Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-5/2023 05.07.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – Şahid2, Zərərçəkmiş şəxsin hüquqi varisi X6 vəkili - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs vəkili - Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, "Azərsu" Məhdud Məsuıiyyətli Cəmiyyətinin Şabran rayon şöbəsində çilingər vəzifəsində calışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şabran şəhəri Səttar Bəhlulzadə küçəsində nömrəsiz evdə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə saat 00:10 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz 21154 markalı, **-MA-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə Şabran şəhəri H. Əliyev prospekti ilə rayon mərkəzi istiqamətində hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə veriləndən artıq surətlə - 60 km saat sürətdən artıq sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olduğu halda hadisinin qarşısını almamış və nəticədə Şabran şəhəri H. Əliyev prospektində velosipedçi, Zərərçəkmiş şəxs idarəetdiyi avtomobil ilə vurması nəticədə velosipedçi hadisə yerində ölmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, atası X4 məxsus Vaz 21015 markalı, 90-MA – 075 qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək işdən kənar vaxtlarda taksi qismində faəliyyət göstərib ailəsini dolandırır. 23 iyul 2022-ci il tarixdə idarə etdiyi Vaz 21015 markalı avtomobil ilə Şabran şəhəri H. Əliyev prospektində yerləşən "Günel" adlı şadlıq sarayının qarşısında dayanaraq sərnişin gözləyirdi. Bu zaman tanımadığı 2 nəfər şəxs ona yaxınlaşaraq onları rayon mərkəzinə aparmağı təklif etmişlər. O, da başqa müştərinin olmadığı üçün razılaşmış və həmin iki nəfər şəxs avtomobilə əyləşmişdilər. O, avtomobili hərəkətə gətirərək H. Əliyev prospekti ilə rayon mərkəzi istiqamətinə hərəkət etməyə başlamışdır. H.Əliyev prospekti ilə hərəkət edərək ikitərəfli yolun sonuna çatan zaman gözləmədiyi anda sağ tərəfdən velosipedçi avtomobilin qarşısına çıxmış, həmin vaxt velosipedçini vurmamaq üçün əyləci bassa da, hadisənin qarşısını ala bilməmiş və velosipedçini idarə etdiyi avtomobil velosipedə dəymişdir. O, avtomobildən yerə düşmüş və velosipedçinin asfalt betonun üzərində qan içərisində olduğunu görmüşdür. Həmin dəqiqə o, "103" Xidmətinə zəng edərək hadisə yerinə təcili tibbi yardım gəlməsi barədə məlumat vermişdir. Yolun kənarında səki vardır, ikitərəfli yolun orta hissəində işıqlar da vardır, işıqlanma normaldır. Maşını saatda 60 km sürətlə sürmüşdür. Velosiped yan tərəfdən çıxıb maşının buferi ilə krılosunun birləşdiyi yerdən dəymişdir. Hadisə yerində sürət saatda 50 km olmuşdur, hadisə nəticəsində maşının krılosu və qabaq şüşəsi sınmışdır. Velosiped maşına dəyəndən sonra sola düşmüşdür, o, da maşını döndərib saxlamışdır ki, bəlkə xəstəxanaya aparar. Polisdə və ya istintaq zamanı ona heç bir təzyiq və ya təsir göstərilməmişdir. O, özünü təqsirli bilmir. O, maşını saatda 70-80 km sürətlə sürməmişdir. İbtidai istintaq zamanı ifadəsini oxumadan imza etmişdir.Əvvəllər yol nəqliyyat hadisəsi törətməmişdir. Bir insan kimi zərər çəkmişlərə maddi köməklik etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsini onun özünü müdafiə etmək, cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir və hesab edir ki, onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etmir və işin hallarına uyğundur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və ibtidai istintaq zamanı verdiyi ifadəsini işin hallarına və obyektiv həqiqətə əsaslandığından daha inandırıcı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası X4 məxsus Vaz 21015 markalı, 90-MA–075 qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək taksi qismində faəliyyət göstərib ailəsini dolandırır. 23 iyul 2022-ci il tarixdə idarəetdiyi Vaz 21015 markalı avtomobil ilə Şabran şəhəri H. Əliyev prospektində yerləşən "Günel" adlı şadlıq sarayının qarşısında dayanaraq sərnişin gözləyirmiş. Bu zaman tanımadığı 2 nəfər şəxs ona yaxınlaşaraq onları rayon mərkəzinə aparmasını təklif etmişdir. O da hal hazırda müştərinin olmadığını və onları rayon mərkəzinə apara biləcəyini bildirmişdir. Bundan sonra həmin iki nəfər şəxs avtomobilə əyləşmiş və o, avtomobili saatda 70-80 km sürətlə hərəkətə gətirərək H. Əliyev prospekti ilə rayon mərkəzi istiqamətinə hərəkət etməyə başlamışdır. H. Əliyev prospekti ilə hərəkət edən zaman prospektin 5 sotlar istiqamətində ayrılan 4 yola çatan zaman gözləmədiyi anda velosipedçinin avtomobilin qarşısına çıxdığını görmüş və həmin vaxt velosipedçini vurmamaq üçün əyləci nə qədər işə salsa da, hadisədən yayına bilməyib velosipedçini idarə etdiyi avtomobil ilə vurmuşdur. Bundan sonra dərhal avtomobildən yerə enmiş və velosipedçinin asfalt betonun üzərində qan içərisində olduğunu görmüşdür. Həmin dəqiqə o, "103" Xidmətinə zəng edərək hadisə yerinə təcili tibbi yardım gəlməsini istəmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X8 məhkəmə iclasında göstərdi ki, o, ünvan 3 ünvanda yaşayır. Ailəlidir və 3 övladı vardır. Mərhum oğlu Zərərçəkmiş şəxs və ailəsi, böyük oğlu Şahid1 və onun ailəsi onunla bir evdə yaşayır. Mərhum oğlu Zərərçəkmiş şəxs Sumqayıt şəhərində dəmirçi işləyirdi, böyük oğlu Şahid1 isə gül satışı ilə məşğul olub ailəsini dolandırır. 23 iyun 2022-ci il tarixdə mərhum oğlu Zərərçəkmiş şəxs istirahət etmək üçün Şabran şəhərində yaşayan xalası Şahid4 yaşadığı evə gəlmişdir. Oğlu Zərərçəkmiş şəxs Şabran rayonuna xalası gilə gedən zaman övladı Ümran Qulamovun 4 yaşı olması münasibətilə 30 iyul 2022-ci il tarixdə onlarla birgə Quba rayonuna getməyi planlaşdırırmış. Həmin vaxta qədər isə o, Şabran şəhərində xalası gildə istirahət etmək üçün qalacaqmış. Sonuncu dəfə 19, 20, 22 iyul 2022-ci il tarixlərdə oğlu ilə telefon vasitəsilə əlaqə saxlamış və istirahətinin qaydasında getdiyini ona bildirmişdir. 23 iyul 2022-ci il tarixdə gecə saatlarında böyük oğlu Şahid1 mobil nömrəsinə bacısı Şahid4 zəng edərək Natiqin yol nəqliyyat hadisəsi keçirməsini bildirmişdir. Oğlu Tərlan həmin dəqiqə onu Sumqayıt şəhərindən birbaşa Şabran şəhərinə gətirmişdir və Şabran RMX-na çatan zaman oğlunun morqda olduğunu və hadisə nəticəsində dünyasını dəyişməsini öyrənmişdir. Hadisədən sonra Asimin valideynləri onlara gəlmişdilər ki, oğulları Asimdən şikayət olmamasını xahiş etmişlər və söz vermişdilər ki, qəbr üstünə baş daşı, sinə daşı düzəldəcəklər, 40 verəcəklər, ancaq bunları etməmişlər. Yalnız yas mərasimi üçün onlara 2160 manatlıq bazarlıq etmişlər, amma nəğd pul verməmişlər. Mərhum oğlunun dəfninə, 3-nə, 7-nə, cümə axşamlarına və 40-na çoxlu xərcləri çıxmışdır. Təqsirləndirilən şəxslə barışmamışdır, ona qanunla nəzərdə tutulmuş qaydada ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 4 ünvanında ailəsi ilə birgə yaşayır. Evlidir və 1 övladı vardır. Qardaşı mərhum Zərərçəkmiş şəxs ailəlidir, birgə nigahdan iki övladı vardır. Qardaşı Zərərçəkmiş şəxs anası, atası və onunla birlikdə yaşayırdı. Qardaşı Sumqayıt şəhərində dəmirçi işləyərək ailəsini dolandırırdı. Natiq 2022-ci il iyun ayının sonlarında Sumqayıt şəhərindən Şabran şəhərində yaşayan xalası Vəfanın evinə qonaq gəlmişdi. Qardaşının məqsədi yay ayının bir ay müddətini Şabran şəhərində keçirmək olmuşdur. 23 iyul 2022-ci il tarixdə gecə saatlarında evdə olan zaman xalası Vəfanın oğlu Müqəddəs onun telefonuna zəng edərək qardaşının yol nəqliyyat hadisəsi keçirməsini və xəsarət almasını bildirmişdir. O, da Sumqayıt şəhərindən çıxaraq birbaşa Şabran şəhər MX-na gəlmişdir. RMX-na çatan zaman qardaşı Natiqin velosipedlə hərəkət edən zaman vaz 21015 markalı avtomobil tərəfindən vurulmasını və hadisə yerində ölməsini öyrənmişdir. O, hadisə yerini sonradan görmüşdür. Eşitdiyinə görə hadisəyə 015 və 07 markalı maşınların yarış ötüşməsi səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Şabran şəhəri 5 sotlar yaşayış massivində ailəsi ilə birgə yaşayır. Xanım Qulamova onun doğma bacısıdır. Bacısı Sumqayıt şəhərində yaşayır, onlar isə Şabran şəhərində yaşayırlar. Bacısının oğlu mərhum Zərərçəkmiş şəxs çox vaxt yay aylarında onların yaşadığları evə gələrək yayı Şabran şəhərində keçirir. 2022-ci ilin təxminən iyun ayının sonlarında Zərərçəkmiş şəxs həmişə olduğu kimi yenə də onlara qonaq gəlmişdir. Gün ərzində yaşadıqları evin təmirində onlara kömək edir, axşam saatlarında isə təxminən 20-25 dəqiqə əri Şahid3 məxsus velosipedlə şəhər ərazisində gəzirdi. 23 iyul 2022-ci il tarixdə həmişə olduğu kimi təxminən saat 23 radələrində Natiq ərinin velosipedini götürərək gəzmək üçün evdən çıxıb getmişdir. Təxminən 1 saat sonra əri Şahid3 Natiqi Şabran şəhəri H.Əliyev prospektində avtomobil vurmasını, nəticədə öldüyünü ona bildirmişdir. Bundan sonra o, Şabran RMX-na getmiş və ora çatan zaman Zərərçəkmiş şəxs hadisə yerində öldüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Şabran şəhəri 5 sotlar yaşayış massivində ailəsi ilə birgə yaşayır. Xanım Qulamova onun baldızıdır. Baldızı ailəsi ilə Sumqayıt şəhərində yaşayır, o isə ailəsilə Şabran şəhərində yaşayır. X5 mərhum Zərərçəkmiş şəxs çox vaxt yay aylarında onların yaşadığı evə gələrək yayı Şabran şəhərində keçirirdi. 2022-ci ilin təxminən iyun ayının sonlarında baldızının oğlu Zərərçəkmiş şəxs həmişə olduğu kimi yenə də onlara qonaq gəlmişdi. Gün ərzində yaşadığı evin təmirində onlara kömək edirdi, axşam saatlarında isə təxminən 20-25 dəqiqə ona məxsus velosipedlə şəhər ərazisində gəzirdi. 23 iyul 2022-ci il tarixdə o, Siyəzən rayonu karyer adlanan ərazidə toyda olmuşdur. Toydan saat təxminən 23 radələrində çıxaraq Şabran şəhərinə gələn zaman H.Əliyev prospektində velosipedçinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin olduğunu görmüşdür. Həmin yerə yaxınlaşarkən velosipedçinin baldızı oğlu Zərərçəkmiş şəxs olduğunu öyrənmiş, Natiqi təcili yardımla xəstəxanaya aparmışlar, bu barədə ailəsinə, yaxınlarına məlumat verib Şabran RMX-na yollanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. Mərhum oğlu Zərərçəkmiş şəxs və ailəsi, böyük oğlu Şahid1 və ailəsi onunla bir evdə yaşayırlar. Mərhum oğlu Zərərçəkmiş şəxs Sumqayıt şəhərində dəmirçi işləyirdi, böyük oğlu Şahid1 isə gül satışı ilə məşğul olub ailəsini dolandırır. 2022-ci il 23 iyun tarixdə mərhum oğlu Zərərçəkmiş şəxs istirahət etmək üçün Şabran şəhərində yaşayan baldızı Şahid4 yaşadığı evə gəlmişdir. Natiq Şabran rayonuna baldızıgilə gedən zaman övladı Ümran Qulamovun 4 yaşı olması münasibətilə 30 iyul 2022-ci il tarixdə onlarla birgə Quba rayonuna getməyi planlaşdırmışdı. Həmin vaxta qədər isə o, Şabran şəhərində baldızıgildə istirahət etmək üçün qalacaqdı. Sonuncu dəfə 19, 20, 22 iyul 2022ci il tarixdə oğlu ilə telefon vasitəsilə əlaqə saxlamış və istirahətinin qaydasında getdiyini ona bildirmişdir. 23 iyul 2022-ci il tarixdə gecə satlarında böyük oğlu Şahid1 mobil nömrəsinə baldızı Şahid4 zəng edərək Natiqin yol nəqliyyat hadisəsi keçirməsini bildirmişdir. Oğlu Tərlan həmin dəqiqə anasını Sumqayıt şəhərindən birbaşa Şabran şəhərinə gətirmiş və Şabran RMX-na çatan zaman oğlunun hadisə nəticəsində dünyasını dəyişməsini bilmişdir. Sonradan zərərçəkmiş şəxsin hüquqi varisi kimi işə cəlb edilmiş F. Qulamov təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona qanunla nəzərdə tutulmuş qaydada ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 göstərdi ki, o, Şabran RPŞ-nin İBdə müstəntiq işləyir. Müstəntiq kimi 5 ildir işləyir. Əvvəllər də yol-nəqliyyat hadisələri ilə əlaqədar işlər aparmışdır. Yol-nəqliyyat hadisələri ilə əlaqədar hadisə yerinə çıxanda qeydlər aparılır və sxem tərtib olunur. Baxış zamanı avtomobilin sürəti, xəsarət alanın düşmə yeri müəyyən olunur və buna görə velosipedin sürətini və hadisənin mexanizmini müəyyən etmək olur. Ona görə hadisə yerində avtomobilin sürətini və meyidin düşmə yerini, avtomobilin əzilməsini, mərhumun əzilməsini müəyyən etmiş və velosipedin sürətinin də saatda 10 km olduğunu müəyyən etmişdir. Velosipedçi yola 2 metr girmişdir, 7 metr isə mərhumun düşdüyü yeri göstərmişdir. Hadisə yerində velosipedin 10 km surətdə olmasını hadisə yerində gördüklərinə, yəni, hadisə yerinin quruluşuna, yol şəraitinin şərtlərinə, hadisənin nəticələrinə və məntiqə uyğun olaraq daxili inamına əsasən göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibbi ekspertizasının 18 avqust 2022-ci il tarixli, 16 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyidinin müayinəsində başın və gövdənin müştərək qapalı travması, kəllə qapağının və əsası sümüklərinin sınıqları, baş beyin toxumasına, baş beynin yumşaq qişasına və beyin mədəciklərinə geniş qansızmalar, baş beynin sərt qişasının cırılması, ağ ciyərlərin kökünə qansızmalar, qara ciyərin cırılması,başın yumşaq örtüyünə geniş qansızmalar, döş qəfəsinin sağ yarısının ön divarının, sağ çiyin qurşağının, hər iki kürəküstü nahiyələrin, sol əlin, hər iki budun,sağ baldırın və sol daban nahiyəsinin çoxsaylı sıyrıqları və sağ budun qançırından ibarət bədən xəsarətləri aşkar edilmişdir.Həmin xəsarətlər hamısı həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olmaqla 23 iyul 2022- ci il tarixə uyğun gəlir və hamısı birlikdə canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt zədələnməsi nəticəsində kəllə və kəllə əsası sümüklərin sınıqları, baş beyin toxumasının və onun yumşaq qişası altında geniş qansızmalardan törəyən baş beynin kəskin ödemi olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən onun meyidinin meyidxanada müayinə anından ( 23.07. 2022-ci il saat 09:00) 6-12 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyidindən götürülmüş qanın məhkəmə - kimyəvi laborator tədqiqatında qanda etil spirti, narkotik vasitələr və psixotrop maddələr aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 28 sentyabr 2022- ci il tarixli 8/2333 saylı rəyində göstərilmişdir ki, VAZ 21154 markalı, 90-MA- 075 qeydiyyat nömrə nişanlı avtomoibilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “ yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunununun 50-ci maddəsinin 2- ci hissəsinin 1 – ci bəndinin və 50 – ci maddənin 1- ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş sürücünün hərəkətlərində Qanunun 50- ci maddəsinin 2- ci hissəsinin 1- ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli 112 nömrəli aktına əsasən Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. 12 oktybr 2022-ci il tarixli Şabran RPŞ-nin DYPB-dən alınmış arayışa əsasən Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi qanuni qüvvədə olmuşdur. Onun sürücülük hüququna məhdudiyyət qoyulmamışdır. Cinayə işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi xx.xx.2013-cü il tarixdə verilmiş, etibarlılıq müddəti isə xx.xx.2023-cü il tarixədəkdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs atası Nazim Qubanova məxsus xx.xx.2023-cü ilədək etibarlılıq müdəti olan etibarnamə əsasında avtomobil idarə etmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin 13 amrt 2023-cü il tarixli qərarına əsasən müdafiə tərəfin vəsatəti əsasında iş üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli 8/106 saylı ekspert rəyindən görünür ki, 1a. VAZ-21154 markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin maksimum icazə verilən 60 km/saat hərəkət sürətinə uyğun dayanma yolu Sd.i= 41,9 metrdir. 1b. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən VAZ-21154 sarkalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin tam dayanma müddəti üzrə hesablama aparılmır. 2. İstintaq tərəfindən tədqiq olunmuş məlumatlara əsasən VAZ-21154 markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş sürücünün hərəkətində Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. O, xx.xx.2019-cu il tarixdə Şabran rayon PŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, lakin CPM-nin 40.3-cü maddəsi ilə (bəraətverici əsaslar olmadan) cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli 3480 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında həyat yoldaşı X7, uşaqları – 2021-ci il təvəllüdlü X11, 2022-ci il təvəllüdlü X12 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli 3522 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riaət etmişdir. İctimai yerləşdə heç bir qayda pozuntularına yol verməmişdir. Sakinlərə qarşı hörmətsizliklər etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 4-cü hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş materiallarla, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varislərinə qismən maddi yardım göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzastında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə bu xüsusda təqsirləndirilən şəxsin əvvəllər eyni xarakterli əməl törətməsini və bəraətverici əsaslar olmadan həmin iş üzrə cinayət işinin xitam edilməsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza növü və həddi təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə və nəqliyyat vəsitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən təyin edilmiş cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə 170 (bir yüz yetmiş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş Zərərçəkmiş şəxs hadisə zamanı idarə etdiyi “Vista” markalı velosipedin 05 sentyabr 2022-ci il tarixdə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinə təhvil verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı Şahid2 mülki iddia verərək Təqsirləndirilən şəxs 3000 (üç min manat zərərçəkmişin baş daşına çəkilmiş xərcin), 5000 (beş min manat yasa çəkilmiş xərclərin), 10 000 (on min manat mənəvi ziyanın), 144 manat dövlət rüsumunun əvəzi olaraq cəmi: 18144 (on səkkiz min yüz qırx dörd manat) pulun mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsi və zərərçəkmiş şəxsin uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay mülki cavabdehdən hər uşağa 220 manat cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə bir dəst qəbr daşının düzəldilməsi üçün 3000 (üç min) manat ödənilməsi barədə qaiməfaktura, həkim reseptləri, xəstənin müayinə sənədləri və dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Məhkəmə işin hallarını, təqdim edilmiş və işdə olan sübutları qiymətləndirərək zərərçəkmiş şəxsin dəfn mərasimi, qəbirüstü abidəsinin qoyulması və digər xərclər nəzərə alınmaqla, tələb edilən vurulmuş maddi zərərə görə 8000 (səkkiz min) manatı və mənəvi ziyanla bağlı tələb edilən 10000 manatı real və ağlabatan hesab etmir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ölümü ilə onun hüquqi varisinə mənəvi ziyan dəymiş, o mənəvi sarsıntı və iztirab keçirmişdir, amma mülki iddianı bu hissədə ağlabatan məbləğdə yəni, 2500 manat, maddi zərərə görə isə 5000 manat həddində təmin etmək işin halları baxımından daha uyğun və ədalətlidir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən də göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 144 manat dövlət rüsumu ödəmişdir. Həmin hissədə iddia tam əsaslıdır. Alimentlə bağlı hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyinə görə aliment öhdəliklərinin əsasını ailə münasibətləri təşkil edir. Aliment öhdəliyi məzmun etibarı ilə aliment ödəyicisini onun ödəmək vəzifəsindən, aliment alanın isə onun tələb etmək hüququndan ibarətdir. Ailə münasibətlərindən kənar hər hansı bir ödənişlər, kiməsə müəyyən vəsait köçürmələri, onun saxlanılmasını təmin etmək məqsədi güdən pul ödənişləri aliment sayılmır. Aliment öhdəliklərinə görə hazırki iddia tələbində Təqsirləndirilən şəxs öhdəlik daşımır. Ona görə də iddia tələbi bu hissədə əsassızdır. Beləliklə, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumu 144 (bir yüz qırx dörd) manat pul tutulub zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı bu gündən, yəni 05 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumu 144 (bir yüz qırx dörd) manat pul tutulub zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 qızına ödənilsin. Mülki iddianın qalan hissəsi təmin edilməsin. İş üzrə maddi sübut hesab edilmiş Zərərçəkmiş şəxs hadisə zamanı idarə etdiyi “Vista” markalı velosipedin 05 sentyabr 2022-ci il tarixdə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 170 (bir yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-5/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-5/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver