Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-44/2021 19.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər – Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə 1967-ci il 28 avqust tarixdə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, 1984-cü il 04 oktyabr tarixdə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2021-ci il 17 mart tarixdə, saat 15 radələrində, Şabran şəhəri M. Ə. Rəsulzadə küçəsində yerləşən bazarın qarşısında şəhər sakini Təqsirləndirilən şəxs2 40 manata almaqla satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxladığı ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq olmaqla 0,896 qram təşkil edən 2 (iki) büküm kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,060 qram, 0,089 qram, 0,030 qram, 0,082 qram, 0,485 qram, 0,026 qram, 0,056 qram 0,016 qram, 0,027 qram və 0,025 qram təşkil edən hissələrə bölüb 10 ədəd xırda bükümlərə yerləşdirilmiş, heroinin təxminən 0,025 qram təşkil edən bir bükümü şəxsi tələbatının təmini məqsədi ilə istehlak etmiş, 0,016 qram təşkil edən bir bükümünü 2021-ci il 27 mart tarixdə, saat 09 radələrində, Şabran şəhəri M. Ə. Rəsulzadə küçəsində yerləşən şəhər bazarının qarşısında Şabran şəhər sakini Şahid2 4 manata, 0,027 qram iəşkil edən digər bükümünü isə bundan təxminən 2 saat sonra, saat 11 radələrində, şəhərin Zərifə Əliyeva küçəsində yerləşən istirahət parkında şəhər sakini Şahid1 oğuna 10 manata satmış, həmin günü, saat 13 radələrində, Şabran şəhəri mərkəzi bazarın T. Abbasov küçəsində yerləşən girişində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı o, saxlanılmış və şəxsi axtarış zamanı əyinindəki qara rəngli gödəkcəsinin sol yan cibindən ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,060 qram, 0,089 qram, 0,030 qram və 0,082 qram olmaqla dörd büküm və gödəkcənin sol qolunda kustar üsulla düzəldilmiş «gizli» cibindən ayrı-ayrıqda çəkiləri müvafiq olaraq 0,485 qram, 0,026 qram, 0,056 qram olmaqla üç büküm, ümumilikdə isə təmiz çəkisi 0,828 qram təşkil edən 7 büküm narkotik vasitə hesab olunan heroin, eləcə də 10 manat nəğd pul ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxladığı ümumi təmiz çəkisi 0,896 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) büküm kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini 2021-ci il 17 mart tarixdə, saat 15 radələrində, Şabran şəhəri M.Ə. Rəsulzadə küçəsində yerləşən bazarın qarşısında tanışı Təqsirləndirilən şəxs1 40 (qırx) manata satmış, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı sonuncu 27 mart 2021-ci il tarixdə saat 13 radələrində, Şabran şəhəri mərkəzi bazarın T. Abbasov küçəsində yerləşən girişində saxlanılmış və şəxsi axtarış zamanı həmin narkotik vasitənin bir qismi o cümlədən, onun əyinindəki qara rəngli gödəkcəsinin sol yan cibindən ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,060 qram, 0,089 qram, 0,030 qram və 0,082 qram olmaqla dörd büküm və gödəkcənin sol qolunda kustar üsulla düzəldilmiş «gizli» cibindən ayrı-ayrıqda çəkiləri müvafiq olaraq 0,485 qram, 0,026 qram, və 0,056 qram olmaqla üç büküm, cəmi isə ümumi təmiz çəkisi 0,828 qram təşkil edən 7 büküm narkotik vasitə hesab olunan heroin, eləcə də 10 manat nəğd pul ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadələrində özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 3 aydır ki, narkotik vasitə hesab edilən heroindən istifadə edir. 17 mart 2021-ci il tarixdə saat 15 radələrində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən bazarın qarşısında qonşuluğunda yaşayan Şabran şəhər sakini Yunus adlı şəxslə təsadüfən rastlaşıb və onda narkotik vasitə olubolmamasını soruşmuşdur. Yunusdan 40 manat pula 2 büküm təxminən 0,896 qram narkotik vasitə olan heroin aldıqdan sonra həmin narkotik vasitəni satmaq üçün təxminən 10 ədəd bükümlərə ayırıb və 0,025 qram çəkidə olan bir bükümü özü istifadə etmişdir. 27 mart 2021-ci il tarixdə səhər saat 09 radələrində Şabran şəhər bazarının qarşısında şəhər sakini Cəfər adlı şəxslə görüşmüş və təxminən 0,016 qram çəkidə 1 büküm heroini 4 manat pula ona satmışdır. Bundan başqa saat 11 radələrində Şabran şəhəri Zərifə Əliyeva küçəsində yerləşən istirahət parkında Şabran şəhər sakini Seyfulla ilə görüşmüş təxminən 0,027 qram çəkidə 1 büküm heroini 10 manat pula ona satmışdır. Həmin günü yəni 27 mart 2021-ci il tarixdə saat 13 radələrində Şabran şəhəri, T.Abbasov küçəsindən bazara girən zaman üç-dörd nəfər polis əməkdaşları ona yaxınlaşıb və özlərini təqdim edərək üzərində narkotik vasitənin olub-olmamasını ondan soruşmuşlar. Üzərində narkotik vasitə olan heroin olmasını onlara dedikdən sonra polis əməkdaşları onu Şabran RPŞ-nə dəvət etmişlər. Şabran rayonu polis şöbəsinə getdikdə şöbənin inzibati binasında olan otaqların birində polis əməkdaşı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və şəxsi vəkili olmadığı üçün Şabran rayonunda fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan vəkillərin siyahısı ona təqdim etmişlər. Şabran rayon ərazisində fəaliyyət göstərən vəkil Müdafiəçi2 hüquqlarının müdafiəsi üçün təyin olunmasını xahiş etdikdən təxminən 10-15 dəqiqədən sonra vəkil Müdafiəçi2 gəlmişdir. Vəkil Müdafiəçi2 iştirakı ilə üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əyinindəki qara rəngli gödəkcənin sol yan cibindən 4 (dörd) ədəd siqaretin gümüşü kağızına bükdüyü narkotik vasitəni çıxarıb təqdim edərək həmin bükülülərdəki kütlənin narkotik vasitə olan (kakos) yəni heroin olmasını bildirmişdir. Polis əməkdaşları vəkil Müdafiəçi2 iştirakı ilə həmin narkotik vasitələrə baxış keçirib və ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfə yerləşdirmişlər. Şəxsi axtarışla əlaqədar tərtib edilmiş protokol ilə tanış olduqdan sonra protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Onu Şabran rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə keçirdikdən sonra saxlanma yerində üzərinə təkrarən keçirilmiş baxış zamanı əyinindəki qara rəngli gödəkcənin sol qol cibində gizlətdiyi və şəxsi axtarış zamanı təqdim etmədiyi 2 ədəd siqaret kağızına və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilmişdir. Gödəkcəsinin sol qol cibindən aşkar edilmiş ümumilikdə 3 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin şəxs axtarış keçirilərkən yadından çıxdığı üçün təqdim etməmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq zərfə qoyulmuşdur. Şabran rayon PŞ-nə gətirilərkən üzərində ümumilikdə 7 büküm narkotik vasitə olan heroin olmuş və həmin bükümlər üzərindən aşkar edilərək götürülmüşdür. Etdiyi əməldən peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin almamışdır, ibtidai istintaq zamanı Yunusun üzünə ona görə durmuşdur ki, Yunus bir neçə ay öncə onların evinin qarşısından keçərkən uca səslə ünvansız söyüşlər etmişdir. Buna görə də ona qarşı ürəyində kin yaranmışdır. Əslində heroini Kamran adlı şəxsdən almışdır. Kamran da o, tutulmamışdan bir neçə gün əvvəl rəhmətə getmişdir. Bundan əlavə o, Şahid2 da heroin satmamışdır. Onu uzun müddətdir tanıdığına baxmayaraq, onun adını yalandan demişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, ünvan 2-də ailəsi ilə birlikdə yaşayır, ailədə anası, həyat yoldaşı və 2008-ci il təvəllüdlü Yusif adlı oğlu vardır, heç bir yerdə işləmir. Təxminən 4-5 ildir ki, tapdıqda narkotik vasitə olan heroindən istifadə edirək iynə ilə qol damarına vurur. Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 yaxşı tanıyır və onunla münasibəti həmişə yaxşı olmuşdur. Heç vaxt Təqsirləndirilən şəxs1 narkotik vasitə hesab edilən heroin satmamış və onun barəsində göstərdikləri yalandır. İlhamın ondan narkotik vasitə olan heroin almasını deməsinin səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 4 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Əsil adı Seyfulladır və rayon ərazisində onu İlqarın oğlu Baba kimi tanyırlar. Təxminən 6-7 aydır ki, əldə etdikdə narkotik vasitə olan heroindən istifadə edərək həmin heroini folqaya dolduraraq siqaret kimi çəkir. Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən 7-8 ildir ki, tanıyır və onun narkotik vasitə istifadə etməsi ona məlum olmuşdur. 27 mart 2021-ci il tarixdə səhər saat 11 radələrində Şabran şəhəri Zərifə Əliyeva küçəsində yerləşən parkda gəzişərkən təsadüfən Şabran şəhər sakini Təqsirləndirilən şəxs1lə rastlaşmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə olub-olmamasını soruşduqda o, bir büküm heroini ona 10 manat pula sata biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 10 manat pul verərək təxminən 0,027 qram çəkidə 1 (bir) büküm heroini istifadə etmək üçün almış və həmin narkotik vasitəni siqaret kağızının folqasına doldurub, siqaret kimi çəkərək istifadə etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, ünvan 5 ünvanıda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Bədənində ağrılar olduğuna görə təxminən bir aydır ki, tapdıqda yəni əldə edərkən narkotik vasitə olan heroindən istifadə edərək iynə ilə bədən əzələsinə vurur. Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, onun da narkotik vasitələrdən istifadə etməsi ona məlum olmuşdur. 27 mart 2021-ci il tarixdə səhər saat 09 radələrində Şabran şəhər sakini Təqsirləndirilən şəxs1lə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Şabran şəhər bazarının qarşısında görüşmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitə olub-olmamasını soruşduqda o, bir büküm narkotik vasitə olan heroini 4 manat pula ona sata biləcəyini bildirmişdir. Həmin zaman ondan 4 manat pula təxminən 0,016 qram çəkidə 1 (bir) büküm heroini istifadə etmək üçün almış və sonra da aldığı həmin narkotik vasitəni su ilə qataraq şprisə dolduraraq əzələsinə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Şabran RPŞ-nin PPXT-nın polis nəfəri polis serjantı vəzifəsində işləyir. Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatları olduğuna görə onu saxlayıb və baxış keçirilməsi üçün RPŞ-nə gətirmək qərarına gəlmişlər. Buna görə də 27 mart 2021-ci il tarixdə saat 13 radələrində RPŞ-nin PPXT-nın polis nəfərləri Şahid4 və İsmayıl Əlicanovla birlikdə xidmətdə olduqları zaman Şabran şəhəri mərkəzi bazarın T. Abbasov küçəsində yerləşən girişində Təqsirləndirilən şəxs1 saxlayıb və üzərinə baxış keçirilməsi üçün onu Şabran RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyib və onlarla birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-nin xidməti otaqların birində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə vidoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs1 etiraz etməyərək razılıq verdikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı o, əyinindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 4 ədəd siqaretin gümüşü rəngli kağız bükümlərini çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar edilmiş həmin bükümlər müstəntiq tərəfindən açıldıqda onların içində qəhvəyi rəngli tozşəkilli kütlələrin olması məlum olmuşdur. Həmin narkotik vasitəyə bənzər kütlələrin nə olmasını Təqsirləndirilən şəxs1 soruşduqda o, həmin bükümlərin içindəki kütlələrin «kakos» adlanın nakotik vasitə olduğunu və həmin narkotik vasitələri bir neçə gün əvvəl Şabran şəhər sakini Yunus adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa o, digər cibindən 10 manat pulu çıxardaraq masaya qoyub və həmin pulun bir neçə saat əvvəl Baba adlı şəxsə satdığı narkotik vasitənin pulu olmasını demişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş cəmisi 4 ədəd büküm və 10 manat pul onların iştirakı ilə ayrı-ayırıqda zərflərə qoyularaq qablaşdırılmışdır. Tərtib edilmiş protokol onlara oxunduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər. Sonradan Təqsirləndirilən şəxs1 saxlanılması üçün RPŞ-nin MSY-nə təhvil verildikdə onun üzərindən içində narkotik vasitə olan daha 3 ədəd büküm aşkar edilərək götürülməsi onlara məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin polis əməkdaşı Şahid4 polis əməkdaşı Şahid3 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2021-ci il tarixli 6/1203 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd zərfdə içərisində dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,089 qram, 0,030 qram, 0,082 qram ümumi təmiz çəkisi 0,261 qram, tədqiqata sərf edildi 0.06 qram, qalıq-0.201 qram olan qəhvəyi rəngli maddə xarici görnüş əlamətlərinə görə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2021-ci il tarixli 6/1207 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 (bir) ədəd zərfdə içərisində 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,485 qram tünd qəhvəyi rəngli, 1 (bir) ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,026 qram və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,056 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 0,567 qram olmaqla, sərf edildi ümumi – 0,09 qram (0,05 qr, 0,02 qr, 0,02 qr) qalıq 0.477 qramdır. Tədqiqata təqdim edilmiş qırmızı və gümüşü rəngli kağız bükümlərdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki komponetlərə görə eyinidirlər, 1 (bir) ədəd şəffaf polietilen bükümdəki heroin isə onlardan xarici əlamətlərinə və tərkibindəki komponetlərə görə fərqlidir. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd kağız bükümlərdəki ümumi təmiz çəkisi 0.201 qr, sərf edildi: ümumi 0,04 qr, qalıq 0.161 qram heroinlər 27 mart 2021-ci il tarixli 6/1203 saylı ekspert rəyi təqdim edilmş qırmızı və gümüşü rəngli kağız bükümlərdəki heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponetlərinə görə fərqlidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı) İ daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 16 may 2021-ci il tarixli 6/1704 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı Şabran şəhəri 28 may küçəsində yerləşən evindən aşkar edilərək götürülmüş 1 ədəd 2 ml-lik istifadə edilmiş şprisin içərisində və 1 ədəd elektron tərəzinin üzərində kustar üsulla hazırlanmış narkotik vasitə heroinin izləri vardır. İz şəkilində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı) İ daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Məhkəmə-Narkoloji Ekspertizasının 27 may 2021-ci il tarixli 1622 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoqoidlərini tərkibində saxlayan sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Məhkəmə-Narkoloji Ekspertizasının 03 iyun 2021-ci il tarixli 1711 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoqoidlərini tərkibində saxlayan sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs2 narkomaniya diaqnozu ilə Şabran rayon MX-da narkoloji kabinetdə dispanser qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02 aprel 2021-ci il və 04 may 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxslərdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli 3053 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında ailə üzvləri, anası – X5, oğlu – 2008-ci il təvəllüdlü Yunuslu Xalid (Yusif) Yunus oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli 3046 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli 3052 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu ünvan 6 ünvanında ailə üzvləri, həyat yoldaşı – X3, oğlu – 1996-cı il təvəllüdlü X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli 3045 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli 4(031)- 12/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli 4(031)- 16/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 24 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 27 mart 2021-ci il tarixli tutma protokolundan, eləcə də 29 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 29 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şabran rayon Polis Şöbəsi tərəfindən verilmiş 19 avqust 2021ci il tarixli məktbdan və ona əlavə olunmuş arayışdan görünür ki, X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3-də qeydiyyatda olsa da, uzun müddətdir ki, həmin ərazidə yaşamadığına görə tərəflərindən Şabran rayon məhkəməsinə gətirilməsi mümkün olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 narkotik vasitə hesab edilən heroini İ. Quliyevə satmaması barədə eləcə də, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Y.Ynusludan narkotik vasitə hesab edilən heroin almaması barədə irəli sürdükləri dəlilləri iş üzrə toplanmış sübutlar məcmusu ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, onların bu ifadələri inandırıcı deyildir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayındırmaq, Təqsirləndirilən şəxs2 isə özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, vidoçəklişlə aralarında keçirilmiş üzləşdirmə zamanı sonuncu üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroini 17 mart 2021-ci il tarixdə saat 15 radələrində 40 manata Təqsirləndirilən şəxs2 aldığını bir daha onun üzünə qarşı deyərək ifadələrini təsdiq etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar rayon məhkəməsinə verilmiş təqdimatın müzakirəsi zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroini Təqsirləndirilən şəxs2 almasını bir daha onun üzünə qarşı demişdir. Bundan başqa rayon məhkəməsinin müvafiq qərarı ilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda keçirilmiş axtarış zamanı onun yataq otağından 1 ədəd 2 ml-lik istifadə edilmiş şpris və 1 ədəd elektron tərəzi aşkar edilərək məhkəmə-kimyəvi espertizasınına təqdim edilmiş və keçirilmiş ekspertizanın nəticəsində həmin əşyaların üzərində narkotik vasitə hesab edilən heroinin izlərinin olması müəyyən olunmuşdur. Göründüyü kimi bu faktın özü də təqsirləndirilən Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə hesab edilən heroin satmasına yəni sözügedən cinayəti törətməsinə dəlalət edir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini təqsirləndirilən şəxslərə verilmiş ittihamla bağlı olan işin faktiki halları ilə üst-üstə düşməsini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların özlərinin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən ibtidai istintaq zamanı cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 mart 2021-ci ildən 29 mart 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu əsaslı hesab edir. Həmçinin Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 293 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Respublika büdcəsinə ödənilməli, iş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan, təqsirləndirilən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,089 qram, 0,030 qram, 0,082 qram, 0,485 qram, 0,026 qram, 0,056 qram və ümumi təmiz çəkisi 0,828 qram, tədqiqata sərf olunduqdan sonra qalıq 0.638 qram olan heroin, təqsirləndirilən Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd 2 ml-lik istifadə edilmiş şpris və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 götürülmüş 10 manat məbləğində nəğd pul Respublika büdcəsinə ödənilməli, üzləşdirmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan təqdiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan təqdiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 24 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə məsrəfi hesab olunan 293 (iki yüz doxsan üç) AZN məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan, təqsirləndirilən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş yeddi ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,089 qram, 0,030 qram, 0,082 qram, 0,485 qram, 0,026 qram, 0,056 qram və ümumi təmiz çəkisi 0,828 qram, tədqiqata sərf olunduqdan sonra qalıq 0.638 qram olan heroin, təqsirləndirilən Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd 2 ml-lik istifadə edilmiş şpris və 1 ədəd elektron tərəzi məhv edilsin. Həmçinin Təqsirləndirilən şəxs1 götürülmüş 10 manat məbləğində nəğd pul Respublika büdcəsinə ödənilsin, üzləşdirmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-44/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-44/2021
19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver