Məhkəmə qərarları › İş №1(031)-42/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-42/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-42/2023 26.07.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,311 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış bir ədəd bükümdə narkotik vasitə hesab olunan heroini əynində olan gödəkçəsinin sol yan cibinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış və 2023-cü ilin aprel ayının 02də saat 15:20-də, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şabran şəhəri, 28 May küçəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilmiş və RPŞ-də onun üzərinə şəxsi axtarış aparılan zaman sözügedən narkotik vasitə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Şabran şəhəri, 28 May küçəsi, ev 24 ünvanında yaşayır. Subaydır, çilingər sənəti ilə məşğuldur. 2023-cü ilin mart ayının sonlarında günorta saatlarında Şabran şəhərində yaşadığı küçədə gəzən zaman yol qırağında 1 ədəd qırmızı rəngli büküm görmüşdür. Ona maraqlı gəldiyinə görə həmin bükümü götürərək açıb içinə baxmış, baxdığı zaman içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Özü bu vaxta kimi narkotik vasitələrdən istifadə etməsə də son vaxtlar narkotik vasitələrdən istifadə etmək istəmiş, buna görə də həmin bükümü götürərək cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Şabran rayonunda yaşadığı evdən məhəlləyə çıxmış, məhəlləyə də çıxmaqda məqsədi ona məxsus “Vaz 2106” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sol və arxa pəncərələrinə plyonka vurmaq olmuşdur. Avtomobilinə minərək evin qarşısından uzaqlaşan zaman onun yanından bir neçə polis avtomobili keçmiş və yaşadığı ünvana doğru getmişdir. Polis avtomobillərini gördükdə anlamışdır ki, polis əməkdaşları qardaşı İlkini tutmağa gəlib. Təzəlikcə öyrənmişdir ki, qardaşı İlkin artıq bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, qardaşı İlkini 6-7 aya yaxındır ki, danışdırmır. Danışdırmamaqda səbəb qardaşı İlkinlə yola getməməsidir. Polis əməkdaşlarının evinin qarşısında olduğunu gördüyünə görə o da geri qayıdaraq polis əməkdaşlarına yaxınlaşmışdır. Bu zaman polis əməkdaşlarıda ona yaxınlaşaraq onu RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşaraq RPŞ-nə gəlmiş, RPŞ-də olan zamanda hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı mart ayının sonlarında yaşadığı küçədə tapdığı narkotik vasitə heroini polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Əməlindən peşmandır. On yüngül cəza təyin edilmsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində işləyir. Şabran şəhəri, 28 May küçəsi, ev 24 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onu saxlamaq qərarına gəlmişlər. Buna görə də 02 aprel 2023-cü il tarixdə, saat 16 radələrində Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Şabran RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid1 və Şabran RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Rəşad Cəbrayılov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı küçədə evinin yaxınlığında saxlayaraq onu RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara müqavimət göstərmədən onların dəvəti ilə RPŞnə gəlmiş, RPŞ-də gəldikdən sonra isə üzərinə şəxsi axtarışın aparılması məqsədilə RPŞnin Növbətçi Hissəsinə təhvil verilmişdir. Ardınca isə şöbənin baş müstəntiqi və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə Nicatın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Nicatın geyindiyi gödəkçənin sol yan cibindən 1 ədəd qırmızı rəngli bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Nicat üzərindən aşkar edilən bükümün ona məxsus olduğunu və onu yaşadığı küçədə tapdığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçıları ilə birlikdə aşkar edilmiş büküm tərkibi və çəkisinin müəyyən edilməsi məqsədilə zərfə qoyularaq istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalandıqdan sonra qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək analoji ifadə vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs üzrində keçirimiş şəxsi axtarışın videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs üzərində Şabran RPŞ-nin X2 RPŞnin əməkdaşı X4 tərəfindən Şabran RPŞ-nin əməkdaşları Şahid3 və Şahid2 və Müdafiəçi iştirakları keçirilmiş şəxsi axtarış nətiçəsində onun geyindiyi gödəkçənin sol yan cibindən 1 ədəd qırmızı rəngli bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1931 saylı rəyinə əsasən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və 1 ədəd möhürlü zərfdə qablaşdırılaraq tədqiqata təqdim olunmuş 1 (bir) ədəd büküm təmiz çəkisi 0,311 qram, tədqiqata sərf edildi -0,050 qr., qalıq-0,261 qr. olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Məhkəmə Narkoloji Ekspertizasının 04 may 2023-cü il tarixli 2647 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyac yoxdur. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixnevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan 18 may 2023-cü il tarixli Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, 28 May küçəsi, ev 24 ünvanında yaşayır. İş materiallarında olan Şabran rayonu İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 may 2023-cü il tarixli xasiyyətrnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış, lakin ailəsinin, valideynlərinin öyüd nəsihətlərinə əməl etməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 02 aprel 2023-cü il tarixli tutma protokolundan, eləcə də 04 aprel 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 04 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tədbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tədbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Həmin tövsiyə və tapşırığa uyğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tədbiqini nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və «Azərbaycan Reuspublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-nin Ümumi və Xüsusi hissələrində br çox dəyişikliklər edilmiş, o cümlədən CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq cəzadan çıxılmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,261 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, eləcə də sonuncunun üzərinə keçrilmiş şəxsi axtarış istintaq hərəkətinin video görüntüsünü özündə əks etdirən 1 ədəd “CD” formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,261 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, eləcə də sonuncunun üzərinə keçrilmiş şəxsi axtarış istintaq hərəkətinin video görüntüsünü özündə əks etdirən 1 ədəd “CD” formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar