avtomobilin həmin dərəyə aşmasının qarşısını almaqdan ötrü sükanı sağ tərəfə doğru burub qaz pedalını bassa da, avtomobilin aşmasının qarşısını ala bilməmişdir. Beləliklə də avtomobil sol yanı üstə sürüşərək yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə düşmüş və dərədə damı üstə aşıb dayanmışdır. Hadisə nəticəsində özü, sürücü Təqsirləndirilən şəxs və avtomobildə olan digər sərnişinlər müxəlif bədən xəsarətləri almışlar. Onları hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü X11 Mərkəzinə aparmışlar. Orada onlara lazımi ilkin tibbi yardım göstərilmişdir. Hadisə nəticəsində xəsarət alan şəxslərdən ən ağır vəziyyətdə olan Şəbnəm İsmayılova həmin gün saat 15 radələrində xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, 12 mart 2021-ci il tarixdə saat 07 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi və sərnişini olduğu “X22 110 CDİ” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən çıxıb Bakı istiqamətində hərəkətə başlamaq üçün Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olmuşlar. Hava tutqun, yolun hərəkət hissəsi isə qarlı-buzlu olmuşdur. Avtomobildə özü də daxil olmaqla altı nəfər sərnişin olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilin salonunda qabaq sağ oturacaqda, X9 avtomobilin salonundakı orta oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs4 avtomobilin salonundakı orta oturacağın orta hissəsində, Zərərçəkmiş şəxs3 arxa oturacağın sağ tərəfində, o, isə arxa oturacağın sol tərəfində əyləşmişdir.Həmin gün saat 08:40-da yolun Şabran rayonu Ağbaş kəndi ərazisindən keçən 106,4-cü kilometrliyindəki dəmiryol körpüsünün üstündən keçən hissəsinə çatanda sürücü Kamil avtomobilin sürətini nisbətən azaltmış, körpünü düşməyə az məsafə qalmış yolun hərəkət hissəsi buzlu olduğu üçün avtomobil sürüşərək nisbətən sol tərəfə, yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə tərəf yönəlmişdir. Sürücü Kamil idarəetməni itirməmək məqsədilə sükanı düz və möhkəm saxlamış, lakin avtomobil sol tərəfə yönəlsə də qəfildən sağ tərəfə istiqamətlənmiş, yolun hərəkət hissəsi üzərində sol yanı istiqamətində üzü Qubaya doğru fırlanıb sürüşməklə yolun Bakı istiqamətində sağ ehtiyat hissəsi üzərinə çıxmış və yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə tərəf sürüşməyə davam etmişdir. Sürücü Kamil avtomobilin həmin dərəyə aşmasının qarşısını almaqdan ötrü sükanı sağ tərəfə doğru burub qaz pedalını bassa da, avtomobilin aşmasının qarşısını ala bilməmişdir. Beləliklə də avtomobil sol yanı üstə sürüşərək yolun Bakı istiqamətində sağ ehtiyat hissəsinin sağ kənarındakı dərəyə düşmüş və dərədə damı üstə aşıb dayanmışdır. Hadisə nəticəsində özü, sürücü Təqsirləndirilən şəxs və avtomobildə olan digər sərnişinlər müxəlif bədən xəsarətləri almışlar. Onları hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü X11 Mərkəzinə aparmışlar. Orada onlara lazımi ilkin tibbi yardım göstərilmişdir. Hadisə nəticəsində xəsarət alan şəxslərdən ən ağır vəziyyətdə olan Şəbnəm İsmayılova həmin gün xəstəxanada ölmüşdür. O, isə müalicəsini davam etdirmək üçün ailə üzvləri tərəfindən Bakı şəhərində yerləşən Travmatologiya və Ortopediya İnstitutuna aparılmış, orada yenidən müayinələrdən keçmiş və müalicəsini davam etdirmişdir. Hələ də aldığı xəsarətlər tam sağalmamışdır. Müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxslə razılığa gəlmişlər ki, onun müalicəsi üçün hissə-hissə olaraq ona 7000 manat pul versin. Bu barədə müqavilə sənədi hazırlamışlar. Lakin, Təqsirləndirilən şəxs notariat ofisində razılığı pozmuşdur. Təqsirləndirilən şəxs maddi ziyanı tələb edir, xahiş edir ki, Təqsirləndirilən şəxs qanuni cəza verilsin. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibb ekspertizasının 10 aprel 2021-ci il tarixli 07 saylı rəyindən görünür ki, X3 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər – gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki göz orbiti ətrafında hematoma (“eynək simptomu”), bədənin çoxlu qançırı, başın yumşaq toxumalarının alt səthində sağ alın-gicgah-təpə-ənsə nahiyəsində geniş qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, döş sümüyünün və hər iki tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağciyərin toxumasının cırılıb dağılması və sol ağciyərin toxumasına qansızma, döş boşluğunda solda 800 ml-ə yaxın sərbəst qan aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə 12 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Ş.Q.İsmayılovanın meyitindən götürülən qanın məhkəməkimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Mərhum Ş.Q.İsmayılovanın ölümünə səbəb baş vermiş yol-nəqliyyat hadisəsi zamanı kəllə qapağı və əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur, ölüm 12 mart 2021-ci il tarixdə saat 15:05-də xəstəxanada baş vermişdir, meyitin müayinəsi vaxtı ölümün həmin vaxtda baş verməsi inkar olunmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibbi ekspertizasının 06 aprel 2021-ci il tarixli 250 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bud-çanaq nahiyəsinin yumşaq toxumalarının əziyi, başın tüklü hissəsinin çoxsaylı cırılmış səthi yaraları küt əşyanın (əşyaların) təsirindən törənməklə 12 mart 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibbi ekspertizasının 06 aprel 2021-ci il tarixli 251 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – boynun və döş qəfəsinin yumşaq toxumalarının əziyi küt əşyanın (əşyaların) təsirindən törənməklə 12 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibb ekspertizasının 05 aprel 2021-ci il tarixli 255 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüklərinin az yerinidəyişən sınığı, 2-ci boyun fəqərəsinin cüzi yerinidəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə 12 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli 256 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ əlin tiş səthində səthi əzilmiş yara küt əşyanın (əşyaların) təsirindən törənməklə 12 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli 254 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol körpücük sümüyünün sınığı, döş qəfəsində öndə solda İİİ-İV-V qabırğaların sınığı, sol bud sümüyünün aşağı 1/3-dən qapalı qəlpəli yerini dəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə 12 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibb ekspertizasının 05 aprel 2021-ci il tarixli 241 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər – başın ənsə nahiyəsində solda əzilmiş yara, sağ bazu oynağının postravmatik çıxığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərərvumaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Publik hüquqi şəxs Məhkəmə-kimya şöbəsinin 31.03.2021-ci il tarixli 802/K nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 may 2021-ci il tarixli 8/1013 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “X22 110 CDİ” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 09.04.2021-ci il tarixli 016-45338-1221 nömrəli məktubdan məlum olur ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə 06.06.2018-ci il tarixdə “BC” kateqoriyalı AF seriyalı 321648 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bununla yanaşı müvafiq sistemdə, vətəndaş Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİH Başçısının 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli 604 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – arvadı X13 və uşaqları – 2013-cü il təvəllüdlü X16 və 2020-ci il təvəllüdlü X14 ilə birlikdə Quba rayonu 2-ci Nügədi kəndində yaşayır. İş materiallarında olan Quba RİH Başçısının 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs heç bir tələbləri və şikayətləri yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 ilə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 şikayət və tələblərinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hadisə yerinin qarlı-buzlu olması və özünün də xəsarət almasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzastında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza növü və həddi təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə və nəqliyyat vəsitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən təyin edilmiş cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə 100 (bir yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “X22 110 CDİ” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “X22 110 CDİ” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar