Məhkəmə qərarları › İş №1(031)-48/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-48/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-48/2023 09.08.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 06 avqust 1982-ci ildə Dəvəçi rayonu, Çölquşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, bitərəf, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, Şabran rayonu, Çölquşçu kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Şabran rayonu, Çölquşçu kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəmnində birgə yaşadıqları evdə yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, sonuncuya başın alın nahiyəsinin və döş qəfəsinin arxa divarının yumşaq toxumalarının hematoma halında əziklərindən ibarət bədən xəsarətləri yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək 2011-ci ildə Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs ilə evlənərək ailə həyatı qurduğunu, bu nigahdan bir övladlarının olduğunu, Bakı şəhərində işləməsilə əlaqədar həftədə bir dəfə iki günlük evinə gəldiyini, arvadı Zərərçəkmiş şəxs Şabran rayon PŞ-nə yazdığı ərizə ilə tanış olduğunu, Çölquşçu kəndində yerləşən ata evində anasıyla Sahibənin bir evdə yaşadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yaşayan bacısı Şahid2 ilə birlikdə saat 08 radələrində Çölquşçu kəndinə toy məclisinə gəldiklərini, bu zaman arvadı Sahibənin bağlara işləməyə getdiyini, onlarla bir yerdə Sumqayıt şəhər sakini Pərvanə adlı qadın da kəndlərində keçiriləcək toy məclisinə qonaq qismində gəldiyini, saat 19 radələrində Sahibə işdən evə gəldiyini, bu zaman o toy məclisindən evə qayıtdığını, bacısı Şəfayət ilə rəfiqəsi Pərvanə isə toy məclisində olduğlarını, Sahibə evə gələn kimi, ona “bacınla evimizə pozgun qadın gətirmisən” dediyini, bu mövzuda aralarında söz mübahisəsi yarandığını, Sahibənin hamam otağında yuyunaraq həyətdən bayıra çıxaraq qardaşları ilə telefonla danışacağını bəhanə edərək evdən çıxıb getdiyini, sonradan, Sahibənin evə qayıtmadığını görüb onu axtaranda ona Sahibənin toy məclisinə gedərək toya tamaşa edən 2013-cü il təvəllüdlü övladları Zəhranı özü ilə götürərək qonşunun evinə gedərək orada gecələdiyinin məlum olduğunu, gecə saatlarında Sahibənin harada olmasından məlumatsız olduğunu, səhər saat 06 radələrində Sahibənin övladlarıyla evə qayıtdığını, həyətin içərisindən onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyüşlər södüyünü eşidib, evdən bayıra çıxdığını, Sahibəni sakitləşdirərək söyüş söyməməsini xahiş etdiyini, Sahibənin ona məhəl qoymayıb söyüş söydüyünü davam etdirməsi səbəbindən əsəbləşərək sifət nahiyəsinə bir dəfə əliylə şillə vurduğunu, Sahibənin bu hərəkətinə görə idarə etdiyi avtomobilə əyləşdirərək Sumqayıt şəhərinə bacısı Tərbiyənin evinə apararaq düşürtdüyünü, bacısı Şəfayətin və evlərində qonaq olan Pərvanə adlı qadının Sahibə ilə görüşmədiklərini, Sahibənin ümumiyyətlə evin içərisinə daxil olmadığını, onlarla rastlaşmadığını, bacısı Şəfayətin Sahibəyə toxunmadığını, ona heç bir xəsarət yetirmədiyini, Sahibənin izahatda qeyd etdiyi sözlərin hamısının şər, böhtan xarakterli olduğunu, əvvəllər Sahibəni döymədiyini, Bakı şəhərində onun qeyri rəsmi yaşadığı qadın olmadığını, evlərinə gələn Pərvanə adlı qadının yuxarıda qeyd etdiyi kimi, bacısı Şəfayətin rəfiqəsi olduğunu, toya baxmağa evlərinə qonaq gəldiyini göstərmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun əri olduğunu, Rabil ilə təxminən 13 ildir ki, ailə qurduğunu, bir övladlarının olduğunu, o Rabil ilə ailə qurduqdan sonra Rabilin Şabran rayonu, Çölquşçu kəndində yerləşən ata evində yaşadıqlarını, ailəli olduğları müddət ərzində münasibətlərinin yaxşı olmadığını, Rabilin mütəmadi olaraq onu incidərək döydüyünü, lakin o, bu barədə polisə müraciət etmədiyini, əri Rabilin Bakı şəhərində işləyərk orada yaşadığını, ayda bir dəfə yaşadığları evə gəldiyini, o təxminən 2-3 il olar ki, əri Rabilin Bakı şəhərində bir qadınla qeyri rəsmi münasibət saxladığını öyrəndiyini, bu mövzuda Rabil ilə aralarında dəfələrlə mübahisələrinin olduğunu, o özü günəmuzd olaraq Siyəzən rayonu ərazisində yerləşən meyvə bağında işlədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində o işdən evə gəldiyi zaman evdə əri Rabilin Bakı şəhərində qeyri rəsmi münasibətdə olduğu qadını yaşadığları evə gətirdiyini, o Rabilə qeyri rəsmi münasibətdə olduğu qadını evə gətirdiyinə görə öz iradını bildirdiyini, Rabilin ona “ev mənimndir kimi istəsəm gətirərəm sənə nə” sözlərini dediyini və bu mövzuda aralarında söz mübahisəsi yarandığını, Rabilin onun oturduğu yerdə arxadan kürək nahiyəsinə vurduğunu və o ağrıdan hüşunu itirdiyini, daha sonra ayağa qalxaraq su içib özünə gəldiyini və evdən bayıra çıxdığını, gecəni qonşunun evində qaldığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 8 radələrində işə getmək üçün sumkasını götürmək üçün evə getdiyini, evə daxil olduğu zaman əri Rabil ilə gətirdiyi qadını yataq otağlarında onun yatağında yatdıqlarını görüb onların üzərinə acıqlandığını, Rabilin yuxudan oyanaraq onun üzərinə hücum edərək onu vurmağa başladığını, Rabilin yumruqla onun bir dəfə baş nahiyəsindən, alın nahiyəsinə vurduğunu və o yerə yıxıldığını, onların səsinə baldızı Şəfanın gələrək onun saçından və qolundan tutaraq onu sürüyüb evdən bayıra ataraq, “çıx get burdan qardaşım səninlə yaşamaq istəmir” dediyini, bundan sonra Rabilin onu öz avtomobili ilə Sumqayıt şəhərində yaşayan bacısı Tərbiyənin evinə aparıb qoyduğunu, bundan sonra o 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat verdiyini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır və barışmaq fikiri də yoxdur, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahat verərək, 2022-ci ildə əri Ciyərxan Əliyevin vəfat etdiyini, böyük övladı Rabilin ailəsi ilə birlikdə onun yanında yaşadığını, Rabilin iki övladı ilə birinci nigahdan boşandıqdan sonra 2011-ci il tarixdə Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs ilə nigaha daxil olaraq evləndiklərini, Rabilin həftənin 5 günü Bakı şəhərində olaraq orada işlədiyini, həftənin iki günü isə yaşadığları ünvana gələrək yanlarında qaldığını, son zamanlar Sahibə ilə övladlarının Rabilin arasında yersiz münaqışələr yarandığını, gəlini Zərərçəkmiş şəxs Şabran rayon PŞ-nə yazdığı ərizə ilə tanış olduğunu, xx.xx.2023-cü il tarixdə oğlum Rabilin Sumqayıt şəhərində yaşayan qızı Şahid2 ilə birlikdə saat 08 radələrində evə Çölquşçu kəndinə toy məclisinə gəldiklərini, bu zaman gəlini Sahibənin evdə olmadığını, bağlara işləməyə getdiyini, Rabil ilə bir yerdə Sumqayıt şəhər sakini Pərvanə adlı qadın da kəndlərində keçiriləcək toy məclisinə qonaq qismində gəldiyini, saat 19 radələrində Sahibənin işdən evə gəldiyini, bu zaman Rabilin toy məclisindən evə qayıtdığını, qızı Şəfayət ilə rəfiqəsi Pərvanənin isə toy məclisində olduqlarını, Sahibənin evə gələn kimi, onlara “bacınla evimizə pozgun qadın gətirmisən” dediyini, bu mövzuda Rabil ilə aralarında söz mübadisəsi yarandığını, Sahibənin hamam otağında yuyunaraq həyətdən bayıra çıxaraq qardaşları ilə telefonla danışacağını bəhanə edərək evdən çıxıb getdiyini, sonradan, Sahibənin evə qayıtmadığını görüb onu axtaranda onlara Sahibənin toy məclisinə gedərək toya tamaşa edən 2013-cü il təvəllüdlü övladını Zəhranı özü ilə götürərək qonşunun evinə gedərək orada gecələdiyinin məlum olduğunu, gecə saatlarında Sahibənin harada olmasından məlumatsız olduqlarını, səhər saat 06 radələrində küçə darvazasının döyüldüyünü, səs küy eşidib bayıra çıxanda Sahibənin küçə qapısında nalayıq söyüşlər söydüyünü eşidərək onu sakitləşdirməyə çalışdığını, Sahibənin həyətin içərisindən Rabilin və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyüşlər södüyünü eşidən Rabil evdən bayıra çıxdığını, Sahibəni sakitləşdirərək söyüş söyməməsini xahiş etdiyini, Sahibənin Rabilə məhəl qoymayıb söyüş söydüyünü davam etdirməsi səbəbindən əsəbləşərək onun sifət nahiyəsinə cəmi bir dəfə əli ilə şillə vurduğunu, Sahibənin bu hərəkətinə görə Rabilin idarə etdiyi avtomobilə Sahibəni əyləşdirərək Sumqayıt şəhərinə bacısı Tərbiyənin evinə apararaq düşürtdüyünü, qızım Şəfayətin evlərində qonaq olan Pərvanə adlı qadının Sahibə ilə görüşmədiyini, Sahibənin ümumiyyətlə evin içərisinə daxil olmadığını, onlarla rastlaşmadığını, qızı Şəfayətin Sahibəyə toxunmadığını, ona heç bir xəsarət yetirmədiyini, Sahibənin izahatda qeyd etdiyi sözlərin hamısının şər, böhtan xarakterli olduğunu, əvvəllər Rabilin Sahibəni döymədiyini, Bakı şəhərində Rabilin qeyri rəsmi yaşadığı qadının olmadığını, evlərinə gələn Pərvanə adlı qadının yuxarıda qeyd etdiyti kimi, qızı Şəfayətin rəfiqəsi olduğunu, toya baxmağa evlərinə qonaq gəldiyini göstərди. İş üzrə şahid qismində dindirilmiş Şahid2 izahat verərək, Zərərçəkmiş şəxs qardaşı Rabilin arvadı olduğunu, bu nigahdan bir övladları olduğunu, Sahibə ilə əvvəllər münasibətlərinin həmişə yaxşı olduğunu, Zərərçəkmiş şəxs Şabran rayon PŞ-nə yazdığı ərizə və izahatla tanış olduğunu, xx.xx.2023-cü il tarixdə qardaşı Rabilin Sumqayıt şəhərinə yaşadığı ünvana gələrək rəfiqəsi Pərvanə ilə onu Şabran rayonuna Çölquşçu kəndində keçiriləcək toy məclisinə qonaq apardığını, onlar üçü bir yerdə Çölquşçu kəndinə ata evinə gəldiklərini, onlar evə gələndə anası Fəridədən başqa evdə heç kim olmadığını, saat 11 radələrində kəndə çataraq rəfiqəsiylə birlikdə toy məclisinə getdiyini, saat 23 radələrində toy məclisindən evə qayıdanda ona qardaşı arvadı Sahibənin saat 19 radələrində evə gələrək qardaşı Rabil ilə münaqişə yaradaraq evdən çıxıb getdiyini, gecəni evdə qaldıqlarını, səhər saat 06 radələrində Sahibənin qaldığları evin həyətinə gələrək onların ünvanına nalayiq ifadələr dediyini eşitsə də bayıra çıxmayıb, onun sözlərinə reaksiya vermədiyini, bu zaman evlərinə qonaq gəlmiş rəfiqəsi Pərvanədə onun yanında olduğunu, sonradan ona qardaşı Rabilin arvadını avtomobilinə əyləşdirərək Sumqayıt şəhərinə apardığının məlum olduğunu, o Sahibə ilə üzbəüz gəlmədiyini, onunla görüşmədiyini, ona heç bir xəsarət yetirmədiyini, izahatında qeyd etdiyi xüsusatların hamısının şər və böhtan xarakterli olduğunu göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş MTE və PA Birliyinin xx.xx.2023-cü il tarixli 118 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında bədəni üzərində başın alın nahiyəsinin və döş qəfəsinin arxa divarının yumşaq toxumalarının hematoma halında əzikləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 2-3 günə qədər olub, 17 iyun 2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran rayon İHB-nın Çölquşçu İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Əliyev X2 rayonu Çölquşçu kəndində qeydiyyatdadır. İş materiallarında olan Şabran rayon İHB-nın Çölquşçu İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü intizamlı bir şəxs kimi tanıtmağa çalışmışdır. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri məhkəmə ekspertizasının rəyi, eləcə də iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Çölquşçu kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Çölquşçu kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar