Məhkəmə qərarları › İş №1(031)-45/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-45/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-45/2022 27.07.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxxx 1969-cu il tarixdə Şabran rayonu Ağbaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Xızı rayonu 9 nömrəli Yaşılaşdırma İdarəsində fəhlə işləyən, məhkumluğu olmayan, Şabran rayonu Ağbaş kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, xx xxxxxxxx 1974-cu il tarixdə Şabran rayonu Ağbaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şabran rayonu Ağbaş kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 06 yanvar 2022-ci il tarixdə saat 09 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Şabran rayonu Ağbaş kəndində yerləşən Gilgilçay-Qızılburun mənzilinin 2546-cı kilometrliyindən 120 manat dəyərində 150 metr uzunluğunda rabitə məftilini qanunsuz götürüb hadisə yerindən uzaqlamış, bununla da bir qrup şəxs halında dəmir yol xətlərinə münasibətdə oğurluq etmiş, yəni özgənin əmlakını bir qrup şəxs halında dəmir yol xətlərinə münasibətdə gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 06 yanvar 2022-ci il tarixdə saat 09 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Şabran rayonu Ağbaş kəndində yerləşən Gilgilçay-Qızılburun mənzilinin 2546-cı kilometrliyindən 120 manat dəyərində 150 metr uzunluğunda rabitə məftilini qanunsuz götürüb hadisə yerindən uzaqlaşmış, bununla da bir qrup şəxs halında dəmir yol xətlərinə münasibətdə oğurluq etmiş, yəni özgənin əmlakını bir qrup şəxs halında dəmir yol xətlərinə münasibətdə gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Xızı rayonu ərazisində yerləşən Yaşıllaşdırma idarəsində işləyir. Onun iş fəaliyyəti şimal istiqamətində yerləşən avtomobil yolunun kənarı ilə əkilmiş ağac və qələmlərə, həmçinin təmizliyə nəzarət etməkdən ibarətdir. Yaşadığı kəndə gedən yol Siyəzən rayonunun ərazisindən keçir. 06 yanvar 2022-ci il tarixdə saat 09 radələrində Siyəzən rayonu ərazisində yerləşən avtomobil yolunun kənarında iş yoldaşı Fərmanla işləyərkən rəhbərlikləri tərəfindən dəmir yolu xətləri istiqamətində yerləşən su borusunu çəkib kənara qoyulması tapşırılmışdır. Buna görə də o, Fərmanla Qızılburun-Gilgilçay dəmir yolu istiqamətində gedərək verilmiş tapşırığı yerinə yetirmişdir. Həmin vaxt o, Fərmanla dəmir yolu xətləri ərazisində, yerdə rabitə kabellərinin olduğunu görmüş, həmin kabelləri kəsərək götürüb evlərinə şəxsi istifadələri üçün aparmaq qərarına gəlmişlər. Buna görə də həmin kabeli kəsib iki yerə bölərək götürməklə evləri istiqamətində gedərkən qarşılarına polis əməkdaşı çıxmış, kabeli hardan götürdüklərini və buna hər hansı bir şəxsdən icazə alıb-almadıqlarını soruşmuş, onlar da hər şeyi olduğu kimi danışmışlar. Bundan sonra onlar polis əməkdaşı tərəfindən Xaçmaz st. XPŞ-nə dəvət edilmişlər. Şöbədə araşdırma aparılaraq məlum olmuşdur ki, onlar oğurluq cinayəti törətmişlər. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o Xızı rayonu ərazisində yerləşən Yaşıllaşdırma idarəsində işləyir, iş fəaliyyəti Şimal istiqamətində yerləşən avtomobil yolunun kənarı ilə əkilmiş ağac və qələmlərə, həmçinin təmizliyə nəzarət etməkdən ibarətdir. Şabran rayonunun mərkəzindən yaşadığı kəndə gedən yol Siyəzən rayonunun ərazisindən keçir. 06 yanvar 2022-ci il tarixdə saat 09 radələrində Siyəzən rayonu ərazisində yerləşən avtomobil yolunun kənarında iş yoldaşı Bəxtiyarla işləyərkən rəhbərlikləri tərəfindən tapşırıq gəlmişdir ki, dəmir yolu xətləri istiqamətində yerləşən su borusunu çəkib kənara qoymaq lazımdır. Buna görə də o, Bəxtiyarla Qızılburun-Gilgilçay dəmir yolu istiqamətində gedib verilmiş tapşırığı yerinə yetirmişdir. Həmin vaxt dəmir yolu xətləri ərazisində Bəxtiyarla yerdə rabitə kabelləri olduğunu görmüşlər və qərara gəlmişlər ki, həmin kabelləri kəsərək götürüb evlərinə şəxsi istifadələri üçün aparsınlar. Buna görə də kabeli kəsib iki yerə bölərək götürüb evləri istiqamətdə gedərkən yolda qarşılarına polis əməkdaşı çıxaraq kabeli hardan götürdüklərini və buna hər hansı bir şəxsdən icazə alıb-almadıqlarını soruşmuş, onlar da hər şeyi olduğu kimi danışmışlar. Sonra polis əməkdaşı tərəfindən Xaçmaz st. XPŞ-nə dəvət olunmuşlar. İzahatları alınmış, müəyyən edilmişdir ki, onlar "xxxx" QSC-nə məxsus kabel xəttini oğurlamışlar. Etdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, hazırda "xxxx" QSC-nin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsində baş mühəndis vəzifəsində işləyir. "xxxx" QSC-nin infrastruktur departamentinin verdiyi etibarnaməyə əsasən ona hazırki cinayət işində zərərçəkmiş hüquqi şəxsin, yəni "xxxx" QSC-nin müvəkkil edilmiş nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. 06 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Gilgilçay-Qızılburun mənzilindən 120 manat dəyərində 150 metr uzunluğunda rabitə kabelinin oğurlamaları nəticəsində 120 manat dəyərində ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, Xaçmaz st. XPŞnin PPXM-nın komandiri, polis baş serjantı vəzifəsində işləyir. 06 yanvar 2022-ci il tarixdə saat 10:40 radələrində xidməti ərazisini yoxlayan zaman Siyəzən rayonu ərazisində yerləşən Qızılburun-Gil-gilçay mənzili ərazisindən iki nəfər şəxsin əllərində dəmir yolu xətlərinə məxsus rabitə məftili ilə getdiklərini və dəmir yolu xətləri ərazisindən çıxdıqlarını görmüşdür. Buna görə dərhal həmin şəxslərə yaxınlaşıb özünü təqdim edərək əllərində olan rabitə məftillərini hara apardıqlarını soruşduqda həmin şəxslər kabeli dəmir yolu xətləri ərazisindən söküb götürdüklərini bildirmişlər. Bu səbəbdən də o, bu barədə rəhbərliyinə məlumat verib həmin şəxsləri Xaçmaz st. XPŞ-nə dəvət etmişdir. Sonradan həmin şəxslərin Şabran rayonu Ağbaş kənd sakinləri – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli HK-1/01 saylı ekspert rəyindən görünür ki, respublikada keçən ticarət məntəqələrində, inşaat materialları satışı mağazalarında, yerli internet saytlarında mövcud olan qiymətlərdən, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə və eləcə də "xxxx" QSC İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 27№-li məlumatdan istifadə edilməklə, təqdim edilmiş nümunə əsasında ekspertiza təyini haqqında qərarda göstərilən 01 metr məftilin 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 0,80 manat, 150 metr 120.0 (150 metr x 0,80 manat) manat müəyyən edilir. İş üzrə təhqiqatçı Əli Hüseynov tərəfindən Xaçmaz st. XPŞ-nin inzibati binasının həyətində xx.xx.2022-ci il tarixdə 150 metr uzunluğunda rabitə məftilinə keçirilmiş baxış zamanı həmin rabitə məftili təhqiqatçı tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və Rabitə sahəsindən 07 yanvar 2022-ci il tarixli cavab məktubundan görünür ki, 06 yanvar 2022-ci il tarixdə Gilgilçay-Qızılburun mənzilində yerləşən dəmir yolu xətlərindən oğurlanmış 150 metr rabitə məftilinin 01 metrəsi 0,80 manat olmaqla 150 metrinin qiyməti 120 manat təşkil edir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Vüqar Qasımov məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, təqirləndirilən şəxslərə qarşı heç bir iddiaları, tələbləri və şikayətləri yoxdur. Cəzanın təyin edilməsi məsələsi məhkəmənin mülahizəsinə buraxılır. Eyni zamanda, işə onların iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının qəbul edilməsini xahiş edirlər. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin Şabran rayonu Ağbaş kəndində yerləşən Glgilçay-Qızılburun mənzilinin 2546-cı kilometrliyindən Şabran rayon sakinləri – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış 120 manat dəyərində 150 metr uzunluğunda rabitə məftili "xxxx" QSC-nin 1 saylı rabitə sahəsinin böyük elektromexaniki X6 cinayət işinin ibtidai istintaqının bitməsi ilə əlaqədar olaraq təhvil verilmişdir. Aktın doğruluğunu Şahid, E.Güləliyev öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxslərdir. İş materiallarında olan Şabran RİH Başçısının Ağbaş İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 104 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonu Ağbaş kəndində ailə üzvləri – arvadı X2, oğlu 2008-ci il təvəllüdlü X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Ağbaş İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Birinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır. Spirtli içkilərə meyilli deyildir. Heç bir siyasi partiyanın və dini təşkilatın üzvü deyildir. Ailəlidir, üç övladı var. İş materiallarında olan Şabran RİH Başçısının Ağbaş İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 105 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayonu Ağbaş kəndində ailə üzvləri – arvadı X7, 2007-ci il təvəllüdlü oğlu Təbriz Quliyevlə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Ağbaş İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, iki övladı vardır. Spirtli içkilərə meyilli deyildir. Heç bir siyasi partiyanın və dini təşkilatın üzvü deyildir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2-cü maddələri ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların özlərinin səmimi etirafedici ifadələrilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndə və şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onların əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran və Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Ağbaş kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran və Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağbaş kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) AZN Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab "xxxx" QSC-yə məxsus 150 metr uzunluğunda rabitə məftilinin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutlmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran və Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağbaş kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutlmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran və Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağbaş kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan – aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) AZN Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübut hesab "xxxx" QSC-yə məxsus 150 metr uzunluğunda rabitə məftilinin sahibinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar