Məhkəmə qərarları › İş №1(031)-47/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-47/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-47/2023 20.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə xx.xx.1967-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, evli, məhkum olunmayan, "xxxx" MMC-də sürücü işləyən, Şabran rayonunun Gəndov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il saat 17:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Şabran rayonu ərazisindən keçən 133-cü kilometrində idarə etdiyi PAZ 32054 avtobus markalı 17AC402 dövlət qeydiyyat nişanlı avtomobili Quba rayonu istiqamətində yolun sağ ehtiyat hissəsi üzərində dayandırdığı yerdən sola geriyə Bakı istiqamətli hərəkət hissəyə dönmək üçün hərəkətə gətirərkən hərəkətə başlamazdan, dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli, bu zaman təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməyib «X1» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib avtomobili hərəkətə gətirərək 10 km/saat sürətlə 7,7 metr məsafə qət edib ağ qırıq-qırıq nişanlanma xətdən Bakı istiqamətli yola daxil olarkən Zərərçəkmiş şəxs Quba istiqamətində 50-60 km/saat sürətlə idarə etdiyi mopedlə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan müştərək travma-qapalı kəllə-beyin zədələnməsi, baş beyinin orta dərəcə əzilməsi, epidural hematoma (baş beyinin sərt qişası üzərinə qan yığıntısı-hematoma), ənsə sümüyünün yerdəyişməyən sınığı, sol gicgah sümüyünün məməyəbənzər çıxıntısının, sağ və sol orbita sümüyünün, sağ xəlbir sümüyünün yerdəyişməyən sınıqları, hər iki ağ ciyərin əziyi, sağtərəfli pnevmotoraks (plevra boşluğuna hava yığılması), qara ciyərin sağ payının hematoması, sağ incik sümüyünün sınığı, ənsə nahiyəsinin əzilmiş yarası, hər iki gözaltı nahiyənin qançırları, sağ qaşaltı, sağ bel nahiyəsinin, hər iki dizin və sağ baldırın sıyrılmış yaraları xəsarətlərini yetirməklə sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərdi ki, «BD» kateqoriyalı sürücülük hüququ olmaqla "xxxx" MMC-yə məxsus PAZ 32054 avtobus markalı 17AC402 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 29 aprel 2023-cü il saat 17:20 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Şabran rayonunun Gəndov kəndi ərazisindən keçən hissəsində idarə etdiyi PAZ 32054 avtobus markalı 17AC402 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkət edib yolun sağ ehtiyat hissəsində avtobusu saxlamış, işlədiyi MMC-nin bir neçə işçisi avtobusdan düşdükdən sonra avtobusda şirkətin 7-8 nəfər işçisi qalmışdır. Bundan sonra dayandığı yerdən Bakı şəhəri istiqamətinə dönmək məqsədi ilə sola dönmə işığını yandırıb yola baxaraq əks istiqamətdə hər hansı bir nəqliyyat vasitəsinin gəlmədiyini, arxada isə «Shacman» markalı yük avtomobilininn hərəkət etdiyini görmüşdür. Yük avtomobili uzaqda olduğundan yolun sol hissəsinə dönə biləcəyini güman edib 10 km/saat sürətlə yolu sağdan sola doğru dönməyə başlamışdır. Dönməni tamamlayıb əks yola daxil olarkən arxadan sürətlə hərəkətdə olub «Shacman» markalı yük avtomobilini ötüb keçən mopedçi yolun Bakı şəhəri istiqamətindəki hərəkət zolağında təxminən yolun kənarına 1 metr məsafə qalmış onun idarə etdiyi avtobusun qabaq sol qapı hissəsi ilə toqquşmuşdur. Dərhal avtobusu dayandırıb yerə düşərək mopedçinin onunla eyni kənddə yaşayan Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Xəsarət alan Mustafanı TTY avtomobili ilə Şabran rayon MX-na yola salmışdır. Hadisədən əvvəl hər hansı bir spirtli içki, narkotik vasitə və güclü təsiredici vasitə qəbul etməmişdir və idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, 29 aprel 2023-cü il saat 17:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Şabran rayonunun Gəndov kəndi ərazisindən keçən hissəsində idarə etdiyi mopedlə Quba rayonu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən sağda ehtiyat hissədə dayanmış avtobus yolu geriyə dönmək üçün sola onun hərəkət etdiyi yola çıxmışdır. Avtobusla toqquşmamaq üçün sola manevr etmiş, buna baxmayaraq əks yolda idarə etdiyi moped avtobusla toqquşmuşdur. Toqquşma anında avtobusun sürücüsünün həmkəndlisi Rasim olduğunu bilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxsla barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadıqlarını bildirdi. Şahidlər Şahid2, Şahid1 və Şahid3 məhkəmə iclasına gəlməmişdir, onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 74 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxsnın bədənində müştərək travma-qapalı kəllə-beyin zədələnməsi, baş beyinin orta dərəcə əzilməsi, epidural hematoma (baş beyinin sərt qişası üzərinə qan yığıntısı-hematoma), ənsə sümüyünün yerdəyişməyən sınığı, sol gicgah sümüyünün məməyəbənzər çıxıntısının, sağ və sol orbita sümüyünün, sağ xəlbir sümüyünün yerdəyişməyən sınıqları, hər iki ağ ciyərin əziyi, sağtərəfli pnevmotoraks (plevra boşluğuna hava yığılması), qara ciyərin sağ payının hematoması, sağ incik sümüyünün sınığı, ənsə nahiyəsinin əzilmiş yarası, hər iki gözaltı nahiyənin qançırları, sağ qaşaltı, sağ bel nahiyəsinin, hər iki dizin və sağ baldırın sıyrılmış yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 9 iyun 2023-cü il tarixli 8/1594 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində PAZ 32054 avtobus markalı 17AC402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X1» Azaybaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 3-13-16/2-62130/2023 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan AE 627727 nömrəli «BD» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 13 sentyabr 2023-cu il tarixli notariatda təsdiq edilmiş və 20 sentyabr 2023-cü il tarixdə məhkəmə iclasında təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs səmimi etirafı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda cinayət məsuliyyətindən azad edildiyini bildirməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini təklif etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli və əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroruna göndərilməlidir. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi PAZ 32054 avtobus markalı 17AC402 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi moped maddi sübut hesab edilməklə saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin «Qeyd»-hissəsinin İİ bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmə məsələsinə baxılması üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilsin. Qərarın ekspertiza xərcinin tutulması hissəsində icrasına nəzarət Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi PAZ 32054 avtobus markalı 17AC402 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi moped maddi sübut hesab edilməklə saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar