Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-42/2024 28.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Qəbələ rayonunun Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında qeydiyyatda olan və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə tanışı Şahid1 qəsdən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda ümumi təmiz çəkisi 0,298 qram olmaqla ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini üzərində saxladıqdan sonra Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində davamlı keçirilən əməliyyat tədbirləri zamanı həmin günü saat 18:10-da Şabran şəhərinin X20 küçəsində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparıldıqda onun əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd "LD" markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə və 01 ədəd gümüşü rəngli folqa kəsiyində ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram və 0,251 qram olmaqla ümumi təmiz çəkisi 0,298 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 15 il olar ki, Şahid1lə tanış olmuş, ikisi də valideyn himayəsindən məhrum olan uşaqlar üçün nəzərdə tutulmuş internatda böyümüş, sadəcə olaraq o, Bakı şəhəri Maştağa kəndində 01 nömrəli internatda, Səxavət isə Quba rayonunda olan internatda böyümüşlər və o, Şahid1lə Bakı şəhərində, Qara Qarayev metrosunun yaxınlığında olan yataqxanada qaldığı zaman tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə Şahid1la birlikdə Şabran şəhərinə gəlmiş, həmin gün saat 18:00 radələrində Şabran şəhərinin X20 küçəsində idarə etdiyi “Mersedes-Benz C- 200” minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilində Şahid1 və onun tanışı Şahid2 ilə birlikdə olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərərək, onları əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onların üçünü də Şabran Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparıldıqda ona üstündə qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli “LD” markalı siqaret qutusunu təqdim etmiş, ”LD” markalı siqaret qutusunu açdıqda içərisindən 02 ədəd siqaret, 01 ədəd sellofan bükümün içərisində “patı”, yəni psixotrop maddə metamfetamin kimi tanınan ağ rəngli kristallik kütlə və içərisində həmin ağ rəngli kristallik kütlə şəklində metamfetamin olan 01 ədəd folqa, 01 ədəd bükülmüş vəziyyətdə olan 01 manatlıq əskinas aşkarlanaraq müvafiq qaydada 01 ədəd zərfə qoyularaq götürülmüşdür. Bundan əlavə xx.xx.2024-cü il tarixdə üzərində şəxsi axtarış keçirildikdən sonra Şabran Rayon Polis Şöbəsinin həyətində idarə etdiyi “Mersedes” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirirlməsinə dair təklif edilən zaman həmin avtomobilə baxış keçirilməsinə etiraz etməmiş və bununla əlaqədar olaraq yazılı formada ərizə vermişdir. Şabran Rayon Polis Şöbəsinin həyətində idarə etdiyi “Mersedes C 200” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş və avtomobilin açarı ilə kilidli olan avtomobilini açdıqdan sonra baxış keçirilməsinə başlanılmış, baxış zamanı avtomobilin sağ arxa sərnişin oturacağının arxasındakı alın şüşəsinin qarşısından 01 ədəd bükümdə ağ rəngli kristallik kütlə aşkarlanmış, həmin kütlə onun olmadığı üçün məlumatı olmamış, sonradan ona məlum olduğu kimi metamfetamini həmin yerə Şahid1 qoymuşdur. Həmçinin avtomobilə baxış keçirilən zaman içərisində "tabletkalar" olan 01 ədəd yaşıl rəngli dərman qutusu, içərisində "tabletkalar" olan 04 ədəd list aşkarlanmış, həmin dərmanlar çoxdan avtomobilimin "apteçka" - sında qalmışdır. Aşkarlanmış əşyalar müvafiq qaydada 02 ədəd zərfə qoyularaq qablaşdırıldıqdan sonra möhürlənmiş və həmin zərf imzalanaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə olunmuş və onun buna heç bir etirazı olmamışdır. Həmin zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Üzərindən aşkar olunub götürülmüş 02 ədəd psixotrop maddə metamfetmin bükümlərini ona xx.xx.2024-cü il tarixdə Şabran şəhərinə gəldikdən sonra Şahid1 istifadə etməsi üçün vermişdir. Hazırda törətdiyi əməldən peşmandır. İlk dəfə cinayət əməli törədib. Ailəlidir və himayəsində 02 uşağı vardır. Həbs olunacağı təqdirdə bu hal ailəsinin həyat şəraitinə ciddi təsir edəcəkdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Sənani oğlu göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır, Şahid1 onun tanışıdır, aralarında yoldaşlıq münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhəri X20 küçəsində Şahid1 dostu Təqsirləndirilən şəxslə birlikdə sonuncu idarə etdiyi “Mersedes C 200” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstəməklə özlərini təqdim edib, onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, barələrində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və onları Şabran Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış aparılmağa başlanılmış, lakin şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş heç bir əşya, narkotik vasitə və ya psixotrop maddə aşkarlanmamışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunmuş və onun buna etirazı olmamışdır. Şahid1 və Təqsirləndirilən şəxs üzərilərində şəxsi axtarış aparıldıqda isə hər ikisində Şahid1 özü ilə gətirdiyi narkotik vasitələr və ya psixotrop maddə, yəni “patı” aşkar olunaraq götürülmüşdür, lakin o, onların hər birindən nə aşkar olunub götürülməsini onların şəxsi axtarışında iştirak etmədiyinə görə dəqiq bilmir. Özündə heç bir qanunsuz narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadığı üçün şöbədən buraxılmış, Şahid1 və Təqsirləndirilən şəxs isə ikisi də tutulmuşlar. Səxəvət Həsənov özü il gətirdiyi heroindən istifadə etmək üçün ona vermiş və o, həmin heroindən saxlandıqdan əvvəl istifadə edib qəbul etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməliyyat aparatına Şabran şəhər sakinləri Şahid2 Sənani oğlu və Şahid1 narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, saxlaması, istifadə edilməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduqda dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsi haqqında qərar və əməliyyat qrupunun yaradılması barədə əmrlər hazırlanmış, həmin qərar və əmr əsasında yaradılmış əməliyyat qrupunun tərkibində digər polis əməkdaşları ilə birlikdə Şahid1 və Şahid2 Şabran şəhərinin X20 küçəsində yolun kənarında dayanmış sürücüsü sonradan məlum olduğu kimi əsli Qəbələli olan Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs olan “Mercedes Benz C-200" minik markalı, **-EV-*** qeydiyyat nişanlı avtomobildə görüb yaxınlaşaraq onlara narkotik vasitələr və ya psixotrop maddələrin əldə edilməsi, saxlaması və istifadə edilməsində şübhəli olduqları bildirilmiş və buna görə onlar üçü də gəldikləri Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobillə polis şöbəsinə dəvət olunmuşlar. Şabran Rayon Polis Şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə Şahid2 üzərində şəxsi axtarış aparıldıqda onda heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dəvət olunmuş vəkilin iştirakı ilə şəxsi axtarış aparıldıqda əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd "LD" markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə və 01 ədəd gümüşü rəngli folqa kəsiyində ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddələrin “patı” – yəni psixotrop maddə metamfetamin olmasını etiraf etmiş və həmin psixotrop maddəni ona həmin günü Şahid1 istifadə etməsi üçün verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldiyi “Mercedes Benz C- 200" minik markalı **-EV-*** qeydiyyat nişanlı avtomobilə onun razılığı ilə baxış keçirildikdə avtomobilin salonunun arxa alın şüşəsinin qarşısından bir ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə aşkar olunduqda, Təqsirləndirilən şəxs həmin maddənin də psixotrop maddə metmafetamin olmasını təsdiq etsə də, həmin maddədən xəbərsiz olduğunu və maddənin ona məxsus olmadığını bildirmişdir. Məlum olduğu kimi həmin avtomobilin salonunda aşkar edilmiş bir bükümdəki psixotrop maddə metamfetamini saxlanıldığı vaxtı həmin yerə gizlindən Şahid1 atmışdır, bunu Şahid1 sonradan etiraf etmişdir. Şahid1 üzərində dəvət olunmuş vəkilin iştirakı ilə şəxsi axtarışı aparıldıqda onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan 01 ədəd “Winchester” markalı siqaret qutusunun içindən 02 ədəd sellofan bükümdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, gödəkçənin sol iç cibindəki pul qabının içindən 2 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili metadon dərman həbləri aşkar edilərək müvafiq qaydada götürülüb qablaşdırılmışdır. Şahid1 Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin bükümlərini də ona istifadə etməsi üçün verdiyini və sonuncunun idarə etdiyi avtomobilin salonundan aşkar edilib götürülmüş bir bükümdəki metamfetamini də saxlandığı vaxtı üstündə aşkar olunmaması üçün həmin yerə atdığını etiraf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 54-1 – 54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid3 xx.xx.2024cü il tarixdə məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid3 iştirakı olmadan baxılmasına etiraz etməmələrini, o cümlədən Şahid3 ibtidai istintaq zamanı Şahid4 ilə eyni məzmunlu ifadə verməsini nəzərə alaraq, hazırki işə Şahid3 iştirakı olmadan baxılmasının cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gəlmiş və hazırki işə Şahid3 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə bildirmişdir ki, o, 2023-cü ilin oktyabr ayından Şabran Rayon Polis X2 Qrupunda əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə şöbənin əməliyyat aparatına Şabran şəhər sakinləri Şahid2 Sənani oğlu və Şahid1 narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, saxlaması, istifadə edilməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduqda dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsi haqqında qərar və əməliyyat qrupunun yaradılması barədə əmrlər hazırlanmış, həmin qərar və əmr əsasında yaradılmış əməliyyat qrupunun tərkibində digər polis əməkdaşları ilə birlikdə Şahid1 və Şahid2 Şabran şəhərinin X20 küçəsində yolun kənarında dayanmış sürücüsü sonradan məlum olduğu kimi əsli Qəbələli olan Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs olan “Mercedes Benz C-200" minik markalı, **-EV-*** qeydiyyat nişanlı avtomobildə görüb yaxınlaşaraq onlara narkotik vasitələr və ya psixotrop maddələrin əldə edilməsi, saxlaması və istifadə edilməsində şübhəli olduqları bildirilmiş və buna görə onlar üçü də gəldikləri Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobillə polis şöbəsinə dəvət olunmuşlar. Şabran Rayon Polis Şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə Şahid2 üzərində şəxsi axtarış aparıldıqda onda heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dəvət olunmuş vəkilin iştirakı ilə şəxsi axtarış aparıldıqda əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd LD markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə və 01 ədəd gümüşü rəngli folqa kəsiyində ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddələrin “patı” – yəni psixotrop maddə metamfetamin olmasını etiraf etmiş və həmin psixotrop maddəni ona həmin günü Şahid1 istifadə etməsi üçün verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldiyi “Mercedes Benz C-200" minik markalı **-EV-*** qeydiyyat nişanlı avtomobilə onun razılığı ilə baxış keçirildikdə avtomobilin salonunun arxa alın şüşəsinin qarşısından bir ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə aşkar olunduqda, Təqsirləndirilən şəxs həmin maddənin də psixotrop maddə metmafetamin olmasını təsdiq etsə də, həmin maddədən xəbərsiz olduğunu və maddənin ona məxsus olmadığını bildirmişdir. Məlum olduğu kimi həmin avtomobilin salonunda aşkar edilmiş bir bükümdəki psixotrop maddə metamfetamini saxlanıldığı vaxtı həmin yerə gizlindən Şahid1 atmışdır, bunu Şahid1 sonradan etiraf etmişdir. Şahid1 üzərində dəvət olunmuş vəkilin iştirakı ilə şəxsi axtarışı aparıldıqda onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd “Winchester” markalı siqaret qutusunun içindən 02 ədəd sellofan bükümdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, gödəkçənin sol iç cibindəki pul qabının içindən 2 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili metadon dərman həbləri aşkar edilərək müvafiq qaydada götürülüb qablaşdırılmışdır. Qeyd etdiyi kimi Şahid1 bir az əvvəl Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin bükümlərini də ona istifadə etməsi üçün verdiyini və sonuncunun idarə etdiyi avtomobilin salonundan aşkar edilib götürülmüş bir bükümdəki metamfetamini də saxlandığı vaxtı üstündə aşkar olunmaması üçün həmin yerə atdığını etiraf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 54-1 – 54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid1 Xanlar oğlu hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığıdan məhkəmə iclasına gətirilməmişdir. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid1 Xanlar oğlunun iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə Şahid1 Xanlar oğlunun iştirakı olmadan baxılmasının cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gəlmiş və hazırki işə Şahid1 Xanlar oğlunun iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid1 Xanlar oğlu ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, təxminən 06 il olar ki, narkotik vasitələrdən və psixotrop maddələrin bir neçə növündən - marixuanadan, heroindən və psixotrop maddə hesab edilən metamfetamindən istifadə edir. Belə ki, narkotik vasitələrdən mütəmadi istifadə etdiyi üçün bədənimdə ağrılar əmələ gəlmişdir. Bu məqsədlə narkotik vasitə almaq qərarına gəlmişdir. Bir neçə dəfə "WhatsApp" sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq narkotik vasitə aldığı “Cəbrayıl” adı ilə tanıdığı İran vətəndaşı ilə xx.xx.2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** nömrə ilə onun istifadəsində olan +98 938 *** ** ** nömrəsi ilə əlaqə saxlayaraq narkotik vasitə olan heroin, metamfetamin və metadon almaq istədiyini demişdir. Cəbrayıl ona heroinin 1 qramını 30 manata, metamfetaminin 1 qramını 30 manata, 1 tablet metadonu isə 10 manat olmaqla satdığını bildirdikdə, ondan 4 qram heroin, 1 qram metamfetamin və 02 ədəd metadon həbi istəmişdir. Cəbrayıl ona həmin narkotik vasitələrə görə 150 manat pul verməsi olduğunu bildirmişdir. Cəbrayıl da ona M10 hesabı göndərmiş və həmin hesaba 150 manat pulu Bakı şəhərində, Qara Qarayev metrosunun yaxınlığında “MilliÖn” aparatı vasitəsi ilə ödəmişdir. Narkotik vasitə alan zaman Bakı şəhərində "WhatsApp" vasitəsi ilə onunla danışan vaxt Cəbrayıl ona yeri işarəliyərək göndərmişdir. Cəbrayıl göstərdiyi Bakı şəhərinin Xırdalan rayonuna həmin yerdən narkotik vasitələri götürmək üçün gəlmiş, həmin ünvan Bakı şəhərinin Xırdalan şəhəri ərazisində tam xatırlamadığı binanın yanında boruların yanında, narkotik vasitələr heroin və metadon, psixotrop maddə metamfetamin sellofan torbada olmuş və həmin torbanı tapıb götürmüşdür. Daha sonra isə "WhatsApp" sosial şəbəkəsində olan danışıqları telefondan silmişdir. Narkotik vasitələri götürdükdən sonra Bakı şəhərində "Şamaxinka" adlanan əraziyə oradan isə taksi ilə Şabran şəhərinə yaşadığı evə gəlmişdir. Şabran şəhərinə saat 23:00 radələrində çatmışdır. Şabran şəhərinə evə gəldikdən sonra xx.xx.2024-cü il tarixdə səhərə yaxın təxminən saat 05:00 radələrində evdən çıxmış və taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gəldikdən sonra qaldığı yataqxanada tanış olduğu, təxminən 10 il tanıdığı Təqsirləndirilən şəxslə Bakı şəhərində Qara Qarayev meteostansiyasının yaxınlığında görüşmüş və metronun yaxınlığında yerləşən yaşadığı yataqxanaya gəlmişlər. Yataqxanada olan zaman Səxavətlə birlikdə aldığı metamfetamindən istifadə etmişlər. Həmçinin aldığı heroindən də istifadə etmişdir. Daha sonra Şabran şəhərində yaşadığı evdən çanta götürmək üçün Şabrana qayıtmaq qərarına gəlmiş və Səxavətdən onu hansı qiymətə Şabran şəhərinə apara biləcəyini soruşmuş. Səxavət də onu 60 manata aparıb gətirə biləcəyini dedikdə onunla razılaşmışdır. Onlar birlikdə xx.xx.2024-cü il tarixdə təxminən saat 17:00 radələrində Şabran şəhərinə çatmış, çatdıqdan sonra tanışı Şahid2 zəng edərək yaşadığı evin yaxınlığında görüşmüşlər. Söhbət zamanı Aynur da ağrıları olduğunu bildirdikdə heç bir qarşılıq olmadan Aynura üzərimdə olan heroindən istifadə etməsi üçün bir qədər vermişdir. Avtomobilin yanında dayanıb Aynurunda gəlməsini gözləmiş və birlikdə avtomobilə əyləşmişlər. Səxavət avtomobili idarə edərkən bəzi tanışları ilə Şabran şəhər ərazisində görüşmüşdür. Aynur avtomobildə olmayan zaman Təqsirləndirilən şəxs ağrısı olduğunu bildirdikdə ona üzərində olan metamfetamindən vermişdir. Aynur və Səxavətlə birlikdə Şabran şəhərinin X20 küçəsində olan zaman Aynurla mağaza yaxınlığında avtomobildən enmişlər, Səxavət avtomobilində qalmış, Aynurla birlikdə avtomobilə qayıdan zaman onlara yaxınlaşan şəxslərin olmasını görmüş və polis olduqlarında şübhələndiyi üçün cibində olan 01 ədəd bükümdəki metamfetamini avtomobilin arxa qapısından içəri atmış və hara düşməsini bilməmişdir. Həmin andakı məqsədi üzərində şəxsi axtarış aparılarsa heroindən başqa metamfetaminin də tapılmamasını istədiyi olmuşdur. Avtomobilə əyləşmiş və polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərmiş, barələrində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Şabran Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunduqda əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd ağ rəngli “Winchester” markalı siqaret qutusunu, gödəkcənin sol yan cibindən 01 ədəd göyqara rəngli “Viceroy” markalı siqaret qutusunu, gödəkcənin sol iç cibindən isə 01 ədəd qara rəngli pul qabını təqdim edərək, masanın üzərinə qoymuşdur. 01 ədəd ağ rəngli “Winchester” markalı siqaret qutusunu açdıqda içərisindən 02 ədəd sellofan bükümün içərisində tünd qəhvəyi kütlə olan heroin, 01 ədəd “Viceroy” markalı siqaret qutusunu açdıqda içərisindən 01 ədəd trubka, qara rəngli pul qabının içərisindən isə 02 ədəd metadon tablet aşkarlanmışdır. Aşkarlanmış bükümlərdə olan kütlənin heroin və 02 ədəd tabletin də metadon həbləri olmasını etiraf etmişdir. Aşkarlanmış bükümlər və tabletlər, 01 ədəd narkotik vasitəni çəkmək üçün istifadə etdiyi trubka qablaşdırlaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş və onun buna etirazı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində, eyni zamanda Şahid1 Xanlar oğlunun əldə etdiyi narkotik vasitələr və psixotrop maddələrinin mənbəyinin müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrı icraata ayrılmış və işin nömrəsi ********* hesab edilmişdir (cinayət işinin 1-2-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şahid2 Sənani oğlu və Şahid1 qanunsuz olaraq narkotik vasitələr qəbul etmələri, üzərilərində saxlamaları, daşımaları və qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaları barədə etibarlı və qərərsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur (cinayət işinin 5-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli, 3-13-107/Ə26/24 nömrəli əmrdən görünür ki, Şahid2 Sənani oğlu və Şahid1 qanunsuz olaraq narkotik vasitələr qəbul etmələri, üzərilərində saxlamaları, daşımaları və qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaları barədə etibarlı və qərərsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat axtarış təbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 6-7-ci vərəqləri). - xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Şahid2 Sənani oğlu və Şahid1 qanunsuz olaraq narkotik vasitələr qəbul etmələri, üzərilərində saxlamaları, daşımaları və qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaları barədə etibarlı və qərərsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cinayət işinin 8-10-cu vərəqləri). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin X20 küçəsi ərazisində Təqsirləndirilən şəxs Şahid2 Sənani oğlu və Şahid1 ilə birlikdə “Mercedes Benz C-200" minik markalı, **-EV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlayaraq Şabran Rayon Polis Şöbəsinə gətirmişlər (cinayət işinin 11-ci vərəqəsi). - AD seriyalı, 659994 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C-200" minik markalı, **-EV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 mülkiyyətindədir (cinayət işinin 13-cü vərəqəsi). - ƏN-İX seriyalı, 144489 nömrəli etibarnamədən görünür ki, X1 Benz C-200" minik markalı, **-EV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsinə vermişdir (cinayət işinin 14-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:10-dan etibarən Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 23-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:10-dan 19:40-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli “LD” markalı siqaret qutusunu təqdim etmiş, ”LD” markalı siqaret qutusunu açdıqda içərisindən 02 ədəd siqaret, 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristallik kütlələri və 01 ədəd bükülmüş vəziyyətdə olan 01 manatlıq əskinası təqdim etmişdir (cinayət işinin 33-34-cü vərəqələri). - xx.xx.2024-cü il tarixdə, saat 19:10-dan 19:40-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş "DVD" diskdə köçürülmüş videogörüntüdən görünür ki, Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli “LD” markalı siqaret qutusunu təqdim etmiş, ”LD” markalı siqaret qutusunu açdıqda içərisindən 02 ədəd siqaret, 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristallik kütlələri və 01 ədəd bükülmüş vəziyyətdə olan 01 manatlıq əskinası təqdim etmişdir (cinayət işinin 35-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/360 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs Mercedes markal ... avtomobilin salonunda ...aşkarlanmış kütlə...” sözləri olan 1 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,713 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri yazılmış 2 nömrəlizərfdəki bir ədəd siqaret qutusunun içərisində 2 ədəd bükümdə ( bir ədəd şəffaf sellofan büküm və bir ədəd gümüşü rəngli folga kəsiyi) ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,251 qram, ümumi təmiz çəkisi 0,298 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükülərək boru şəklinə salınmış bir manatlıq əskinazın səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Üzərində “Şahid1 əynində olan gödəkçəsinin sağ yan cibindən...” sözləri olan 3 nömrəli zərfdəki bir ədəd siqaret qutusunun içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,418 qram, 2,460 qram, ümumi təmiz çəkisi 2,878 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Üzərində “Şahid1 üzərindən aşkar olunmuş...” sözləri olan 4 nömrəli zərfdəki bir ədəd siqaret qutusunun içərisində bir ədəd metal borucuğun səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 2 ədəd açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir. 1 nömrəli zərfdəki 1 ədəd bükümdəki psixotrop maddə metamfetaminlə 2 nömrəli zərfdəki 2 ədəd bükümdəki psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 1,011 qram təşkil edir, 2 nömrəli zərfdəki 2 ədəd bükümdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına ( Siyahı İ) daxildir. Metadon xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin” siyahısına ( Siyahı İİ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil etmişdir (cinayət işinin 79-84-cüvərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 2,878 qram çəkidə heroinin 0,1 qram hissəsi nümunə olaraq götürülmüş, 2,778 qram hissəsi isə geri qaytarılmış, 0,713 qram çəkidə psixotrop maddə - metamfetaminin 0,1 qram hissəsi nümunə olaraq götürülmüş, 0,613 qram hissəsi isə geri qaytarılmış, 0,298 qram çəkidə psixotrop maddə - metamfetaminin 0,1 qram hissəsi nümunə olaraq götürülmüş, 0,198 qram hissəsi isə geri qaytarılmışdır (cinayət işinin 85-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin 91-92-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis X11 yerindən həbsdən azad edilmiş və onun barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 104-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli əşyaların maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, bir ədəd siqaret qutusunun içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,418 qram, 2,460 qram, ümumi təmiz çəkisi 2,878 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,713 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, bir ədəd siqaret qutusunun içərisində 2 ədəd bükümdə (bir ədəd şəffaf sellofan büküm və bir ədəd gümüşü rəngli folqa kəsiyi) ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,251 qram, ümumi təmiz çəkisi 0,298 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd siqaret qutusunun içərisində bir ədəd metal borucuğun, 2 ədəd açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən metadon, bir ədəd bükülərək boru şəklinə salınmış bir manatlıq əskinas (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 2,878 qram çəkidə heroinin 0,1 qram hissəsi nümunə olaraq götürülmüş, 2,778 qram hissəsi isə geri qaytarılmış, 0,713 qram çəkidə psixotrop maddə - metamfetaminin 0,1 qram hissəsi nümunə olaraq götürülmüş, 0,613 qram hissəsi isə geri qaytarılmış, 0,298 qram çəkidə psixotrop maddə - metamfetaminin 0,1 qram hissəsi nümunə olaraq götürülmüş, 0,198 qram hissəsi isə geri qaytarılmışdır), Təqsirləndirilən şəxs və Şahid1 şəxsi axtarışı və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə keçirilən baxışın videgörüntüsiinü özündə əks etdirən 03 (üç) ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmişlər və həmin 03 (üç) ədəd DVD disk istisna olmaqla digər maddi sübutlar saxlanılmaları üçün Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmişlər (cinayət işinin 112-115-ci vərəqələri). - "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X19 xx.xx.2024-cü il tarixli, 18-1-52/2- 325/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyildir (cinayət işinin 124-cü vərəqəsi). - Qəbələ rayon İcra Hakimiyyəti başçısının Tikanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonunun Tikanlı kəndində müsbət xarakretizə olunur (cinayət işinin 125-ci vərəqəsi). - Qəbələ rayon İcra Hakimiyyəti başçısının Tikanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-59-38/2-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qəbələ rayonunun Tikanlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs hazırda Bakı şəhərində yaşayır və onun xx.xx.1963-cü il təvəllüdlü X4, xx.xx.1988-ci il təvəllüdlü X8, xx.xx.1988-ci il təvəllüdlü arvadı X7, xx.xx.2010-cu il təvəllüdlü oğlu X15 və xx.xx.2016-ci il təvəllüdlü oğlu X3 ibarət ailə tərkibi vardır (cinayət işinin 126-cı vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Qəbələ rayonunun Tikanlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs ilk dəfə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir və o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 127-ci vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X19 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2391 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 128-129-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır (cinayət işinin 167-173-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mənbəyi ilə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə baş cinayət işi ayrıca icraata ayrılmış və ayrıca icraata ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin 174-175-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 28 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 325 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, 1c saylı evin 32 nömrəli mənzilində X7, X15 və X9 ilə birlikdə yaşayır. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 28 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakretizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözü gedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 118-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi 0,15 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar dilərək götürülmüş 0,298 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin əldə edilməsi, saxlanılması və daşınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-ci il tarixli, 8 nömrəli Qərarının cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuzəldə edilməsinin izahı Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini və himayəsində iki azyaşlı övladının olmasını, törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya xidmətinə həvalə edilməlidir və Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Bununla yanaşı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxsdə asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməlidir və o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından geri qaytarılmış 0,198 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və bir ədəd bükülərək boru şəklinə salınmış bir manatlıq əskinas hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməli və Təqsirləndirilən şəxs şəxsi axtarışı və idarə etdiyi avtomobilə keçirilən baxışın videgörüntüsiinü özündə əks etdirən 03 (üç) ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs və Şahid1 Xanlar oğlundan müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun barəsində qəti olaraq 02 (iki) 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya xidmətinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya xidmətində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsn barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 81(səksən bir) manat Təqsirləndirilən şəxs və Şahid1 Xanlar oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübutlar Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından geri qaytarılmış 0,198 qram çəkidə psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, bir ədəd bükülərək boru şəklinə salınmış bir manatlıq əskinas hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsi axtarışı və idarə etdiyi avtomobilə keçirilən baxışın videgörüntüsünü özündə əks etdirən 03 (üç) ədəd DVD disk isə cinayət işində saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-42/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-42/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver