Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-48/2022 21.10.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1995-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmuş və oradan birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 80 manat olan 08 ədəd “HP” markalı qulaqcıqları, birinin qiyməti 05 manat olmaqla ümumi dəyəri 40 manat olan 08 ədəd “Tech-Com” markalı kompyuter kameralarını və 30 manat dəyərində 01 ədəd “NGC” markalı qaşıq dəstini, ümumilikdə isə 150 (yüz əlli) manat məbləğində Zərərçəkmiş şəxs məxsus əmlakı gizli olaraq talayıb aparmağa cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanmış, beləliklə iradəsindən asılı olmayan səbəblərə görə oğurluq əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində anası və bacısı ilə bir yerdə yaşayır. Subaydır, müxtəlif yerlərdə fəhlə kimi işləməklə ailəni dolandırır, alənin yeganə qazanc gətirənidir. Qardaşı İlkin onların yaşadığı ünvanda qeydiyyatda olmasına baxmayaraq, öz ailəsi ilə birlikdə Siyəzən şəhərində yaşayır. Atası isə bu yaxınlarda cinayət törətdiyinə görə həbs olunmuşdur. O, özü də əvvəllər CM-nin 177 və 245-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həbsdən 2021-ci ilin dekabr ayında çıxmışdır. Həbsdən təzə çıxdığına görə pula ehtiyacının olduğunu və iş tapmaqda da çətinlik çəkmişdir. Pula ehtiyacı olduğuna görə oğurluq etmək fikrinə düşmüş, buna görə də qonşu küçədə yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Sevilə məxsus evin onun yaşadığı evin yaxınlığında yerləşdiyinə görə artıq uzun müddətdir ki, həmin evdə yaşayışın olmadığını bilmişdir. Qonşuluqda yerləşdiyinə görə də həm Sevili, həm də onun ailəsini artıq uzun müddətdir ki, Şabran şəhər sakini kimi tanımış, onlarla da münasibətləri hər zaman normal olmuşdur. 19 aprel 2022-ci il tarixdə saat 04 radələrində yaşadığı evdən çıxaraq Şabran şəhəri, U.Orucov küçəsinə - Sevilə məxsus ikimərtəbəli fərdi yaşayış evinin qarşısına gəlmiş, evin qarşısına gəldiyi zaman əvvəlcə ətrafa göz gəzdirmiş, heç kimin olmamasından əmin olduqdan sonra evin daş hasarını tullanmaqla həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra da evin giriş qapısına yaxınlaşıb taxta materialdan olan qapını əli ilə itələyərək açıb evin içərisinə daxil olmuş, evə daxil olan zaman evin üç otağının evin dəhliz hissəsinə açıldığını görmüş, daxil olduğu otaqlardan birində bir qutuda qulaqcıq və kompyuter kameralarının, bir qutuda isə qaşıq dəstinin olduğunu görüb onları oğurlamaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilmişdir. Həmin hadisədən sonra o, zərərçəkmiş şəxslə əlaqə yaratmış, dəfələrlə ondan üzr istəmiş, vurulmuş ziyanı tamamilə ödəmiş, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmiş və ondan bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 6rləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır, ailəlidir. ünvan 6rləşən fərdi yaşayış evi ailəsinə məxsusdur. X9 hal-hazırda Rusiya Federasiyasında yaşayır və sonuncu dəfə 2021-ci ilin oktyabr ayında ünvan 6rləşən fərdi yaşayış evinə baş çəkməyə gəlmişdir. 17 aprel 2022-ci il tarixdə Sumqayıt şəhərində olan zaman ünvan 7 ünvanda yaşayan əmisi Maqsud ona zəng edərək atasına məxsus evin taxta materialdan olan pəncərəsinin sındırıldığını, evin giriş qapısının açıq olduğunu və evdən 01 ədəd təxminən dəyəri 80 manat olan elektrik çaydanının oğurlandığını qeyd etmişdir. Bundan sonda o, baş vermiş hadisə ilə əlaqədar Şabran RPŞ-nə ərizə ilə müraciət etmişdir. Müraciətindən sonra 19 aprel 2022-ci il tarixdə isə RPŞ-nin əməkdaşları ona zəng edərək onu RPŞ-yə dəvət etmişlər. O da Sumqayıt şəhərindən Şabran RPŞ-nə gəlmişdir. RPŞ-nə gəldikdən sonra ona məlum olmuşdur ki, 19 aprel 2022-ci il tarixdə gecə saatlarında onun ailəsinə məxsus evə yenidən naməlum şəxs oğurluq etmək üçün qanunsuz olaraq daxil olmuş və oradan 08 ədəd qulaqcığı, 08 ədəd kompyuter kameralarını və 01 ədəd qaşıq dəstini oğurlamaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıbdır. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur, onu bağışlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, ünvan 8 ünvanda qeydiyyatda olmaqla ünvan 9ə yaşayır. Ailəlidir və 2 övladı var. 6 aya yaxındır ki, Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022-ci ilin aprel ayının ortalarında ünvan 6rləşən fərdi yaşayış evində baş verən oğurluqların üstünün açılması ilə bağlı olaraq həmin ev sahibəsi Zərərçəkmiş şəxs icazəsi ilə həmin evdə gecə saatlarında xidmətə çıxmışlar, eynilə də xx.xx.2022ci il tarixdə də gecə saatlarında Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Şabran RPŞ-nin PPXB-nün polis nəfərləri – polis serjantı Şahid4 və polis kiçik serjantı Şahid3 ilə birlikdə ünvan 6rləşən fərdi yaşayış evinə xidmətə çıxmışdır. Gecə saat 03 radələrində bir nəfər cavan yaşlarında oğlanın evin hasarını aşaraq həyətə daxil olduğunu, daha sonra isə həmin şəxsin evin qapısını açaraq evə daxil olduğunu görmüşlər. Həmin şəxs qonaq otağına daxil olaraq içərisində kompüter kameraları və qulaqcıqlarının olduğu 01 ədəd qutunu və içərisində qaşıq dəsti olan 01 ədəd çamadanı oğurlamaq istəyərkən evin içərisində onu və digər polis əməkdaşlarını gördükdən sonra polislərin qanuni tələblərinə əməl etməyərək qaçmağa çalışmışdır. Lakin buna baxmayaraq həmin şəxsi saxlayaraq RPŞ-nə gətirmişlər, RPŞ-də olan zaman həmin şəxsin Şabran şəhər sakini, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşları – Şahid1, Şahid4 və Şahid3 Əlihüseyn oğlu analoji ifadələr verərək, iş üzrə Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 10 may 2022-ci il tarixli tələbnamədən, Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün və Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 245-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixdən etibarən tam çəkilib qurtardığına görə cəzaçəkmə müəssisəsindən dərhal azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 2163 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanda ailə üzvləri – atası X2, anası X3, qardaşı X5, bacısı X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1(031)- 51/2022 saylı hökmünün surətindən görünür ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs atası – X2 Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkəmə iclas zalından həbs olunmuşdur. İş materiallarında olan Şabran rayon məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 1(031)- 76/2021 saylı hökmünün surətindən görünür ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs anası – X3 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay sınaq müddətinə şərti hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 2159 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhəllə komitəsinə şifahi və yazılı şikayətlər daxil olmamışdır. İş materiallarında olan 19 aprel 2022-ci il tarixli tutma protokolundan, eləcə də 20 aprel 2022ci il tarixli şəxsin MSY-dən azad edilməsi və şübhəli şəxs qismində statusuna xitam verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 aprel 2022-ci il tarixdə MSY-dən azad edilmiş və şübhəli şəxs qismində statusuna xitam verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi, zərərçəkmiş və şahidlərin ifadələri ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tədbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tədbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Həmin tövsiyə və tapşırığa uyğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tədbiqini nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-nin Ümumi və Xüsusi hissələrində br çox dəyişikliklər edilmiş, o cümlədən CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində vurulmuş ziyanın tam ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmanlıq çəkməsini, ailənin yeganə qazanc gətirəni olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən halların məcmusunu, o cümlədən onun törətdiyi cinayətin xarakterini, onunla bir yerdə yaşayan atası X1 azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini müstəsna hal kimi nəzərə alaraq, CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 11 ünvanda yerləşən yaşayış evini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı götürülərək maddi sübüt hesab edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi 08 ədəd “HP” markalı qulaqcıqları, 08 ədəd “Tech-Com” markalı kompüter kameraları və “NGC” markalı qaşıq dəsti maddi sübut hesab edildikdən sonra saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan tələbi və ekspertiza tədqiqatı ilə əlaqadar məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3 -cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2022-ci ildən 20 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona qəti olaraq 02 (iki) il 11 (ay) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 11 ünvanda yerləşən yaşayış evini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı götürülərək maddi sübüt hesab edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi 08 ədəd “HP” markalı qulaqcıqları, 08 ədəd “Tech-Com” markalı kompüter kameraları və “NGC” markalı qaşıq dəsti maddi sübut hesab edildikdən sonra saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə Şabran rayon məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-48/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-48/2022
21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver