Məhkəmə qərarları › İş №1(031)-43/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-43/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-43/2024 21.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Mirzəfərova Könül Murtuz qızının sədrliyi; Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi; Dövlət ittihamçısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2, Müdafiəçi Müdafiəçi1, Müdafiəçi Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroru X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə 61çıx-24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin məhkəmə hazırlıq iclası keçirilmədən həmin cinayət işində yol verilmiş nöqsanların aradan qaldırılması üçün Şabran rayon prokurorluğuna qaytarılmasını xahiş etmişdir. Məhkəmə ilkin məhkəmə zamanı aparılmış ibtidai araşdırma dövründə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, işin materialları ilə tanış olarkən müəyyən olunmuşdur ki, narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmamasını baxmayaraq, ********* nömrəli cinayət işinin ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. 49.2-ci maddəsinə əsasən müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. 49.3-cü maddəsinə əsasən toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir. 50.1-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir. 50.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraatın ayrılması müstəntiqin, prokurorun və ya məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 8 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroru X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə 61çıx-24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin məhkəmə hazırlıq iclası keçirilmədən həmin cinayət işində yol verilmiş nöqsanlar aradan qaldırılması üçün Şabran rayon prokurorluğuna qaytarılmasını xahiş etdiyindən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 303-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin. Həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar