Məhkəmə qərarları › İş №1(031)-49/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-49/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-49/2021 13.09.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi4 və Müdafiəçi5, Yetkinli yaşına çatmayan təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 müvafiq olaraq qanuni nümayəndələri – X22, X28, X29 və X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxx 2001-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində Şabran rayon məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2004-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ünvan 23 yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxx 2003-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 15 avqust 2006-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2005-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanda qeydiyyatda olmaqla ünvan 7 yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri secilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə Şabran şəhər sakini Zərərçəkmiş şəxs1 son dövrlərdə işlə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində yaşaması səbəbindən nəzarətsiz qalan ünvan 8 ünvanda yerləşən evindən oğurluq etmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2021-ci ilin mart ayının axırlarında saat 23 radələrində sözügedən əraziyə gəlmiş, daş hasara bərkidilmiş şiferin üzərindən keçib evin həyətinə, oradan isə ələ keçirdiyi daş parçasının köməyi ilə taxta materialdan hazırlanmış giriş qapısının kilidini sındırıb qanunsuz içəri daxil olmaqla qonaq otağından 150 manat dəyərində 01 ədəd “Samsung” markalı televizoru, 20 manat dəyərində 01 ədəd “Euromax” markalı peyk aparatını, cəmi isə 170 manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus əmlakı ələ keçirib özü ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs5 ilə tamah niyyətilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək eyni üsulla eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs1 müvəqqəti olaraq nəzarətsiz qalan evindən yenidən oğurluq etmək qərarına gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2021-ci ilin mart ayının sonunda saat 13 radələrində Təqsirləndirilən şəxs5la sözügedən əraziyə gəlmiş, daş hasara bərkidilmiş şiferin üzərindən keçib evin həyətinə, oradan isə ələ keçirdiyi daş parçasının götürüb aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq kilidini birinci dəfə sındırdığı qonaq otağından hər ikisi qanunsuz içəri daxil olmaqla yataq otağın taxta materialdan hazırlanmış qapısının kilidini eyni üsulla, yəni daş parçasının köməyilə sındırıb içəri daxil olmaqla oradan 50 manat dəyərində 01 ədəd “Tefal” markalı qazan dəstini, 50 manat dəyərində 01 ədəd eyni markalı blenderi (tərəvəz doğrayan), 50 manat dəyərində 01 ədəd cuğun qazan dəstini, 15 manat dəyərində 01 ədəd elektrik sobanı, 60 manat dəyərində 01 ədəd “Topqapı” markalı suqızdırıcını cəmi 225 manat, ümumilikdə isə 395 manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla vahid niyyəti ilə əhatə olunan oğurluqlar etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 işlə əlaqədar müvəqətti olaraq Bakı şəhərində yaşaması səbəbindən nəzarətsiz qalan ünvan 9 ünvanda yerləşən evindən oğurluq etmək qərarına gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2020-ci ilin dekabr ayının 22-də saat 13 radələrində Kənan Ələkbərovla sözügedən əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq dəmir tor şəklində olan hasardan keçib evin həyətinə oradan isə həyətə yığılmış mişar daşların üstünə çıxıb evin ikinci mərtəbəsində yerləşən yataq otağın eyvanına qalxmış, özü ilə gətirdiyi kəlbətinlə pəncərənin şüşəsini yerindən çıxarıb qanunsuz içəri daxil olduqdan sonra eyvanın taxta materialdan hazırlanmış qapısının kilidini dəmir alətin köməyi ilə sındırıb Təqsirləndirilən şəxs2 içəri daxil olmasına şərait yaratmış, qanusuz içəri daxil olmaqla evdə olan məişət avadanlıqlarının, o cümlədən 140 manat dəyərində sarğı şəklində olan elektrik naqillərini, dolabdan 20 manat dəyərində 01 ədəd “NOKİA” markalı mobil telefonu, 15 manat dəyərində 01 ədəd mobil telefon qulaqcığını, cəmi 175 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2la tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2020-ci ilin dekabr ayının 24-də saat 10 radələrində eyni üsulla eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 müvəqqəti olaraq nəzarətsiz qalmış evindən yenidən oğurluq etmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs2la eyni üsulla qanunsuz içəri daxil olmaqla evin qonaq otağından birinin dəyəri 80 manat, ümumi dəyəri 240 manat təşkil edən 03 ədəd samovarı, 15 manat dəyərində 01 ədəd internet modemi, 120 manat dəyərində müxtəlif çeşiddə məişət avdanlıqlarının sarğı şəklində olan elektrik naqillərini, cəmi isə 375 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla vahid niyyətlə əhatə olunan oğurluqlar etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2la tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlqəsinə girərək 2020-ci ilin dekabr ayının 26-da saat 10 radələrində eyni üsulla eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 müvəqqəti olaraq nəzarətsiz qalmış evindən yenidən oğurluq etmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs2la eyni üsulla qanunsuz içəri daxil olmaqla evin qonaq otağından 180 manat dəyərində 01 ədəd “Samsung LE32R75B” markalı Slovakiya istehsalı olan 01 ədəd televizoru, 50 manat dəyərində 01 ədəd misdən hazırlanmış həvəngdəstəni, birinin qiyməti 15 manat, ümumi qiyməti isə 30 manat təşkil edən 02 ədəd alüminium tavaları, cəmi isə 260 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla vahid niyyətilə əhatə olunan oğurluqlar etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs5 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2020-ci ilin dekabr ayının 27-də saat 12 radələrində eyni üsulla eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 müvəqqəti olaraq nəzarətsiz qalmış evindən yenidən oğurluq etmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs5la eyni üsulla qanunsuz içəri daxil olmaqla evin mətbəxindən 350 manat dəyərində “Brest” markalı qaz sobasının latun materialdan olan hissələrini, evin qonaq otağından 50 manat dəyərində 01 ədəd “Song Guang” markalı, 50 manat dəyərində 01 ədəd “Şhahbaz” markalı və 50 manat dəyərində 01 ədəd “Supra” markalı televizorları, evin hamam otağından birinin dəyəri 05 manat, ümumi dəyəri isə 20 manat təşkil edən 04 ədəd su krantları, birinin dəyəri 05 manat, ümumi dəyəri isə 20 manat təşkil edən 04 ədəd qapı kilidləri, 15 manat dəyərində 01 ədəd internet modemi, evin həyətində olan 120 manat dəyərində 01 ədəd su mühərriki, cəmi 675 manat, ümumilikdə isə 1485 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla vahid niyyətlə əhatə olunan oğurluqlar etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 işlə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində yaşaması səbəbindən nəzarətsiz qalan ünvan 9 ünvanda yerləşən evindən oğurluq etmək qərarına gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2020-ci ilin dekabr ayının 22-də saat 13 radələrində Təqsirləndirilən şəxs1la sözügedən əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq sonuncu, dəmir tor şəklində olan hasardan keçib evin həyətinə oradan isə həyətə yığılmış mişar daşların üstünə çıxıb evin ikinci mərtəbəsində yerləşən yataq otağının eyvanına qalxaraq özü ilə gətirdiyi kəlbətinlə pəncərənin şüşəsini yerindən çıxarıb qanunsuz içəri daxil olub eyvanın taxta materialdan hazırlanmış qapısının kilidini dəmir alətin köməyi ilə sındırdıqdan sonra özü də qanunsuz içəri daxil olmaqla evdə olan məişət avdanlıqlarının, o cümlədən 140 manat dəyərində sarğı şəklində olan elektrik naqilləri, dolabdan 20 manat dəyərində 01 ədəd “Nokia” markalı mobil telefonu, 15 manat dəyərində 01 ədəd mobil telefon qulaqcığını, cəmi isə 175 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1la tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2020-ci ilin dekabr ayının 24-də saat 10 radələrində eyni üsulla eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 müvəqqəti olaraq nəzarətsiz qalmış evindən yenidən oğurluq etmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs1la eyni üsulla qanunsuz içəri daxil olmaqla evin qonaq otağından birinin dəyəri 80 manat, ümumi dəyəri 240 manat təşkil edən 03 ədəd samovarı, 15 manat dəyərində 01 ədəd internet modemi, 120 manat dəyərində müxtəlif çeşiddə məişət avdanlıqlarının sarğı şəklində olan elektrik naqillərini, cəmi isə 375 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla vahid niyyətilə əhatə olunan oğurluqlar etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs1la tamah niyyətilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2020-ci ilin dekabr ayının 26-da saat 10 radələrində eyni üsulla eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 müvəqqəti olaraq nəzarətsiz qalmış evindən yenidən oğurluq etmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs1la eyni üsulla qanunsuz içəri daxil olmaqla evin qonaq otağından 180 manat dəyərində 01 ədəd “Samsung LE32R75B” markalı Slovakiya istehsalı olan 01 ədəd televizoru, 50 manat dəyərində 01 ədəd misdən hazırlanmış həvəngdəstəni, birinin qiyməti 15 manat, ümumi qiyməti 30 manat təşkil edən 02 ədəd alüminium tavaları, cəmi 260 manat, ümumilikdə isə 810 məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla vahid niyyətlə əhatə olunan oğurluqlar etmişdir. Təqsirləndirilən şəxs3, tanışı Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 işlə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində yaşaması səbəbindən nəzarətsiz qalan ünvan 9 ünvanda yerləşən evindən oğurluq etmək qərarına gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2020-ci ilin dekabr ayının 29-da saat 13 radələrində Təqsirləndirilən şəxs5la sözügedən əraziyə gəlmiş, onunla birlikdə dəmir tor şəklində olan hasardan keçib evin həyətinə, oradan isə ikinci mərtəbənin eyvanının kilidini dəmir alətin köməyilə əvvəlcədən sındırılmış taxta qapıdan qanunsuz içəri daxil olmaqla evin eyvanının qapısının arxasına yığılmış 30 manat dəyərində 01 ədəd ceyran sobasını, 90 manat dəyərində 01 ədəd “Çinar” markalı soyuducu mühərrikini, 70 manat dəyərində 01 ədəd “Zil” markalı soyuducu mühərrikini, evin həyətindən 01 metr uzunluğunda 03 manat dəyərində 01 ədəd armaturu, birinin qiyməti 02 manat, ümumi qiyməti 04 manat təşkil edən 50 mm diametrlik 01 metr uzunluqda 02 ədəd borunu, cəmi isə 197 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs5, tanışı Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 işlə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində yaşaması səbəbindən nəzarətsiz qalan ünvan 9 ünvanda yerləşən evindən oğurluq etmək qərarına gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2020-ci ilin dekabr ayının 27-də saat 12 radələrində Təqsirləndirilən şəxs1la sözügedən əraziyə gəlmiş, dəmir tor şəklində olan hasardan keçib evin həyətinə oradan isə ikinci mərtəbənin eyvanının kilidini dəmir alətin köməyilə sonuncunun əvvəlcədən sındırdığı taxta qapıdan qanunsuz içəri daxil olmaqla evin mətbəxindən 350 manat dəyərində “Brest” markalı qaz sobasının latun materialdan olan hissələrini, evin qonaq otağından 50 manat dəyərində 01 ədəd “Song Guang” markali 50 manat dəyərində 01 ədəd “Şhahbaz” markalı və 50 manat dəyərində 01 ədəd “Supra” markalı televizorları, birinin dəyəri 05 manat, ümumi dəyəri 20 manat təşkil edən 04 ədəd su krantları, birinin dəyəri 05 manat, ümumi dəyəri isə 20 manat təşkil edən 04 ədəd qapı kilidləri, 15 manat dəyərində 01 ədəd internet modemi, evin həyətində olan 120 manat dəyərində 01 ədəd su mühərriki, cəmi 675 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs3 ilə tamah niyyətilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2020-ci ilin dekabr ayının 29-da saat 13 radələrində eyni üsulla eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 müvəqqəti olaraq nəzarətsiz qalmış evindən yenidən oğurluq etmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs3la eyni üsulla qanunsuz içəri daxil olmaqla evin eyvanının qapısının arxasına yığılmış 30 manat dəyərində 01 ədəd ceyran sobasını, 90 manat dəyərində 01 ədəd “Çinar” markalı soyuducu mühərrikini, 70 manat dəyərində 01 ədəd “Zil” markalı soyuducu mühərrikini, evin həyətindən 01 metr uzunluğunda 03 manat dəyərində 01 ədəd armaturu, birinin qiyməti 02 manat, ümumi qiyməti 04 manat təşkil edən 50 mm diametrlik 01 metr uzunluqda 02 ədəd borunu, cəmi isə 197 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla vahid niyyətlə əhatə olunan oğurluqlar etmişdir. Bundan başqa o, tamah niyyəti ilə eyni üsulla eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 müvəqqəti olaraq nəzarətsiz qalmış evindən yenidən oğurluq etmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2020-ci ilin dekabr ayının 30-da saat 12 radələrində sözügedən əraziyə gəlmiş, eyni üsulla qanunsuz içəri daxil olmaqla evin ikinci mərtəbəsinin eyvanının qapısının arxa hissəsinə yığılmış 20 manat dəyərində 01 ədəd “Star track” markalı DVD aparatını, birinin qiyməti 20 manat, ümumi qiyməti isə 40 manat təşkil edən 02 ədəd antena aparatını, 600 manat dəyərində 01 ədəd işıq gücləndiricini, 80 manat dəyərində 01 ədəd paltartikən maşını, 300 manat dəyərində Türkiyə istehsalı olan 01 ədəd qaz sobasını, cəmi 1040 manat, ümumilikdə isə 1912 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib özü ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla vahid niyyətlə əhatə olunan oğurluqlar etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs4 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran şəhər sakini Zərərçəkmiş şəxs1 son dövrlərdə işlə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində yaşaması səbəbindən nəzarətsiz qalan ünvan 10 ünvanda yerləşən evindən oğurluq etmək qərarına gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2021-ci ilin mart ayının son günlərində saat 13 radələrində Təqsirləndirilən şəxs4la sözügedən əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq onunla birlikdə daş hasara bərkidilmiş şiferin üzərindən keçib evin həyətinə oradan isə Təqsirləndirilən şəxs4 kilidini birinci dəfə sındırdığı qonaq otağının qapısından qanunsuz içəri daxil olmaqla yataq otağın taxta materialdan hazırlanmış giriş qapısının kilidini daş parçasının köməyilə sındırıb içəri daxil olmaqla oradan 50 manat dəyərində “Tefal” markalı 01 ədəd qazan dəstini, 50 manat dəyərində “Tefal” markalı 01 ədəd blenderi (tərəvəz doğrayan), 50 manat dəyərində 01 ədəd cuğun qazan dəstini, 15 manat dəyərində 01 ədəd elektrik sobanı, 60 manat dəyərində “Topqapı” markalı 01 ədəd su qızdırıcını, cəmi isə 225 manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, bundan əvvəl Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. 2021-ci ilin mart ayının axırlarında, yəni Novruz bayramından sonra olan vaxtlarda o, qohumu yaşayan Şabran şəhəri, F.Hacıyev küçəsində boş ev olduğunu əvvəlcədən bilmiş, həmin vaxtlarda, yəni saat 23 radələrində Şabran şəhəri, F.Hacıyev küçəsində yerləşən ikimərtəbəli evin daş hasarına bərkidilmiş şiferin üstündən keçib həyətə daxil olmuş, həyətdən isə evin qarşısına birinci mərtəbədə yerləşən otaqların birinin qapısının kilidini sındırmış, həmin otaqdan heç bir əşya götürmədən oradan həyətə çıxmış və ikinci mərtəbəyə pilləkənlərlə çıxmış, ikinci mərtəbədə yerləşən qapının kilidini sındırıb evə daxil olmuş, evin qonaq otağında olan 01 ədəd “Samsung” markalı televizoru və 01 ədəd “Euromax” markalı peyk aparatını oğurlayıb evi tərk etmişdir. Sonra həmin evin həyətinə daxil olduğu yolla geri qayıtmış və piyada televizor və peyk aparatını yaşadığı evə aparmışdır. Həmin vaxt evdə birlikdə yaşadığı ailə üzvlərinin yatdığını bildiyi üçün onu heç kimin görməyəcəyinə əmin olduğundan rahat şəkildə evin həyətinə girmiş, həyətdə olan kubiklərin arxasında televizoru və peyk aparatını gizlətmişdir. Oğurluq etdiyi gündən iki-üç gün keçdikdən sonra o, Şabran şəhərində yerləşən avtovağzalda tanımadığı adamlara televizor satdığını bildirmişdir. Həmin adamların arasında bir nəfər adını sonradan Anar kimi bildiyi Xaçmaz şəhər sakini ondan televizoru 70 manata alacağını bildirmişdir. Bundan sonra o, Anar adlı şəxslə razılaşmış və 70 manata həyətdə gizlətdiyi 01 ədəd “Samsung” markalı televizoru və 01 ədəd “Euromax” markalı peyk aparatını avtovağzalda ona satmışdır. Televizoru və peyk aparatını satdıqdan bir-iki gün sonra, o, yaşadığı küçədə yaşayan və əvvəllər tanıdığı Təqsirləndirilən şəxs5 ilə günorta vaxtlarında görüşmüş və söhbət zamanı o, Elməddinə bildirmişdir ki, tanıdığı yaşayış olmayan ev vardır, həmin evdən oğurluq etsinlər. Bundan sonra Elməddin onunla razılaşmış və birlikdə Şabran şəhəri, F.Hacıyev küçəsinə getmiş və Elməddinlə birlikdə oğurluq etdiyi evin yanına gedib eyni yolla həmin evin daş hasarına bərkidilmiş şiferdən keçib həyətə daxil olub oradan da evə daxil olmuşlar. Sonra evin ikinci mərtəbəsində yerləşən qonaq otağından digər otağa keçib otağın qapısının kilidini həyətdən daş götürüb sındırmış və otağa daxil olmuşlar. Bundan sonra otaqda olan 01 ədəd su qızdırıcısını, 01 ədəd elektrik peçini, 01 ədəd çuğun qazan dəstini, 01 ədəd “Tefal” markalı qazan dəstini və 01 ədəd “Tefal” markalı blenderi (tərəvəz doğrayanı) oğurlayaraq evin həyətinə daşmış, həyətdə olan tövlə kimi yerdə gizlədib və oranı tərk etmişlər. Həmin gün Elməddin Şabran şəhər sakini kimi tanıdığı Ulduz adlı qadının işlədiyi kafeyə getmiş və ona tanışının qazan dəsti satmasını bildirmiş, Ulduz isə ona qazan dəstini ondan 40 manata alacağını bildirmişdir. Həmin gün havanın qaralmasını gözləyərək və hava qaraldıqda saat təxminən 21 radələrində oğurluq etdikləri ünvana gedib tövlə kimi yerdə gizlətdikləri 01 ədəd su qızdırıcısını, 01 ədəd elektrik sobasını, 01 ədəd çuqun qazan dəstini, 01 ədəd “Tefal” markalı qazan dəstini və 01 ədəd “Tefal” markalı blenderi (tərəvəz doğrayanı) oğurlayıb qaranlıq küçələrlə yaşadığı evə getmişdir. Elməddin isə “Tefal” markalı qazan dəstini aparıb 40 manata Ulduz adlı qadına satıb 20 manat ona gətirmiş, o isə 20 manat pulu öz xeyrinə xərcləmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs5 elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran şəhər sakini Vüqarın oğlu Əlini bir ildir ki, tanıyır. 2020-ci ilin dekabr ayının axırları Əli ilə görüşmüş və həmin görüş əsnasında Əli ona yaşayış olmayan evdə mis metal olmasını və həmin evdən oğurluq etməyi təklif etmişdir. O, Əli ilə razılaşmış və həmin gündən bir neçə gün keçdikdən sonra, yəni 27 dekabr 2020-ci il tarixdə saat 12 radələrində birlikdə Şabran şəhərində çaykənarı ilə piyada gedib, dəmir tor çəpərdən həyətə girib, evin arxa tərəfində yığılmış daş kubiklərin üstünə çıxmış və sonra evin eyvanındakı qapıdan evə daxil olmuşlar. Eyvan qapısından evə daxil olduqdan sonra sağda tualet, hamam və mətbəx, mətbəxdən keçdikdən sonra isə evin dəhlizi və dəhlizdən isə 3 otağa giriş və üçüncü mərtəbəyə pilləkənlər olduğunu bildirmişdir. Bundan sonra o, Əli ilə birlikdə evin mətbəxinə daxil olub orada olan iki ədəd soyuducunun mühərrikini söküb, eyvan qapısının yanına yığmış, mətbəxdə olan qaz sobasını söküb içində olan latun metalı çıxarıb qapının yanına yerləşdirmiş, mətbəxdə olan su kranını söküb içərisindən latun metalı çıxarıb qapının yanına yerləşdirmişlər. Sonra hamama daxil olub orada olan su kranlarını açıb içərisindən latun metalı, ayaqyolunda olan su kranının içərisindən latun metalı, ümumilikdə evdən 04 ədəd su kranını söküb latun metalı oğurlamışlar. Sonra evin dəhlizində olan 01 ədəd DVD və 02 ədəd antena aparatını qapının yanına yığmışlar. Bundan sonra dəhlizdəki Türkiyə istehsalı olan bir ədəd qaz sobasını söküb qapının yanına qoymuş və bir ədəd generatoru söküb içərisində mis metal olmadığını görüb yenidən vintləri yerinə bağlayaraq qapının yanına qoymuş, bir ədəd paltartikən maşını qapının yanına yerləşdirmişlər. Həmin evin dəhlizindən 01 ədəd köhnə televizoru, iki yataq otağından ayrı-ayrı 02 ədəd köhnə televizoru, ümumilikdə isə 03 ədəd televizoru götürüb qapının yanına yığmışlar. Daha sonra evdə olan elektrik əşyalarının üzərindəki elektrik naqillərini kəsib mis əldə etmək üçün qapının yanına yığıb, qapının yanına yığdıqları televizorları evin həyətinə düşürmək üçün mətbəxdən ip götürüb televizora bağlamış, Əli ilə birlikdə köməkli televizoru ikinci mərtəbədəki eyvandan yerə iplə sallayan zaman televizor ipdən açılıb yerə düşmüş və sınmışdır. Sonra əşyaları iplə düşürdə bilmədikləri üçün latunları evdən götürdükləri sellofana yığıb, yerdə qalan 02 ədəd televizoru eyvandan Əli ilə birlikdə yerə atıb sındırmışlar. Bundan sonra eyvandan həyətə düşüb televizorları söküb içərisində olan mis metalları, həyətində olan su mühərrikini və ona aid kranlarını söküb içərisində olan latun və mis metalını çıxardaraq götürmüşlər. Həmin mis metalları da latun metallar olan sellofana yığıb həyətdən çay tərəfə dəmir tor çəpəri keçib, Aydın adlı şəxsin işlədiyi metal yığıntı sexinə getmişlər. Bundan sonra əldə etdikləri metalları Əli ilə birlikdə Aydına satıb 22 manat pul əldə etmişlər. Sonra əldə etdikləri pulu iki yerə bölüb adama 11 manat pul götürüb, internet oyununa xərcləmişlər. Bundan sonra o, 29 dekabr 2020-ci il tarixdə saat 13 radələrində evdən küçəyə çıxmış və küçədə qonşuluqda yaşayan İsmayılı görmüşdür. İsmayıla Əli ilə birlikdə oğurluğa girdikləri həmin evdən danışmışdır. O, İsmayıla həmin evin ikinci mərtəbəsində olan eyvan qapısının yanına yığdığı əşyaları demiş və birlikdə həmin əşyalardan götürüb satmağı təklif etmişdir. Bu zaman İsmayıl onunla razılaşmış və birlikdə həmin gün oğurluğa girdikləri evə çayqırağı ilə piyada getmişlər. Bundan sonra evin arxa hissəsindən dəmir tor çəpəri keçib həyətə daxil olmuş və evin arxasında yığılan daşların üstünə çıxıb, oradan eyvana qalxmış və eyvandan evə daxil olmuşlar. O, 27 dekabr 2021-ci il tarixdə Əli ilə birlikdə evin eyvan qapısının yanına yığdıqları əşyaların yerində olub-olmadığını yoxlamış və oğurladıqları həmin əşyalardan 01 ədəd “ceyran” deyilən qaz sobasını eyvandan İsmayılla birlikdə həyətə atmış, sonra soyuducudan sökdükləri 02 ədəd mühərriki eyvandan həyətə atdıqdan sonra, özləri də eyvandan həyətə düşmüşlər. Həyətdə olan zaman 01 ədəd ceyran sobasını, 02 ədəd soyuducu mühərrikini, həyətdə olan 01 ədəd 01 metr uzunluğunda armaturu, 02 ədəd 50 diametrlik borunu götürüb çəpərdən keçərək çay qırağına getmişlər. Sonra oğurladıqları əşyaları çay kənarına yığmış və o, gedib “Vaz 2106” markalı qırmızı rəngli taksi çağırmışdır. Həmin taksiyə 01 ədəd “ceyran” deyilən sobanı, 01 ədəd 01 metr uzunluğunda armaturu və 02 ədəd 50 diametrlik borunu avtomobilin yük yerinə qoymuşlar. Soyuducu mühərrikini isə ağır olduğu üçün götürə bilməmişlər. Bu zaman İsmayıl demişdir ki, özü qayıdıb 02 ədəd soyuducu mühərrikini götürəcəkdir. Sonra onlar birlikdə “Vaz-2106” markalı qırmızı rəngli avtomobilə əyləşib Aydın adlı metalyığanın yanına getmişlər. Avtomobilin yük yerindən həmin 01 ədəd “ceyran” sobasını, 02 ədəd soyuducu mühərrikini, 01 ədəd 01 metr uzunluğunda armaturu və 02 ədəd 50 diametrlik 01 metr uzunluğunda borunu götürüb Aydına satmış və əldə etdikləri 21 manat pulu öz aralarında bölmüş və 21 manat puldan 03 manatını adını bilmədiyi taksi sürücüsünə vermiş, yerdə qalan 18 manat pulu isə iki yerə bölüb adama 09 manat pul götürmüşlər. Pulu böldükdən sonra İsmayılla birlikdə avtovağzala getmiş və oradan ayrılmışlar. Sonra o, əldə etdiyi 09 manat pula ərzaq malları alıb evə getmişdir. 30 dekabr 2020-ci il tarixdə saat 12 radələrində o, pula ehtiyacı olduğuna görə yaşadığı evdən çıxıb təkbaşına həmin oğurluq etdikləri evə girmək üçün çay kənarı ilə, yəni eyni yolla evin qarşısına gəlmiş və evin mişar daşları ilə inşa olunmuş hasarından evin həyətinə yenidən daxil olmuşdur. Sonra evin eyvan qapısının yanına yığdıqları əşyalardan 01 ədəd DVD aparatını, 02 ədəd antena aparatını, 01 ədəd generatoru, 01 ədəd paltartikən maşını, 01 ədəd İran sobasını iplə bağlayıb bir-bir həyətə düşürtmüşdür. Həmin əşyaları həyətə düşürtdükdən sonra həyətdən daşıyıb dəmir tordan çölə keçirtmişdir. Sonra özü də dəmir tordan keçdikdən sonra həmin əşyaları daşıyıb çay kənarında olan yabanı kolların arasında gizlətmişdir. Həmin gün işıq generatorunu götürüb piyada avtovağzalda yerləşən sanitar qovşağının yanına aparıb həmin yerdə gizlətmişdir. Sonra yaşadığı evə getmiş və evdə əmisi Ruslana 01 ədəd işıq generatoru olduğunu bildirib satmasında ona köməklik etməsini bildirmişdir. Əmisi Ruslan ondan həmin generatorun oğurluq olub-olmamasını soruşanda, o, əmisinə yalan danışaraq başqa adamda olmasını bildirmişdir. Bu zaman əmisi bir nəfər şəxslə telefonda danışdıqdan sonra, o, adını bilmədiyi şəxslə Gəndab kəndi ərazisində olan körpünün yanında görüşməli olduğunu bildirmişdir. Sonra o, evdən çıxıb göy rəngli “Vaz-2106” markalı taksi avtomobili ilə avtovağzalın sanitar qovşağında gizlətdiyi işıq generatorunu götürmüş və həmin taksinin yük yerinə yerləşdirmişdir. Bundan sonra Şabran rayonu Gəndab kənd yolunda olan körpünün yanına getmiş və həmin körpünün yanına Kamil adlı 30-35 yaşlarında olan bir nəfər gəlmiş və 75 manat pul verib generatoru ondan almışdır. O, həmin 75 manat pulu alıb taksi sürücüsünə 06 manat pul vermiş və yaşadığı evə qayıtmışdır. Sonra həmin 75 manat puldan qalan pulun qalanını əmisi Ruslanla yeyib içməyə xərcləmişdirlər. 31 dekabr 2020-ci il tarixdə saat 15 radələrində o, çay kənarında qalan 01 ədəd DVD aparatını, 02 ədəd antena aparatını, 01 ədəd İran sobasını və 01 ədəd paltartikən maşını satmaq qərarına gəlmişdir. Buna görə o, Şabran şəhər sakini Balabəy adlı şəxsin çayxanasına getmiş, həmin vaxt ona bir ədəd paltartikən maşını satmaq istədiyini bildirmişdir. Bu zaman Balabəy paltartikən maşını görmək istədiyini demiş və birlikdə çay kənarına getmişlər. Orada Balabəy paltartikən maşını və İran sobasını görüb hər ikisini almaq istədiyini bildirmişdir. Bu zaman o, Balabəyə 01 ədəd paltartikən maşını və 01 ədəd İran sobasını, cəmi 90 manat pula satmışdır. Həmin gün saat 17 radələrində 01 ədəd DVD aparatını və 02 ədəd antena aparatını əli ilə piyada daşıyaraq avtovağzala gətirmiş və orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə hamısını birlikdə 20 manat pula satmışdır. Həmin gün 110 manat pul qazanmış və qazandığı pulları əmisi Ruslanla birlikdə “Yeni il” bayramını qeyd etmək adı ilə xərcləmişlər. Bundan başqa ünvan 11 ünvandan oğurluq etdikdən sonra, yəni 27-29 mart 2021-ci il tarixlərində əvvəllər tanıdıqları Təqsirləndirilən şəxs4 ilə günorta saatlarında görüşüb söhbət edən zaman sonuncu, ona bildirmişdir ki, Şabran şəhəri, F.Hacıyev küçəsində boş ev vardır və həmin evdə heç kimin yaşamadığını bildirib həmin yerdən oğurluq etməyi təklif etmişdir. Sonra evdə oğurlamaq üçün əlavə əşyalar olduğunu və həmin əşyaları birlikdə oğurlamağı təklif etmişdir. Onlar Sənanın təklifi ilə razılaşmış və birlikdə həmin gün günorta vaxtı Sənanın təklif etdiyi Şabran şəhəri F.Hacıyev küçəsində yerləşən ikimərtəbəli evin daş hasarına bərkidilmiş siferin üstündən keçib həyətə daxil olmuşlar. Həyətdən isə evin qarşısına keçib piləkanlarla evin ikinci mərtəbəsinə qalxmış və evin ikinci mərtəbəsinin qapılarının açıq olduğunu görmüşlər, bu zaman o Sənandan qapının niyə açıq olduğunu soruşduqda, sonuncu, ona bildirmişdir ki, bundan əvvəl özü həmin evdən 01 ədəd “Samsung” markalı televizoru, 01 ədəd “Euromax” markalı peyk aparatını, 01 ədəd 80 manat dəyərində su qızdırıcını və 01 ədəd elektrik peçini oğurlayan zaman özü qapının kilidini sındırmışdır. Həmin vaxt Sənan və o evin ikinci mərtəbəsində yerləşən yataq otağından 01 ədəd “Tefal” markalı qazan dəstini, 01 ədəd “Tefal” markalı blenderi (tərəvəz doğrayan) və 01 ədəd cuğun qazan dəstini evin həyətinə daşıyıb, həyətdə olan tövlə kimi yerdə gizlədib və oranı tərk etmişlər. Bundan sonra o, Şabran şəhər sakini kimi tanıdığı Ulduz adlı qadının işlədiyi kafeyə getmiş və ona guya tanışının qazan dəsti satmaq istəyini bildirmişdir. Ulduz isə ona həmin qazan dəstini 40 manata alçağını bildirmişdir. Həmin gün havanın qaralmasını gözləmiş və hava qaraldıqda saat təxminən 21 radələrində oğurluq etdikləri ünvana gedib tövlə kimi yerdə gizlədikləri 01 ədəd “Tefal” markalı qazan dəstini, 01 ədəd “Tefal” markalı blenderi (tərəvəz doğrayan) və 01 ədəd cuğun qazan dəstini daşıyaraq “Tefal” markalı qazan dəstini Ulduza 40 manat qarşılığında satmış və qalan əşyaları isə Sənan özü ilə aparmışdır. Törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə iclasında qanuni nümayəndəsi X10 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanda qeydiyyatda olmasına baxmayaraq, hazırda ailə üzvləri ilə birlikdə ünvan 23 yaşayır. Cinayəti törədərkən Şabran şəhərində yaşamışdır. 21 dekabr 2020-ci il tarixdə dostluq etdiyi Şabran rayon sakini Təqsirləndirilən şəxs2la birlikdə Şabran şəhəri, Nəsimi küçəsində 3 mərtəbəli köhnə tikili evin ətrafını gəzərkən ətrafda heç kimin olmadığını və həmçinin evdə yaşayış olmadığını bilmişlər. Səhəri gün, yəni 22 dekabr 2020-ci il tarixdə onlar görüşüb saat 13 radələrində həmin evin arxa həyətinə dəmir tor çəpərdən keçib evin həyətinə daxil olmuşlar. Əvvəlcə fikirləri evin həyətində olan dəmir metalları oğurlamaq olmuş, lakin sonradan evdə heç kimin olmadığın bilib, evin arxa hissəsində olan ikinci mərtəbənin eyvanına çıxıb özləri ilə gətirdikləri kəlbətinlə pəncərə şüşəsini yerindən çıxarıb evə daxil olmuşlar. Kənan pəncərədən daxil ola bilmədiyi üçün o, evdən eyvana açılan taxta qapının çəftəsini əli ilə açmış və Kənan evə qapıdan daxil olmuşdur. İlk dəfə daxil olduqları otaqda paltar dolabının bütün çəkməcələrini axtarmış, paltar dolabının çəkməcəsindən birində 01 ədəd sadə “Nokia” markalı telefonu götürmüş və 01 ədəd telefon qulaqcığını isə Kənan götürmüşdür. Digər otaqları gəzib dağıtdıqdan sonra otaqlarda olan elektrik əşyalarının elektrik naqillərini kəsib evin eyvanından həyətə atdıqdan sonra evin eyvanından yerə düşmüşlər. Bundan sonra oğurladıqları naqilləri Kənanla birlikdə aparıb evin arxasında olan çay kənarında yandırıb təmizləmiş və 03 kiloqram mis metalı əldə edib 01 kiloqramını 08 manata rsatmışlar. Həmin gün metal alqısatqısı ilə məşğul olan Aydın adlı şəxsə satıb 24 manat pul qazanmışlar. 24 manat pulu iki yerə bölmüş və 12 manatı Kənana vermiş, yerdə qalanını isə, yəni 12 manat pulu və “Nokia” markalı telefonu özü götürmüşdür. 24 dekabr 2020-ci il tarixdə saat 10 radələrində yenidən Kənanla görüşüb həmin evə eyni yolla daxil olmuşlar. Evə daxil olduqdan sonra dəhlizdə olan 03 ədəd samovarı, bir ədəd internet modemini və evdə olan elektrik naqillərini kəsib götürmüşlər. Yenidən elektrik naqillərini çay kənarında yandırıb təmizləyərək Aydının yanına gedib mis metalı satmış, 03 ədəd samovarı isə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə satıb ümumilikdə 45 manat qazanıb özlərinə siqaret və ərzaq malları almışlar. Bundan sonra 26 dekabr 2020-ci il tarixdə Kənanla yenidən görüşüb pullarının qurtardığı üçün yenidən həmin evə oğurluq etməyə getmişlər. Həmin tarixdə saat 14 radələrində birlikdə eyni yolla evə daxil olmuşlar. Bu dəfə evin qonaq otağında olan 01 ədəd “Samsung” markalı 82 ekran televizoru, 01 ədəd misdən olan həvəngdəstə və 02 ədəd alüminium tavanı eyvanın qapısından düşürüb özləri ilə aparmışlar. Bu dəfə Əli həvəngdəstəni və 02 ədəd alüminium tavanı Şabran şəhər bazarında tanımadığı şəxsə 35 manata satıb həmin pula Kənanla birlikdə kompüter oyunu oynamış, dönər alıb və çay içməyə xərcləmişdir. Oğurladıqları “Samsung” markalı 82 ekran televizoru isə həyətlərində olan taxta sexində heç kimə demədən gizlətmişdir. 27 dekabr 2020-ci il tarixdə saat 12 radələrində əvvəllər tanıdığı Şabran şəhər sakini Elməddin adlı şəxslə görüşmüşdür. Elməddin tanıdığı həmin evdən söhbət açıb, evdə yaşayış olmadığını bildirmiş, evdən oğurluq etməyi təklif etmişdir. Sonra Elməddin onunla razılaşmış və onlar birlikdə evin arxa hissəsində olan dəmir tor çəpərdən evin həyətinə daxil olmuşlar, evin həyətindən də, eyni qaydada eyvana çıxıb Kənanla sındırdıqları qapıdan evə daxil olmuşlar. Elməddinlə birlikdə mətbəxdə olan iki ədəd soyuducunun mühərriklərini söküb qapının yanına yığmış, sonra mətbəxdə olan qaz sobasını söküb içində olan latun metalını çıxardıb evin dəhlizində olan İran sobasını söküb qapının yanına yığmışlar. Sonra evdə olan 03 ədəd köhnə, markasını bilmədiyi televizorları eyvandan yerə atıb sındırmışlar. Evin otağının birində olan böyük televizoru götürə bilməmişlər, hamama keçib 04 ədəd su kranlarını açıb həmin su kranında olan latun metalı sökmüşlər. Dəhlizdə olan 01 ədəd internet modemini də götürmüşdür. Sonra evin digər otağından bir ədəd generatoru götürüb ətrafında olan vintləri açmış, içərisində mis olmadığını gördükdə vintləri yerinə bağlamış və Elməddinlə birlikdə qapının yanına qoymuşdur. Bundan sonra qapıya yığdıqları yuxarıda adlarını göstərdiyi əşyaları birlikdə evin arxa həyətinə daşımışlar. Sındırdıqları televizorların isə içərisindən mis metallarını çıxartmışlar. Sonra evin həyətində olan su mühərrikini və ona aid kranlarını söküb içərisində olan latun və mis metalını çıxartmışlar. Oğurladıqları əşyalardan 1,5 kiloqram latun və 02 kiloqram mis metalları əldə edib tanımadıqları adamlara sataraq 25 manat pul qazanıb Elməddinlə birlikdə adama 12 manat 50 qəpik pul əldə edib ayrılmışlar. Daha sonra o, həmin evə getməmiş və oğurluq etməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında qanuni nümayəndəsi X11 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran şəhər sakini Vüqarın oğlu Əlini 3 ildir ki, tanıyır. 21 dekabr 2020-ci il tarixdə Əli ilə Şabran şəhərində gəzən zaman Şabran şəhəri, Nəsirov küçəsindən keçən zaman orada 03 mərtəbəli köhnə tikili ev olduğunu görmüşlər. Həmin evin ətrafını gəzib evdə yaşayış olmadığını bilmiş, həmin vaxt qaranlıq olduğu üçün evə oğurluq etməyə girməmiş və qərara gəlmişlər ki, bir gün sonra, yəni 22 dekabr 2020-ci il tarixdə evə oğurluğa girsinlər. 22 dekabr 2020-ci il tarixdə saat 13 radələrində Şabran şəhəri mərkəzi avtovağzalında görüşüb həmin evə daxil olmaq üçün çay qırağı ilə piyada evin arxa həyətinə çatmışlar. Evin arxa həyəti dəmir tor ilə çəpərə alındığına görə Əli ilə birlikdə çəpəri keçib həyətə daxil olmuş, sonra həyətdən evin ikinci mərtəbəsində yerləşən eyvana divardan tutaraq çıxmışlar. Eyvana çıxdıqdan sonra Əli üzərində gətirdiyi kəlbətinlə şüşənin ətrafındakı mismarları çıxarıb evə pəncərədən daxil olmuşdur. O, pəncərədən evə girə bilmədiyi üçün Əli eyvan qapısını evdən açmışdır. O, da evə daxil olmuş, eyvan qapısından evə daxil olduqda sağda tualet, sonra hamam və mətbəx olduğunu, mətbəxdən keçdikdən sonra evin dəhlizi və dəhlizdən isə 3 otağa giriş və üçüncü mərtəbəyə pilləkən olduğunu bilmişdir. Sonra o, Əli ilə birlikdə dəhlizdən solda olan yataq otağına girmiş, yataq otağında olan paltar dolabının bütün çəkməcələrini açmış, dolabdan Əli bir ədəd “Nokia” markalı telefonu tapmış, o isə bir ədəd telefona aid qulaqcıq tapmışdır. Otaqda olan sandığın ağzını Əli kəlbətinlə açmış və baxanda həmin sandıqda paltardan başqa heç nə olmadığını görmüşlər. Sonra evin otaqlarını gəzib dağıtmış, otaqlarda olan elektrik naqillərini kəsib götürmüşlər. Həmin gün evdən çıxıb elektrik naqillərini evin arxa hissəsində həyətdən kənarda çay qırağında yandırmış, yandırdıqdan sonra 03 kiloqram mis metal əldə edib həmin metalı Əli öz tanışına satmış və 24 manat pul gətirib öz aralarında bölərək xərcləmişlər. Bundan sonra 24 dekabr 2020-ci il tarixdə birlikdə gəzən zaman pulları qurtardığı üçün yenidən evdən oğurluq etmək qərarına gəlmişlər. 24 dekabr 2020-ci il tarixdə saat 10 radələrində həmin evə eyni yolla daxil olaraq eyvan qapısından evə daxil olmuşlar. Evin dəhlizindən 03 ədəd samovar, bir ədəd internet modemi və evdə olan elektrik avadanlıqlarının üzərində olan elektrik naqillərini kəsib oğurlamışlar. Sonra evdən çıxıb yenidən çay kənarında elektrik naqillərini yandırıb, təmizləmiş və Əli ilə birlikdə həmin elektrik naqillərini, 03 ədəd samovarı, 01 ədəd internet modemini birlikdə aparıb Şabran şəhərində yerləşən bazarın yaxınlığına yerə qoymuş və həmin yerdə Əli onu kənarda gözləməyi bildirərək əşyaları satmağa getdiyini bildirmişdir. O, kənarda gözləmiş, Əli əşyaları və mis metalını satıb 45 manat pul gətirmişdir. Həmin 45 manat pula özlərinə siqaret, ərzaq malları almışlar. Bundan sonra 26 dekabr 2020-ci il tarixdə saat 14 radələrində Əli ilə görüşüb yenidən eyni yolla həmin evə daxil olmuşlar. Bu dəfə evin dəhlizindən bir ədəd “Samsung” markalı 82 ekran televizor, bir ədəd misdən olan həvəngdəstə, iki ədəd alüminium tava oğurlayıb özləri ilə aparmışlar. “Samsung” markalı 82 ekran televizoru çay kənarında otların arasında gizlətmiş, 02 ədəd alüminium tavanı və bir ədəd mis həvəngdəstəni isə Əli ilə birlikdə Şabran bazarına gedib Əli həmin əşyaları metal şəklində satıb 35 manat pul gətirmişdir. Sonra həmin pulu öz aralarında bölüb, kompüter oyunu oynamış və dönərxanada çay içməyə xərcləmişlər. Bundan sonra o, Əli ilə sağollaşmış və bir daha həmin evdən oğurluq etməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X12 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran şəhər sakini Təqsirləndirilən şəxs5 onunla qonşuluqda yaşayır və münasibətləri həmişə yaxşı olmuşdur. 29 dekabr 2020-ci il tarixdə saat 13 radələrində evdən küçəyə çıxmış və küçədə qonşuluqda yaşayan Elməddini görmüşdür. Elməddin onunla söhbət edən zaman ona tanışı olan Vüqarın oğlu Əli ilə birlikdə oğurluğa girdikləri 3 mərtəbəli evdən danışmış və Elməddin ona həmin evin ikinci mərtəbəsində olan eyvan qapısının yanına ev əşyaları yığdığını və birlikdə həmin əşyalardan götürüb satmağı təklif etmişdir. O, Elməddinlə razılaşmış və birlikdə həmin gün çay qırağı ilə piyada oraya getmişlər. Evin arxa hissəsindən dəmir tor çəpəri keçib həyətə daxil olduğu üçün evin arxasında yığılan daşların üstünə çıxıb, oradan eyvana qalxmış və eyvandan evə daxil olmuşlar. Həmin vaxt eyvanda Elməddin ona qapı yanına yığdığı ev əşyalarını göstərmiş və həmin əşyalardan 01 ədəd “ceyran” deyilən qaz sobasını eyvandan birlikdə həyətə atmış, sonra soyuducuya aid 02 ədəd mühərriki eyvandan həyətə atmış və özləri də eyvandan həyətə düşmüşlər. Həyətdə olan zaman 01 ədəd “ceyran” sobasını, 02 ədəd soyuducu mühərrikini, həyətdə olan 01 ədəd 01 metr uzunluğunda armatur, 02 ədəd 50 diametrlik torba götürüb çəpərdən keçərək çay qırağına getmişlər. Sonra oğurladıqları əşyaları çay kənarına yığmış və Elməddin gedib “Vaz-2106” markalı qırmızı rəngli taksi çağırmışdır. Həmin taksiyə 01 ədəd “ceyran” deyilən sobanı, 01 ədəd 01 metr uzunluğunda armaturu və 02 ədəd 50 diametrlik torbanı avtomobilin yük yerinə qoymuş, soyuducu mühərrikini isə götürə bilməmişlər. Bu zaman o, Elməddinə demişdir ki, özü qayıdıb 02 ədəd soyuducu mühərrikini götürəcəkdir. Sonra onlar birlikdə “Vaz-2106” markalı qırmızı rəngli avtomobilə əyləşib Aydın adlı metalyığanın yanına getmişlər. Avtomobilin yük yerindən həmin 01 ədəd “ceyran” sobasını, 02 ədəd soyuducu mühərrikini, 01 ədəd 01 metr uzunluğunda armaturu və 02 ədəd 50 diametrlik 01 metr uzunluğunda borunu götürüb Aydına satmış və 21 manat pul əldə etmişlər. Həmin 21 manat puldan 03 manatını adını bilmədiyi taksi sürücüsünə vermiş, yerdə qalan 18 manat pulu isə iki yerə bölüb adama 9 manat pul qazanmışlar. Pulu böldükdən sonra Elməddinlə birlikdə avtovağzala gəlmiş və oradan ayrılmışlar. O, 09 manat pulu ərzaq dükanlarının birindən şirniyyat almağa xərcləmişdir. Həmin gündən bir gün sonra, o, yenidən oğurluq etdiyi evin kənarında olan çay qırağına gedib 02 ədəd soyuducu mühərrikini götürüb Aydın adlı metalyığana aparıb verməklə 14 manat qazanmış və həmin pulu da kompüter oyunu oynamaqla xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, işi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. 12 aprel 2021-ci il tarixdə Şabran şəhərində yerləşən evinə baxmaq üçün gəlmiş, evin həyət qapısından içəri girib evə daxil olmaq istəyəndə görmüşdür ki, evin giriş qapısına bağladığı kilid sındırılıb və qapılar açıqdır. O, həyəcanlı şəkildə evə daxil olmuş və görmüşdür ki, qonaq otağında olan 01 ədəd “Samsung” markalı 430 manat dəyərində televizor, 01 ədəd “Euromax” markalı 25 manat dəyərində peyk aparatı, 01 ədəd 15 manat dəyərində elektrik peçi, yataq otağında olan 01 ədəd 80 manat dəyərində su qızdırıcı, 01 ədəd “Tefal” markalı 130 manat dəyərində qazan dəsti, 01 ədəd “Tefal” markalı 80 manat dəyərində blender (tərəvəz doğrayan), 01 ədəd 58 manat dəyərində çuqun qazan dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Ona məxsus yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq 24 aprel 2021-ci il tarixdə Şabran rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti yoxdur. Bu barədə o, ərizə yazıb məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, onun ünvan 12 ünvanda üçmərtəbəli yaşayış evi vardır. Bakı şəhərində işlədiyi üçün həmin evin qapı və pəncərələrini bağlayıb Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 6, mənzil 42-də 10 ildən çoxdur ki, yaşayır. Buna görə də Şabran şəhərində yerləşən sözügedən evdə yaşayış yoxdur. Bundan istifadə edən şəxsiyyətləri ona məlum olmayan naməlum şəxslər evin ikinci mərtəbəsinin qapı və pəncərəsini sındırmaq yolu ilə evə daxil olmaqla yaşayış evində olan 01 ədəd 2018-ci ildə alınmış 300 (üç yüz) manat dəyərində Türkiyə istehsalı olan qaz sobasını, 01 ədəd 2016-cı ildə alınmış 50 (əlli) manat dəyərində “ceyran” sobasını, 01 ədəd 150 manat dəyərində 15 il əvvəl alınmış “ÇİNAR” və 01 ədəd 16 il əvvəl alınmış 120 manat dəyərində “ZİL” soyuducusunun mühərriklərini, 01 ədəd 2016-cı ildə alınmış 400 (dörd yüz) manat dəyərində “Samsung” markalı televizoru, 01 ədəd 2015-ci ildə alınmış 650 (altı yüz əlli) manat dəyərində “HONDA” markalı generatoru, 03 ədəd 20 il əvvəl alınmış hər biri 100 (bir yüz) manat dəyərində samovarı, 02 ədəd 2018-ci ildə alınmış 35 (otuz beş) manat dəyərində internet modemini, 01 ədəd 14 il əvvəl bazardan alınmış 250 manat dəyərində paltartikən maşını, 01 ədəd 2014-cü ildə alınmış 60 manat dəyərində DVD aparatını, 02 ədəd 2018-ci ildə alınmış hər biri 50 manat dəyərində peyk antena aparatını, 01 ədəd 2008-ci ildə alınmış 20 (iyirmi) manat dəyərində “Nokia” markalı telefonu, 01 ədəd 2018-ci ildə alınmış 15 manat dəyərində telefon qulaqcığı, 02 ədəd 20 il əvvəl alınmış hər biri 20 manat dəyərində alüminium tavanı, 01 ədəd 15 il əvvəl alınmış 50 manat dəyərində həvəngdəstəni, məişət avadanlıqlarına məxsus və evin üzdə olan ümumilikdə 350 manat dəyərində işıq naqillərini, 01 ədəd 2010cu ildə alınmış “Brest” markalı 400 manat dəyərində qaz sobasının latun metallarını, 03 ədəd müxtəlif markalı 20 il əvvəl alınmış hər biri 50 (əlli) manat dəyərində olan televizorların mis metallarını, 05 ədəd hər biri 04 (dörd) manat dəyərində olan su kranlarının latun metallarını, 01 ədəd 2017-ci ildə alınmış 120 (bir yüz iyirmi) manat dəyərində su mühərrikinin mis metallarını, 04 ədəd 2008-ci ildə alınmış hər biri 12 (on iki) manat dəyərində olan qapı kilidlərini, 01 ədəd 03 manat dəyərində olan 01 metr uzunluğunda armaturu, 02 ədəd hər biri 02 manat olmaqla cəmi 04 manat dəyərində 01 metr uzunluqda 50 diametrlik torbanı oğurlamışlar. Oğurluqla bağlı ona dəymiş maddi ziyan ümumilikdə 3635 (üç min altı yüz otuz beş) manat təşkil edir. Onun yaşayış olmayan evində oğurluq olması ilə bağlı ona məlumatı qonşusu Şabran şəhəri, Nəsimi küçəsi ev 15-də yaşayan Şahid2 Əliabbas oğlu vermiş və o, bu barədə 05 yanvar 2020-ci il tarixdə Şabran rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cinayət işinin materialına əlavə edilmiş məhkəmə iclas katibi tərəfindən tərtib olunmuş 13 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edilib dindirilməsinin zəruriliyi bildirmiş, zəngə cavab verən şəxs özünü Zərərçəkmiş şəxs2 kimi təqdim edərək məhkəmə iclaslarına dəvət olunması ilə bağlı SMS bildirişini aldığını, lakin səhhəti ilə bağlı yaşadığı Bakı şəhərindən gələ bilməyəcəyini və bununla da məhkəmədə iştirak edə bilməyəcəyini, eləcə də təqsirləndirilən şəxslərdən heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Əlabbas oğlu göstərdi ki, ünvan 11 ünvanda yerləşən 03 mərtəbəli yaşayış olmayan ev tanışı Zərərçəkmiş şəxs2 məxsusdur və o, qonşu kimi həmin evə nəzarət edir. 03 yanvar 2021-ci il tarixdə saat 16 radələrində həmin evin həyətində səs gəldiyini eşitmiş və həyətə daxil olub görmüşdür ki, evin arxa hissəsində olan bağda 03 ədəd köhnə televizor sındırılıb, ikinci mərtəbənin eyvan qapısı acıq olmaqla pəncərə şüşəsi yerindən çıxıb. Bu zaman o, bunu görüb evin sahibi Zərərçəkmiş şəxs2 məlumat vermiş və Rasim isə ona bildirmişdir ki, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat verim. 03.01.2021-ci il tarixdə o, Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və onunla birlikdə həmin yerə baxış keçirmişlər. Sonra o, evin daxilində olan əşyaların dəqiq sayını və nələrin oğurlanmasını bilmədiyi üçün Zərərçəkmiş şəxs2 gəlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, qardaşı Şəmsəddinin ailəsi ilə birlikdə eyni həyətdə yaşayır. 30 dekabr 2020-ci il tarixdə o, evdə olan zaman qardaşı Şəmsəddinin oğlu Elməddin onun yanına gəlib bildirmişdir ki, dostuna məxsus bir ədəd generator (işıq gücləndirici) var, həmin generatoru satmaq istəyir, o isə Elməddinə tanışı olmadığını bildirib və telefonda olan “İnstagram” sosial şəbəkədə generator elanları olan bölməyə baxmış və həmin bölmədə generator alan Kamil adlı şəxslə danışmışdır. Bu zaman Kamil adlı şəxs öz nömrəsini vermədən mesajla ona bildirmişdir ki, 02 saatdan sonra Şabran rayonu Gəndab kəndində yerləşən körpünün yanında olacaq və həmin vaxt orada görüşüb generatoru alacaqdır. O, Elməddinə bu barədə demiş və onlar birlikdə 02 saatdan sonra həmin yerdə olacağını bildirmişlər. Bundan sonra, o Elməddinin kiminlə və harada görüşüb dostuna aid olan generatoru neçə manata satmasından məlumatı olmamışdır. Həmin gün axşam evdə olan zaman ona bildirmişdir ki, üzərində pul var və həmin pul dostuna aiddir və o isə ondan 5 manat pul istəmişdir. Bu zaman Elməddin cibində olan puldan ona 5 manat vermişdir. Bir gün sonra, yəni 31 dekabr 2020-ci il tarixdə bayram günü olduğuna görə onlar birlikdə Şabran şəhərində axşam saat 18 radələrində gəzən zaman Elməddin üzərində pul olduğunu bildirmişdir. O, ondan həmin pulu haradan əldə etdiyini soruşmuş və cavabında Elməddin bildirmişdir ki, generator satan dostu veribdir. Sonra onlar həmin gün yaşadıqları evdə bayram keçirmək üçün ərzaq malları almış və aldıqları mallar təxminən 40 manat təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Bahəddin oğlu göstərdi ki, ünvan 14 ünvanda yerləşən yaşayış evinin həyətində metal alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin dekabr ayının axırlarında Şabran şəhər sakini Vüqarın oğlu Əli və yanında bir nəfər tanımadığı şəxslə gəlib mis və alüminium metal, latun metalı gətirdiklərini və pula ehtiyacları olduğuna görə satmaq istədiklərini bildirmişlər. Bu zaman o, həmin metalların haradan almalarını soruşmuş və Əli ona demişdir ki, yaşadıqları evin həyətində olan lazımsız əşyaların üzərindən söküblər. Əlinin gətirdiyi metala o, ilk dəfə 22 manat pul vermiş və onlar birlikdə çıxıb getmişlər. Həmin vaxtdan bir necə gün sonra Əlinin yanında gələn adını bilmədiyi və şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs5 gəlmişdir. Elməddin həmin vaxt dövlət nömrə nişanını bilmədiyi “VAZ-2106” markalı avtomobillə gəlmişdir. Avtomobilin yük yerində olan 01 ədəd “ceyran” sobasını, 01 ədəd 01 metr uzunluğunda armatur və 02 ədəd 50 diametrlik 01 metr uzunluğunda torbanı ona satmaq istədiklərini bildirmişlər. Bu zaman o, həmin əşyaları Elməddindən haradan almasını soruşmuş və Elməddin isə ona bildirmişdir ki, əşyaları öz yaşadığı evdən götürüb lazım olmadığı üçün satır və əldə etdiyi pula özünə paltar alacaqdır. O, həmin gün onlara 21 manat pul vermişdir. Daha sonra, Elməddin və Əli ona heç bir metal əşyası satmamışdır. Tarixi dəqiq xatırlamadığı vaxtda isə üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər uşaq ona 02 ədəd soyuducu mühərriki vermiş və ona da mühərrikin əvəzinə 14 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs4 onun xalası oğludur. 27 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 ona bildirmişdir ki, Şabran şəhər ərazisində törətdiyi oğurluq cinayəti ilə əlaqədar olaraq əldə edib satdığı 01 ədəd “Samsung” markalı televizoru və 01 ədəd “Euromax” markalı peyk aparatını yaşadığı evə ona tanımadığı şəxs gətirməlidir. O, həmin gün axşam saat 20 radələrində Şabran şəhər ərazisində olan zaman Sənan onun istifadəsində olan telefona zəng edərək televizor və peyk aparatının yaşadığı evdə olmasını və həmin əşyaları polis şöbəsinə gətirməyini istəmişdir. O, isə Sənanın qardaşı Şahid6la birlikdə yaşadıqları ünvana getmiş və həyət qapısından içəri daxil olan zaman 01 ədəd “Samsung” markalı televizoru və 01 ədəd “Euromax” markalı peyk aparatını götürüb birlikdə Şabran rayon polis şöbəsinə gətirib təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 iş üzrə Şahid5 ifadəsində göstərdiklərini təsdiq edərək analoji ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 Sadiq qızı göstərmişdir ki, o, Şabran şəhəri 20 yanvar küçəsində yerləşən restoran və avtoyuma yeri işlədir. 2020-ci ilin dekabr ayının axırlarında Şabran şəhər sakini Elməddin adlı şəxs onun işlədiyi yerə gəlib bildirmişdir ki, bir ədəd paltartikən və bir ədəd İran sobası satır. Həmin vaxt ona İran sobası lazım olduğu üçün o, Elməddindən bir ədəd İran sobasını və bir ədəd paltartikən maşını almaq fikrinə gəlmişdir. Bu zaman ondan həmin İran sobasını və paltartikən maşının kimə məxsus olduğunu soruşmuşdur. Elməddin isə ona bildirmişdir ki, onun özünə məxsusdur, yaşadığı evdə ailəsinin pula ehtiyacı olduğu üçün satır. Bundan sonra o, İran sobasını və bir ədəd paltartikən maşına baxmaq istədiyini bildirmiş və Elməddin ona demişdir ki, yolun yarısına qədər gətirib yorulub. Birlikdə gedib onun göstərdiyi yerə baxsınlar və həmin məişət əşyalarının köhnə olduğunu görüb, Elməddinə 90 manat pul verib ondan almışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 fevral 2021-ci il tarixli 9/467 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus yaşayış evindən oğurlanmış 01 ədəd “Ceyran” sobasının dəyəri 30 manat, “Samsung” markalı “LE32R75B” modelli, Slovakiya istehsallı televizorun dəyəri 180 manat, modemin dəyəri 15 manat, 01 ədəd paltartikən maşının dəyəri 80 manat, üzərində “Star Track” yazıları olan DVD aparatının dəyəri 20 manat, Çin istehsallı “HD 1070” modelli antena aparatının dəyəri 20 manat, qapı kilidlərinin dəyəri 20 manat olmaqla hal-hazırda orta bazar qiyməti cəmi 365 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 iyun 2021-ci il tarixli 9/3777 nömrəli rəyindən görünür ki, “Euromax” markalı peyk aparatının dəyəri 20 manat, qazan dəstinin dəyəri 50 manat, “Topqapı” markalı, 32 litr tututmlu su qızdırıcının dəyəri 60 manat, “Tefal” markalı blenderin dəyəri 50 manat olmaqla hal-hazırda orta bazar qiyməti cəmi 180 manat müəyyən edilir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi X8 X3 25 iyun 2021-ci il tarixli 36 saylı məktubunda Zərərçəkmiş şəxs2 məxsus evdən oğrlanmış Türkiyə istehsalı olan 01 ədəd qaz sobasının hazırda bazar satış qiyməti 300 manat, “Ceyran” sobasının 01 ədəd bazar satış qiyməti 30 manat, “Çınar” soyuducusuna aid mühərrikin bazar satış qiyməti 90 manat, “ZİL” soyuducusuna aid mühərrikin bazar satış qiyməti 70 manat, 01 ədəd “Samsung” markalı televizorun bazar satış qiyməti 180 manat, “Honda” markalı generatorun 01 ədədinin bazar satış qiyməti 600 manat, samovarların 01 ədədinin bazar satış qiyməti 80 manat olmaqla cəmi 240 manat, 02 ədəd internet modeminin hər birinin bazar satış qiyməti 15 manat olmaqla cəmi 30 manat, 01 ədəd paltartikən maşının bazar satış qiyməti 80 manat, 01 ədəd DVD aparatının bazar satış qiyməti 20 manat, 02 ədəd peyk antena aparatının bazar satış qiyməti 20 manat olmaqla cəmi 40 manat, 01 ədəd “Nokia” markalı telefonunun bazar satış qiyməti 20 manat, 01 ədəd telefon qulaqcığının bazar satış qiyməti 15 manat, 02 ədəd alüminium tavanın hər birinin bazar satış qiyməti 15 manat olmaqla cəmi 30 manat, 01 ədəd həvəngdəstənin bazar satış qiyməti 50 manat, məişət avadanlıqlarına məxsus elektrik naqillərinin ümumilikdə bazar satış qiyməti 120 manat, evdə olan işıq naqillərinin bazar satış qiyməti 140 manat, 01 ədəd “Brest” markalı qaz sobasının latun metalları satışda olmadığından bazar satış qiyməti 350 manat, 01 ədəd “Song Guang” markalı, 01 ədəd “Şhahbaz” markalı və 01 ədəd “Supra” markalı televizorların bazar satış qiyməti hər biri 50 manat olmaqla cəmi 150 manat, 04 ədəd su krantlarının bazar satış qiyməti hər biri 04 manat olmaqla cəmi 20 manat, 01 ədəd su mühərrikinin bazar satış qiyməti 120 manat, 04 ədəd qapı kilidlərinin bazar satış qiyməti 05 manat olmaqla cəmi 20 manat, 01 ədəd 01 metr uzunluğunda armaturun bazar satış qiyməti 03 manat, 02 ədəd 01 metr uzunluğunda 50 diametrlik torbanın bazar satış qiyməti hər metr üçün 02 manat olmaqla çəmi 04 manat təşkil edir. Oğurlanmış məişət əşyalarının hal-hazırkı orta bazar qiyməti ümumilikdə 2722 (iki min yeddi yüz iyirmi iki) manat təşkil edir. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung” markalı televizorun bazar satış qiyməti 150 manat, cuğun qazan dəstinin bazar satış qiyməti 50 manat və 01 ədəd elektrik peçinin bazar satış qiyməti 15 manat olmaqla oğurlanmış məişət əşyalarının hal-hazırkı orta bazar qiyməti ümumilikdə 215 (iki yüz on beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 20 iyun 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli tələbnamədən və Şabran rayon məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarın surətindən görünür ki, Şabran rayon məhkəməsinin 1(031))-19/2019 saylı 25 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 05 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs4 cəzasının qalan 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla 02 ay 12 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. 26.10.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Həmin sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs4 həmin cinayəti törədərkən yetkinlik yaşına çatmayan olmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 29 aprel 2021-ci il tarixli 4(031)- 17/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs4 barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli 2077 və 2078 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 15 ünvanda ailə üzvləri – anası X29 və qardaşı X23 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 2064 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 2908 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 16 ünvanda ailə üzvləri – atası X30, anası X24, qardaşları – Şahid6, X13 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 2909 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 2886 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 17 ünvanda ailə üzvləri – atası X22, anası X2, bacısı X14, qardaşları – X20 və X7 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 2887 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 2889 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 18 ünvanda ailə üzvləri – atası X28, anası X25 və qardaşı X31 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 2892 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 2883 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs5 ünvan 19 ünvanda ailə üzvləri – atası X4, anası X15, qardaşları – 2006-cı il təvəllüdlü X5, 2008-ci il təvəllüdlü X16 və bacısı 2015-ci il təvəllüdlü X17 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 2893 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs5 Azərbaycan Respubikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların özlərinin ifadələrilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs5 əməli Azərbaycan Respubikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin içtimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, hazırki cinayət işi üzrə dörd aydan artıq müddətdə həbsdə olmasını da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 törətdikləri cinayət əməllərini etiraf edərək peşmanlıq çəkmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 cəzalarını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, R.Fətahov küçəsi ev 8 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 27 aprel 2021-ci il tarixdən həbsdədir. Təqsirləndirilən şəxs4 həbsdə olduğu 04 ay 20 gün bir günə iki gün hesablanmaqla 09 ay 02 ay 20 gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 23 yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 20 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 5 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs5 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs5 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 21 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə keçirilmiş ekspertiza xərci 100 (bir yüz) manat təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 həbsdə olduğu 04 ay 20 gün bir günə iki gün hesablanmaqla 09 ay 10 gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs4 qəti olaraq 02 il 02 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azadlığa buraxılsın, hökm qanuni qüvvəsini alanadək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 22 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs4 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 23 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 20 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 18 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1., 177.2.2. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 21 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs5 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci 100 (bir yüz) manat təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar