Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-47/2024 06.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1981-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan miqdarda, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda ümumi təmiz çəkisi 0,191 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxladıqdan sonra xx.xx.2024-cü il tarixdə, saat 15:50-də Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Şabran şəhərinin Qulam Qasımov küçəsində saxlanılıb Şabran Rayon Polis Şöbəsinə gətirilərək, üzərində aparılan şəxsi axtarış zamanı əynindəki göy rəngli “Adidas" firmasının şalvarının sağ yan cibindən 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümlərdə təmiz çəkiləri 0,075 qram və 0,116 qram, ümumi təmiz çəkisi isə 0,191 qram olan xeyli miqdarda qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat günorta 15:00 radələrində Şabran şəhərinin Qulam Qasımov küçəsində qonşusu Turan Ağayev ilə söhbət edən zaman tanımadığı bir nəfər ona yaxınlaşaraq onu tutmaq istəyərkən o, onu tanımadığı üçün qaçmaq istəmiş, həmin şəxs isə onu yerə yıxmış və onun sifəti yerdə betona dəymişdir. Bu vaxtı polis işçiləri Seymur və Alış müəllim onların yanına yaxınlaşmışlar və o, onu yıxan şəxsin də polis əməkdaşı olduğunu öyrənmişdir. Tez ciblərini göstərərək onda narkotik maddə olmadığını bildirmişdir. Sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən polis işçisi Sevindik otaqda ona yaxınlaşaraq boğazından tutmuş, Seymur isə bu vaxt əlini onun cibinə soxmuşdur. O, əli ilə onun əlini itiləyərək onlara onu bədbəxt etməmələrini demişdir. Bundan sonra Sevindik və Seymur onu döymüşlər. O, hətta ona təyin edilmiş vəkil Əfqan Orucova hətta demişdi ki, onu orada tək qoyub getmə, o, məcbur olub onun üstünə atılanları boynuna alacaq. Xahiş edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq 7-8 ay bundan əvvəl narkotik maddələrdən istifadə etdiyini, ondan sonra isə narkotik vasitələrdən istifadə etmədiyini, Seymur və Sevindiyin onu döydüklərini, anasının xəstə olduğunu dediyi üçün onun polisdən buraxdıqlarını və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbirinin seçildiyini, Seymur və Sevindiyin onu döydüklərini, Sevindik boğazından yapışıb tutanda Seymur əlini cibinə soxduğunu, o, əli ilə Seymurun əlini itələdiyini, bu zaman paketlərin yerə düşdüklərini, Şabran Rayon Polis X7 Yerində təmir işləri getdiyi üçün Siyəzən Rayon Polis X7 Yerində saxlanıldığını, orada olarkən həkim müayinəsindən keçdiyini, həkim ondan üzündə olan xəsarətləri soruşanda betonun üstünə yıxıldığını dediyini və həkimə döyüldüyünü demədiyini, onu 02 (iki) gün həbsdə saxladıqlarını, müdafiəçinin suallarına cavab olaraq həmin günü məhəllədə Turanla söhbət edərkən polis əməkdaşının ona yaxınlaşıb əl atıb onu tutmaq istədiyini, polis əməkdaşının özünü təqdim etmədiyi üçün müqavimət edəndə vurub onu yerə yıxdığını, sonra polis şöbəsinə gətirildiyini və ona müdafiəçi təqdim edildiyini, polis şöbəsində olduğu zaman Sevindik boğazından tutanda Seymur narkotikləri cibinə atdığını, Sevindik və Seymurun bu zaman ona bir-iki dənə zərbə vurduqlarını, Siyəzən Rayon Polis Şöbəsində olduğu zaman boğazından qan gəldiyini və həkimə bununla bağlı yıxıldığını dediyini, məhkəməyə təqdim edilmiş diski bacısı X2 polisdən çıxandan sonra evdə cəkdiyini, döyülməsi ilə bağlı prokurorluğa şikayət etdiyini, lakin həmin diski prokurorluğa təqdim etmədiyini və sözü gedən diski hansı səbəbdən polisə təqdim etmədiyini bilmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğundan onun və Şabran Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 iştirakı ilə keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs tərəflərindən xx.xx.2024-cü il tarixdə, saat 15:50-də, Şabran şəhərinin Qulam Qasımov küçəsində evinin yaxınlığında saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs təriflərindən saxlanıldığı zaman qaçmağa cəhd etdiyi üçün bunun qarşısının alınması məqsədi ilə onu dayandırmağa yönəlmiş fənd işlədilmiş, bunun nəticəsində Təqsirləndirilən şəxs betonun üstünə yıxılaraq xəsarət almış və bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Şabran Rayon Polis X5 təmir işləri aparıldığı üçün Şabran Rayon Polis Şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Əfqan Orucov da iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Asimə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilərək hüquq və vəzifələri izah edilməklə vəkil Əfqan Orucov ona təqdim edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli “Adidas” idman şalvarın cibindən 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm, 02 (iki) ədəd 20 (iyirmi) qəpik, 02 (iki) ədəd 02 (iki) millilitrlik şpris və 01 (bir) ədəd baş hissəsi sınmış novokain ampulası aşkarlanmışdır. Asimdən bükümdə olan kütlənin nə olması soruşulduqda Asim həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 02 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Aşkar olunmuş 02 (iki) ədəd 20 (iyirmi) qəpik pul Asimə qaytarılmış, 02 (iki) ədəd 02 (iki) millilitrlik şpris və 01 (bir) ədəd baş hissəsi sınmış boş novokain ampulası götürülmüş, bu barədə videoçəkiliş aparılmışdır. Bundan əlavə sədrlik edənini suallarına cavab olaraq, Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı zaman orada sadəcə onun və Şahid2 olduğunu, həmin vaxt orada onlardan başqa hər-hansı bir polis əməkdaşının olmadığını, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər-hansı bir fiziki və yaxud psixi təzyiq və ya zorakılığa məruz qalmadığını, Təqsirləndirilən şəxs təriflərindən saxlanıldığı zaman qaçmağa cəhd etdiyi üçün bunun qarşısının alınması məqsədi ilə onu dayandırmağa yönəlmiş fənd işlədilməsi nətiçəsində betonun üstünə yıxılaraq xəsarət aldığını, həmçinin Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində aşkar edilmiş narkotik vasitələrindən hər-hansı bir polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə qoyulmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğundan onun və Şabran Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 iştirakı ilə keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs tərəflərindən xx.xx.2024-cü il tarixdə, saat 15:50-də, Şabran şəhərinin Qulam Qasımov küçəsində evinin yaxınlığında saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs təriflərindən saxlanıldığı zaman qaçmağa cəhd etməsi səbəbi ilə bunun qarşısının alınması üçün onu dayandırmağa yönəlmiş fənd işlədilmiş, bunun nəticəsində Təqsirləndirilən şəxs betonun üstünə yıxılaraq xəsarət almış və bundan sonra Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Şabran Rayon Polis X5 təmir işləri aparıldığı üçün Şabran Rayon Polis Şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Əfqan Orucov da iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Asimə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilərək hüquq və vəzifələri izah edilməklə vəkil Əfqan Orucov ona təqdim edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli “Adidas” idman şalvarın cibindən 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm, 02 (iki) ədəd 20 (iyirmi) qəpik, 02 (iki) ədəd 02 (iki) millilitrlik şpris və 01 (bir) ədəd baş hissəsi sınmış novokain ampulası aşkarlanmışdır. Asimdən bükümdə olan kütlənin nə olması soruşulduqda Asim həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 02 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Aşkar olunmuş 02 (iki) ədəd 20 (iyirmi) qəpik pul Asimə qaytarılmış, 02 (iki) ədəd 02 (iki) millilitrlik şpris və 01 (bir) ədəd baş hissəsi sınmış boş novokain ampulası götürülmüş, bu barədə videoçəkiliş də aparılmışdır. Bundan əlavə sədrlik edənini suallarına cavab olaraq, Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı zaman orada sadəcə onun və Şahid1 olduğunu, həmin vaxt orada onlardan başqa hərhansı bir polis əməkdaşının olmadığını, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər-hansı bir fiziki və yaxud psixi təzyiq və ya zorakılığa məruz qalmadığını, Təqsirləndirilən şəxs təriflərindən saxlanıldığı zaman qaçmağa cəhd etdiyi üçün bunun qarşısının alınması məqsədi ilə onu dayandırmağa yönəlmiş fənd işlədilməsi nətiçəsində betonun üstünə yıxılaraq xəsarət aldığını, həmçinin Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində aşkar edilmiş narkotik vasitələrindən hər-hansı bir polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə qoyulmadığını, bunula yanaşı onun Təqsirləndirilən şəxs döymədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 öz izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı polisdən çıxandan sonra evdə olanda onun ağzından qan gəldiyini gördükləri üçün o, bu vəziyyəti telefonu ilə çəkmişdir. Sonra polisdə Alış müəllimə zəng edib soruşmuşdur ki, Təqsirləndirilən şəxs polisdə döyüblər ya yox, Alış müəllim də buna cavab olaraq Asimin polis əməkdaşları tərəfindən döyülmədiyini demişdir. Asim ona polislər tərəfindən döyüldüyünü, cibinə güclə narkotik vasitə qoyulduğunu, məhəllədə dayanarkən polislər gəlib tutanda onu vurub yıxdıqlarını və həmin anda cibindən bir şey çıxmadığını deyib. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Asimin ona polis əməkdaşlarının onu tutulanda onu ayağı ilə vurub yerə yıxdıqlarını və sinəsinin onda əzildiyini, polisdə olanda bir polis əməkdaşının onun boğazından yapışdığını, digərinin isə cibinə narkotik qoymaq istədiyini, onun buna icazə vermədiyini dediyini, Asimin onu polis şöbəsində iki nəfərin döydüyünü dediyini, lakin onu döyən polis əməkdaşlarının adlarını bilmədiyini, Asimin ona telfon çəkilişinə görə məhkəmə iclasına şahid qismində dəvət edildiyini dediyini, bu səbəbdən də məhkəmə iclasına gəldiyini, Asimin beş il olar ki, narkotik maddələrdən istifadə etdiyini və bir neçə dəfə müalicə də olunduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 54-1 – 54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid Şabran Rayon Polis Şöbəsinin əməkdaşı X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək Azərbaycan Tərəflər Konfransının 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçiriləcək 29-cu sessiyası (COP29) ilə bağlı Bakı şəhərinin ərazisində xidmətdə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı üzləşdirmə zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iş üzrə müdafiə və ittiham tərəfinin işə şahid X1 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə şahid X1 iştirakı olmadan baxılmasının cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gəlmiş və hazırki işə şahid X1 iştirakı olmadan və onun ibtidai istintaq zamanı üzləşdirmə zamanı verdiyi ifadənin elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid X3 ibtidai istintaq zamanı üzləşdirmə zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrin saxlanılması ilə bağlı məhkum olmuş şəxs kimi tanıyır və onların aralarında hər-hansı bir düşmənçilik yoxdur. Bilir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən 2024-cü ilin yay aylarında Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və onun üzərindən narkotik maddə aşkar edilmişdir. Lakin Təqsirləndirilən şəxs o, və yaxud hər-hansı bir başqa polis əməkdaşı tərəfindən fiziki və yaxud psixi təzyiq göstərilməyib və onu Şabran Rayon Polis Şöbəsində döyməyiblər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək qəbul etməsi, üzərində saxlaması və daşınmasında şübhəli bilindiyi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 15:50 radələrində, Şabran şəhərinin Qulam Qasımov küçəsi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətilmişdir (cinayət işinin İ cildinin 3-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində saxlanılmasında və daşınmasında şübhəli olması barədə etibarlı və qərərsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur (cinayət işinin İ cildinin 4-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində saxlanılmasında və daşınmasında şübhəli olması barədə etibarlı və qərərsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 5-6-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli, 3-13-107/Ə86/2024 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində saxlanılmasında və daşınmasında şübhəli olması barədə etibarlı və qərərsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat axtarış təbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin İ cildinin 7-8-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:50-dən etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 12-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (cinayət işinin İ cildinin 12-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə, saat 16:15-dan 16:25-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində Təqsirləndirilən şəxs əynindəki göy rəngli “Adidas" firmasının şalvarının sağ yan cibindən 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümlərdə narkotik maddəyə bənzər kütlələr, 02 (iki) ədəd şpris, 02 (iki) ədəd 20 (iyirmi) qəpiklik dəmir əskinas və 01 (bir) ədəd ampula aşkar edilmiş, 02 (iki) ədəd 20 (iyirmi) qəpiklik dəmir əskinas Təqsirləndirilən şəxs geri qaytarılmış, 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümlərdə narkotik maddəyə bənzər kütlələr, 02 (iki) ədəd şpris və 01 (bir) ədəd ampula isə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cinayət işinin İ cildinin 31-32-ci vərəqələri) - Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə, saat 16:15-dan 16:25-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmənin DVD diskə köçürülmüş videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli “Adidas" firmasının şalvarının sağ yan cibindən 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümlərdə narkotik maddəyə bənzər kütlələr, 02 (iki) ədəd şpris, 02 (iki) ədəd 20 (iyirmi) qəpiklik dəmir əskinas və 01 (bir) ədəd ampula aşkar edilmiş, 02 (iki) ədəd 20 (iyirmi) qəpiklik dəmir əskinas Təqsirləndirilən şəxs geri qaytarılmış, 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümlərdə narkotik maddəyə bənzər kütlələr, 02 (iki) ədəd şpris və 01 (bir) ədəd ampula isə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cinayət işinin İ cildinin 32-A vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3108 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Mircəfərov A-imza, ... üç-imz, tərtib etdi:Müşfiq Fərzəliyevimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri- 0,075 qram, 0,116 qram, ümumi təmiz çəkisi 0,191 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına ( Siyahı İ) daxildir. hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 0.191qram çəkidə heroinin 0,04 qram hissəsi (hər büküm üzrə 0,02 qram) nümunə olaraq götürülmüş 0,151 qram hissəsi isə geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 39-41-ci vərəqələri) - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 47-48-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis X8 yerindən həbsdən azad edilmiş və onun barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 58-ci vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 5(031)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin İ cildinin 72-74-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1981-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci ıl tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 234.1-ci maddələri ilə 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən həmin cəzanın çəkilməmiş qalan 01 (bir) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cinayət işinin İ cildinin 79-80-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,151 qram narkotik vasitə hesab olunan heroin və əlavə olaraq qablaşdırılmış 02 (iki) ədəd şpris və 01 (bir) ədəd ampul iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cinayət işinin İ cildinin 85-ci vərəqəsi). - Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1589/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 234.1-ci maddələri ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay hissəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cinayət işinin İ cildinin 88-92-ci vərəqələri). - 024449 nömrəli üzləşdirmə protkolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə, saat 15:00-dan 15:45-ə kimi olan müddət ərzində keçirilmiş üzləşdirmə nəticəsində Təqsirləndirilən şəxs Şahid1 üzünə saxlanıldığı zaman üzərində narkotik maddə olmadığını və üzərindən aşkar edilmiş narkotik maddənin onun üstünə polis əməkdaşları tərəfindən atıldığını, Şahid1 isə Təqsirləndirilən şəxs üzünə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində onun üzərindən narkotik vasitə aşkar edildiyini, bununla yanaşı ona qarşı hər-hansı fiziki zorakılıq edilmədiyini bildirmişdir (cinayət işinin İ cildinin 122-123-cü vərəqələri). - 024450 nömrəli üzləşdirmə protkolundan görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə, saat 16:00-dan 16:50-ə kimi olan müddət ərzində keçirilmiş üzləşdirmə nəticəsində Təqsirləndirilən şəxs X1 üzünə saxlanıldığı zaman üzərində narkotik maddə olmadığını və üzərindən aşkar edilmiş narkotik maddənin onun üstünə polis əməkdaşları tərəfindən atıldığını, həmin vaxt əllərinin bağlı olduğunu və X1 onu boğazından tutduğunu, X3 isə Təqsirləndirilən şəxs üzünə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində onun üzərindən narkotik vasitə aşkar edildiyini, polis şöbəsində olduğu zaman ucadan dansıdığı üçün onun olduğu otağa daxil olaraq ona öz iradını bildirdiyini, lakin ona qarşı hər-hansı zorakılıq etmədiyini bildirmişdir (cinayət işinin İ cildinin 124-125-ci vərəqələri). - 024451 nömrəli üzləşdirmə protkolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə, saat 17:00-dan 17:45-ə kimi olan müddət ərzində keçirilmiş üzləşdirmə nəticəsində Təqsirləndirilən şəxs Şahid2 üzünə saxlanıldığı zaman üzərində narkotik maddə olmadığını və üzərindən aşkar edilmiş narkotik maddənin onun üstünə Şahid2 tərəfindən atıldığını, Şahid2 isə Təqsirləndirilən şəxs üzünə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində onun üzərindən narkotik vasitə aşkar edildiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə keçirildiyi zaman videoçəkiliş aparıldığını və ona qarşı zorakılıq edilmədiyini və üstünə narkotik maddə qoyulmadığını bildirmişdir (cinayət işinin İ cildinin 126-127-ci vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X15 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4993 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 137-138-ci vərəqələri). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-34/2-651/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji kabinetdə dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 141-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-3083/2024 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 144-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, həmçinin onun üzərində şəxsin axtarış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 146-155-ci vərəqəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilən məlumatlara və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1589/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1589/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 234.1-ci maddələri ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay hissəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilməsindən 02 (iki) il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir və bu səbəbdən də onun əməlində cinayətin residivi vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin İİ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin cinayət-hüquqi statusunu səciyyələndirən cəhət olaraq məhkumluq şəxs barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən başlayır, bütün cəzaçəkmə müddətini əhatə etməklə cinayətin ağırlığından asılı olaraq qanunla müəyyən edilmiş müddət ərzində davam edir və bu müddətin bitməsi ilə ödənilmiş hesab olunur. Məhkumluğun səbəb olduğu cinayəthüquqi xarakterli ağır nəticələrdən biri isə həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi zamanı residivin yaranmasıdır. Cinayətin residivi zamanı, bir qayda olaraq, şəxs ona qarşı tətbiq olunmuş cinayət-prosessual, cinayət-hüquqi və cəza icra tədbirlərinə və vasitələrinə etinasız yanaşdığını, onlara məhəl qoymadığını göstərir ki, bu da onun yüksək sosial risk daşıyıcısı olduğuna və ictimai təhlükəliliyinə dəlalət edir. Cəzanın çəkilməsindən sonra qanunla müəyyən edilmiş müddət daxilində yeni cinayət törətməklə şəxs qanunauyğun həyat tərzi sürmək, cinayət qanununun normalarının tələblərinə riayət etmək istəyinin olmamasını aşkar şəkildə göstərməklə, ona qarşı daha sərt cinayət-hüquqi məsuliyyətin və cəzanın tətbiqini labüd edir. Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir. Residivin mütləq şərti olaraq məhkumluqdan bəhs etdikdə, cinayət qanunu sadəcə şəxs barəsində qanuni qüvvəyə minmiş ittiham hökmünün olmasını deyil, bu hökmlə şəxsə cəza təyin edilməsini də nəzərdə tutur. Belə ki, Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmçinin Cinayət Məcəlləsinin 83.4 və 83.4-1-ci maddələrinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göründüyü kimi, qanunverici məhkumluğun ödənilməsi müddətinin başlanğıcı olaraq şəxsin törətdiyi konkret cinayətə görə ona təyin olunmuş cəzanın deyil, şəxsin faktiki olaraq çəkdiyi cəzanın bitmə anını görür. Beləliklə, məhkumluğun ödənilməsi təyin olunmuş cəzaya münasibətdə deyil, faktiki çəkilən cəzaya münasibətdə hesablanır və real cəzanın çəkilib qurtardığı gündən başlayır. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadədə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik maddə olmadığı və həmin narkotik maddənin Şabran Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən döyüldükdən sonra üzərinə qoyulduğunu bildirsə də, iş üzrə məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələr və tədqiq edilmiş sübutlar ilə bu hallar öz təsdiqini tapmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi üzərində xəsarətlər olmasını özündə əks etdirən videogörüntüdə təzəlikcə polis şöbəsindən çıxan kimi videoçəkilişin həyata keçirildiyi bildirsə də, üzərində olan geyim üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntüdəki geyimdən fərqlidir və onun üzərində şəxsi axtarış keçirildiyi zaman çəkilmiş videogörüntüdə də onun bədəni üzərində hər-hansı bir xəsarət görünmür, bunun əksinə Təqsirləndirilən şəxs sərbəst şəkildə orada olan polis əməkdaşları və müdafiəçisi ilə danışır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi videogürüntünü prokurorluğa müraciət etdiyi zaman təqdim etməməsini, barəsində “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbirinin seçilməsinə və faktiki olaraq azadlıqda olmasına baxmayaraq müvafiq tibbi müayinədən keçməməsini, o cümlədən məhkəmə iclasında dindilrimiş şahidlərin ifadələrində göstərdikləri xüsusatları və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə iclasında Şabran Rayon Polis Şöbəsində fiziki təzyiqə məruz qalması və üzərinə polis əməkdaşları tələfindən narktoik maddə atılması ilə bağlı göstərdiklərinin özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmədiyi və məhkəmə araşdırması zamanı da təsdiqini tapmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözü gedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 83-cü bəndinə əsasən narkotik maddə hesab edilən heroinin xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi 0,15 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,191 qram çəkidə heroinin əldə edilməsi, saxlanılması və daşınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-ci il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivi olmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsaslar yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər 02 (iki) dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına baxmayaraq islah olunmayaraq yenidən eyni xarakterli cinayət əməli törətmişdir və onun əməlində cinayətlərin residivi vardır. Ona görə də təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla onun islah olunmasına, cəzanın məqsədinə nail olmaq olar. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 48-ci maddəsi, Azərbaycan Respublikasının 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə onun barəsində təyin ediləcək azadlıdqan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməlidir, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilməlidir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən ona təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3108 nömrəli ekspert rəyi ilə bağlı həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir, iş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza icraatından sonra qaytarılan 01 (bir) ədəd kağız paketdə 0,151 qram narkotik vasitə olan heroin və əlavə olaraq qablaşdırılmış 02 (iki) ədəd şpris və 01 (bir) ədəd sınıq ampula hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə şəxsi axtarış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işində saxlanmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə onun barəsində təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və onun barəsində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza icraatından sonra qaytarılan 01 (bir) ədəd kağız paketdə 0,151 qram narkotik vasitə olan heroin və əlavə olaraq qablaşdırılmış 02 (iki) ədəd şpris və 01 (bir) ədəd sınıq ampula hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, cinayət işi üzrə şəxsi axtarış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-47/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-47/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver