Məhkəmə qərarları › İş №1(031)-46/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-46/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-46/2024 30.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1996-cı il tarixdə Quba rayonunun İqriq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, saat 22:40-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən 135-ci kilometrində Quba rayonu istiqamətində saatda 55-60 kilometr sürətlə eyni istiqamətdə düzünə hərəkətdə olarkən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlanma xəttini (bütöv ağ xətti) kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib Bakı istiqamətində yolun hərəkət hissəsinə sağ tərəfdən birləşən köməkçi torpaq yolla saatda 50 kilometr sürətlə hərəkət edən sürücü Şahid idarə etdiyi "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücünün sərxoş halda sükan arxasında yatmaqla idarəetməni itirməsi səbəbindən sol tərəfə, yolun Quba istiqamətindəki əks hərəkət hissəsinə daxil olanda avtomobilin arxa hissəsi sürüşüb yolun Quba istiqamətindəki sağ ehtiyat hissəsinə çıxmışdır. Bunu görən sürücü Təqsirləndirilən şəxs həmin avtomobilin onun idarə etdiyi avtomobilin sağ yan tərəfindən ötüb keçəcəyini güman edərək yol vermək məqsədi ilə idarə etdiyi avtomobili nisbətən sola manevr etdirmiş, lakin Şahid avtomobilinin sürətini artırdığını görüb avtomobillər arasındakı məsafə az olduğu üçün üzbəüz toqquşmadan yayınmaqdan ötrü idarə etdiyi avtomobili sol tərəfə manevr etdirməklə yolun Bakı istiqamətindəki əks hərəkət hissəsinə çıxarmış, elə o an yuxudan ayılan sürücü Şahid idarə etdiyi "Nissan Navara" markalı avtomobili qəfildən sağ tərəfə manevr etdirərək yolun Bakı istiqamətindəki hərəkət hissəsinə qaytarmışdır. Bununla da yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində "Nissan Navara" markalı avtomobilin qabaq sol tərəfi ilə "Shacman" markalı avtomobilin qabaq orta hissəsi arasında toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan "Nissan Navara" markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs başın və gövdənin qapalı küt travması, baş beyin toxumasına və onun yumşaq qişasına geniş qansızmalar, baş beyin maddəsinə kəskin ödemi, sol ağ ciyərin cırılması, sağ İV,V,Vİ,Vİİ, sol İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların qapalı köndələn sınıqları, sol bud sümüyünün orta 3/1-nin qapalı qəlpəli sınığı, aşağı və yuxarı çənə sümüklərinin, burun sümüyünün qəlpəli sınıqları, başın alın, təpə, ənsə nahiyyələrinin, alt çənə, sol said və sol diz nahiyyələrinin əzilmiş yaralan, döş qəfəsinin və sağ dizin qançırları, sağ baldırın sıyrığı, başın və döş qəfəsinin yumşaq örtüyünə qansızmalardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq hadisə yerində ölməsinə, "Nissan Navara" markalı avtomobilin sürücüsü Şahid politravma-sol bud sümüyünün burmalardan keçən qapalı və aşağı üçdəbirinin açıq qəlpəli yerdəyişən sınıqları, sağ bud sümüyünün kondiluslardan keçən və sağ baldır sümüklərinin yuxarı üçdəbirinin oynaqdaxili, orta üçdəbirinin və aşağı üçdəbirinin açıq çoxqəlpəli yerdəyişən sınıqları, sağ mil sümüyünün tipik yerinin və qayığabənzər sümüyün qapalı yerini dəyişməyən sınıqları, sol bud və sağ baldır nahiyələrinin əzilmiş-cırılmış yaralan kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilmir. Belə ki, o, xx.xx.2018-ci il tarixdən “B” və "C" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmiş və sürücülük hüququndan məhrum olunmamışdır. X5 mülkiyyətində olan "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini xx.xx.2022-ci il tarixdən etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə, saat 22:40-da texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Quba istiqamətindəki hərəkət hissəsi ilə saatda 55-60 kilometr sürətlə düzünə hərəkətdə olarkən avtomobilin kabinasında sərnişin, yük yerində yük olmamışdır. Yolun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən 135-ci kilometrində Quba istiqamətində hərəkətdə olduğu zaman qarşıda yolun hərəkəti istiqamətində sol tərəfindən, köməkçi yoldan qəfildən yüksək sürətlə "Nissan Navara" minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil birbaşa yolun hərəkətdə olduğu Quba istiqamətindəki hərəkət hissəsinə daxil olmuş, sürəti yüksək olduğu üçün "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olanda arxa hissəsi sürüşüb yolun Quba istiqamətindəki sağ ehtiyat hissəsinə çıxmış və yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə Bakı istiqamətində idarə etdiyi yük avtomobili ilə üzbəüz gəlməklə hərəkətini davam etdirmişdir. O, bu vəziyyəti görüb "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarə etdiyi yük avtomobilinin sağ yan tərəfindən ötüb keçmək istədiyini fikirləşmiş və buna görə də ona yol vermək məqsədi ilə idarə etdiyi yük avtomobilini "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilinin sağ yanından ötüb keçməsi üçün nisbətən sol tərəfə manevr etdirmişdir. Lakin "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin adını sonradan bildiyi sürücüsü Şahid idarə etdiyi avtomobilin sürətini bir qədər də artırmış, o, toqquşma baş verməsin deyə idarə etdiyi yük avtomobilini tam olaraq sol tərəfə döndərməklə yolun Bakı istiqamətindəki hərəkət hissəsinə çıxarıb dayandırmış, elə həmin an sürücü Şahid idarə etdiyi avtomobilin sükanını qəfildən sağ tərəfə burub idarə etdiyi avtomobillə yolun Bakı istiqamətindəki hərəkət hissəsinə çıxmışdır. Beləliklə də "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə dayanmış vəziyyətdə olan, idarə etdiyi "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq orta hissəsi arasında yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Hadisə nəticəsində o, heç bir xəsarət almasa da, "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs hadisə yerində ölmüş, həmin avtomobilin sürücüsü Şahid isə müxtəlif bədən xəsarətləri almışdır. O, yaxınlıqdakı tanımadığı şəxslər və hadisə yerinə gəlmiş xilasedicilərlə birlikdə "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sıxılıb qalmış sürücü Şahid, sərnişin Zərərçəkmiş şəxs meyitinin deformasiya olmuş avtomobildən çıxarılmasına kömək etmişdir. Şahid, sərnişin Zərərçəkmiş şəxs meyitini avtomobildən çıxararkən iydən hiss etmişdir ki, hər iki şəxs hadisədən əvvəl spirtli içki qəbul etmişdir. Xəsarət almış Şahid hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran rayon mərkəzi xəstəxanasına, Zərərçəkmiş şəxs meyitini isə məhkəmə tibbi müayinədən keçirilməsindən ötrü Şabran rayon mərkəzi xəstəxanasının həyətində yerləşən meyitxanaya aparmışlar. O isə hadisə yerində qalmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşları onun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Hadisə vaxtı idarə etdiyi avtomobilin hərəkət surəti saatda 60 kilometrdən çox olmamış, onun diqqətini yol şəraitindən yayındıran hər-hansı bir səbəb və səhhəti ilə bağlı heç bir problem olmamış, hadisə vaxtı yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfalt olmuş, hadisə nəticəsində heç bir xəsarət almamış, avtomobilində yük və sərnişin olmamışdır. Sürücülük vəsiqəsi olmaqla 4 ildir avtomobil idarə edir. Hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Bununla yanaşı hazırda ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X9 ilə aralarında barışıq əldə edilib və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X7 ondan hər-hansı bir şikayət və ya tələbi yoxdur. Törətdiyi əməldən peşman olduğunu bildirmiş və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum atası Zərərçəkmiş şəxs xx.xx.1950-ci il təvəllüdlüdür, orta təhsilli idi, təqaüdçü idi, Şabran rayonu Pirəmsən kəndində yaşamışdır. Mərhum atası Rəşid fiziki cəhətdən tam sağlam olmuş, heç bir xroniki xəstəlikdən əziyyət çəkməmişdir. xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Şabran rayonu, Pirəmsən kəndində yaşadığı evdə olarkən ona telefon zəngi ilə xəbər verilmişdir ki, həmin gün saat 22:40-da Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu, Şahnəzərli kəndi ərazisindən keçən 135-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində atası Zərərçəkmiş şəxs ölmüş, meyiti məhkəmə tibbi müayinədən keçirməsi üçün Şabran rayon mərkəzi xəstəxanasının həyətində yerləşən Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinin meyitxanasına göndərilmişdir. O, bunu bilən kimi dərhal həmin meyitxanaya getmiş, ora çatandan sonra ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə, saat 22:40-da Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu, Şahnəzərli kəndi ərazisindən keçən 135-ci kilometrində sürücü Təqsirləndirilən şəxs Quba istiqamətində idarə etdiyi "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə atası Rəşidin sərnişini olduğu, sürücü Şahid Bakı istiqamətində idarə etdiyi "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə atası Zərərçəkmiş şəxs hadisə yerində ölmüş, həmin avtomobilin sürücüsü Şahid müxtəlif bədən xəsarətləri almışdır. Mərhum Zərərçəkmiş şəxs meyiti Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinin meyitxanasında məhkəmə tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində ona təhvil verilmişdir. Mərhum atası Rəşidin cənazəsini xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində Şabran rayonu, Pirəmsən kənd qəbiristanlığında dəfn etmişdirlər. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edildiyini və ondan hər-hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, 1996-cı il tarixdən “B” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə etdiyini, son dəfə sürücülük vəsiqəsini xx.xx.2021-ci il tarixdə dəyişdiyini və hazırki sürücülük vəsiqəsinin “Bİ, B” kateqoriyalı olduğunu bildirmişdir. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmiş və sürücülük hüququndan məhrum olunmamışdır. X6 mülkiyyətində olan "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən etibarnamə əsasında idarə etmişdir. xx.xx.2022ci il tarixdə saat 18:00 radələrində Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən kafedə tanışı Zərərçəkmiş şəxs ilə axşam yeməyi yeyərkən sonuncu ilə birlikdə araq içmişdir. Həmin yeməkdən əvvəl özü tək pivə də içmişdir. Həmin gün saat 22:35-də birlikdə idarə etdiyi "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, belə ki, o, sükan arxasında, Zərərçəkmiş şəxs isə qabaq sağ oturacaqda oturmuşdur. Mühərriki işə salaraq idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən 135-ci kilometrində, həmin yola Bakı istiqamətində sağ tərəfdən birləşən köməkçi torpaq yolla saatda 50 kilometr sürətlə hərəkət etməyə başlamışdır. Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olub Bakı istiqamətində hərəkətini davam etdirməli olduğu vaxt yorğun və içkili olduğu üçün onu yuxu tutmuş, bu səbəbdən də idarə etdiyi "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gözləmədən gəldiyi sürətlə Bakı istiqamətində sağ tərəfdəki torpaq yoldan Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna girmiş, avtomobil yolun Bakı istiqamətindəki hərəkət hissəsindən keçib Quba istiqamətindəki hərəkət hissəyə daxil olanda avtomobilin arxa hissəsi sürüşüb yolun Quba istiqamətindəki sağ ehtiyat hissəsinə çıxmış və o, ayılıb sükanı sağ tərəfə burmaqla idarə etdiyi avtomobili yolun Bakı istiqamətindəki hərəkət hissəsinə qaytarmaqla Bakı istiqamətinə doğru hərəkətə başlamışdır. Elə həmin an idarə etdiyi "Nissan Navara" markalı, 99- DZ-898 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə Quba istiqamətində hərəkət edən "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq orta hissəsi arasında yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Sonradan bildiyinə görə yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkətdə olan "Shacman" markalı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə toqquşmadan yayınmaq məqsədilə idarə etdiyi yük avtomobilini yolun Bakı istiqamətindəki hərəkət hissəsinə çıxarmışdır. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs heç bir xəsarət almasa da, avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs hadisə yerində ölmüş, özü isə hadisə zamanı müxtəlif ağır bədən xəsarətləri almış və deformasiya olmuş avtomobildə sıxılıb qalmışdır. Onu və Rəşidin meyitini yaxınlıqdakı tanımadığı şəxslər və hadisə yerinə gəlmiş xilasedicilər birlikdə deformasiya olmuş avtomobildən çıxarmışlar. Onu hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran rayon mərkəzi xəstəxanasına, Zərərçəkmiş şəxs meyitini isə məhkəmə tibbi müayinədən keçirilməsindən ötrü Şabran rayon mərkəzi xəstəxanasının həyətində yerləşən meyitxanaya aparmışdırlar. Şabran rayon mərkəzi xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün onu təcili tibbi yardım avtomobili ilə Bakı şəhərində yerləşən X12 aparmışdırlar. Hadisə vaxtı idarə etdiyi avtomobilin hərəkət surəti saatda 50 kilometrdən çox olmamış, yorğun və içkili olduğu üçün onu yuxu tutmuş, səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfalt olmuş, avtomobildə yük olmasa da, bir nəfər sərnişin olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2022-ci il tarixli, 5147 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 03:50-dən 04:00-a kimi olan müddət ərzində keçirilmiş müayinə nəticəsində Təqsirləndirilən şəxs ayıq olması və spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməməsi aşkar edilmişdir (cinayət işinin 26-cı vərəqəsi). - AE seriyalı, 621049 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək olan müddət ərzində "B" və "C" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir (cinayət işinin 35-ci vərəqəsi). - AD seriyalı, 526289 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Shacman" yük markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir (cinayət işinin 36-cı vərəqəsi). - Sumqayıt şəhər 4 saylı notarius ofisində verilmiş xx.xx.2022-ci il tarixli, reyestrdə 9117 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, X1 Rəhim Fikrət oğluna xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mülkiyyətində olan "Shacman" yük markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir (cinayət işinin 37-ci vərəqəsi). - **********758 nömrəli ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X7 notarial qaydada təsdiq edilmiş ərizəsindən (reyestrdə 8İ-13758 nömrə ilə qeyd edilmişdir) görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir (cinayət işinin 41-ci vərəqəsi). - AZ-İİ seriyalı, 267141 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə kəllənin bərk əzilməsi səbəbi ilə Şabran rayonunun ərazisində vəfat etmişdir (cinayət işinin 68-ci vərəqəsi). - xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X9 ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cinayət işinin 70-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1996-cı il tarixdə Quba rayonunun İqriq kəndində anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 58-ci vərəqəsi). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 21 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs meyitinin bədən səthində başın və gövdənin qapalı küt travması, baş beyin toxumasına və onun yumşaq qişasına geniş qansızmalar, baş beyin maddəsinin kəskin ödemi, sol ağ ciyərin cırılması, sağ İV,V,Vİ,Vİİ, sol İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların qapalı köndələn sınıqları, sol bud sümüyünün orta 3/1-nin qapalı qəlpəli sınığı, aşağı və yuxarı çənə sümüklərinin, burun sümüyünün qəlpəli sınıqları, başın alın, təpə, ənsə nahiyyələrinin, alt çənə, sol said və sol diz nahiyyələrinin əzilmiş yaraları, döş qəfəsinin və sağ dizin qançırları, sağ baldırın sıyrığı, başın və döş qəfəsinin yumşaq örtüyünə qansızmalardan ibarət bədən xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, canlı şəxslərdə hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Ölümünə səbəb başın küt zədələnməsi nəticəsində baş beyin toxumasına və baş beynin yumşaq qişasına qansızmalardan törəyən baş beynin kəskin ödemi olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə görə meyitin meyitxanada müayinə anından 6-12 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi laborator tədqiqatında etil spirti və narkotik vasitələr aşkar olunmamışdır (cinayət işinin 59-62-ci vərəqələri). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli, 226 saylı rəyindən görünür ki, müayinə zamanı Şahid bədən səthində politravma-sol bud sümüyünün burmalardan keçən qapalı və aşağı üçdə birinin açıq qəlpəli yerdəyişən sınıqları, sağ bud sümüyünün kondiluslardan keçən və sağ baldır sümüklərinin yuxarı üçdə birinin oynaqdaxili, orta üçdə birinin və aşağı üçdə birinin açıq çoxqəlpəli yerdəyişən sınıqları, sağ mil sümüyünün tipik yerinin və qayığabənzər sümüyün qapalı yerini dəyişməyən sınıqları, sol bud və sağ baldır nahiyyələrinin əzilmiş-cırılmış yaraları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 22 sentyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir (cinayət işinin 63-65-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 8-2735 nömrəli, 16.11.222-ci il tarixli məhkəmə-trassoloji ekspertizasının rəyindən görünür ki, ilkin kontakt anında toqquşma "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sol hissəsi ilə "Nissan Navara" markalı, 99-DZ- 898 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altına baş vermişdir. Ekspertizanın təyini haqqındakı qərarda hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izinin qalması haqqında məlumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrin yola nəzərən vəziyyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər qabaqdan arxaya nisbətən sağdan sola doğru, "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr qabaqdan arxaya nisbətən sağdan sola doğru istiqamətlənmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir (cinayət işinin 77-80-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli 3-13-16/2-73010/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixə kimi etibarlı olan) AE seriyalı, 621049 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (cinayət işinin 109cu vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 8/1114 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir (cinayət işinin 111-114-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cinayət işinin 132-133-cü vərəqələri). - 372 nömrəli, xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 144-145-ci vərəqələri). - 386 nömrəli, xx.xx.2024-cü il tarixli başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid barəsində Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi yarılmış və ayrıca icraata qəbul edilərək istintaqı aparılmışdır (cinayət işinin 169-170-ci vərəqələri). - 389 nömrəli, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı və "Nissan Navara" markalı, 99- DZ-898 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılmışdırlar (cinayət işinin 172-179cuvərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X7 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onunla Təqsirləndirilən şəxs ilə arasında barışıq əldə edilmişdir və onun Təqsirləndirilən şəxs hərhansı bir şikayət və ya tələbi yoxdur. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən (üfiqi nişanlanma xəttinin xüsusiyyəti) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin hadisənin təsadüfi axarı gedişatında ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törədilməsini, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisənin təsadüfü axarı gedişatında ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini və ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə barışıq əldə etmiş, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır və iş üzrə maddi sübut kimi tanınmış "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı və "Nissan Navara" markalı, **-DZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahiblərinə qaytarıldığı nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 278 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs və Şahid müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "Shacman" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı və "Nissan Navara" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahiblərinə qaytarıldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərcinin yarısı 139 (yüz otuz doqquz) manat məbləğində pul vəsaiti tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar