Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-47/2022 03.11.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – X5 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu Əmirxanlı kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, Şabran rayon məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci il dekabr ayının əvvəllərində Şahid1 vasitəsilə tanış olduğu Şabran şəhər sakini X3 1400 manat pulun müqabilində aztəminatlı ailələr üçün nəzərdə tutulan sosial müavinatın təyini məsələsinin müsbət həll olunmasında köməklik edəcəyini vəd verib aldadaraq 12 dekabr 2021-ci il tarixdə Şabran şəhər bazarının qarşısında 400 manat, 15 dekabr 2021-ci il tarixdə Şabran şəhər İcra nümayəndəliyinin qarşısında 400 manat, 16 dekabr 2021-ci il tarixdə Şabran şəhəri “Gilavar” restoranında 600 manat, cəmi isə 1400 (min dörd yüz) manat məbləğində pulu ondan alıb öz şəxsi məqsədləri üçün xərcləyərək özgənin əmlakını aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci il iyun ayının əvvəllərində Şabran rayonu Ağalıq kəndində yerləşən “Ceyranbulaq»” adlı çayxanada tanış olduğu Şabran rayonu Ağalıq kənd sakini Zərərçəkmiş şəxs2 1.600 manat pulun müqabilində aztəminatlı ailələr üçün nəzərdə tutulan sosial müavinatın təyini məsələsinin müsbət həll olunmasında köməklik edəcəyini vəd verib aldadaraq 25 yanvar 2022-ci il tarixdə Şabran şəhər M.Nəzirov adına istirahət parkının qarşısında 1.600 (min altı yüz) manat məbləğində pulunu ondan alıb öz şəxsi məqsədləri üçün xərcləyərək özgənin əmlakını aldatma yolu ilə təkrarən ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Əmirxanlı kəndində ailəsi ilə birlikdə yaşayır, daimi iş yeri yoxdur, fərdi əməklə məşğuldur, ailənin yeganə qazanc gətirənidir. 2021-ci ilin dekabr ayının ortalarında Şabran şəhərində yaşayan Ariz adlı şəxs onu Şabran şəhərində yaşayan Natiq İsgəndərovla tanış etmişdir. Onunla aralarındakı söhbət zamanı onun özü və qardaşı üçün sosial yardım müavinəti düzəldə biləcəyini ona deyib və bu iş üçün 1400 manat pul lazım olduğunu ona bildirmişdir. Natiq İsgəndərov onunla razılaşdıqdan sonra həmin pulları hissə-hissə ona verəcəyini dedikdən sonra 2021-ci ilin dekabr ayının otalarında həmin pulları hissə-hissə Natiqdən almışdır. Natiqlə 2 dəfə Şabran şəhər İcra nümayəndəliyinin qarşısında və 1 dəfə isə Şabran şəhərində yerləşən “Gilavar” restoranında görüşüb, ümumilikdə ondan 1400 manat pul almışdır. Natiq İsgəndərovdan həmin zaman aldığı sənədləri sosial şəbəkə vasitəsi ilə DSMF-nun vemt.az saytına bir neçə dəfə yükləsə də, hər dəfə onun adına imtina, yəni rədd cavabı gəlmişdir. Bir müddət sonra Natiq İsgəndərov ondan aldığı pulları geri qaytarmasını ondan tələb etdikdə 2022-ci ilin aprel ayının əvvələrində Natiqdən aldığı 1400 manat puldan 400 manatını ona geri qaytarmışdır. Natiqdən aldığı qalan 1000 manat pulu isə maddi imkanı olmadığı üçün ona qaytara bilmədiyi üçün Natiq onun barəsində şikayət edə biləcəyini ona demişdir. Natiq İsgəndərovu aldadaraq ələ keçirdiyi 1400 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2021-ci ilin təxminən iyun ayının əvvələrində Şabran rayonu Ağalıq kəndində yerləşən “Ceyranbulaq” çayxanasında olduğu zaman orada həmin kənd sakini Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Aralarındakı söhbət zamanı DSMF-nun Şabran rayon filialında işlədiyini və onun üçün həmin fond tərəfindən əhaliyə verilən sosial müavinat düzəldə biləcəyini ona demişdir. Bundan sonra həmin kənddən çıxıb getmiş və bir müddət Fəqanı görməmişdir. 2022-ci ilin yanvar ayının təxminən əvvələrində Zərərçəkmiş şəxs2la Şabran şəhərində görüşdükdə onun üçün sosial müavinat, yəni yardım düzəldə biləcəyini ona deyib və bunun üçün 1600 manat pul lazım olduğunu ona bildirmişdir. 2022-ci ilin yanvar ayının təxminən axırlarında günorta saatlarında Şabran şəhərində olduğu zaman Zərərçəkmiş şəxs2 ona zəng edərək onunla görüşmək istədiyini ona bildirmişdir. Fəqanla görüşmək üçün Şabran şəhəri M.Nəzirov parkına gəlməsini ondan xahiş etmişdir. Həmin parkın qarşısına gedib və orada Zərərçəkmiş şəxs2la görüşərək sonuncudan 1600 manat nəğd pulu ondan almışdır. Aralarındakı söhbət zamanı yaxın vaxtlarda DSMF-nun Şabran rayon filialı tərəfindən əhaliyə verilən sosial müavinat onun üçün düzəldəcəyinə söz verib və bəzi sənədləri yəni şəxsiyyət vəsiqələrinin surətlərini də ondan alaraq çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 aldığı 1600 manat pulu xərcləyib qurtarmış və maddi imkanı olmadığı üçün həmin pulları sonradan ona geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 onunla dəfələrlə əlaqə saxlayaraq ondan aldığı 1600 manat pulu geri qaytarmasını ondan tələb etmişdir. Fəqandan aldığı sənədləri ona qaytarsa da maddi imkanı olmadığı üçün pulları ona qaytara bilməmişdir. Belə ki, dörd azyaşlı uşağı vardır və maddi vəziyyəti son vaxtlar həddən artıq ağır olmuşdur. DSMF-nin Şabran rayon filialında heç bir tanışı yoxdur, Şabran rayon sakinləri – Natiq və Fəqandan aldığı pulları onların əməkdaşlarına verməmişdir. Pulları qaytara bilmədiyindən onlarla üzbəüz gəlməkdən utandığına görə məhkəmə iclaslarına gəlməmişdir. Buna görə də məhkəmənin qərarı əsasında o, 15 oktyabr 2022-ci il tarixdə Şabran rayon polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutulduqdan sonra onun böyük qardaşı zərərçəkmişlərdən aldığı pulları onlara qaytarmışdır. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Şabran rayonu Ağalıq kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 2021-ci ilin iyun ayının əvvələrində yaşadığı Ağalıq kəndi ərazisində yerləşən “Ceyranbulaq” adlı çayxanada həmkəndlisi Ruslanla birlikdə olduğu zaman təsadüfən orada Şabran rayonu Əmirxanlı kənd sakini Təqsirləndirilən şəxs ad-soyadlı şəxslə tanış olmuşdur. Aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs DSMF-nun Şabran rayon filialında işlədiyini və pul müqabilində həmin fond tərəfindən əhaliyə verilən sosial müavinat düzəldə biləcəyini ona demişdir. Söhbətdən sonra Səxavət çayxanadan çıxıb getmiş və bir müddət Səxavəti görməmişdir. 2022-ci ilin yanvar ayının təxminən əvvələrində Təqsirləndirilən şəxsla Şabran şəhərində görüşdükdə sonuncu, onun üçün sosial müavinat yəni yardım düzəldə biləcəyinə söz verib ondan 1600 manat pul istəmişdir. Buna görə də bacısının həyat yoldaşı Arif Məmmədovdan 600 manat və bacısı Elnarə Bayramovadan isə 600 manat pul borc olaraq almış və həmin pulun üstünə özündən də 400 manat qoyub ümumilikdə 1600 manat pul hazırlamışdır. 2022-ci ilin yanvar ayının təxminən 25-də saat 16 radələrində hazırladığı 1600 manat pulu özü ilə götürüb Şabran şəhərinə getmişdir. Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxladıqda sonuncu, onun Şabran şəhəri M.Nəzirov parkına gəlməsini xahiş etmişdir. Həmin parkın qarşısına gələrək orada Təqsirləndirilən şəxsla görüşüb 1600 manat nəğd pulu ona vermişdir. Pulu Səxavətə verdikdən sonra dəfələrlə işin nə yerdə olmasını soruşmasına baxmayaraq sonuncu, hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda işin düzələcəyinə söz vermişdir. Bacısının əri Arif Məmmədovdan və bacısı Elnarə Bayramovadan borc olaraq aldığı pulları onlara geri qaytarmış, bundan sonra dəfələrlə Səxavətlə görüşüb, özünə məxsus 1600 manat pulunun geri qaytarmasını ondan xahiş etməsinə baxmayaraq sonuncu, pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu aldadaraq 1600 manat pulunu ələ keçirməsini başa düşüb və Şabran RPŞ-nə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Səxavət tutulduqdan sonra onun qardaşı ona 1000 manat pul vermişdir. Ona görə də, Səxavətin tutulmasını istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 göstərdi ki, ünvan 1 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 2 birlikdə yaşayır və heç bir yerdə işləmir. Heç bir yerdə işləmədiyi üçün özünə sosial müavinat düzəltmək istəmiş və Ariz adlı bir nəfər tanışı vasitəsi ilə 2021-ci ilin dekabr ayının əvvələrində Şabran şəhərində yaşayan Səxavət adlı şəxslə tanış olmuşdur. Səxavətlə söhbət zamanı sonuncu, 1400 manat pula onun üçün sosial yardı düzəldə biləcəyini ona dedikdə onunla razılaşmışdır. Birinci dəfə 2021-ci il dekabr ayının 12-də saat 15 radələrində Şabran şəhər bazarının qarşısında tanışı Ariz adlı şəxslə birlikdə Səxavətlə görüşüb və 400 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs ondan yaşayış yerindən və ailə tərkibi haqqında arayış istədiyi üçün həmin sənədləri hazırlayaraq ona vermişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci il dekabr ayının təxminən 15-də səhər saatlarında Şabran şəhər İcra nümayəndəliyinin qarşısında Səxavətlə görüşərək bu dəfə də qardaşı Samitdən borc olaraq aldığı 400 manat pulu ona vermişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci il dekabr ayının təxminən 16-sı axşam saatlarında Şabran şəhəri “Gilavar” restoranında Səxavətlə görüşüb 600 manat pulu ona vermişdir. Ümumilikdə 1400 manat pulu tam şəkildə Səxavətə verib qurtardıqdan sonra dəfələrlə sonuncu ilə görüşüb və işin nə yerdə olmasını soruşduqda Səxavət hər dəfə ona yalan vədlər verib, yaxın vaxtlarda işin düzələcəyi barədə söz vermişdir. Səxavətin onu aldadaraq pulunu ələ keçirməsini başa düşərək 2022-ci ilin aprel ayının əvvələrində sonuncu ilə görüşüb və sosial yardım düzəltmək üçün verdiyi pulların geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 400 manat pulunu geri qaytardıqdan sonra yerdə qalan 1000 manat pulunu hər dəfə geri qaytaracağına söz versə də qalan pullarını geri qaytarmaqdan imtina etmişdir. Buna görə də 25 may 2022-ci il tarixdə Şabran rayon pokurorluğuna gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Səxavət tutulandan sonra onun böyük qardaşı ona vurulmuş ziyanı tam ödəmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 3 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 4si ilə birlikdə yaşayır və təxminən 2 ildir ki, “Azərkonnekt” şirkətində texniki təhlükəsizlik, əməyin mühafizəsi üzrə mühəndisi vəzifəsində işləyir. Təxminən 5 ildir ki, Şabran şəhərində yaşayan Natiq İsgəndərovla dostluq edir və münasibəti onunla həmişə yaxşı olmuşdur. 2021-ci ilin dekabr ayında Şabran şəhər sakini Natiq İsgəndərovla rastlaşdıqda sonuncu, özü üçün sosial müavinət düzəltmək istədiyini ona bildirmişdir. Şabran rayon sakini Təqsirləndirilən şəxs ad-soyadlı şəxsin sosial yardım işlərini dizəltməsini eşitdiyi üçün həmin şəxsin ona bu işdə yardım edə biləcəyini Natiqə demişdir. Özü Təqsirləndirilən şəxs heç bir sosial düzəltdirməmiş, lakin rayon sakinlərindən eşitmişdir ki, Səxavət kimlər üçünsə sosial yardım düzəltməsində yardımçı olaraq həmin şəxslərə köməklik etmişdir. 2021-ci ilin dekabr ayında günorta saatlarında Şabran şəhər İcra nümayəndəliyinin binasının arxasında Natiq və Səxavəti birbiri ilə görüşdürərək onları tanış etmiş və Natiq İsgəndərovun sosial yardım düzəltməsi üçün Təqsirləndirilən şəxs 1400 manat pul verməsini sonradan eşitmişdir. X14 üçün heç bir sosial yardım düzəltmədiyinə görə Natiq İsgəndərov pulunu ondan tələb etmiş və Təqsirləndirilən şəxs 400 manat pulu Natiqə geri qaytarmışdır. Təqsirləndirilən şəxs yerdə qalan 1000 manat pulun da Natiq İsgəndərova geri qaytarmasına söz verməsinə baxmayaraq həmin pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Şabran rayonu Ağalıq kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 2021-ci ilin iyun ayının əvvələrində yaşadığı Ağalıq kəndi ərazisində yerləşən çayxanada həmkəndlisi Fəqanla birlikdə olduğu zaman təsadüfən orada Şabran rayonu Əmirxanlı kənd sakini Təqsirləndirilən şəxs ad-soyadlı şəxslə tanış olmuşdur. Aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs DSMF-nin Şabran rayon filialında işlədiyini və pul müqabilində həmin fond tərəfindən əhaliyə verilən sosial müavinat düzəldə biləcəyini onlara demişdir. Həmkəndlisi Zərərçəkmiş şəxs2 sonradan bildirmişdir ki, Şabran rayonu Əmirxanlı kənd sakini Təqsirləndirilən şəxs onun üçün yadım düzəltmək məqsədilə 2021-ci ilin yanvar ayında ondan 1600 manat pul alaraq onu aldatmışdır. Zərərçəkmiş şəxs2 dəfələrlə pulunu geri qaytarmasını tələb etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs həmkəndlisi Fəqandan aldığı 1600 manat pulu geri qaytarmaqdan imtina etmiş və buna görə də Fəqan RPŞ-yə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Əmirxanlı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli 214 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Əmirxanlı kəndində ailə üzvləri – arvadı X4, uşaqları – X7, X8, X9 və X10 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Əmirxanlı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli 213 saylı xasiyyətnamədən görünür ki, Kərimov X1 yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgəyaşayış qaydalarına riayət etməklə öz ailəsi, kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Əmirxanlı İƏD-si üzrə nümayəndəliyinə onun barəsində Qazbabalı kəndində yaşadığı dövr ərzində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan AZ-T seriyalı 01105 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 19 dekabr 2011-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ-İİ seriyalı 827388 saylı, AZ-İV seriyalı 671302 saylı, AZ-İİİ seriyalı 106651 saylı və AZ-İİİ seriyalı 660506 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Bəsti, xx.xx.2013-cü il tarixdə Aysun, xx.xx.2015-ci il tarixdə Ədalət və xx.xx.2021-ci il tarixdə Zəhra adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına gəlmədiyinə görə onun barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Şabran rayon polis şöbəsi tərəfindən verilmiş axtarışda olan şəxsin tutulması barədə 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri Şabran şəhərində müəyyən edilərək tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona dəymiş 1600 manat ziyandan 1000 manat ödənilmişdir. Xahiş edir, Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza verilsin. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etirafedici ifadəsi ilə yanaşı iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tədbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tədbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Həmin tövsiyə və tapşırığa uyğun olaraq Cinayət Məcəlləsində bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tədbiqini nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrində br çox dəyişikliklər edilmiş, o cümlədən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində dörd azyaşlı uşağlarının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Əmirxanlı kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci ildən 03 noyabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 19 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq cəzadan çıxılmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 4 (dörd) ay 22 (iyirmi iki) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Əmirxanlı kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və, o dərhal məhkəmə zalından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-47/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-47/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver