Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-41/2023 09.08.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Xaçmaz rayonu, Hacıəlibəy kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci ildə saat 09:15-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Shacman SX3314DT366» markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edib Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən 123,5-ci kilometrində, Bakı istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, Bakı istiqamətindəki hərəkət hissəsinə birləşən yolun enişli hissəsində idarəetməni itirib yolun üzərində olan yolayrıcı zolağa dəyib aşmış, nəticədə ehtiyatsızlıqdan «Shacman SX3314DT366» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs qamış sümüyünün cisminin sınığı, sağ gicgah, sol təpə-gicgah nahiyələrinin səthi əzilmiş-cırılmış yaralarından ibarət dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarəti yetirməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərdi ki, 17 dekabr 2022-ci il tarixdə saat 09:15-də X4 məxsus olan etibarnamə olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Shacman» markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən 123,5-ci kilometrində, yolun Bakı istiqamətindəki hərəkət hissəsinə sağ tərəfdən birləşən köməkçi torpaq yolla təxminən 20-30 km/saat sürətlə aşağıya doğru düzünə hərəkətdə olmuşdur. Sərnişin Zərərçəkmiş şəxs avtomobilin kabinasında sağ oturacaqda əyləşmişdir. Avtomobilin yük yerində torpaqdan ibarət 50 ton yük olmuşdur. Köməkçi yol təpənin başından üzü aşağı əsas yola doğru istiqamətləndiyi üçün o, yolun eniş olduğunu nəzərə alıb sürəti tənzimləmək məqəsədi ilə sürətlər qutusunun dəstəyini 1-ci pilləyə salmaq üçün dəstəyi neytral hissəyə çıxaran kimi idarəetməni itirmişdir. Belə ki, o, sürətlər qutusunun dəstəyini 1-ci pilləyə sala bilməmiş, bununla da avtomobil üzü aşağı hərəkət etdikcə daha da sürətlənmiş, avtomobilin sürəti təxminən 80 km/saata qədər artmışdır. Belə olan halda o, avtomobili heç cür dayandıra bilməmiş. idarəetmədən çıxmış avtomobil gəldiyi sürətlə Bakı istiqamətində sağ tərəfdən Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinə daxil olmuş, yolun Bakı və Quba istiqamətlərindəki hərəkət hissələrini ayıran beton təhlükəsizlik sədlərinə dəyib yolun Quba istiqamətindəki hərəkət hissəsinə çıxaraq orada sağ yanı üstə aşmışdır. Hadisə nəticəsində Rafaellə birlikdə müxtəlif bədən xəsarətləri almışlar. Odur ki, onları ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə Şabran rayon mərkəzi xəstəxanasına aparmışlar. Ora çatan kimi onlara lazımi tibbi yardım göstərilmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti 20- 30 km/saat olsa da, idarəetmədən çıxandan sonra avtomobilin sürət 80 km/saata qədər artmış, onun diqqətini yol şəraitindən yayındıran hər-hansı bir səbəb olmamış, səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol eniş, quru, nahamar, torpaq örtüklü olmuş, idarə etdiyi avtomobilin kabinasında bir nəfər sərnişin, yük yerində torpaqdan ibarət 50 ton yük olmuş, hadisədən əvvəl heç bir spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, 17 dekabr 2022-ci il tarixdə saat 09:15-də sürücü X1 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Shacman» markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən 123,5-ci kilometrində yolun Bakı istiqamətindəki hərəkət hissəsinə sağ tərəfdən birləşən köməkçi torpaq yolla təxminən 20-30 km/saat sürətlə aşağıya doğru düzünə hərəkətdə olmuşlar. O, avtomobilin kabinasında sağ oturacaqda əyləşmişdir. Avtomobilin yük yerində torpaqdan ibarət 50 ton yük olmuşdur. Köməkçi yol təpənin başından üzü aşağı əsas yola doğru istiqamətləndiyi üçün sürücü Namiq yolun eniş olduğunu nəzərə alıb sürəti tənzimləmək məqəsədi ilə sürətlər qutusunun dəstəyini 1-ci pilləyə salmaq üçün dəstəyi neytral hissəyə çıxaran kimi idarəetməni itirmişdir. Belə ki, Namiq sürətlər qutusunun dəstəyini 1-ci pilləyə sala bilməmiş, bununla da avtomobil üzü aşağı hərəkət etdikcə daha da sürətlənmiş, avtomobilin sürəti təxminən 80 km/saata qədər artmışdır. Belə olan halda Namiq avtomobili heç cür dayandıra bilməmişdir. Avtomobil gəldiyi sürətlə Bakı istiqamətində sağ tərəfdən Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinə daxil olmuş, yolun Bakı və Quba istiqamətlərindəki hərəkət hissələrini ayıran beton təhlükəsizlik sədlərinə dəyib yolun Quba istiqamətindəki hərəkət hissəsinə çıxaraq orada sağ yanı üstdə aşmışdır. Hadisə nəticəsində Namiqlə o, müxtəlif bədən xəsarətləri almışlar. Onları ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə Şabran rayon mərkəzi xəstəxanasına aparmışlar. Ora çatan kimi onlara lazımi tibbi yardım göstərilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 17 dekabr 2022-ci il tarixdə saat 09:15-də o, Şabran şəhər avtovağzalı tərəfdən yaşadığı ünvana qayıdarkən Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsindəki körpünün altındakı Şabran şəhəri, Məhəmməd Əsədov küçəsi ilə piyada hərəkətdə olmuş, həmin vaxtı yuxarıdan. Körpünün üstündən möhkəm səs gəlmiş, o, nə baş verdiyini, həmin səsin haradan gəldiyini bilmək üçün başını yuxarı qaldıranda körpünün üstündən aşağı daş-kəsək töküldüyünü görmüş, bunu görən kimi o, nisbətən kənara qaçsa da, yuxarıdan tökülən daşlardan biri sifətinin sağ tərəfinə, digəri isə sağ ayaq nahiyəsinə dəymişdir. Orada olarkən ona məlum olmuşdur ki, daş-kəsəyin körpünün üstündən aşağı tökülməsinə səbəb körpünün üzərindən keçən yolda baş vermiş yolnəqliyyat hadisəsidir. Belə ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi, yük yerində torpaqdan ibarət ibarət 50 ton yük olan «Shacman» markalı ** XT *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində yolun Bakı istiqamətindəki hərəkət zolağına sağ tərəfdən birləşən köməkçi torpaq yolla aşağıya doğru düzünə hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi səbəbindən avtomobil üzü aşağı hərəkət etdikcə daha da sürətlənmiş, sürücü Namiq avtomobili heç cür dayandıra bilməmişdir. Avtomobil gəldiyi sürətlə Bakı istiqamətində sağ tərəfdən Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinə daxil olmuş, yolun Bakı və Quba istiqamətlərindəki hərəkət hissəsinə çıxaraq orada sağ yanı üstə aşmışdır. Sonradan eşitdiyinə görə həmin hadisə nəticəsində avtomobilin sürücüsü və onun yanında olan sərnişin xəsarət almışdır. Qeyd etmişdir ki, 17 dekabr 2022-ci il tarixdə axşam saatlarında yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər səbəbindən, yəni daşların bədəninə dəyməsi səbəbindən bədənində güclü ağrılar hiss etdiyi üçün ilkin tibbi yardım göstərilməsindən ötrü Şabran rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Orada ona lazımi tibbi yardım göstərilmişdir. Hazırda aldığı xəsarətlərdən əziyyət çəkir. İşi üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Şabran şəhərində yaşadığı ev Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsindəki körpünün altındakı küçədə yerləşir. 17 dekabr 2022-ci il tarixdə saat 09:15-də o, yaşadığı evin yataq otağında yatmışdır. Həmin vaxtı evinin dam hissəsindən gurultulu bir səs gəlmişdir. O, həmin səsə oyanmış, paltarlarını geyinib həyətə düşmüşdür. Ətrafa nəzər salanda görmüşdür ki, hansısa yük avtomobilinə məxsus oxu üzərində olan qoşa təkər evinin damına düşmüşdür. O, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmış, başını yuxarı qaldıranda görmüşdür ki, körpünün üstündən aşağı daş-kəsək tökülmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, evinin damına düşən qoşa təkərin və küçədə gördüyü daş-kəsəyin körpünün üstündən aşağı tökülməsinə səbəb körpünün üzərindən keçən yolda baş vermiş yol-nəqliyyat hadisəsidir. Belə ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi, yük yerində torpaqdan ibarət 50 ton yük olan «Shacman» markalı ** XT *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində yolun Bakı istiqamətindəki hərəkət zolağına sağ tərəfdən birləşən köməkçi torpaq yolla aşağıya doğru düzünə hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi səbəbindən avtomobil üzü aşağı hərəkət etdikcə daha da sürətlənmiş, sürücü Namiq avtomobili heç cür dayandıra bilməmişdir. Beləliklə də avtomobil gəldiyi sürətlə Bakı istiqamətində sağ tərəfdən Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinə daxil olmuş, yolun Bakı və Quba istiqamətlərindəki hərəkət hissələrini ayıran beton təhlükəsizlik sədlərinə dəyib yolun Quba istiqamətindəki hərəkət hissəsinə çıxaraq orada sağ yanı üstə aşmış, nəticədə avtomobilin sürücüsü və onun yanında olan sərnişin xəsarət almışdır. Hadisə zamanı evinin damınının zədələnməsi nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Sonradan eşitdiyinə görə hadisə baş verərkən körpünün altındakı küçədə piyada hərəkət edən Təranə adlı qadın da körpüdən tökülən daşlardan birinin ona dəyməsi səbəbitndən xəsarət almışdır. Hadisə ilə əlaqədar dəymiş 400 manat maddi ziyan ona ödənilmişdir. Odur ki, onun bu hadisə ilə bağlı heç bir iddiası, şikayət və maddi tələbi yoxdur. Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyindən daxil olmuş 09 yanvar 2023-cü il tarixli 11-1-8/2-110/2023 nömrəli məktubundan məlum olur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 ədəd işıq dirəyiyararsız hala salınmış, həmin hadisə nəticəsində Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyinə 4900 (dörd min doqquz yüz) manat məbləğində ziyan dəymişdir. İşi üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayndəsi qismində tanınaraq şahid kimi dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 17 dekabr 2002-ci il tarixdə saat 09:15-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən 123,5-ci il kilometrində sürücü X3 idarə etmək hüququ olmadan idarə etdiyi «Scahman» markalı ** XT *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı istiqamətində sağ tərəfdən yola daxil olub eyni istiqamətdə hərəkətini davam etdirmək istəyərkən idarəetməni itirməsi səbəbindən yük avtomobili yolun Bakı istiqamətindəki hərəkət hissəsindən keçməklə yolun Quba və Bakı istiqamətlərindəki hərəkət hissələrini ayıran beton sədlərdən aşaraq yolun Quba istiqamətindəki hərəkət hissəsi üzərində sağ yanı üstə aşmış, nəticədə yük avtomobilinin kabinasında olan sərnişin Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarəti almışdır. Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyinin səlahiyyətli nümayəndəsi Nümayəndə 19 iyul 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, 17 dekabr 2022-ci il tarixində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolnun 123-cü km-də Təqsirləndirilən şəxs idarə etdiyi «SHACMAN» markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına ziyan vurulmuş və nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4900 manat məbləğində ziyan dəymişdir. Həmin nəqliyyat vasitəsinin sığorta olunduğu "xxxx" ASC-yə müraciət olunmuş və ödəmədən imtina edilməmişdir. Lakin müvafiq sənədlərin sığorta şirkətinə çatdırılması gecikdirildiyindən hal-hazıradək vurulmuş ziyan Agentliyin hesabına ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı həmin cinayət işi üzrə hazırda iddia və tələbləri yoxdur. Gələcəkdə sığorta şirkəti tərəfindən ödənişdən imtina olunarsa vurulmuş ziyanın ödənilməsi barədə mülki qaydada məhkəməyə müraciət olunacaqdır. İcraatda olan Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə proseslərinə iştirakları olmadan baxılmasını xahiş edirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Şabran rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1940 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qamış sümüyünün cisminin sınığı, sağ gicgah, sol təpə-gicgah nahiyələrinin səthi əzilmiş-cırılmış yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvumaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 yanvar 2023-cü il tarixli 8/3707 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Shacman» markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan BDYPİ Qİİ-dən alınmış xx.xx.2023-cü il tarixli 3-13-16/2-62316/2023 nömrəli məktubdan məlum olur ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək müddətə etibarlı olan olan) «BC» kateqoriyalı AC seriyalı 214486 nömrəli sürücülük vəsiqəsi verilmiş, məhkəmənin Qərarı əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi X8 orqanlarına təhvil verilmədiyinə görə məhdudlaşdırılma müddətinin axımı dayandırılmış və müddətin axımı müvafiq sənəd təqdim edildikdən sonra başlanacaqdır. Cinayə işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi xx.xx.2014-cü il tarixdə verilmiş, etibarlılıq müddəti isə xx.xx.2024-cü il tarixədəkdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarında olan Xaçmaz RİHB-nın Hacıbəyli kənd İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hacıbəyli kəndində yaşayır. Hacıbəyli kənd tam orta məktəbində təhsil almışdır. Təhsil aldığı müddət ərzində özünü cəmiyyətə yararlı bir vətəndaş kimi göstərmişdir. Hal-hazırda təsərrüfat işləri məşğul olur. Onun barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan AZ-İ seriyalı 188351 saylı nikah haqqında şəhadətnamənin və AZ-İ seriyalı 840582 saylı AZ-İİ seriyalı 046003 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Ağasiyeva (Bayramova) Zərəngiz Aydın qızı 10 oktyabr 2005-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər, birgə nikahlarından xx.xx.2006-cı ildə Arzu və xx.xx.2008-ci ildə Xalidşah adlı uşaqları olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 26 iyul 2023-cu il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə-tibb və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza növü və həddi təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının və nəqliyyat vəsitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən təyin edilmiş cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, onun barəsində istintaq orqanı tərəfindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məsədəuyğun hesab edir. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə «Shacman SX3314DT366» markalı **-XT-*** dövlət qeydiyyat avtomobil maddi sübut hesab edilməklə saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilsin. İş üzrə «Shacman SX3314DT366» markalı **-XT-*** dövlət qeydiyyat avtomobil maddi sübut hesab edilməklə saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çindiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-41/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-41/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver