Məhkəmə qərarları › İş №1(031)-45/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-45/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-45/2025 19.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1994-cü il tarixdə Dəvəçi rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən Rayon Məhkəməsinin 1(059)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.2-ci maddələri ilə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Şabran rayonunun Təzəkənd kəndi ərazisində Şahid1 yaşadığı ünvanda keçirilən toy axşamı məclisində olarkən, orta dərəcəli sərxoş halda, evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin iradəsinə zidd olaraq talama məqsədi olmadan qanunsuz ələ keçirərək avtomobilin qapısını açmaqla içəri daxil olub, həmin avtomobilin mühərrikini işə salaraq Şabran rayonunun Təzəkənd kəndi ərazisində sürməklə idarə etməni itirib yolun kənarında olan arxa salaraq yol nəqliyyat hadisəsi törətməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2368 (iki min üç yüz altmış səkkiz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə əmisi nəvəsinin qızı üçün keçirilən toy mərasimi ilə əlaqədar məclis keçirilmişdir. O, dəvətli olduğu üçün məclisdə özü də iştirak etmişdir. Məclisdə olarkən o, bir qədər spirtli içki qəbul etmişdir. Həmin məclisdə kişilər üçün həyətdə masa açılmışdır. O, həyətdə digər qonaqlarla birlikdə oturmuş, araq qurtardığı üçün saat 21:00 radələrində dükana araq almaq üçün getməkdən ötrü çölə çıxmışdır. Bu zaman o, evin qarşısında olan ağ rəngli “VAZ 2107 markalı avtomobili görmüş, həmin avtomobilin qapısını açanda qapının açıq olduğunu, nəqliyyat vasitəsinin açarlarının isə avtomobildə olduğunu görmüşdür. Bundan sonra o, avtomobilin sahibindən xəbərsiz avtomobilə oturub, mühərriki işə salaraq çıxıb dükan istiqamətində getmişdir. Yolda olarkən o, idarə etməni itirərək avtomobili yolda olan arxa salmış, bir qədər sonra maşının sahibi Zərərçəkmiş şəxs hadisə yerinə gəlib avtomobilinin vəziyyətini görmüşdür. Hazırda törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edilib və sonuncuya dəymiş maddi ziyan tam şəkildə ödənilib. Zərərçəkmiş şəxs ondan hər-hansı bir şikayət və ya tələbi yoxdur. Xahiş edir ki, bu halları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilərək onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəlidir, 03 (üç) övladı var. 10 (on) ilə yaxın müddətdir ki, aldığı “VAZ 2107” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2025-ci il tarixdə o, ailəsi ilə birlikdə Şabran rayonunun Dəvəçi kəndində yaşayan qayını Şahid1 evinə qonaq getmiş, Fərruxun evində övladının toy mərasimi ilə əlaqədar ciyər axşamı məclisi qeyd olunmuşdur. O, həyat yoldaşı ilə həmin məclisə dəvətli olmuşdur. Həmin günü saat 21:00 radələrində həyətdə olarkən məclisə qonaq gələn şəxslərdən kimsə kəndin içində “Vaz 2107” minik markalı, ağ rəngli avtomobilin quyuya düşdüyünü demişdir. Buna görə də o, dərhal həyətdə oturduğu masa arxasından durub bayıra çıxmış və avtomobilinin yerində olmadığını aşkar etmişdir. O, narahat olub avtomobilinin harada olması ilə bağlı maraqlanmağa başlamış, hər tərəfə baxmış, sonradan ona məclis sahibinin qohumu olan və bir qədər əvvəl məclisdə sərxoş vəziyyətdə olan Azay adlı şəxsin onun avtomobilini onun icazəsi olmadan götürüb qaçması məlum olmuşdur. Buna səbəbdən də o, avtomobili axtarmağa başlamış, ona deyilən hadisə yerinə getmiş və məclisdə olduğu yerdən bir qədər məsafədə avtomobilinin xəndəyə (arxa) düşdüyünü görmüşdür. Həmin vaxt Azay avtomobilin yanında, çox sərxoş vəziyyətdə durmuşdur. Buna görə də o, dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bundan bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və Azay polis şöbəsinə dəvət edilmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmiş, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı hər-hansı bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməyən Şahid1 proses iştirakçılarının işə onun iştirakı olmadan məhkəməyədək icraat zamanı verdiyi ifadə elan edilməklə baxılmasına etiraz etməmələri səbəbi ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 329-cu maddəsinə əsasən elan edilmiş ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə övladının toy mərasiminin keçiriləcəyi ilə bağlı evdə hazırlıq işləri aparılmış, həmin günü həyətində ciyər axşamı məclisi keçirilmiş, həyətdə qonaqlar üçün uzun bir masa açılmışdır. Masa arxasında qudası Rahib, qohumu Heybətulla, qohumu Azay, 84 yaşlı Camal müəllim, İsmət adlı şəxs və xatırlamadığı bir iki nəfər şəxslər oturmuşdurlar. Həmin günü saat 20:30 radələrində o, şadlıq sarayına getmiş, saat 21:00 radələrində şadlıq sarayında olarkən ona evdən zəng gəlmiş, yoldaşı qohumları Azayın digər qohumu Heybətullaya məxsus Vaz 2107 markalı avtomobili, sərxoş halda qaçıraraq yol nəqliyyat hadisəsi törətməsini bildirmişdir. O, hadisə barədə tam məlumatı olmasa da sonradan məclisdə olan şəxslərdən maraqlanmış və ona məlum olmuşdur ki, Azay icazəsiz avtomobili götürüb qaçmışdır. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməyən Şahid1 proses iştirakçılarının işə onun iştirakı olmadan məhkəməyədək icraat zamanı verdiyi ifadə elan edilməklə baxılmasına etiraz etməmələri səbəbi ilə CPM-nin 329-cu maddəsinə əsasən elan edilmiş ifadəsində göstərmişdir ki, ailəlidir, 04 (dörd) övladı var. xx.xx.2025-ci il tarixdə oğlu X2 rayonunun Dəvəçi kəndində yaşayan Şahid1 qızı ilə ailə həyatı qurması ilə əlaqədar ciyər axşamı məclisinə qohumu Rahibin evinə qonaq getmişdir. Orada o, həyətdə böyük, uzun bir masa arxasında oturmuş, məclisdə əsasən Rahibin qohum-əqrəbası olmuşdur. Həmin günü saat 21:00 radələrində, hava artıq qaralmış, məclisdə olan Azay adlı şəxs sərxoş halda ayağa qalxaraq ev sahiblərini çağıraraq araq gətirmələrini istəmişdir. Lakin evdən Azaya spirtli içkinin bitdiyini demişlər. Azay buna baxmayaraq bir təhər ayaq üstə duraraq araq almaq üçün gedib qayıdacağını demiş, məclisdən çıxıb getmişdir. Bir qədər sonra onlara həyətə gələn adını xatırlamadığı qonaqlardan biri kiminsə kəndin çıxacağında ağ rəngli “Vaz 2107” minik markalı avtomobil ilə yoldan çıxaraq yolun kənarındakı su arxına düşdüyünü demişdir. Bu vaxt masa arxasında olan qonaqlar hamısı bayıra çıxmış, bayırda məclisin qonağı olan Heybətullaya aid olan Vaz 2107 markalı avtomobilinin yerində olmaması məlum olmuşdur. Bundan sonra Heybətulla ona aid olan avtomobilin olduğu yer istiqamətində qaçaraq getmişdir. Sonradan onlara avtomobili Azay adlı şəxsin sərxoş halda, icazəsiz qaçıraraq yol nəqliyyat hadisəsi törətdiyi məlum olmuşdur. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməyən Şahid3 proses iştirakçılarının işə onun iştirakı olmadan məhkəməyədək icraat zamanı verdiyi ifadə elan edilməklə baxılmasına etiraz etməmələri səbəbi ilə CPM-nin 329-cu maddəsinə əsasən elan edilmiş ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə həmkəndlisi Fərruxun övladının bir gün sonra keçiriləcək toy mərasiminə hazırlıq axşamında, yəni ciyər axşamı məclisində olmuşdur. Həyətdə altı metr uzunluğunda masa açılmışdır. Qonaqlar həmin masa arxasında oturmuşlar. Saat 21:00 radələrində həyətə gələn onun tanımadığı qonaqlardan biri kəndin içində “Vaz 2107” minik markalı, ağ rəngli avtomobilin arxa düşməsini demiş, buna görə bir neçə nəfər şəxs dərhal bayıra çıxaraq nə baş verməsi ilə maraqlanmış və onlara məlum olmuşdur ki, Heybətulla adlı qonağın avtomobili Azay adlı şəxs tərəfindən qaçırılmışdır. İş materiallarından olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - AD seriyalı, 304688 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21074” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs mülkiyyətindədir (cinayət işinin İ cildinin 6-cı vərəqəsi). - xx.xx.2025-ci il tarixli, 69 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 23:05-də keçirilmiş müayinə nəticəsində Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyi və orta dərəcəli sərxoşluq vəziyyətində olduğu aşkar edilmişdir (cinayət işinin İ cildinin 12-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, “VAZ 21074” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs geri qaytarılmışdır (cinayət işinin İ cildinin 37-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli ziyan aktından görünür ki, VAZ 21074” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 2368 (iki min üç yüz altmış səkkiz) manat məbləğində maddi ziyan dəymişdir (cinayət işinin İ cildinin 40-41-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 42-43-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 52-53-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin cəza qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il islah işləri cəzası ilə əvəz edilmiş və o, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 395-VİQR nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdə həmin cəzadan azad edilmişdir (cinayət işinin İ cildinin 70-ci vərəqəsi). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Siyəzən Rayon Məhkəməsinin 1(059)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. - Şabran Rayon məhkəməsinin 1(031)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilmiş və onun hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində barəsində Siyəzən Rayon Məhkəməsinin 1(059)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə növündə cəzasını çəkdiyinin nəzərə alınması qərara alınmışdır - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və onun Təqsirləndirilən şəxs heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. -Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və maddi ziyanı ödədiyini bildirmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. CM-in 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) — min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında elan olunmuş şəxslərin ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, habelə iş materiallarında olan digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. CM-in 73-1.1-ci maddəsinə əsasən CM-in 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini və təqsirləndirilən şəxsin cinayət işi üzrə icraata xitam verilməsi barədə müraciətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və CPM-in 39.1.8, 43.1.2, 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut: VAZ 21074 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar