Məhkəmə qərarları › İş №1(031)-47/2020

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-47/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-47/2020 12.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1986-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, həbs olunana kimi ünvan 2 ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi konstruktiv əlamətlərinə görə soyuq silah hesab edilən müvafiq olaraq 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 147 mm, dəstəyinin uzunluğu 113 mm, ümumi uzunluğu isə 260 mm təşkil edən ümumi təyinatlı ov bıçağını və 1 (bir) ədəd gümüşü rəngli materialdan hazırlanmış, vurucu və boru formalı dayaq hissələrdən ibarət, vurucu hissədə barmaq keçirmək üçün diametri 8 mm ölçüdə olan dörd ədəd dairəvi formalı dəliklər nəzərdə tutulmuş, qabarit ölçüləri 105x58 mm olan «kastet» tipində hazırlanmış vurucu, əzici xassəyə malik predmeti, eləcə də satış məqsədi olmadan bir ədəd sellofan paketdə ağ kristallik maddə şəklində şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla ümumi təmiz çəkisi 0,379 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi özünə məxsus **-BR-*** dövlət qeydiyyat nişanlı VAZ-21012 markalı avtomobilin salonunda «bardaçok» adlanan saxlanc yerində yerləşdirməklə soyuq silahları qanunsuz olaraq gəzdirmiş, psixotrop maddəni isə qanunsuz olaraq saxlamış, həmin gün saat 20 radələrində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmış və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı sözügedən soyuq silahlar və psixotrop maddə aşkar edilərək müvafiq qaydada götürümüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır və həmin küçədə yerləşən avtomobil sexini işlədərək ailəsini dolandırır. Təxminən bir aydır ki, narkotik vasitə olan “patı” kimi adlandırılan metafetamindən istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında idarə etdiyi “VAZ-21012” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmişdir. İdarə etdiyi avtomobili Bakı şəhəri «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən «Yeganə» şadlıq sarayınının yanında olan avtodayanacaqda saxladıqda təsadüfən yerdən bir ədəd sellofan büküm tapmış və həmin sellofan bükümü açdıqda içərisində “patı” kimi adlandırılan narkotik vasitə hesab edilən maddənin olmasını görmüşdür. Bükümün içində olan narkotik vasitəni sonradan istifadə etmək üçün avtomobilinin “bardaçok” deyilən saxlanc yerinə qoymuşdur. Bundan başqa avtomobilin bardaçokunda 2019-cu ilin təxminən may ayının əvəllərində Şabran rayonu “Qalaaltı” istirahət mərkəzinin yaxınlığından ağacların arasında bir ədəd sellofan bağlamada tapdığı 01 ədəd “beşbarmaq” və 02 ədəd bıçaq da olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 19-20 radələrində Bakı şəhərində şəxsi işlərini görüb qurtardıqdan sonra özünə məxsus VAZ-21012 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Şabran şəhərinə qayıdıb getmişdir. Hacı Zeynalabdin qəsəbəsindən keçərkən orada pandemiya ilə əlaqədar təşkil olunmuş nəzarət-buraxılış məntəqəsində Şabran şəhər sakini kimi tanıdığı Fərhad adlı şəxsi də görüb və onu da Şabran şəhərinə apramaq üçün avtomobilə götürmüşdür. Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsinə daxil olarkən oradakı dairənin yaxınlığında avtomobili saxlayıb və yerə düşmək istəyərkən 3-4 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin Şabran rayon PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Şabran rayon PŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarının təklifini qəbul edib və etiraz etməyərək onlarla birlikdə idarə etdiyi avtomobilə əyləşərək Şabran RPŞ-nə getmişdir. Şabran RPŞ-nin növbətçi hissəsində hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə şəxsi axtarış, daha sonra isə idarə etdiyi avtomobilə baxış keçiriləcəyi ona bildirilmişdir. Hal şahidləri və müdafiəçinin iştirakları ilə üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən hər hansı bir cinayət xarakterili əşya və ya predmet aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. RPŞ-nin həyətində olan özünə məxsus “VAZ-21012” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı isə avtomobilin salonundaki saxlanc yerindən, yəni bardaçokdan bir ədəd beşbarmaq, iki ədəd bıçaq və bir ədəd sellofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları həmin bir ədəd sellofan bükümdə olan kütlənin nə olması barədə ondan soruşduqda, həmin sellofandakı kütlələrin narkotik vasitə hesab edilən “patı”, yəni metafetamin olduğunu və onu öz istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Bundan sonra avtomobilindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan kütlə elektron tərəzidə çəkilərkən onun çəkisinin təxminən 0,040 qram olması müəyyən olunmuşdur. Həmin sellofan bükümdə olan kütlə və avtomobilindən aşkar edilmiş 01 ədəd beşbarmaq və 02 ədəd bıçaq hal şahidlərinin və digər şəxslərin iştirakları ilə ayrı-ayrılıqda qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Şabran şəhər sakini xx xxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşqul olması barədə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Səbuhi Sadıxov, polis nəfərləri – Şahid3, Savalan Məhərrəmov və Şahid2lə birlikdə Təqsirləndirilən şəxs özünə məxsus VAZ-21012 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlayaraq onu Şabran rayon PŞ-nə dəvət etmişlər. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə isə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra üzərində şəxsi axtarış keçirilmələrinə baxmayaraq onun üzərindən hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və bu barədə protokol tərtib edildikdən sonra imzalarla təsdiq edilmişdir. Bundan sonra rayon polis şöbəsinin həyətində olan Təqsirləndirilən şəxs məxsus VAZ-21012 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı avtomobilin salonunun ön hissəsində olan saxlanc yerindən (bardaçokdan) bir ədəd beşbarmaq, iki ədəd bıçaq və bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan büküm açıldıqda onun içərisində ağ rəngli tozşəkilli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən olunmuşdur. Həmin ağ rəngli kütlənin nə olması barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu, həmin kütlənin narkotik vasitə olan “patı” olduğunu və onu öz istifadəsi üçün maşında saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilərək onun çəkisinin təxminən 0,040 qram olması müəyyən olunmuşdur. Həmin 1 ədəd sellofan büküm və digər əşyalar qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunduqdan sonra imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs atomobilində olan sərnişin Şabran şəhər sakini Fərhadov Fərhad Mövlud oğlunun üzərində keçrilən şəxsi axtarış zamanı hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran rayon PŞ-nin polis əməkdaşları – Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1565 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21012 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobildən aşkar edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,379 qram (tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,329 qram) olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 3/936 saylı rəyinə əsasən 1 (bir) ədəd bıçaq zavod üsuslu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla “kastet” tipində hazırlanmış, vurucu, əzici xasəyyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 2430 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatından və psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi əlamətləri aşkar olunmur, hal-hazırda o, narkomaniya xəstəyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısnın Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3608 saylı məktubdan, nikah haqqında şəhadətnamənin surətindən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda ailə üzvləri – həyat yoldaşı X1, 2008-ci il təvəllüdlü qızı X2 və 2018-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(031)-21/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etirafedici ifadəsilə yanaşı şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli həmin maddələrlə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını da cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildən həbsdə saxlanıldığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21012 markalı **-BR- *** dövlət qeydiyyat nişanlı minik avtomobilindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq olan 0,329 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd kastet və 01 ədəd bıçaq məhv edilməli, maddi sübut kimi hesab edilən bir ədəd kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xasiyyəyə malik olan və soyuq silah hesab edilməyən turist bıçağı Təqsirləndirilən şəxs qaytarılmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 129 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 il 06 ay 06 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddisübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21012 markalı **-BR- *** dövlət qeydiyyat nişanlı minik avtomobilindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq olan 0,329 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd kastet və 01 ədəd bıçaq məhv edilsin, maddi sübut kimi hesab edilən bir ədəd kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xasiyyəyə malik olan və soyuq silah hesab edilməyən turist bıçağı Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 129 (yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar