Məhkəmə qərarları › İş №1(031)-49/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-49/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-49/2025 10.12.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi, Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1971-ci il tarixdə Dəvəçi rayonunun Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şabran rayonu, Ağalıq ərazi dairəsi, Ağalıq kəndində qeydiyyatda olan, faktiki olaraq həmin kənddə yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,582 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şabran rayonunun Ağalıq kəndi ərazisində taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “Toyota Prius” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə arxa oturacağa sərnişin qismində əyləşərək hərəkətdə olarkən Şabran Rayon Polis X9 Xidməti Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 02:05-də özünü şübhəli apardığı üçün Şabran rayonunun Ağalıq kəndi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə keçirilmiş şəxsiaxtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Keno” markalı siqaret qutusunun içərisindən 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,136 qram, 0,241 qram, 0,034 qram, 0,039 qram, 0,038 qram, 0,023 qram və 0,030 qram olmaqla ümumi təmiz çəkisi 0,582 qram olan xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılmış və götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şabran rayonunun Ağalıq kəndində yaşayır. Ailəlidir və bir övladı var. O, uzun müddət narkotik vasitələrdən istifadə etmiş, sonradan müalicə aldığı üçün narkotik vasitələrdən istifadəni dayandırsa da, yenidən narkotik vasitədən istifadə etməyə başlamışdır. Polis əməkdaşları tərəfindən həbs edilməmişdən qabaq “Skaniya” markalı yük avtomobilində sürücü işləməyə başlamışdır. O, hər gün Bakı şəhərinə yük maşını ilə gedib gələrək daş daşımışdır. xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində o, Bakı şəhərindən idarə etdiyi, seriya nömrəsini xatırlamadığı yük avtomobili ilə Şabran rayonuna qayıdarkən Siyəzən rayonunda yerləşən “Beşbarmaq” deyilən ərazidə avtomobili saxlamış, həmin ərazidən çox vaxt narkotik vasitə aldığına görə istifadəsi üçün “Roma” ləqəbli şəxsdən marixuana və metamfetamin almışdır. Bundan sonra o, yola düşmüş, yaşadığı Şabran rayonunun Ağalıq kəndinə gəlmiş, yorğun olmadığı üçün gedib yük gətirmək qərarına gəlmişdir. Buna görə də o, evdən çıxıb maşının dalınca getmiş, evdən çıxarkən iki ədəd bükümü də özü ilə götürmüş, Şabran rayonunun Ağalıq kəndinin içində olan 24 saatlıq ərzaq dükanının yanında “Prius” markalı taksini görərək avtomobilə yaxınlaşmış, ona iki manat pul təklif edərək onu yük avtomobilini saxladığı yerə aparmasını xahiş etmişdir. Avtomobilin qarşı oturacağında adam oturduğu üçün o, arxada oturmuş, avtomobil hərəkətə düşmüş, bir qədər yol getdikdən sonra taksi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları onları saxlamış, sonra onları yoxlamışdırlar. Bu vaxt o, üzərində olan siqaret qutusundakı narkotik vasitələri polis əmədaşlarına göstərmişdir. Bundan sonra polis əməkdaşları onu taksi sürücüsü ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Şabran Rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və o üzərində daşıdığı narkotiki və psixotorop maddələri təqdim etmişdir. Ümumilikdə ona məxsus siqaret qutusundan 11 ədəd büküm narkotik vasitə və psixotorop maddələr çıxmış və müvafiq qaydada qablaşdırılaraq götürülşmüşdür. Hazırda törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şabran Rayon Polis X9 Xidməti Bölüyünün manqa komandiri vəzifəsində, polis baş serjantı rütbəsində işləyir. xx.xx.2025-ci il tarixdə, saat 02:00 radələrində o, Şabran rayonunun Ağalıq kəndi ərazisində Şabran Rayon Polis X9 Xidməti Bölüyünün əməkdaşları Şahid5, Şahid4 və Şahid3 Gilhəsən oğlu ilə xidmətdə olarkən Şabran rayonu, Ağalıq kəndində yerləşən ərzaq dükanın yanında bir nəfər şəxsin özünü şübhəli apararaq ətrafa narahat formada baxdığını və onları, yəni polis əməkdaşlarını gördükdə iti addımlarla bir qədər məsafədə duran, taksi fəaliyyəti göstərən “Toyota Prius” markalı avtomobilə yaxınlaşdığını və avtomobilin arxa sərnişin yerində oturaraq harasa getdiyini görmüşdürlər. Buna görə də onlar, həmin avtomobilin arxasınca gedərək bir qədər sonra avtomobilin yolun kənarında saxladığı zaman həmin avtomobilə yaxınlaşmışdırlar. Bu vaxt avtomobilin arxa sərnişin yerində olan və bir qədər əvvəl özünü şübhəli aparan şəxs avtomobildən düşmüş, avtomobildən uzaqlaşmaq istəyərkən o, digər polis əməkdaşları ilə birlikdə həmin şəxsi saxlamaq istəyərkən, həmin şəxs cibindən bir ədəd siqaret qutusunu çıxardıb yerə atmaq istəmiş, lakin onlar bunun qarşısını alaraq onu saxlamışlar. Həmin şəxsdən siqaret qutusunda nə olduğunu soruşduqda, saxlanılan şəxs siqaret qutusunda narkotik vasitə olduğunu bildirmişdir. Bu səbəbdən onlar saxlanılan şəxsə əlində olan siqaret qutusunu öz cibinə qaytarıb qoymasını tələb etmişdirlər. Daha sonra o, digər əməkdaşlarla birlikdə bu barədə Şabran Rayon Polis Şöbəsinin rəhbərliyinə məlumat verməklə, həmin şəxsi və taksi sürücüsünü Şabran Rayon Polis Şöbəsinə dəvət etmişdir. Şabran Rayon Polis Şöbəsində saxlanılan şübhəli şəxsin Təqsirləndirilən şəxs, taksi sürücüsünün isə Şahid1 olması müəyyən edilmişdir. Bir qədər sonra Şabran Rayon Polis Şöbəsinin həyətində saxlanılan Təqsirləndirilən şəxs üzərinə ona təyin edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq şəxsi-axtarış keçirilərkən onun əynində olan şalvarın cibindən bir ədəd “Keno” markalı siqaret qutusunun içərisindən ümumilikdə 11 büküm narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Həmin vaxt müstəntiq Təqsirləndirilən şəxs bükümlərdə nə olduğunu soruşmuş, o da bükümlərdə narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Sonra aşkar olunmuş 11 ədəd büküm ekspertizaya təqdim edilməsi üçün götürülərək qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3 və Şahid5 ifadələrində, habelə məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməyən şahid Şabran Rayon Polis Şöbəsinin əməkdaşı Şahid4 proses iştirakçılarının işə onun iştirakı olmadan məhkəməyədək icraat zamanı verdiyi ifadə elan edilməklə baxılmasına etiraz etməmələri səbəbi ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329-cu maddəsinə əsasən elan edilmiş ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməyən Şahid1 proses iştirakçılarının işə onun iştirakı olmadan məhkəməyədək icraat zamanı verdiyi ifadə elan edilməklə baxılmasına etiraz etməmələri səbəbi ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329-cu maddəsinə əsasən elan edilmiş ifadəsində bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə, gecə saat 02:00 radələrində o, Şabran rayonu, Ağalıq kəndində yerləşən ərzaq dükanının qarşısında, etibarnaməyə əsasən idarə etdiyi **-XA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq dayanıb müştəri gözləmiş, həmin vaxt Şabran rayonunun Ağalıq kənd sakini kimi üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxs ona yaxınlaşmış, onu evinə aparmağını istəmiş və avtomobilin ön oturacağında əyləşmişdir. Bu vaxt o, avtomobilin mühərrikini işə salaraq yola düşmək istəmiş, həmin vaxt daha bir kənd sakini kimi tanıdığı Kamran adlı şəxs onun avtomobilinə yaxınlaşmış, onu idarə etdiyi yük avtomobilinin yanına aparıb düşürməsini ondan xahiş etmiş və buna görə ona 2 manat pul verəcəyini demişdir. O da həmin şəxsi də götürmüş və yola düşmüşdür. Bir qədər yol getdikdən sonra arxalarında olan polis avtomobilinin sayrışan işıq siqnalını verdiyini eşitdiyi üçün avtomobili yolun kənarına çəkib saxlamış və avtomobildən sərnişinlərlə birlikdə düşmüşdür. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmış, bu vaxt Kamran əlindən yerə nəsə atmaq istəmiş, lakin polis bunun qarşısını almış, həmin vaxt avtomobilin qarşı oturacağında oturan şəxs heç bir söz demədən naməlum istiqamətdə getmişdir. Sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişdirlər. O da buna görə idarə etdiyi avtomobil ilə polis əməkdaşları ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə getmişdir. Bir qədər sonra Şabran Rayon Polis Şöbəsinin həyətində saxlanılan Təqsirləndirilən şəxs üzərinə ona təyin edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq şəxsi-axtarış keçirilmiş və onun əynində olan şalvarın cibindən bir ədəd “Keno” markalı siqaret qutusunun içərisindən ümumilikdə 11 büküm aşkar edilmişdir. Həmin vaxt müstəntiq Təqsirləndirilən şəxs bükümlərdə nə olduğunu soruşduqda o, bükümlərdə narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Sonra bükümlər ekspertizaya təqdim edilməsi üçün götürülərək qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqi). - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:05-dən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 4-6-cı vərəqləri). - Şahid1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində idarə etdiyi “Toyota Prius” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cinayət işinin İ cildinin 22-ci vərəqi). - xx.xx.2025-ci il tarixli şəxsi axtarış, götürmə və baxış keçirilməsi haqqında protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə, saat 03:02-dən 03:27-yə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi-axtarış keçirilmiş, şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq əskinas, 1 ədəd 20 qəpik, şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, 1 ədəd üzərində narkotik vasitə və psixotrop maddələrin izlərini daşıması ehtimalı olan gümüşü folqa və salfet aşkar edildi. Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol cibindən “Keno” markalı siqaret qutusunun içərisində olan 1 ədəd sellofanın içərisində 1 ədəd qırmızı folqaya bükülmüş kristallik psixotrop maddə metamfetaıninə bənzər kütlə, 2 ədəd salfet bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə, həmçinin siqaret qutusunun içərisindən 1 ədəd göy rəngli kağız bükümün içərisində 1 ədəd salfet bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə, əlavə olaraq siqaret qutusunun içərisində olan kibrit qutusundan 1 ədəd ödəmə qəbzinin kağızına bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd salfet bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə və 5 ədəd siqaret folqasının içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olmaqla, içərisində narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr olan ümumilikdə 11 ədəd büküm aşkarlanmış, şalvarın sağ cibindən isə narkotik vasitə və psixotrop maddələri qəbul etmək üçün istifadə olunan, üzərində izləri daşıması ehtimal olunan borucuq aşkar edilmişdir. Təqsirləndirilən şəxs borucuğu nə üçün istifadə etməsi soruşulduqda, o, borucuqdan narkotik maddə və ya psixotrop vasitələri qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş predmetlər qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış və üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq əsgina və 1 ədəd 20 qəpik ona geri qaytarılmışdır (cinayət işinin İ cildinin 25-27-ci vərəqləri).. - xx.xx.2025-ci il tarixli baxış və götürülmə haqqında protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə saat 04:05-dən 04:11-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonunun Ağalıq kəndində yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilsə də, hər-hansı bir qanunla qadağan edilmiş əşya və yaxud predmet aşkar edilməmişdir (cinayət işinin İ cildinin 30-32-ci vərəqləri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 20/760 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə; ümumi sayı 8 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: 0,041 qram; 0,136 qram; 0,241 qram; 0,034 qram; 0,039 qram; 0,038 qram; 0,023 qram və 0,030 qram olmaqla, ümumi təmiz çəkisi 0,582 qram olan ağ rəngli, kristal şəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Ümumi sayı 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,198 qram; 0,173 qram və 0,148 qram olmaqla, ümumi təmiz çəkisi 0,519 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuana kütlələri bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 1 ədəd gümüşü rəngli folqa, 1 ədəd borucuğun üzərində və içərisində psixotrop maddə metamfetamin izləri müəyyən edilmişdir. Folqanın üzərində və borucuğun içərisində olan psixotrop maddə ilə bağlı tədqiqatın aparılması mümkün deyildir. 1 ədəd salfetin üzərində hər hansı bir narkotik vasitə, güclü təsir edən maddə və ya psixotrop maddələrin izləri yoxdur. Ekspertiza tədqiqatına təqdim edilmiş ümumilikdə 0,582 qram çəkidə psixotrop maddə metamfetaminin 0,08 qram çəkidə hissəsi nümunə olaraq götürülmüş, 0,502 qram çəkidə hissəsi isə geri qaytarılmış; ümumilikdə 0,519 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın 0,06 qram çəkidə hissəsi nümunə olaraq götürülmüş, 0,459 qram çəkidə hissəsi isə geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 45-48-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 61-62-ci vərəqləri). - Şabran Rayon Məhkəməsinin 4(031)-25/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə, saat 02:05dən hesablanmaqla 3 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 79-82-ci vərəqləri). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-3/2-176/2025 saylı xasiyyətnamədən görünür ki, Şabran rayonunun Ağalıq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 89-cu vərəqi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-3/2-175/2025 saylı arayışdan görünür ki, Şabran rayonunun Ağalıq kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.1973-cü il təvəllüdlü həyat yoldaşı X4 və xx.xx.1992-ci il təvəllüdlü oğlu X3 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 90-cı vərəqi). - xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsindən ekspertiza tədqiqatında sonra geri qaytarılmış ümumilikdə 0,502 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut hesab olunub saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, iş üzrə baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videigörümtülərini əks etdirən 2 ədəd “DVD” disk isə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 92-93-cü vərəqləri). - “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” X7 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5535 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 104-105-ci vərəqləri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Rzayev X5 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzası 6 ay müddətinə azaldılmış və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 113-cü vərəqi). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2025-ci il tarixli, 18-1-34/2- 928/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 narkoloji və psixonevroloji kabinetlərində dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 118-ci vərəqi). - xx.xx.2025-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və onun üzərindən ümumi təmiz çəkisi 0,519 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi ilə bağlı cinayət təqibinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X1 Bölməsinə göndərilmişdir (cinayət işinin İ cildinin 119-127-ci vərəqləri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Cinayət- Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterlərini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. X8 İİ maddəsinin İV abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və sair) kimi hallara da diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şabran RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan ümumi sayı 8 ədəd bükümlərdə, eksperiza tədqiqatından sonra ümumi təmiz çəkisi 0,502 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd gümüşü rəngli folqa, 1 ədəd borucuq və 1 ədəd salfet hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etməsinə, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə vəkil Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına 165 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli tutulduğu, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış, ümumi sayı 8 ədəd bükümdə olmaqla, 0,502 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd gümüşü rəngli folqa, 1 ədəd borucuq və 1 ədəd salfet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə baxış, götürmə və şəxsi axtarış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 2 ədəd “DVD” disk isə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar