Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-40/2025 22.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1984-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran şəhəri, X8 küçəsi, ev 36 ünvanında qeydiyyatda olan, faktiki olaraq Şabran rayonu, Mollakamallı kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində “BC459907” nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi və 7E-2215 nömrəsi ilə qeydiyyata alınmış etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində nasazlıq olduğu üçün həmin nəqliyyat vasitəsini baxış keçirmək məqsədilə Şabran rayonunun Sincanboyad kəndi ərazisində Bakı-Quba magistral yolunun sağ hissəsində yerləşən avtomobil təmir sexinə gətirdikdən sonra Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 52-ci maddəsinin 5-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda, bunlara əməl etməyərək yəni, avtomobili dayandırdıqdan sonra duracaq əyləc sisteminin dəstəyini çəkməklə yanaşı, avtomobilin ötürmələr qutusunun dəstəyini müvafiq ötürməyə qoşmalı, avtomobili təmir sexində saxladığını nəzərə alaraq təkərlərdən heç olmasa birinin altına tıxac qoymalı, yəni nəqliyyat vasitəsinin öz-özünə hərəkətini istisna edən zəruri tədbirlər görməli olduğu halda, həmin tədbirləri görməmiş, həmçinin həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməli olduğu halda, bunlara əməl etməyərək yəni, avtomobilin duracaq əyləc sistemi nasaz vəziyyətdə idarə etmiş, duracaq əyləcindən istifadə etmədən avtomobili tərk etdikdən sonra avtomobil öz-özünə hərəkətə başlamış və sexin içərisində olan dəmir çarpayının üzərində əyləşmiş xx.xx.1971-ci il təvəllüdlü Şabran şəhər sakini Zərərçəkmiş şəxs vurmuş və sonuncunun “başın və gövdənin qapalı küt travması, baş beynin yumşaq qişasına qansızmalar, ürəyin, hər iki ağ ciyərin və qara ciyərin cırılmaları, sağ 3-4-5-ci və sol 2- 3-4-5-6-7-ci qabırğaların və döş sümüyünün qapalı köndələn sınıqları, sağ bud sümüyünü qapalı qəlpəli sınığı, başın sol təpə-ənsə nahiyyəsinin əzilmiş yarası, döş qəfəsinin sol yarısının geniş sıyrığı, sol dizin və sol içəri topuğun sıyrıqları, başın və gövdənin yumşaq örtüyündə qansızmalar”dan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər nəticəsində törəyən ağır travmatik şok nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid2 məxsus olan **-HX-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Atego” markalı yük avtomobili ilə aralarında olan şifahi razılaşmaya əsasən etibarnamə əsasında yüklərin daşınması ilə məşğul olmuş, Müzəffər ona aylıq 500 manat əməkhaqqı vermişdir. xx.xx.2025-ci il tarixdə Şabran rayonunun Sincanboyad kəndində yerləşən "xxxx" mağazasının qarşısına getmiş, orada Müzəffər ona Quba rayonuna bardür daşımaq lazım olduğunu demiş, təxmini çəkisi 5-6 ton olan 170 ədəd bardür avtomobilə yüklənmişdir. O, avtomobilə əyləmiş, avtomobili işə saldıqda alt hissəsindən hava buraxılma səsi gəlmiş, Müzəffər ona avtomobili yan tərəfdə olan təmir sexinə salmağını və Şakir adlı işçinin gəlib həmin hava səsinə görə avtomobilə baxacağını bildirmişdir. Bundan sonra o, **-HX-*** dövlət qeydiyyat nişanlı “Mercedes- Benz Atego” yük markalı avtomobili həmin təmir sexinə sürmüş, təmir sexinə girən zaman Zərərçəkmiş şəxs təmir sexinin ara divarının qarşısında çarpayıda əyləşdiyini görmüş, nəqliyyat vasitəsini saxladıqdan sonra avtomobildən düşmüş, Zərərçəkmiş şəxs ilə salamlaşmış, avtomobilin arxa hissəsinə Şakiri çağırmaq üçün keçmişdir. O, avtomobilin arxa hissəsinə keçdikdə avtomobilin hərəkət etdiyini görərək dərhal Zərərçəkmiş şəxs tərəfə qaçmış və onu səsləmişdir. Avtomobilin ön tərəfinə çatdıqda Zərərçəkmiş şəxs divar ilə avtomobil arasında qaldığını görmüşdür. Avtomobilin qarşısına keçib itələməyə çalışmış, bundan sonra ətrafda olan şəxsləri səsləmişdir. Ədalət adlı usta ilk olaraq ora gəlmiş, daha sonra digər şəxslər ora gəlmişlər. Lakin onlar nə qədər çalışsalar da, avtomobili arxaya hərəkət etdirə bilməmişdirlər. Avtomobilə əyləşərək onu arxaya hərəkət etdirmiş, bundan sonra ətrafdakı şəxslərin köməyi ilə Zərərçəkmiş şəxs kömək etməyə çalışmışdır. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs öldüyünün şahidi olmuş, bundan sonra ora təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlmişdirlər. **-HX-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Atego” markalı yük avtomobili ilə hadisə baş verməmişdən bir gün əvvəl Quba rayonunda “Aynur” kafesinə yük aparmış, oradan qayıtmaq istəyərkən avtomobilin əl əyləcinin sıxıldığını və avtomobili hərəkət etdirməyin mümkün olmadığını görmüş, bu barədə Müzəffərə zəng edərək məlumat vermiş, Müzəffər ona əl əyləcinin hava balonlarını açmağını bildirmişdir. Ona hava balonlarını açmaq üçün açar olmadığını bildirmiş, bundan sonra Müzəffər adını bilmədiyi şəxsi onun yanma göndərmiş, həmin şəxs ona hava balonlarını açmaq üçün açarları vermişdir. O, əl əyləcinin hava balonlarını açmışdır. Hava balonları açdıqdan sonra “Mercedes-Benz Atego” markalı yük avtomobillərində əl əyləci işləmədiyi üçün bu barədə Müzəffərə məlumat vermişdir. Hadisə baş verən gün isə "xxxx" mağazasının qarşısında əl əyləcinin hava balonlarını bağlamış, əl əyləcinin işlək vəziyyətdə olub-olmadığını yoxlamış və əl əyləci işləmədiyi üçün Müzəffərə əl əyləcinin işləmədiyini demiş, lakin Müzəffər bununla bağlı ona heç nə deməmişdir. Avtomobilin əl əyləcinin nasaz olduğunu bildiyi halda, təmir sexinə girdikdən sonra nə üçün avtomobilin hərəkətlənməsinin qarşısını almaq üçün təkərlərin qarşısına maneə qoymamasına gəldikdə isə, o, əl əyləci xarab olduqdan sonra sürətlər qutusunun 1-ci pilləsində avtomobili saxlamış və avtomobilin həmin halda hərəkət etmədiyindən təmir sexində avtomobilin təkərlərinin qarşısına maneə qoymağı fikirləşməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Törətdiyi əməl nəticəsində ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X6 ilə aralarında barışıq əldə edilmişdir, bunların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası sürücü olmuş və ona məxsus “Kamaz” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə təmir etmək adı ilə səhər saatlarında evdən çıxmışdır. O isə həmin gün evdə olmuşdur. Evdə olarkən anası Sevda Nəcəfovaya zəng gəlmiş və danışdıqdan sonra anası ona atası Zərərçəkmiş şəxs ayağının sınmasını bildirmişdir. Dərhal Şabran rayonunun Sincanboyad kəndində yerləşən avtomobil təmir sexinə getmiş və artıq oraya çatdıqda atası Zərərçəkmiş şəxs öldüyünü bilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla atası arasında düşmənçilik və ədavət olmamışdır. Hazırda Təqsirləndirilən şəxs onlara maddi ziyan ödəmişdir və Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmişdir. Onun Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, Təqsirləndirilən şəxs işsiz olduğu üçün ona məxsus olan “Mercedes-Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini istifadə etməsi üçün xx.xx.2025-ci il tarixdə Şabran Rayon Notariat Ofisində Təqsirləndirilən şəxs nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamə vermişdir. Təqsirləndirilən şəxs ona məxsus nəqliyyat vasitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yüklərini və sifarişlə digər yükləri də daşımışdır. Aralarında olan şifahi razılaşmaya əsasən Təqsirləndirilən şəxs yükləri daşımış və bunun müqabilində hər ay 400 və ya 500 manat maaş almışdır. Əgər iş çox olardısa, maaş daha da çox olmuşdur. xx.xx.2025-ci il tarixdə Quba rayonunda yerləşən “Aynur” otelə 170 ədəd bardür aparmaq lazım olmuş, o etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsində olan “Mercedes-Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə 170 ədəd bardürü yüklədikdən sonra Təqsirləndirilən şəxs maşından hava səsi gəlməsini bildirmiş və hava səsinin haradan gəlməsini müəyyənləşdirmək məqsədi ilə Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaxınlığında olan avtomobil təmir sexinə daxil olacağını bildirmişdir. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sexinə getmiş, təxminən 15-20 dəqiqə sonra yüksək tonda səslərin gəldiyini eşitmiş, ilk öncə dava-dalaş olduğunu düşünmüş, səs-küyün olduğu yerə getdikdə isə etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsində olan nəqliyyat vasitəsinin Zərərçəkmiş şəxs əzərək öldürməsini görmüşdür. Ona məxsus “Mercedes-Benz Atego” yük markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əl əyləci işlək vəziyyətdə olmuş və Təqsirləndirilən şəxs ona əl əyləcinin işlək vəziyyətdə olmamasını bildirməmişdir. Avtomobilin yola çıxmasına cavabdeh Samir olmuş, avtomobil onun idarəetməsində olmuşdur. Nəqliyyat vasitəsinin texniki vəziyyətinə mütəmadi olaraq baxış keçirmiş və bunun xərclərini də özü qarşılamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, fərdi əməklə məşğuldur. “Kamaz” markalı nəqliyyat vasitələrinin təmiri üçün həm ona deyilən ünvanlarda, həm də Şabran rayonunun Sincanboyad kəndində Bakı-Quba magistral yolunun sağ hissəsində yerləşən avtomobil təmir sexində xidmət göstərir. Əvvəllər də həmin təmir sexində işlədiyi üçün sexin sahibi İlqar ona lazım olduqda həmin sexdə işləməyə icazə vermişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, Zərərçəkmiş şəxs isə onun dostu olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 10:40-da Zərərçəkmiş şəxs ona zəng edərək onunla nəqliyyat vasitəsinə qum yükləməyə getməyi təklif etmiş və o, onun təklifini qəbul etmişdir. Daha sonra isə saat 11:04-də təkrar ona zəng edərək yola çıxmağını bildirmiş, təxminən 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs gəlmişdir. Yolda olarkən Zərərçəkmiş şəxs ondan idarə etdiyi “Kamaz” markalı nəqliyyat vasitəsinin kardanına baxmağı xahiş etmiş, saat 12:00 radələrində Şabran rayonunun Sincanboyad kəndində Bakı-Quba magistral yolunun sağ hissəsində yerləşən avtomobil təmir sexinə çatmış və o, dərhal nəqliyyat vasitəsinin alt hissəsinəçuxura düşmüşdür. Zərərçəkmiş şəxs da nəqliyyat vasitəsinin yanında dayanmışdır. O, Zərərçəkmiş şəxs avtomobildə sınıq işlərininin olmasını demiş, Ədalət isə onları axşam həll edəcəklərini, hələ ki sadəcə kardanı sıxmağını, həmçinin nəqliyyat vasitəsinin sağ orta təkərini də təmir etməyini xahiş etmişdir. Təxminən 15-20 dəqiqə sonra çuxurda olarkən Təqsirləndirilən şəxs istifadəsində olan nəqliyyat vasitəsi ilə onun işlədiyi təmir sexinə bitişik təmir sexinə gəlməsini görmüşdür. Təxminən 1-2 dəqiqə sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi ilə daxil olduğu təmir sexindən səs gəlmiş, həmin səsdən sonra o da, çuxurdan çıxmış və digər təmir sexinə getmişdir. Orada olarkən Təqsirləndirilən şəxs başına vuraraq “kömək edin” deyə qışqırmasını görmüşdür. Samirdən nə olduğunu soruşduqda kiminsə nəqliyyat vasitəsinin altında qalmasını bildirmişdir. Həmin vaxt Şahid1 da təmir sexinin qarşısında olmuş, Ooda dərhal köməyə gəlmişdir. Nəqliyyat vasitəsinin sol tərəfində o, Şahid1 və Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini arxaya tərəf itələmiş, digər tərəfdə də kömək edənlər olmuşdur. Lakin həmin şəxslərin kimlər olmasını xatırlamır. Yük maşınını arxaya tərəf itələdikdən sonra nəqliyyat vasitəsinin ön hissəsinə baxmış və maşınla divar arasında qalan şəxsin Zərərçəkmiş şəxs olmasını görmüşdür. Dərhal telefonunu çıxarmış və “103” çağrı mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, fərdi əməklə məşğuldur. Ona məxsus təmir-təchizat alətləri və hava nasosu Şabran rayonunun Sincanboyad kəndində Bakı-Quba magistral yolunun sağ hissəsində yerləşən avtomobil təmir sexindədir. O, nəqliyyat vasitələrini təmir etmək məqsədilə lazım olduqda həmin təmir sexində olan təmir-təchizat alətlərindən və hava nasosundan istifadə edərək sexin qarşısında avtomobilləri təmir edir. Təqsirləndirilən şəxs Şabran rayonu sakini kimi tanımış, mərhum Zərərçəkmiş şəxs isə onun dostu olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 11:00 radələrində Şabran rayonunun Sincanboyad kəndində Bakı-Quba magistral yolunun sağ hissəsində yerləşən avtomobil təmir sexinin qarşısında yolun kənarında “Kamaz” markalı nəqliyyat vasitəsini təmir edərkən, kiminsə səsini eşitmiş, dərhal təmir sexinə tərəf getmiş və Təqsirləndirilən şəxs nə olduğunu soruşmuşdur. Samir maşının ön hissəsində kiminsə olmasını demiş və maşının ön hissəsinə baxdıqda divarla nəqliyyat vasitəsi arasında kiminsə olmasını görmüşdür. Təqsirləndirilən şəxs divarla nəqliyyat vasitəsi arasında olan şəxsin Ədalət olduğunu demiş, o, dərhal Şahid2 yanına getmiş və ona maşının adam öldürdüyünü demişdir. Müzəffər ona inanmamış və ona məxsus yük maşınının hal-hazırda yük aparmaq məqsədilə yolda olmasını bildirmişdir. Şahid2 də onunla birlikdə hadisə yerinə gəlmiş, daha sonra hadisə yerinə təcili-tibbi yardım briqadası və polis əməkdaşları gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqi). - xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, hadisə yerinin sxemindən və fotocədvəldən görünür ki, hadisə yeri Şabran rayonunun Sincanboyad kəndində Bakı-Quba magistral yolunun sağ hissəsində yerləşən avtomobil təmir sexidir. Hadisə yerinə asfalt yolla gedilmiş, ora çatdıqda təmir sexinin 2 hissədən ibarət olması müəyyən edilmişdir. Təmir sexinin sağ və sol hissəsində yerdə nəqliyyat vasitələrinə baxış keçirilməsi üçün iki ədəd çuxur vardır. Təmir sexinin yer səthi betondur. Təmir sexinin sağ hissəsində olan çuxurun üzərində **-HX-*** dövlət qeydiyyat nişanlı “X12” markalı yük nəqliyyat vasitəsi vardır. Təmir sexinə daxil olduqda sexin orta hissəsində 2 ədəd göy rəngli, 2 ədəd qırmızı rəngli çəlləyin, 1 ədəd dəmir materialdan hazırlanmış stolun və 1 ədəd məngənənin olması müəyyən edilmişdir. Sexin sol hissəsində divarın önündə 1 ədəd hava nasosu və 1 ədəd dəmir materialdan hazırlanmış dolab vardır. Sexin şimal hissəsində 4 ədəd çəllək aşkar edilmişdir. Sexin sağ hissəsində olan **-HX-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Atego” markalı yük nəqliyyat vasitəsinin ön hissəsinə gəldikdə avtomobilin ön hissəsində dəmir materialdan hazırlanmış çarpayının olması müəyyən edilmişdir. Çarpayının üzərində kişi meyiti vardır. Sexin daxili hissəsinin uzunluğu 8,1 metr, eni isə 9,14 metrdir. “Mercedes-Benz Atego” markalı yük nəqliyyat vasitəsinin uzunluğu 8 metr, eni 2,2 metr və hündürlüyü isə 3,4 metrdir. Nəqliyyat vasitəsi ilə avtomobilin ön hissəsində olan divarla arasında məsafə 1,95 metrdir. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus 1 ədəd protez diş və yük avtomobilinin ön faralarının şüşələri aşkar edilərək götürülmüşdür. Baxış zamanı hadisə yerinin bir neçə fotoşəkili, “iPhone” markalı mobil telefonla araşdırma materiallarına əlavə edilməsi üçün çəkilmişdir (cinayət işinin İ cildinin 3-18-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, “Mercedes-Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində aşkar edilmişdir ki, həmin avtomobilin ön hissəsi ağ rəngdədir. Avtomobilin əsas hissəsindən əlavə “kuzovu” da vardır. Hər tərəfdə 2 təkər cərgəsindən ibarətdir. Arxa hissəsində 2 qoşa təkər vardır. Yük maşınının “kuzovu” ağ rənglidir, arxa hissəsi dəmir materialdan ibarətdir. Dəmirin üzərində orta hissədə Azərbaycan Respublikasının bayrağı, bayrağın alt hissəsində “AZ” yazısı və sağ tərəfində isə **-HX-*** yazısı vardır. Maşının yük daşıma təyinatlı olmasını görmək olar. Avtomobilin ön hissəsinin sağ və sol faraları qırılmışdır. Yük avtomobilinin kuzov ilə birlikdə ümumi uzunluğu 8 metr, eni 2 metr 55 santimetr, hündürlüyü isə 2 metr 50 santimetrdir. Avtomobilin parça salonu köhnəlmişdir və çəhrayımtıl rəngdədir. Yük avtomobilinin ön hissəsi iki nəfərlikdir. “Kuzov” hissədə xeyli sayda bardürlər var. Həmin avtomobil xx.xx.2025-ci il tarixdə Şabran rayonunun Sincanboyad kəndində yerləşən təmir sexində Zərərçəkmiş şəxs əzilərək ölməsinə səbəb olmuşdur. Nəqliyyat vasitəsini duracağa təmin etmək mümkün olmadığından qapıları və “kuzov”u lentlə bağlanaraq rayon prokurorluğunun zərflər üçün möhürü ilə möhürlənmişdir. Baxış zamanı hadisə yerinin bir neçə fotoşəkili, “iPhone” markalı mobil telefonla araşdırma materiallarına əlavə edilməsi üçün çəkilmişdir (cinayət işinin İ cildinin 19-28-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, meyitin əynində qara rəngli qolsuz gödəkçə, ağ-mavi rəngdə qısaqol köynək, mavi şalvar, ağ mayka, mavi alt paltarı və qara corabları vardır. Paltarlar köhnə, geyinilmiş və zədəsizdir. Paltarları çıxartdıqda meyitin kişi cinsində, düzgün bədən quruluşlu, kafi köklükdə, boyunun 170 sm olduğu müəyyən edilmişdir. Dəri örtüyü solğun ölü rəngdədir, soyuqdur. Meyit ləkələri gövdənin arxa-yan səthlərində solğun bənövşəyi rəngdədir, barmaqla basdıqda itir və 20 saniyə ərzində bərpa olunur. Meyit qacıması çənə əzələlərində zəif inkişaf etmişdir. Əllədikdə kəllə tağı sümüklərində qeyri-adi hərəkətlilik yoxdur. Başında 3-4 sm uzunluqda ağ-qara tükləri vardır. Başın sol təpə-ənsə nahiyəsində 2x2 sm ölçüdə kənarları nahamar, qansızmalı, oval formalı dəri yarası vardır. Gözləri qapalıdır, göz qapaqlarının selikli qişası solğun çəhrayı rəngdədir. Göz bəbəkləri dairəvi formadadır, diametri eyni olub 0,6 sm-dir. Buynuz qişa qəhvəyidir. Burun sümüklərində hərəkətlilik vardır. Qulaq seyvanı qığırdaqları, üz skeleti sümükləri tamdır. Burun dəliklərində qurumuş qanlı ifrazat vardır. Dodaqların selikli qişası göyümtül-çəhrayımtıl rəngdədir, zədəsizdir. Dişləri yoxdur, protezdir. Diş əti və ənsəyə qansızmalar yoxdur. Boynu düzgün formadadır, orta uzunluqdadır, zədəsizdir. Döş qəfəsi silindrik formadadır, sol yarısı deformasiyalıdır, bir qədər içə doğru basılmışdır. Döş qəfəsinin sol yuxarı yarısının ön səthində sol çiyin qurşağını və sol bazu oynağını tutmaqla, geniş sahədə çoxlu sayda bir-birindən çox az məsafədə yerləşən 1,5-3x1-2,5 sm ölçülərdə ətraf səviyyəsindən aşağı yerləşən qırmızımtıl sıyrıqlar vardır. Qarın qabırğa qövsləri səviyyəsindən aşağıda yerləşir, zədəsizdir. Xarici cinsiyyət üzvləri kişi tipində düzgün inkişaf etmişdir, zədəsizdir. Bədənin arxa səthində xəsarət yoxdur. Arxa keçəcək bağlıdır, ətraf dəri təmizdir, anus dəliyi ətrafında zədə yoxdur. Yuxarı və aşağı ətrafların sümükoynaq sistemi və düzgün inkişaf etmişdir, sağ bud istisna olmaqla, qalan ətraflarda anomaliya, deformasiya və patoloji hərəkətlilik yoxdur. Sağ bədən aşağı üçdə birində deformasiya əllədikdə patoloji hərəkətlilik qeyd edilir. Sol dizin ön səthində 7x6,5 sm, sol içəri topuq nahiyəsində 3x2 sm ölçülərdə anoloji xarakterli sıyrıqlar vardır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunanlardan əlavə digər dəyişikliklər aşkar olunmamışdır. Meyitin fotoşəkilləri çəkilmişdir (cinayət işinin İ cildinin 29-37-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli, 26 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:11-də keçirilmiş tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu və sərxoş olmadığı aşkar edilmişdir (cinayət işinin İ cildinin 41-ci vərəqi). - BC seriyalı, 459907 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2032-ci il tarixə kimi qüvvədə olan “B1,B,C1 və C” kateqoriyalı sürücülük vəsiqəsi vardır (cinayət işinin İ cildinin 46-cı vərəqi). - AD seriyalı, 013608 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes-benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Şahid2 mülkiyyətindədir (cinayət işinin İ cildinin 47-ci vərəqi). - ƏN seriyalı, 378947 saylı (reyestrdə 7E-2215 nömrə ilə qeyd edilmiş) etibarnamədən görünür ki, Əliyev X2 Samir Heydar oğluna mülkiyyətində olan “Mercedes- Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini xx.xx.2032ci il tarixə kimi olan müddət ərzində idarə etmək hüququ vermişdir (cinayət işinin İ cildinin 48-ci vərəqi). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs adına olan BC seriyalı, 459907 saylı sürücülük vəsiqəsinin üzərində hər-hansı bir məhdudiyyət yoxdur (cinayət işinin İ cildinin 69-cu vərəqi). - xx.xx.2025-ci il tarixli, 18 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsində başın və gövdənin qapalı küt travması, baş beynin yumşaq qişasına qansızmalar, ürəyin, hər iki ağ ciyərin və qara ciyərin cırılmaları, sağ 3-4-5-ci və sol 2-3-4-5-6-7-ci qabırğaların və döş sümüyünün qapalı köndələn sınıqları, sağ bud sümüyünü qapalı qəlpəli sınığı, başın sol təpə-ənsə nahiyyəsinin əzilmiş yarası, döş qəfəsinin sol yarısının geniş sıyrığı, sol dizin və sol içəri topuğun sıyrıqları, başın və gövdənin yumşaq örtüyündə qansızmalardan ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olmaqla xx.xx.2025-ci il tarixə uyğun gəlir və canlı adamlarda hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir (cinayət işinin İ cildinin 102-105-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli, 8/1549 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Mercedes-Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 52-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes-Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini duracaq əyləc sistemi nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində həmçinin Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998ci il tarixli, 517-İQ nömrəli Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı Əlavənin 5-ci hissəsinin) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 108-110-cu vərəqləri). - xx.xx.2025-ci il tarixli, 10/4874 saylı əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyindən görünür ki, baş vermiş hadisə ilə əlqədar “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 13.1.9 və 17.1-ci bəndləri pozulmuşdur. “Mercedes-Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmadan xəttə çıxmasına yol verildiyinə görə “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.1-ci bəndinin tələbi avtomobilin buraxılmasına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi əl əyləci işlək vəziyyətdə olmayan “Mercedes-Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yaranmış nasazlıqla bağlı Şabran rayonu, Sincanboyad kəndində Bakı-Quba magistral yolunun sağ hissəsində yerləşən avtomobil təmir sexinə daxil etdikdən sonra avtomobilin təkərlərinin altına ən azı iki ədəd dayaq (başmaq) qoyulmasını təmin etmədiyinə görə onun tərəfindən “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 13.1.9-cu bəndinin tələbləri pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 113-116-cı vərəqləri). - X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, **********259 saylı notarial qaydada təsdiq edilmiş ərizədən və məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, həmin ərizəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını və gələcəkdə də bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir (cinayət işinin İ cildinin 134-cü vərəqi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cinayət işinin İ cildinin 139-cu vərəqi). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-34/2-692/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 psixonevroloji və narkoloji kabinetlərdə dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 140-cı vərəqi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-6/2-400/2025 saylı arayışdan görünür ki, Şabran rayonu, Mollakamallı kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.1991-ci il təvəllüdlü həyat yoldaşı X5, qızı xx.xx.2008-ci il təvəllüdlü X4 və oğlu xx.xx.2011-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 141-ci vərəqi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-6/2-404/2025 saylı xasiyyətnamədən görünür ki, Şabran rayonu, Mollakamallı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 142-ci vərəqi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 166-167-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilmişdir (cinayət işinin İ cildinin 188-190-cı vərəqləri). Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair həmin Qanunun 1 saylı əlavəsinə uyğun olaraq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Həmin Qanunun 52-ci maddəsinin 5-ci hissəsinə əsasən nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. İcazə verilən maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyat vasitəsinin öz-özünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına tıxac qoymalıdır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın social ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəyərək aradan qaldırması müəyyən edilmişdir. Məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3 və 60.1-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə və sosial vəziyyətini, ailəsinin yeganə təminatçısı, qazanc gətirəni olmasını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, “Mercedes-Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid2 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 185 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, habelə ona göstərdiyi 20 saat hüquqi yardıma görə iş üzrə dövlət hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin edilmiş Müdafiəçi 220 manat məbləğində hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Müdafiəçi ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməli və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347-349, 351-353, 356 və 381-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut: “Mercedes-Benz Atego” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 185 (yüz səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-40/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-40/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver