Məhkəmə qərarları › İş №1(031)-48/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-48/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-48/2021 05.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 29 avqust 1986-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəalliyyəti ilə məşğul olan, Ağdam rayonunun Güllücə kəndində qeydiyyatda olan, hal-hazırda ünvan 1 ünvanda yaşayan, barəsində 04 iyun 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Rəfail oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Rəfail oğlu 26 noyabr 2008-ci il tarixdə doğulmuş X2 və 14 avqust 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 26 oktyabr 2013-cü il tarixdən etibarən hər uşağa görə 100 (bir yüz) manat olmaqla, hər ay cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment pulun tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 noyabr 2013-cü il tarixli 2(001)-7618/2013 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdam rayon məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 30 yanvar, 19 fevral, 13 may, 07 sentyabr və 15 dekabr 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 08 yanvar 2021-ci il tarixədək şəxsi maraqları naminə cəmi 2650 (iki min altı yüz əlli) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs Rəfail oğlu ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəmədə göstərdi ki, o Zərərçəkmiş şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə 26 noyabr 2008-ci il tarixdə Sevda və 14 avqust 2011-ci il tarixdə isə Nurlan adlı övladları doğulmuşdur. Bir müddət mehriban yaşamışlar, münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2012-ci ildə ayrılmışlar. Hal-hazırda da, ayrı yaşayırlar. Həmçinin o, X4 ilə 21 avqust 2013cü il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından 24 avqust 2014cü il tarixdə Əfəndi adlı övladları doğulmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2016-cı ildə ayrılmışlar, 13 fevral 2017-ci ildə isə rəsmi boşanmışlar. Hal-hazırda da, ayrı yaşayırlar. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 noyabr 2013-cü il tarixli 2(001)-7618/2013 saylı qətnaməsi ilə 26 noyabr 2008-ci il tarixdə doğulmuş Sevdanın və 14 avqust 2011-ci il tarixdə doğulmuş Nurlanın yetkinlik yaşma çatanadək saxlanılmaları üçün ondan 26 oktyabr 2013-cü il tarixdən etibarən hər uşağa görə 100 (bir yüz) manat olmaqla, hər ay cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs qızma ödənilməsi qət edilmişdir. Həmçinin, Goranboy rayon məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(045)-45/2017 saylı qətnaməsi ilə 24 avqust 2014-cü il tarixdə doğulmuş Əfəndinin yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 13 oktyabr 2016-cı il tarixdən etibarən hər ay 117 (bir yüz on yeddi) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar X1 ödənilməsi qət edilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Ağdam rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmin qətnamələr 10 iyun 2019-cu il tarixdə böyük icra məmuru tərəfindən bir icraatda birləşdirilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra Ağdam rayon İcra və probasiya şöbəsindən qeyd olunan alimentlərin tələbkarlara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnamələri icra edə bilməmişdir. Məhkəmənin qətnamələri tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Ağdam rayon məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq o, məhkəmə qətnamələrini icra edə bilməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamələrin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra borclu olduğu tələblərin ödənilməsi tərəfindən təmin edilməsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş, lakin o, yenə də, məhkəmənin qətnamələrini icra edə bilməmişdir. Onun cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 08 yanvar 2021-ci il tarixədək tələbkar X1 565 (beş yüz altmış beş) manat məbləğində aliment borcu yaranmışdır. Lakin o, indiyədək həmin borcunu tam ödəmişdir, hal-hazırda da, Nigar İsmayılovaya heç bir aliment borcu yoxdur. Həmçinin, onun cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 08 yanvar 2021-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 2650 (iki min altı yüz əlli) manat məbləğində aliment borcu yaranmışdır. Hazırda etdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ittiham üzrə olan aliment borcunu tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur, ona görə də xahiş edir ki, barəsində olan cinayət işinin icraatına xitam verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə 26 noyabr 2008-ci il tarixdə Sevda və 14 avqust 2011-ci il tarixdə isə Nurlan adlı övladları doğulmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2012-ci ildə ayrılmışlar. Hal-hazırda da, ayrı yaşayırlar. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 noyabr 2013-cü il tarixli, 2(001 )-7618/2013 saylı qətnaməsi ilə 26 noyabr 2008-ci il tarixdə doğulmuş Sevdanın və 14 avqust 2011-ci il tarixdə doğulmuş Nurlanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs 26 oktyabr 2013-cü il tarixdən etibarən hər uşağa görə 100 (bir yüz) manat olmaqla, hər ay cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment pulu alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Ağdam rayon İcra və probasiya şöbəsindən qeyd edilən alimentin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin borclu qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Ağdam rayon məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq borclu yenə də ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs indiyədək aliment pulunu ona tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 08 yanvar 2021-ci il tarixədək ona 2650 (iki min altı yüz əlli) manat məbləğində aliment borcu yaranmışdır. Lakin sonradan borclu Təqsirləndirilən şəxs borc kimi göstərilən həmin məbləğdə pulu ona tam ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ona ittiham aktı üzrə olan borcu qalmamışdır. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Cinayət işinə əlavə olunmuş 27 fevral 2020-ci il tarixli, **********0 saylı məktubdan da görünür ki, Təqsirləndirilən şəxs işlə əlaqədar Dövlət Məşğulluq Xidmətinin Ağdam rayon məşğulluq mərkəzinə müraciət etməmiş və mərkəz tərəfindən iş axtaran kimi qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan borclu Təqsirləndirilən şəxs ünvanlanmış çağırış vərəqələrindən, edilmiş rəsmi xəbərdarlıqlardan, tərtib olunmuş aktlardan, alınmış izahatlardan, Ağdam rayon məhkəməsinin 13 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında 07 iyun 2021-ci il tarixli qərarından görünür ki, istintaq zamanı Goranboy rayon məhkəməsinin 13 fevral 2017-ci il tarixli, 2(045)-45/2017 saylı qətnaməsi Təqsirləndirilən şəxs Rafail oğlu tərəfindən tam olaraq icra edildiyindən onun barəsində həmin epizod üzrə cinayət təqibinə Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, bundan başqa istintaq zamanı zərərçəkmiş X1 dəymiş ziyan tam ödənildiyindən və həmin epizod üzrə cinayət təqibinə xitam verildiyindən onun cinayət işi üzrə aparılan istintaqda zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rəfail oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 22 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs Rəfail oğlu ona olan aliment borcunu tam ödədiyinə görə ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Rəfail oğlunun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 72.2-ci madddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Rəfail oğlu zərərçəkmiş şəxsə olan aliment borcunu tam ödədiyindən onun barəsində cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346-347, 356-cı maddələrini rəhbər tuturaq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Rəfail oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Rəfail oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar