Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-45/2023 09.08.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3, Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu il tarixdə Şabran rayonunda anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri, Z.Əliyeva küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs1 məxsus ünvan 4indən oğurluq etmək barədə əvvəlcədən plan qurmuş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 20 mart 2023-cü il tarixdə axşam saatlarında sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə daxil olduqdan sonra həyətdən tapdığı çəkiclə evin plastik pəncərəsini açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq evin mətbəxindəki mebelin dolabından Zərərçəkmiş şəxs1 məxsus 30 manat pulu, yenə həmin mətbəxdəki Zərərçəkmiş şəxs1 əl çantasından 40 manat pulu, evin qonaq otağındakı stolun üzərindən Zərərçəkmiş şəxs1 məxsus 11 manat pulu, evin yataq otağındakı dolabın siyirməsindən yenə sonuncuya məxsus 1120 manat pulu, yataq otağındakı Rəqsanə Məmmədovun əl çantasından isə Zərərçəkmiş şəxs2 məxsus 120 manat pulu və yenə həmin yataq otağından termonun üzərindən sonuncuya məxsus birinin qiyməti 80 manat olmaqla ümumi dəyəri 240 manat olan 3 ədəd gümüş qolbağları, birinin qiyməti 75 manat olmaqla ümumi dəyəri 300 manat olan 4 ədəd gümüş üzükləri, birinin qiyməti 120 manat olmaqla ümumi dəyəri 360 manat olan 3 ədəd gümüş komplekti olmaqla bununla da zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 2.221 (iki min iki yüz iyirmi bir) manat məbləğində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, Şabran şəhəri, Z.Əliyeva küçəsi ev 17-də anası Gülcahan Məmmədova, həyat yoldaşı Raziyə Məmmədova və iki az yaşlı uşaqları ilə birlikdə yaşayır. Rəsmi olaraq iş yeri olmasa da, fərdi əməklə məşğul olub öz ailəsini dolandırır. O, Şabran rayon ərazisində yerləşən mənzillərdən oğurluq etdiyinə görə Şabran rayon məhkəməsinin hökmləri ilə təqsirli bilinib məhkum olunmuş, sonuncu dəfə cəzasını sonadək çəkib 18 mart 2022-ci il tarixdə azadlığa çıxmış və azadlıqa çıxdıqdan sonra Şabran rayonunda yerləşən yaşadığı evinə qayıdıb gəlmişdir. Maddi vəziyyəti ağır olduğuna görə yenidən oğurluqlar etmək qərarına gəlmişdir. Buna görə də o 15 mart 2020ci il tarixdə təxminən saat 18 radədələrində əynindəki qara rəngli gödəkçəsinin cibinə atfyorkanı və evdə olan köhnə əlcəyini qoyub yaşadığı evdən çıxıb oğurluq etmək məqsədilə yaşadığı evin yaxınlığında yerləşən evlərə bir-bir baxa-baxa piyada getməyə başlamışdır. Bundan sonra o rayon sakini kimi tandığı Şabəddinin oğlu Mehmanın yaşadığı evin yaxınlığından keçərkən evin işığlarının yanmadığını görmüş və evin arxa tərəfinə keçib mişar daşları ilə inşa edilmiş hasarından evin həyətinə daxil olmuşdur. Evin həyətinə daxil olduqdan sonra o cibində olan əlcəyini çıxarıb əllərinə keçirtmişdir ki, evdə olan əşyalarda əl barmaq izi qalmasın. Sonra evin giriş qapısının bağlı olub-olmadığını yoxlamış və həmin vaxt evin dəmir seyf giriş qapısının bağlı olduğunu görüb evin arxa tərəfinə keçmiş və üzərində götürdüyü atfyorka ilə evin plastik materialdan hazırlanan pəncərəsini aralıyıb sındırmış və pəncərədə olan setkanı isə çıxardıb yerə qoymuş, sonra pəncərədən evin birinci mərtəbəsində olan yataq otağına daxil olmuşdur. Sonra o yataq otağında heç bir qiymətli əşya və ya pul tapa bilmədiyinə görə digər yataq otağına keçmiş və orada olan paltar şkafının yuxarı gözündə olan qızıl qabından qızılları yəni 1 ədəd qızıl qadın üzüyünü, 1 ədəd üzərində kitab formasında kulonu olan qızıl boyunbağını və 1 ədəd qızıl kulonu oğurlamışdır. Bundan başqa orada olan qadın əl çantasından 87 manat nəğd pulu və şkafın aşağı gözündən içərisində təxminən 100-150 manat pul olan 3 litrlik bankanı oğurlayıb gəldiyi kimi pəncərədən çıxmış və qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra o oğurladığı 3 litrlik bankanı sındırıb içərisindəki pulları götürmüş və həmin pulları saydıqda görmüşdür ki, hamısı manatlıq olmaqla 150 manat pul vardır. O həmin pulu əynindəki cins şalvarın cibinə qoymuş və alət kimi işlətdiyi atfyorkanı, əlcəyini və həmin 3 litrlik bankanı dəqiq yadında qalmayan yerə kol-kosun içərisinə tullamış, sonra yaşadığı evə getmişdir. Səhərisi günü təxminən saat 11 radələrində o Şabran rayon avtovağzalından yol marşurutu ilə Sumqayıt şəhərinə getmiş və şəhərin mərkəzində yerləşən ,,Cavid” ticarət mərkəzinin yaxınlığındakı qızıl-alqı satqısı mağazasına daxil olub orada satıcı kimi adını bildiyi Mehman adlı şəxsə pula ehtiyyacı olduğuna görə evlərinə məxsus qızıllarını satmaq istədiyini ona bildirib, həmin qızılları ona 230 manata satmışdır. Bundan sonra o təxminən gunorta saatlarında qayıdıb yaşadığı Şabran rayonuna gəlmiş və Şabran şəhəri, Xətai küçəsində yerləşən «Bəy» kafesində oturub yeyib içmişdir. Oğurluqdan əldə etdiyi pulların bir qismini özü üçün yeyib içməyə, qalanını isə ailəsinə bazarlıq etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4ində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və iki övladı var. Təxminən 4 ilə yaxındır ki, Şabran rayon X2 Mərkəzinin müdiri vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə, axşam saat 18 radələrində, Novruz bayramı ilə əlaqədar ailə üzvlərini də götürərək Şabran rayonunda yaşayan qaynatası Yavuz Şahmərdanovun evinə qonaq getmişlər. Saat 22 radələrində isə oradan çıxaraq yaşadıqları evə gəlmişlər. Qaynatası ilə onun evin arasındakı məsafə 5 dəqiqəlikdir. Evin darvazasından içəri daxil olduqda ilk növbədə mətbəxin qapısının aralı olduğunu, bundan əlavə dəhlizin pəncərəsinin də açıq olduğunu görmüşdür. Bu vəziyyətində belə olduğunu gördükdə evə oğrunun girdiyini anlamışdır. Evə daxil olduqda isə evə giriş qapısının açıldığını və evin ona məxsus yataq otağının dağıdıldığını aşkar etmişdir. Buna görə də ilk növbədə qaynı Elnurla əlaqə saxlamışdır. O da atası ilə birlikdə eyni ünvanda yaşayır. Elnur dərhal yaşadığı ünvana gəlmiş, evə gəldikdən sonrada sonuncu DİN-nin 102 xidmətinə məlumat verərək evdən oğurluq olduğunu bildirmişdir. Həmin günü evində 5000 manat pul varmış. Həmin pul da tanışı Eminə məxsus olmuşdur. Belə ki, həmin günü səhər saatlarında Emin onunla telefon əlaqəsi saxlayaraq onun üçün Bakı şəhərindən yol taksisi ilə 5000 manat pulu göndərəcəklərini, ancaq onun Şabran rayonunda olmadığına görə pulu onun götürməyini xahiş eləmişdir. O da Eminlə razılaşmışdır. O, səhər saatlarında yol taksisindən pulu götürərək yaşadığı evin yataq otağında paltar dolabının içərisinə qoymuşdur. Evin o vəziyyətdə olduğunu gördükdə bir anlıq evdən həmin 5000 manatın da oğurlandığını düşünmüş və bunu həyacanlanaraq evdəkilərə də söyləmişdir. Bunu eşidən Elnur da bilməyərək DİN-nin 102 xidmətinə müraciət edən zaman evdən 5000 manat pulun da oğurlandığını söyləmişdir. Elnurun DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında polis əməkdaşları gəlib evə baxış keçirtmiş, baxış zamanı isə məlum olmuşdur ki, evdən 5000 manat pul oğurlanmayıb. Həmin 5000 manat pulu tanışı Emin günorta saatlarında gəlib evdən götürüb. Sadəcə olaraq o, çox həyacanlandığına və qorxduğuna görə evdə 5000 manat pulun olduğunu fikirləşmişdir. Ancaq sonradan həyat yoldaşı Rəqsanə ona demişdir ki, pulu Eminə günorta saatlarında vermişdir. Evə yenidən baxış keçirən zaman ona məlum olmuşdur ki, evin mətbəxindən ona məxsus çantadan 40 manat pul və evin yataq otağındakı dolabın içərisindən isə 40 manat pul olmaqla ümumilikdə 80 manat pul oğurlanıb. Və bu haqda da RPŞ-nə ərizə ilə müraciət edərək evindən 80 manat pulun oğurlandığını bildirmişdir. Ancaq həmin vaxtı artıq günün gec saatları olduğuna və həyəcanlı olduğuna görə evə diqqətlə baxış keçirə bilməmişlər. Elə həmin gecə RPŞ-nə ərizə ilə müraciət etdikdən sonra yenidən o və ailə üzvləri evə baxış keçirən zaman isə ona məlum olmuşdur ki, evdən 80 manat yox, daha çox pul oğurlanmışdır. Belə ki, hadisə baş verən günü evin mətbəxindəki stolun üzərindəki əl çantasından 40 manat pul, yenə həmin mətbəxdəki mebel dolabından 30 manat pul, evin qonaq otağındakı stolun üzərindən 11 manat pul, yataq otağındakı dolabın alt siyirməsindən isə 1120 manat pul və yenə həmin otaqdakı həyat yoldaşı Zərərçəkmiş şəxs2 əl çantasından isə 120 manat pul oğurlanıb. Bundan əlavə, evindən puldan yanaşı evin yataq otağındakı termonun üzərindən həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus ayrıayrılıqda dəyərləri 100, 80 və 75 manat olmaqla 3 ədəd gümüş qolbaq, ayrı-ayrılıqda dəyərləri 70, 150, 42 və 55 manat olan 4 ədəd gümüş üzükləri və ayrı-ayrılıqda dəyərləri 160, 175 və 35 manat olan 3 ədəd gümüş komplekt oğurlanmışdır. RPŞ-nə aidiyyəti üzrə məlumat verdikdən sonra RPŞ-dən ona məlumat veriblər ki, evindən oğurluq edən şəxs Şabran rayon sakini Təqsirləndirilən şəxsdur. Ona vurulmiş ziyan ödənilmədiyinə görə təqsirləndirlən şəxs ilə barışmamışdır, ona görə də Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4ində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və iki övladı var. Heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə, axşam saat 18 radələrində, Novruz bayramı ilə əlaqədar ailə üzvləri ilə birlikdə Şabran rayonunda yaşayan atası Yavuz Şahmərdanovun evinə qonaq getmişlər. Saat 22 radələrində isə oradan çıxaraq yaşadıqları evə gəlmişlər. Atası ilə onların evinin arasındakı məsafə 5 dəqiqəlikdir. Evin darvazasından içəri daxil olduqda ilk növbədə mətbəxin qapısının aralı olduğunu, bundan əlavə dəhlizin pəncərəsinin də açıq olduğunu görmüşdür. Bu vəziyyətdə evə oğrunun girdiyini anlamışdır. Evə daxil olduqda isə evə giriş qapısının açıldığını və evin ona məxsus yataq otağının dağıdıldığını aşkar etmişdir. Buna görə də Zəfər ilk növbədə qardaşı Elnurla əlaqə saxlamışdır. Elnur atası ilə birlikdə eyni ünvanda yaşayır. Elnur da dərhal yaşadığı ünvana gəlmiş, evə gəldikdən sonra Elnur DİN-nin 102 xidmətinə məlumat verərək evdən oğurluq olduğunu söyləmişdir. Həmin günü evində 5000 manat pul varmış. Həmin pul da qohumu Eminə məxsus olmuşdur. Belə ki, həmin günü səhər saatlarında Emin Zəfərlə telefon əlaqəsi saxlayaraq onun üçün Bakı şəhərindən yol taksisi ilə 5000 manat pulu göndərəcəklərini, ancaq onun Şabran rayonunda olmadığına görə pulu onun götürməyini xahiş etmişdir. Zəfər də onunla razılaşmışdır. Zəfər elə səhər saatlarında yol taksisindən pulu götürərək yaşadığı evin yataq otağında paltar dolabının içərisinə qoymuşdur. Həmin günü günorta saatlarında isə Emin onun evinə gələrək ona məxsus 5000 manatı götürmüş, ancaq bu barədə həyat yoldaşı Zəfərə məlumat vermək yadından çıxmışdır. Zəfər evin o vəziyyətdə olduğunu gördükdə bir anlıq evdən həmin 5000 manatın da oğurlandığını düşünmüş və bunu həyacanlanaraq evdəkilərə də söyləmişdir. Bunu eşidən Elnur da bilməyərək DİN-nin 102 xidmətinə müraciət edən zaman evdən 5000 manat pulun da oğurlandığını söyləmişdir. Elnurun DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında polis əməkdaşları gəlib evə baxış keçirtmiş, baxış zamanı isə həyat yoldaşı Zəfərə Eminə məxsus pulu sonuncuya qaytardığını və evdən 5000 manat pul oğurlanmadığını söyləmişdir. Sadəcə olaraq Zəfər çox həyacanlandığına və qorxduğuna görə evdə 5000 manat pulun oğurlandığını fikirləşmişdir. Polis əməkdaşları evə gələn zaman artıq günün gec saatları olduğuna və həyəcanlı olduqlarına, bundan əlavə ev də dağınıq olduğuna görə evə diqqətlə baxış keçirə bilməmişlər. Elə həmin gecə Zəfər RPŞnə ərizə ilə müraciət etdikdən sonra yenidən o və ailə üzvləri evə baxış keçirən zaman isə onlara məlum olmuşdur ki, evdən 80 manat yox, daha çox pul oğurlanmışdır. Belə ki, hadisə baş verən günü evin mətbəxindəki stolun üzərindəki əl çantasından Zəfərə məxsus 40 manat pul, yenə həmin mətbəxdəki mebel dolabından 30 manat pul, evin qonaq otağındakı stolun üzərindən 11 manat pul, yataq otağındakı dolabın alt siyirməsindən isə 1120 manat pul və yenə həmin otaqdakı ona məxsus əl çantasından isə 120 manat pul oğurlanıb. Bundan əlavə evindən puldan yanaşı evin yataq otağındakı termonun üzərindən ona məxsus ayrı-ayrılıqda dəyərləri 100, 80 və 75 manat olmaqla 3 ədəd gümüş qolbaq, ayrı-ayrılıqda dəyərləri 70, 150, 42 və 55 manat olan 4 ədəd gümüş üzükləri və ayrı-ayrılıqda dəyərləri 160, 175 və 35 manat olan 3 ədəd gümüş komplekt oğurlanmışdır. RPŞ-nə aidiyyəti üzrə məlumat verdikdən sonra RPŞ-dən onlara məlumat veriblər ki, evindən oğurluq edən şəxs Şabran rayon sakini Təqsirləndirilən şəxsdur. Ona vurulmiş ziyan ödənilmədiyinə görə təqsirləndirlən şəxs ilə barışmamışdır, ona görə də Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini xahiş edir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, təxminən 17 ilə yaxındır ki, Azərbaycan Dəmir Yolları ASC-də elektromexanik kimi çalışır. 20 aprel 2023-cü il tarixdə Bakı şəhərində olan tanışı İlham adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq ona olan 5000 manat borcunu qaytarmaq istədiyini bildirmiş, o, da onunla razılaşaraq, lakin, həmin gün işi ilə əlaqədar Quba rayonunda olduğunu demişdir. Buna görə də, qohumu Rəqsanənin həyat yoldaşı Zəfərlə telefon əlaqəsi saxlayaraq ona Bakı şəhərindən pul göndəriləcəyini, həmin pulu götürüb-götürə bilməyəcəyini soruşmuş, Zəfər də problem olmadığını və pulu götürəcəyi ilə razılaşmışdır. Sonradan Zəfərlə əlaqə yaradaraq 5000 manat pulu götürdüyünü öyrəmişdir. Həmin gündən bir neçə gün sonra Zəfərgilin evindən oğurluq olduğunu eşitmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Rəqsanə onun bacısı, Zəfər isə bacısının həyat yoldaşıdır. 20 mart 2023-cü il tarixdə Novruz bayramı ilə əlaqədar Zəfər ailəsi ilə birlikdə onlara qonaq gəlmişdir. Həmin günü axşam Zəfər ailəsi ilə birlikdə çıxıb öz evlərinə getmişdir. Zəfərgil elə təxminən 10 dəqiqə evindən çıxmışdılar ki, Zəfər onunla telefon əlaqəsi saxlayaraq evə oğru girdiyini bildirmişdir. O, dərhal Zəfərgilə getmiş, Zəfər evdə 5000 manat pulun olduğunu və həmin pulun oğurlandığını söyləmişdir. Həmin vaxt Zəfər həyəcanlı olduğuna görə o, DİN-in 102 xidmətinə müraciət etmişdir. Müraciət zamanı Zəfər 5000 manatın oğurlandığını söylədiyinə görə o, da bu miqdarda pulun oğurlanmasını bildirmişdir. Bundan sonra, polis əməkdaşları evə gəlib baxış keçirmiş, həmin vaxt məlum olmuşdur ki, evdə 5000 manat pul olmayıb, Zəfərin oğurluq bildiyi 5000 manat pulu bacısı Rəqsanə həmin günü sahibi Emilə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 may 2023-ci il tarixli 9/3116 saylı rəyindən görünür ki, 3 ədəd gümüş qolbağın, 4 ədəd gümüş üzüklərin və 3 ədəd gümüş komplektin çəkiləri və markaları barədə dəqiq məlumat olmadığına görə onların dəyəri müəyyən edilə bilməmişdir. Cinayət işinə əlavə edilmiş Şabran rayon X1 İdarə Heyətinin xx.xx.2023-cü il tarixli 10 nömrəli məktubuna əsasən birinin qiyməti 80 manat olmaqla 3 ədəd gümüş qolbağın ümumi dəyəri 240 manat, birinin qiyməti 75 manat olmaqla 4 ədəd gümüş üzüyün ümumi dəyəri 300 manat, birinin qiyməti 120 manat olmaqla 3 ədəd gümüş komplektin ümumi dəyəri 360 manat olmaqla yuxarıda göstərilən əşyaların ümumi dəyəri 900(doqquz yüz) manat təşkil edir. Cinayət işinə əlavə edilmiş 02 iyun 2023-cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan da görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzası çəkilməmiş hissədən 06 ay azalmış və cəza müddəti 02 il təyin edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında anası ilə birlikdə yaşayır. Cinayət işinə əlavə edilmiş 08 may 2023-cü il tarixdə Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin 20 aprel 2023-cü il tarixli 4(031)-16/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əməldən peşmanlıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1(031)-45/2023 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs vurduğu ziyana görə qalan 1813 manat pul vəsaitinin tutulub onlara ödənilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianı iş materialları ilə bir yerdə araşdırıb hesab edir ki, mülki iddia əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 1813 (bir min səkkiz yüz on üç) manat pul tutulub zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 1813 (bir min səkkiz yüz on üç) manat pul tutulub zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-45/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-45/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver