Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-45/2021 05.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 27 avqust 1968-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 30 mart 2021-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə 11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, qanunun sözügedən tələblərini pozaraq 07 aprel 2021-ci il tarixdə saat 10 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı evi özbaşına tərk edərək küçəyə çıxıb idarə etdiyi avtomobillə Siyəzən rayonu Gil-gilçay qəsəbəsi ərazisinə dəniz kənarına gedib-qayıtmış, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır, xərçəng xəstəliyindən əziyyət çəkən, ərindən ayrılıb onun yanında yaşayan Xədicə adlı qızı və “psixi-fiziki inkişafın kəskin geriliyi” diaqnozu ilə xəstə olan Lamiyə adlı qızı onun himayəsindədir. Özü də ikinci qrup əlildir. Fərdi əməklə məşğul olur, hər gün Xaçmaz rayonuna gedərək oradan meyvə tərəvəz gətirib Şabran şəhərində sataraq qazanc əldə edib ailəsini dolandırır. Təxminən 29 mart 2021-ci il tarixdə Şabran rayon MX-da pandemiya ilə əlaqədar yoxlanışdan, yəni testdən keçmişdir. 30 mart 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasının həkimləri yaşadığı evə gəlib onun “Covid 19” yeni növ koronavirus xəstəliyinə tutulması barədə ona məlumat vermişlər. Həkimlər özünü cəmiyyətdən təcrid edib, insanlarla təmaslardan qaçaraq ev şəratində müalicə almaqla karantin rejimi qaydalarına riayət etməsinin vacibliyini ona bildirmişlər. Buna baxmayaraq evdə darıxdığı üçün küçəyə çıxıb gəzişmək istəmişdir. Buna görə də 07 aprel 2021-ci il tarixdə saat 10 radələrində özünə məxsus “QAZ-31010” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək yaşadığı evi tərk edib və Siyəzən rayonu Gil-gilçay qəsəbəsi ərazisinə dəniz kənarına gəzişməyə getmişdir. Həmin gün saat 12 radələrində Şabran rayon PŞ-nin əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq təcili olaraq onu evə çağırmışlar. Yaşadığı evə qayıdarkən evinin qarşısında küçədə Şabran rayon PŞ-nin əməkdaşları ona yaxınlaşaraq küçəyə çıxdığına görə iradlarını bildirib videoçəkliş aparmaqla sənədləşdirmə işləri aparmışlar. Küçəyə çıxmağının səbəbi barədə izahat verib, həmin xəstəliyin daha da geniş yayılmasına və insanları yolxudurmaq məqsədi, həmçinin niyyətinin olmamasını göstərmişdir. Bundan sonra xüsusi geyimdə olan polis əməkdaşları onu yaşadığı evə yola salaraq çıxıb getmişlər. Təqsirini boynuna alır, etdiyi hərəkətlərin bu qədər ciddi olmasını dərk etməmişdir. İndi başa düşür ki, cinayət törətmişdir, törətdiyi cinayət əməlinə görə peşmanlıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXT-nın polis nəfəri polis serjantı Şahid2 göstərdi ki, 07 aprel 2021-ci il tarixdə səhər saatlarında polis əməkdaşları Əmirxan Qasımov, Samir Misirxanov və Şahid1la birlikdə “Covid 19” yeni növ koronavirus xəstələrinin yaşadıqları ünvanlara gedib, onları yoxlayarkən ünvan 3a olmaqla yaşayan “Covid 19” yeni növ koronavirus testi “pozitiv” çıxmış Təqsirləndirilən şəxs yaşadığı evi tərki edərək küçəyə çıxması onlara məlum olmuşdur. Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb, onun harada olmasını soruşduqda sonuncu, Siyəzən rayonu Gil-gilçay qəsəbəsində dəniz kənarında olduğunu onlara dedikdən sonra onun təcili olaraq yaşadığı evə qayıtmasını ondan tələb etmişlər. Bir neçə saatdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yaşadığı evin qarşısına gəlib çıxmışdır. Təqsirləndirilən şəxs həkimlər tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməmək və ev şəraitində müalicə olunması tapşırılmasına baxmayaraq sonuncu, bu tövsiyələrə əməl etməyərək küçəyə çıxmaqla xəstəliyin daha da geniş yayılmasına şərait yaratmışdır. Əməkdaşlarla birlikdə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə sonuncu, səhvini başa düşərək evdə darıxdığına görə dəniz kənarına Siyəzən rayonu Gil-gilçay qəsəbəsinə dəniz kənarına getdiyi deyərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra bu barədə RPŞ-nin müstəntiqi tərəfindən müvafiq protokol tərtib edildikdən sonra protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Küçədə olan Təqsirləndirilən şəxs da yaşadığı evə yola saldıqdan sonra çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşı Şahid1 iş üzrə Şahid2 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şabran rayon mərkəzi xəstəxanası X14 tərəfindən verilmiş 15 aprel 2021 il tarixli 209 saylı cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə “Covid-19” infeksiyası ilə əlaqədar analiz vermiş və 30 mart 2021-ci il tarixdə analizin cavabı “pozitiv” olaraq gəlmiş və o, 14 gün ev nəzarətinə yazılmışdır. Təqsirləndirilən şəxs bu haqda elə həmin gün məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 07 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli 1911 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda ailə üzvləri – arvadı X3, eləcə də uşaqları – 1984-cü il təvəllüdlü X5 və 1997-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli 1917 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Şabran rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli 1944 saylı arayışdan görünür ki, X6 “Şabran RMX” X15 psixonevroloji kabinetdə “Perinatal hipoksik ensefalopatiya psixi-fiziki inkişafın kəskin geriliyi hipotrofiya. Tetraparez” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş Xəstəlik tarixindən çıxarışdan (epikriz) görünür ki, Təqsirləndirilən şəxs qızı 30.01.1994-cü il təvəllüdlü X1 “Antral hissəsinin xərçəngi. Baş vermiş qanaxma. Dekompensə olunmuş stenoz” diaqnozu ilə xəstədir. İş materiallarında olan X2 götürülmüş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlilliyə görə 130 manat sosial pensiya alır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ikinci qrup əlil olmasını, himayəsində xəstə qızlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran və Xaçmaz rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskinin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran və Xaçmaz rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskinin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-45/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-45/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver