Məhkəmə qərarları › İş №1(031)-48/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-48/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-48/2024 06.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X2, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan, faktiki olaraq Şabran şəhəri, X11 küçəsi, ev 9 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, “BC” kateqoriyalı “AE 611177” seriya nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus olan "Opel Astra" minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Şabran şəhərinin X11 küçəsi ilə Siyəzən rayonundan Şabran şəhərinin içərisinə doğru hərəkətdə olan zaman Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə əsasən saatda 50 kilometr sürətlə hərəkət etməli olduğu halda buna riayət etməyərək yol nişanının tələblərini pozaraq, yəni həmin yolda saatda 70-80 kilometr sürətlə avtomobili hərəkət etdirərək, öz hərəkət istiqamətinə nəzərən soldan-sağa yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilinin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs başın küt travması, qapalı kəllə-beyin zədələnməsi, baş beyin toxumasına və baş beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin mədəciklərinə qansızmalar, baş beyin maddəsinin kəskin ödemi, sağ baldır sümüklərinin qapalı qəlpəli sınıqları, başın alın nahiyyəsinin sol yarısının üzü və boynu əhatə edən geniş sıyrığı, döş qəfəsinin və qarnın sol yarısının geniş sürtünmə sıyrıqları, sağ əlin 4-cü barmağının səthi əzilmiş yarası, hər iki bud nahiyəsinin və sağ baldırın qançırları, sağ dizin sıyrığı, başın, boynun, döş qəfəsi və qarnın yumşaq örtüyünə qansızmalardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olaraq yol hərəkəti qaydalarını pozmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilir. Belə ki, o, AE 611177 seriyalı BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. Opel Astra minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Ümumiyyətlə 08 (səkkiz) ildən artıqdır ki, sürücülük təcrübəsi vardır və avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. O, xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Şabran şəhərinə gəlmiş, həmin vaxt avtomobilində üç kişi, bir qadın sərnişin olmuşdur. Həmin şəxslər Bakı şəhərində "Şamaxinka" adlanan ərazidə avtomobilinə əyləşmişlər və onları Şabran şəhərinə gətirirmiş. Avtomobildə olan sərnişinlərdən yalnız bir nəfər cavan oğlanı tanıyır və onun Şabran rayon sakini olduğunu bilir, digər sərnişinləri isə tanımır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 19:00 radələrində Şabran şəhərinə Bakı şəhəri tərəfdən daxil olmuş və Şabran şəhərinin X11 küçəsi ilə hərəkət etməyə başlamış, həmin vaxt öz zolağında, yəni sağ zolaqla saatda 70-80 kilometr sürətlə hərəkət edirmiş. Bazarın yaxınlığına çatan zaman təxminən 20 (iyirmi) metr məsafədən piyada Zərərçəkmiş şəxs yolun sol tərəfindən sağ tərəfinə doğru keçməkdə olduğunu görmüş, həmin vaxt Leyla hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə keçməkdə və onun hərəkət zolağında olmuşdur. Həmin anda əyləci basmış və avtomobilini yolun sağ tərəfinə səkiyə doğru istiqamətləndirmişdir ki, piyadanı vurmasın. Lakin onun cəhdi baş tutmamış və piyadanı yolun sağ tərəfinə çatmamış vurmuşdur. Leylanı avtomobilinin ön sol bufer hissəsindən zərbə tutmuş və zərbədən qalxaraq baş hissəsi avtomobilinin ön alın şüşəsinin sol tərəfinə çırpıldıqdan sonra yerə yıxılmışdır. O, avtomobildən enib Leylanın yanına gəlmiş və yerdən götürüb avtomobilinə gətirmişdir. Leylanı avtomobilinin arxa sərnişin oturacağına uzatmış və hərəkət etməyə başlamışdır. Avtomobilini idarə etməyə başlayan zaman avtomobilin sağ təkəri idarə etməyi üçün narahatlıq yaranmış və o avtomobili saxlamışdır. Avtomobildən endikdən sonra yol kənarında dayanan Vaz 21099 markalı avtomobilin sürüşücündən kömək etməsini xahiş etmiş və Leylanı avtomobilindən çıxarıb həmin avtomobilə arxa sərnişin oturacağına uzatmışdır. Həmin avtomobilin sürücüsü onları Şabran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım mərkəzinə çatdırmışdır. Giriş hissədə xəstəxana işçiləri Leylanı palataya aparmışlar, o da xəstəxanadan çıxıb hadisə yerinə qayıtmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X6 göstərmişdir ki, vəfat edən Zərərçəkmiş şəxs onun doğma qızıdır. xx.xx.2024-cü il tarixdə Şabran şəhərində yaşadığı evdə olan zaman qızının telefonuna zəng etmiş, çünki həmin vaxtlarda avtomobil yolunda hadisə baş verdiyini və piyadanın məktəbli qız olmasını eşitmişdir. Qızının telefonuna tanımadığı şəxs cavab vermiş və yolnəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. O da qızının harada olmasını və vəziyyətini maraqlanmış, həmin şəxs Leylanın Şabran rayon xəstəxanasında olduğunu və vəziyyətinin ağır olmasını demiş, o da dərhal xəstəxanaya gəlmiş və qızının vəfat etməsini öyrənmişdir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməmişdir. Xahiş edir ki, ona ağır cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid göstərmişdir ki, o, BC45453 seriyalı BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. Vaz 21099 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Ümumiyyətlə 10 (on) ildən artıqdır ki, sürücülük təcrübəsi vardır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir münasibət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Şabran şəhərinin Bakı şəhəri istiqamətində olan giriş hissəsində, yəni "dəyirman yolu" adlanan ərazidən şəhər daxili yola yaxınlaşmış və bu zaman sol tərəfdən, yəni Bakı şəhəri istiqamətindən Məmmədəli Opel markalı avtomobili ilə gədiyini görmüşdür. O, yolun hərəkət hissəsinə daxil olmazdan əvvəl Məmmədəlinin yanından keçməsini gözləmiş və Şabran şəhərinin X11 küçəsinə daxil olmuşdur. Şabran şəhərinin X11 küçəsi ilə hərəkətdə olan zaman Məmmədəli təxminən 20 metr önündə hərəkətdə olmuşdur. Bazarın yaxınlığına çatan zaman təxminən 30-40 metr məsafədən piyada Zərərçəkmiş şəxs yolun sol tərəfindən sağ tərəfinə doğru keçməkdə olduğunu görmüşdür. Məmmədəli piyadanın hərəkət zolağında olmasını görüb əyləci basmış, həmin vaxt o da avtomobili təxminən saatda 40-50 kilometr sürətlə idarə edirmiş. Məmmədəli əyləci basıb avtomobili yolun sağ tərəfinə, yəni səkiyə doğru sürmüş, lakin piyada ilə avtomobilin arasında olan məsafə çox olmadığından piyadanı vurmuşdur. Piyadanın avtomobilin üzərinə çırpıldıqdan sonra sağ tərəfə səkiyə doğru yıxılmasını görmüşdür. Məmmədəli avtomobili tam saxlayıb yerə düşmüş və piyadanın yanına getmişdir. O da Məmmədəlinin yanından keçib avtomobilini hadisə yerindən bir qədər irəlidə saxlamış və avtomobildən enmişdir. Məmmədəli piyadanı yerdən götürüb öz avtomobilinə aparmış və arxa oturacaqda uzadıb avtomobili sürmək istəyən zaman avtomobil işə düşməmişdir. Həmin vaxt Məmmədəli avtomobildən enmiş və ondan kömək etməyi xahiş etmiş, Məmmədəli Leylanı avtomobilindən çıxarıb onun avtomobilinə arxa sərnişin oturacağına uzatmışdır. O da avtomobili işə salmış və birlikdə Şabran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım mərkəzinə gəlmişlər. Giriş hissədə Leylanı avtomobildən çıxarmışlar və xəstəxana işçiləri palataya aparmışlar. O da xəstəxanadan çıxıb işə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində bazarın yaxınlığında xx.xx.1995-ci il təvəllüdlü Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şabran rayonu Surra kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs “BC” kateqoriyalı "AE 611177” seriya nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus Opel Astra minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu keçən piyada xx.xx.2008-ci il təvəllüdlü Rusiya Federasiyası Nijni Novqorod şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Şabran rayonu, Zeyvə kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs vurmuş və Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən Şabran Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür (cinayət işinin İ cildinin 3cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis X13 X14 Patrul Xidmətinin əməkdaşı xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Şabran Rayon Polis X5 zəng edərək, Şabran şəhərinin X11 küçəsi ərazisində bazarın qarşısında avtomobilin piyadanı vurması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat vermişdir (cinayət işinin İ cildinin 4-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və baxış protokoluna əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə, saat 19:40-dan 20:05-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində bazarın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus Opel Astra minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu keçən piyada Zərərçəkmiş şəxs vurduğu yerdə keçirilmiş baxış nəticəsində, yol nəqliyyat hadisəsinin yaşayış məntəqəsində baş verdiyi, yolun hərəkət hissəsinin düz olduğu, örtüyün növünün asfalt-beton olduğu, örtüyün vəziyyətinin quru olduğu, yol örtüyünün eninin 11,7 metr olduğu, hərəkət zolaqlarının sayının 02, hərəkət hissəsinin eninin 5,67 və 6,03 metr olduğu, hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün uzununa (düz) nişanlama xəti olduğu, hərəkət hissəyə sağdan və soldan səki, sonradan sağdan və soldan binalar ilə birləşdiyi, hərəkətin nizamlanma üsulunun "nizamlanmayan" olduğu, yol həmin hissəsində sürət həddinin saatda 50 kilometr olduğu, yolun həmin hissəsinin şəhər elektrik işığı ilə işıqlandırıldığı, sürücünün yerindən faraların uzaq və yaxın işığında kifayət qədər olduğu, sürücünün hərəkət etdiyi zolaqda kabinadan sahənin gözlə qavrama qabiliyyəti sağa və sola tərəf kifayət qədər olduğu, yol nəqliyyat hadisəsi zamanı piyadanın yolun sol tərəfindən sağ tərəfinə keçdiyi, Opel Astra minik markalı **- VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şabran şəhərinin X11 küçəsinə Siyəzən rayonunun istiqamətindən Şabran şəhəri ərazisinə daxil olaraq hərəkət etməyə başladığı, yolun hərəkət zolağında olan zaman yolun sol tərəfindən sağ tərəfinə keçməkdə olan piyadanı təxminən 20 metr məsafədən görüldüyünü, həmin anda piyadanın nəqliyyat vasitəsinin hərəkət zolağında olduğu, sürücünün əyləci basaraq avtomobili sağ tərəfə səkiyə doğru sürdüyü, yolun sağındakı səkindən 1,3 metr məsafədə piyadanı vurduğu, hadisə nəticəsində nəqliyyat vasitəsinin ön alın şüşəsinin sınaraq hissələrinin oturacaqlara səpildiyi, avtomobilin ön buferinin və ön dövlət qeydiyyat nişanın qoparaq yerə düşdüyü aşkar edilmişdir (cinayət işinin İ cildinin 5-29-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli, 32 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:15-də keçirilmiş tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilməmişdir (cinayət işinin İ cildinin 30-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, X6 ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cinayət işinin İ cildinin 50-ci vərəqəsi). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X7" X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2025/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirtli aşkar edilməyib. İkiqat kütlə spektometriyalı maye xromatoqrafiya metodu ilə Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində xx.xx.2024-cü il tarixli 2025/K saylı ekspert rəyinə əlavə edilmiş cədvəl-1-də qeyd edilmiş maddələr aşkar edilməyib (cinayət işinin İ cildinin 59-64-cü vərəqələri). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X7" X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 06 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsində başın küt travması, qapalı kəlləbeyin zədələnməsi, baş beyin toxumasına və baş beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin mədəciklərinə qansızmalar, baş beyin maddəsinin kəskin ödemi, sağ baldır sümüklərinin qapalı qəlpəli sınıqları, başın alın nahiyyəsinin sol yarısının üzü və boynu əhatə edən geniş sıyrığı, döş qəfəsinin və qarnın sol yarısının geniş sürtünmə sıyrıqları, sağ əlin 4-cü barmağının səthi əzilmiş yarası, hər iki bud nahiyəsinin və sağ baldırın qançırları, sağ dizin sıyrığı, başın, boynun, döş qəfəsi və qarnın yumşaq örtüyünə qansızmalardan ibarət bədən xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olub xx.xx.2024-cü il tarixə uyğundur və hamısı birlikdə canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt zədələnməsi nəticəsində baş beyin toxumasına və baş beynin yumşaq qişasına qansızmalardan törəyən baş beynin kəskin ödemi olmuşdur. Ölümünün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən onun meyitinin meyitxanada müayinə anından (xx.xx.2024-cü il saat 22:00) 6 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya laborator tədqiqatında etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cinayət işinin İ cildinin 65-68-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir və onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 72-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə Nümayəndəliyindən verilmiş 5-74/2-2448/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şabran şəhərində yaşayır (cinayət işinin İ cildinin 73-cü vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə Nümayəndəliyindən verilmiş 5-74/2-2447/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şabran şəhərində yaşayır və onun həyat yoldaşı xx.xx.2003-cü il təvəllüdlü X8 və qızı xx.xx.2022-ci il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 74-cü vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə Nümayəndəliyindən verilmiş 5-74/2-2447/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şabran şəhəri, X11 küçəsi, ev 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakretizə olunur (cinayət işinin İ cildinin 75-ci vərəqəsi). - Şabran Rayon Polis X13 polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 13-2/11- 240390021-1124 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayına sürücülük hüququndan məhrum edilməsi barədə hər-hansı bir məlumat yoxdur (cinayət işinin İ cildinin 76-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin İ cildinin 77-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət təqibi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin İ cildinin 79-cu vərəqəsi). - Azərbaycan respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzin tərəfindən verilmiş 8/2309 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Opel Astra minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 82-84-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 98-99-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 112-113-cü vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X8 onun həyat yoldaşıdır və onun himayəsində xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşağı vardır. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinə müvafiq olaraq avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eləcə də bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur (Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3-cü maddələri). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin hadisənin təsadüfi axarı gedişatında ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törədilməsinə dair etirafedici ifadəsinə, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisənin təsadüfü axarı gedişatında ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində 01 (bir) azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə barışıq əldə etməmiş, ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X6 məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar