Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-46/2023 25.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Şabran şəhəri, X11 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, barəsində "həbs" növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs məxsus Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən saxlanc yeri hesab edilən dörd bir tərəfdən daş hasarla əhatəyə alınmış, içərisində məişət avadanlıqları və toyuq-cücə saxlanılan tikilidən oğurluq etmək barədə əvvəlcədən plan qurmuş, cinayətkar niyyətini həyata keçirtmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində sözügedən əraziyə gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra tikiliyə yaxınlaşaraq əvvəlcə daş hasarı aşıb sözügedən tikilinin həyətinə, daha sonra isə həmin tikilinin plastik materialdan hazırlanmış qapısını əli ilə açaraq saxlanc yerinə qanunsuz daxil olub oradan 01 ədəd 40 manat dəyərində sadə samovarı, 01 ədəd 40 manat dəyərində 05 litr həcmində elektrik samovarını, 01 ədəd 50 manat dəyərində “Nikai” markalı istilik sobasını, 01 ədəd 100 manat dəyərində “Korkmaz” markalı “1300 V” olan çörək sobasını və 05 ədəd hər biri 05 manat dəyərində olmaqla ümumi dəyəri 25 manat olan sadə işıq plafonlarını oğurlayaraq ümumilikdə 255 (iki yüz əlli beş) manat dəyərində özgə əmlakını saxlanc yeri hesab olunan tikiliyə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, gedib saxlanc yerinə daxil olub oradan oğurluq edib. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq, həqiqətəndə ittiham aktında göstərildiyi kimi Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən tikiliyə yaxınlaşaraq əvvəlcə daş hasarı aşıb sözügedən tikilinin həyətinə, daha sonra isə həmin tikilinin plastik materialdan hazırlanmış qapısını əli ilə açaraq saxlanc yerinə qanunsuz daxil olduğunu, oğurluq etmək üçün həmin tikilini təsadüfən seçdiyini, oğurladığı əmlakın sadəcə bir hissəsini satmağı çatdırdıdığını, bundan sonra Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını, əvvəllər də oğurluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb edildiyini, etdiyi əməlin bir sərf olduğunu, müdafiəçinin sualına cavab olaraq törətdiyi əməldən peşman olduğunu, sədrlik edənin suallarına cavab olaraq isə samovar və iki sobanı zərər çəkmiş şəxsə qaytardığını, 01 sadə samovarı satdığını, 01 ədəd “Nikai” markalı istilik sobasını və “Korkmaz” markalı “1300 V” olan çörək sobasını zərər çəkmiş şəxsə qaytardığını, oğurladığını plafonları satdığını, oğurladığını əmlakın içində elektrik samovarın olmadığını və həbs ediləndən sonra zərər çəkmiş şəxslə görüşmədiyini göstəmişdir. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə dövlət ittihamçısı, təqsirləndirilən şəxs və müdafiəçi işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bu səbəbdən də məhkəmə işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs ona soba almağı təklif edib, o da, həmin sobanı Təqsirləndirilən şəxs alıb. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs sobanı 15 manata aldığını, sobanı aldığı zaman onun oğurluq olduğunu bilmədiyini, sobanı aldığı zaman Təqsirləndirilən şəxs hansı səbəbdən sobanı ucuz satdığını soruşmadığını, işlənmiş köhnə soba olduğu üçün bu haldan şübhələnmədiyini, ona təcili soba lazım olduğu üçün Təqsirləndirilən şəxs həmin sobanı aldığını, müdafiəçinin sualına cavab olaraq isə Təqsirləndirilən şəxs aldığı sobanı Şabran Rayon Polis Şöbəsinə təhvil verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs ona alması üçün soba gətirmişdir, o da həmin sobanı almışdı. Bundan bir neçə gün sonra sobanı yaxşı münasibətdə olduğu Zərərçəkmiş şəxs geri qaytarmışdır. Ortada onun pulu itib sadəcə. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs samovar aldığını, işlənmiş samovarları adətən 30-40 manata aldığını, Təqsirləndirilən şəxs samovarı hansı qiymətə aldığını xatırlamadığını, samovarın oğurluq olduğunu bilmədiyin, ona gətirilən samovarları alıb üstünə 5-10 manat qoyub satdığını, Təqsirləndirilən şəxs samovarı aldığı zaman özündən samovarın oğurluq olub-olmadığını soruşduğuğunu, Təqsirləndirilən şəxs samovarın oğurluq olmadığını dedikdən sonra həmin samovarı aldığını, müdafiəçinin sualına cavab olaraq Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs aldığı samovarın onun olduğunu bildirdiyi üçün sözü gedən samovarı Zərərçəkmiş şəxs verdiyini, sədrlik edənin sualına cavab olaraq isə həqiqətən də hazır ki cinayət işi üzrə ibtidai araşdırma zamanı verdiyi izahatda göstərdiyi kimi Təqsirləndirilən şəxs samovardan başqa işıq plafonları və istilik sobası aldığını, lakin həmin plafonları və istilik sobasını da Zərərçəkmiş şəxs geri qaytardığını göstərmişdir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinin rəisi X1 ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs həmin ərizəsi ilə Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən saxlanc yerindən ona məxsus əmlakın oğurlanması barədə məlumat vermiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxışın keçirilməsi barədə protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 14:20-dən 14:40-a kimi olan müddət ərzində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus və Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən tikiliyə baxış keçirilmiş və keçirilmiş baxış nəticəsində həmin tikilinin plastik qapısının açıldığı aşkar edilmiş və Zərərçəkmiş şəxs oradan 01 (bir) ədəd sadə samovarın, 01 (bir) ədəd elektrik samovarın, 01 (bir) ədəd istilik radiatorunun, 01 (bir) ədəd çörək bişirən sobanın və 05 (beş) ədəd işıq plafonunun oğurladığını bildirmişdir (cinayət işinin 4-cü vərəqəsi). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə verdiyi izahatdan görünür ki, o, Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən saxlanc yerindən ona məxsus 01 (bir) ədəd sadə samovarın, 01 (bir) ədəd elektrik samovarın, 01 (bir) ədəd istilik radiatorunun, 01 (bir) ədəd çörək bişirən sobanın və 05 (beş) ədəd işıq plafonunun oğurlanması nəticəsində ona ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir (cinayət işinin 7-8-ci vərəqələri). - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə verdiyi izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində Şabran rayonunun Dəvəçikənd yolu istiqamətində piyada gəzərkən həmin ərazidə yerləşən tikilidən 01 (bir) ədəd çörək bişirən sobanı, 01 (bir) ədəd radiatoru və 04 (dörd) ədəd işıq plafonunu oğurladığını, 01 (bir) ədəd radiatoru və 04 (dörd) ədəd işıq plafonunu satdığını, 01 (bir) ədəd çörək bişirən sobanı sata bilmədiyi üçün Şabran şəhər körpüsünün yanına atdığını etiraf etmişdir (cinayət işinin 11-12-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli baxışın keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:05-dən 14:15-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran şəhərinin X11 küçəsi ərazisində yerləşən Şabran şəhər avtovağzalının arxasındakı Şabran çay körpüsünün sol tərəfindən Təqsirləndirilən şəxs gizlətdiyi 01 (bir) ədəd “Korkmaz” markalı “1300 V” olan çörək sobası aşkar edilmişdir və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin çörək sobasının ona məxsus olduğunu bildirmişdir (cinayət işinin 13-cü vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1121 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd 05 litrlik elektrik samovarı 40 manat, 01 ədəd 10 seksiyalı “Nikai” markalı istilik peçi 50 manat, 01 ədəd “Korkmaz” markalı “1300 V” olan çörək bişirən peç 100 manat, 03 adda əşyanın ümumi məbləği 190 manat göstərilmiş, 01 ədəd 05 litrlik sadə samovarın və 05 ədəd işıq plafonunun qiyməti müəyyən edilməmişdir (cinayət işinin 26-27-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxsi əlavə dindirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin ifadəsində oğurlanmış 01 ədəd 05 litrlik sadə samovarın 40 manat dəyərində və 05 ədəd sadə işıq plafonlarının dəyərinin isə hər birinin qiyməti 05 manat olmaqla, ümumilikdə 25 (iyirmi beş) manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadədən göründüyü kimi sonuncuya məxsus olmaqla oğurlanmış 01 ədəd 40 manat dəyərində 05 litrlik sadə samovarın və hər birinin dəyəri 05 manat olmaqla 05 ədəd sadə işıq plafonunun dəyərinin ümumilikdə 65 manat məbləğində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1121 nömrəli ekspert rəyində 03 adda əşyanın dəyərinin isə 01 ədəd 05 litrlik elektrik samovarı 40 manat, 01 ədəd 10 seksiyalı “Nikai” markalı istilik peçi 50 manat, 01 ədəd “Korkmaz” markalı “1300 V” olan çörək bişirən peç 100 manat, 03 adda əşyanın ümumi məbləği 190 manat dəyərindən müəyyən edilmişdir. Odur ki, X4 məxsus tikilidə olan əşyaların qiyməti sonuncunun Raduqa 01 ədəd 05 litrlik sadə samovar və 05 ədəd işıq plafonuna münasibətdə qeyd etdiyi qiymətlərlə, 03 adda əşya isə məhkəmə-əmtəəşünaslıq ekspertizasının müəyyən etdiyi qiymətlərlə olmaqla, ümumilikdə 255,00 manat məbləğində olmaqla götürülmüşdür. - xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs AR CM 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 40-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində şübhəli şəxs kimi tutulmuşdur (cinayət işinin 41-42-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin 56-57-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 ədəd işıq plafonu, 01 ədəd radiator, 01 ədəd çörək bişirən peç və 01 ədəd sadə samovarı oğurladığını etiraf edərək, özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilmişdir (cinayət işinin 61-63-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-15/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 71-75-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli götürülmə haqqında qərardan görünür ki, həmin qərarla Şahid1 Zərərçəkmiş şəxs məxsus bir ədəd istilik peçinin götürülməsi qərara alınmışdır (cinayət işinin 78-79-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli götürülmə haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “Nikai” markalı istilik sobası Şahid1 işlətdiyi Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində yerləşən Şahid1 razılığı ilə müvafiq qaydada götürülmüşdür (cinayət işinin 80-81-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 1(031)-26/2020 nömrəli cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş hökmdən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs AR CM 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və barəsində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cinayət işinin 98-110-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, 01 (bir) ədəd 50 (əlli) manat dəyərində “Nikai” markalı istilik sobası və 01 (bir) ədəd 100 (yüz) manat dəyərində “Korkmaz” markalı “1300 V” olan çörək sobası iş üçün əhəmiyyət kəsb etdiyindən madi sübut hesab edilmişlər və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişlər (cinayət işinin111-112-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 01 (bir) ədəd 50 (əlli) manat dəyərində “Nikai” markalı istilik sobasının və 01 (bir) ədəd 100 (yüz) manat dəyərində “Korkmaz” markalı “1300 V” olan çörək sobasının ona təhvil verdiyi təsdiq etmişdir (cinayət işinin 113-cü vərəqəsi). - Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyəti Bacısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran Rayon Polis X7 baş müstəntiqi X8 ünvanlandığı 5-74/2-2625/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır (cinayət işinin 115-ci vərəqəsi). - Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyəti Bacısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-2626/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə üzvlərinə qarşı mehribançılıq göstərməmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmamışdır, yaxın qohumlarının və yoldaşlarının rəğbətini qazanmamışdır, və özündən böyüklərə hörmətlə yanaşmamışdır (cinayət işinin 116-cı vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM 66.5, 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə 02 (iki) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4-cü bəndi tətbiq edilməklə barəsində təyin edilmiş cəzanın müddəti 06 (altı) ay müddətinə azaldılmışdır (cinayət işinin 119-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:10-dan 10:30-a kimi olan müddət ərzində keçirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadənin yerində yoxlanılması istintaq hərəkəti nəticəsində Təqsirləndirilən şəxs Şabran rayonunun Dəvəçi kəndi yolunun sağ tərəfindən yerləşən Zərərçəkmiş şəxs məxsus yarım tikilinin daş hasarına xx.xx.2023-cü il tarixdə yaxınlaşaraq əvvəlcə tikilinin həyətinə, daha sonra isə tikiliyə daxil olaraq oradan 04 (dörd) ədəd işıq plafonunun, 01 (bir) ədəd radiatoru, 01 (bir) ədəd çörək bişirən sobanı və 01 (bir) ədəd samovarı oğurladığı yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin 125-126-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00-dan 11:10-a kimi olan müddət ərzində keçirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadənin yerində yoxlanılması istintaq hərəkəti nəticəsində Təqsirləndirilən şəxs Şabran şəhərinin Heydər Əliyev prospektinə gələrək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus tikilidən oğurladığı 01 (bir) ədəd istilik radiatorunu Şahid1 satdığı yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin 129-130-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:30-dan 11:40-a kimi olan müddət ərzində keçirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadənin yerində yoxlanılması istintaq hərəkəti nəticəsində Təqsirləndirilən şəxs Şabran şəhərinin avtovağzalının yaxınlığında yerləşən Şabran çayı üzərindəki körpünün sağ tərəfindən dayanaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus tikilidən oğurladığı bir istilik sobasını gizlətdiyi yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin 132-133-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:45-dən 11:50-ə kimi olan müddət ərzində keçirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadənin yerində yoxlanılması istintaq hərəkəti nəticəsində Təqsirləndirilən şəxs Şabran şəhərinin avtovağzalının yaxınlığında yerləşən Şabran çayı üzərindəki körpünün sağ tərəfindən dayanaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus tikilidən oğurladığı 04 (dörd) ədəd işıq plafonu və 01 (bor) ədəd sadə samovarı Şahid2 satdığı yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin 134-135-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdə saat 15:10-dan 15:50-ə kimi olan müddət ərzində keçirilmiş üzləşdirmə nəticəsində Təqsirləndirilən şəxs sadəcə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd istilik peçini (yəni radiatoru), 01 (bir) ədəd çörək bişirən peçi və 04 (dörd) ədəd işıq plafonunu oğurladığını etiraf etmişdir (cinayət işinin 137-138-ci vərəqələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə baxışı zamanı verdiyi ifadələr və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq törətməsi, yəni özgənin əmlakını gizli olaraq talaması sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsini, səmimi peşmançılıq hissi keçirməsini və zərər çəkmiş şəxsin ondan hər-hansı bir şikayət və ya tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, həyat şəraitini, məhkumluğu ödənilmədən yenidən oğurluq hadisəsi törətməsini, həmçinin barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmasını nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olacağı qənaətinə gələrək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd "Nikai" markalı istilik peçinin və 01 ədəd "Korkmaz" markalı çörək bişirən sobanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut tanınmış - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğurladığı 01 (bir) ədəd "Nikai" markalı istilik peçinin və 01 (bir) ədəd "Korkmaz" markalı çörək bişirən sobanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №1(031)-46/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-46/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver