Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-46/2021 12.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1985-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran şəhəri Sülh küçəsi ev 3 ünvanda daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 30 mart 2021-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə 11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, Qanunun sözügedən tələblərini pozaraq 05 aprel 2021-ci il tarixdə saat 10 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı evi özbaşına tərk edib küçəyə çıxmaqla evindən təxminən 1 km aralıda şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən aptekə getmiş, bununla da, yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Şabran şəhəri Sülh küçəsi ev 3 ünvanda ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur, Xaçmaz və Quba rayonu ərazilərində yerləşən meyvə bağlarında gündəlik işləməyə gedərək ailəsini dolandırır. Təxminən 29 mart 2021-ci il tarixdə Şabran rayon MX-da pandemiya ilə əlaqədar yoxlanışdan, yəni testdən keçmiş və 30 mart 2021-ci il tarixdə Şabran rayon MX-da həkim işləyən Emil adlı şəxs ***-***-**-** nömrəli mobil telefondan istifadə etdiyi ***-***-**-**, ***-***-**-** nömrələrə zəng edərək onun “Covid-19” yeni növ koronavirus xəstəliyinə tutulması barədə məlumat vermiş və bundan başqa ona heç bir izahat verməmişdir. Evdə olmasına baxmayaraq həkimlər tərəfindən ona heç bir yardım gösitərilməmiş, “103 xidməti”nə zəng edib və çağrışlarına baxmayaraq evinə həkimlər gəlməmişdir. Evdə olan azyaşlı uşağının və özünün müalicəsi üçün heç bir dərman alınmadığına görə özü evdən çıxıb, aptekə gedərək dərman almaq qərarına gəlmiş və buna görə də 05 aprel 2021-ci il tarixdə saat 10 radələrində özünə məxsus “VAZ-2107” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şabran şəhəri H.Əliyev prospektində yerləşən aptekə getmişdir. Aptekdən dərman alıb yaşadığı evə qayıtmaq istəyərkən Şabran RPŞ-nin əməkdaşları onunla telefon əlaqəsi saxlayıb və harada olmasını ondan soruşmuşlar. Şəhərin H.Əliyev prospektində olmasını polis əməkdaşlarına dedikdən bir neçə dəqiqə sonra həmin prospektdə yerləşən Azərbaycan Beynəlxalq Bankının Şabran rayon filialının yaxınlığında Şabran rayon PŞ-nin əməkdaşları ona yaxınlaşaraq küçəyə çıxdığına görə ona iradlarını bildirib, videoçəkiliş etməklə sənədləşdirmə işləri aparmışlar. Küçəyə çıxmasının səbəbi barədə izahat verərək “Covid- 19” yeni növ koronavirus xəstəliyinin daha da geniş yayılması və insanları yolxudurmaq məqsədi, həmçinin niyyəti olmamasını göstərmişdir. RPŞ-nin əməkdaşları sənədləşdirmə işləri apardıqdan sonra xüsusi geyimdə olan polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirib və yaşadığı ünvana müşayət etmişlər. Törətdiyi əməlin cinayət olduğunu dərk edir və bu əməlindən peşmandır. Qismən özünü təqsirli bilməsi də onunla əlaqədardır ki, o, səbəbsiz yerə evdən küçəyə çıxmamış, xəstə olan azyaşlı uşağına dərman almaq üçün çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin PPXT-nın polis nəfəri Şahid1 göstərdi ki, 05 aprel 2021-ci il tarixdə səhər saatlarında polis əməkdaşları – Şahid2, Nurlan Səmədov və Rəşad Nərimanovla birlikdə “Covid-19” yeni növ koronavirus xəstələrinin yaşadıqları ünvanlara gedib və onları yoxlayarkən ünvan 3a yaşayan “Covid- 19” yeni növ koronavirus testi “pozitiv” çıxmış Təqsirləndirilən şəxs yaşadığı evi tərki edərək küçəyə çıxması onlara məlum olmuşdur. Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayaraq onun harada olmasını soruşduqda sonuncu, Şabran şəhəri H.Əliyev prospektində yerləşən Azərbaycan Beynəlxalq Bankının Şabran rayon filialının yaxınlığında olduğunu onlara dedikdən sonra həmin yerə gedib və onun küçədə olmasını görmüşlər. Təqsirləndirilən şəxs həkimlər tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməmək və ev şəraitində müalicə olunması tapşırılmasına baxmayaraq o, bu tövsiyələrə əməl etməyərək küçəyə çıxmaqla xəstəliyin daha da geniş yayılmasına şərait yaratmışdır. Videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə sonuncu, səhvini başa düşərək aptekdən dərman almaq məqsədilə şəhərin H.Əliyev prospektinə gəldiyini deyərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra bu barədə RPŞ-nin müstəntiqi tərəfindən müvafiq protokol tərtib edilmiş və protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə müşayət edərək çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXT-nın polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 05 aprel 2021-ci il tarixdə səhər saatlarında polis əməkdaşları ilə birlikdə “Covid-19” yeni növ koronavirus xəstələrinin yaşadıqları ünvanlara gedib və onları yoxlayarkən ünvan 3a yaşayan “Covid-19” yeni növ koronavirus testi “pozitiv” çıxmış Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək küçəyə çıxması onlara məlum olmuşdur. Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxladıqda onun Şabran şəhəri H.Əliyev prospektində yerləşən Azərbaycan Beynəlxalq Bankının Şabran rayon filialının yaxınlığında küçədə olmasını müəyyən etdikdən sonra həmin yerə getmişlər. Həkimlər tərəfindən xəstəliyin yayılmaması üçün Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməmək və ev şəraitində müalicə olunması tapşırılmasına baxmayaraq sonuncu, bu tövsiyələrə əməl etməyərək küçəyə çıxmaqla xəstəliyin daha da geniş yayılmasına şərait yaratmışdır. Videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə sonuncu, səhvini başa düşərək aptekdən dərman almaq məqsədilə şəhərin H.Əliyev prospektinə gəldiyini deyib əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək küçəyə çıxması barədə RPŞ-nin müstəntiqi tərəfindən müvafiq protokol tərtib edilmiş və protokolun doğruluğunu imzaları ilə təsdiq etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə müşayət edərək çıxıb getmişlər. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Şabran rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş sorğuya alınmış 15 aprel 2021-ci il tarixli 210 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs 29.03.2021-ci il tarixdə infeksiya ilə əlaqədar analiz vermiş və 30.03.2021-ci il tarixdə analizin cavabı “pozitiv” olaraq gəlmiş və o, 14 gün ev nəzarətinə yazılmışdır. Təqsirləndirilən şəxs bu haqda elə həmin gün məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 07 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli 1871 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda ailə üzvləri – arvadı X2 və 2008-ci il təvəllüdlü uşağı X1 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli 1908 xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilməməsini və bu barədə onun tərəfindən irəli sürülmüş dəlilləri iş üzrə toplanmış sübutlar məcmusu ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, həmin dəlillər özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs “Covid-19” yeni növ koronavirus xəstəliyi aşkar edildikdən sonra müəyyən edilmiş qaydada qeydiyyata alınaraq ona ev şəraitində həkimin nəzarəti altında müalicə olunması və yaşadığı evi tərk etməməsinin zəruliliyi barədə ona qəti şəkildə aidiyyəti şəxslər tərəfindən xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, yaşadığı evi tərk edərək küçəyə aptekə getməklə ətrafdakılar üçün real təhlükə yaratmışdır. Halbuki o, dərman almasını “Covid- 19” xəstəliyi daşıyıcısı olmayan qohumlarına, dost və ya tanışlarından xahiş edə bilərdi. Lakin o, bunu etməyərək küçəyə çıxmaqla sanitariya və karantin rejimi qaydalarını kobud surətdə pozmuş, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşmanlıq çəkməsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran və Xaçmaz rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri Sülh küçəsi ev 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran və Xaçmaz rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri Sülh küçəsi ev 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-46/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-46/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver