Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-5/2024 17.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X18 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2da yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,262 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində gəzdirməklə saxlamış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Şabran şəhəri X16 küçəsi ərazisində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinin gətirilməklə xx.xx.2023cü il tarixdə saat 18:15-dən 18:25-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sol arxa cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,262 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilmir. Belə ki, onu qardaşının axtarışına görə polis əməkdaşları iş yerindən götürüb şöbəyə gətirmişlər. Polis əməkdaşları onun üstünə həmin vaxt baxış da keçiriblər, sonra da qardaşının yerini bilmədiyinə görə onu döyüblər, əllərinə qandal vurub arxa cibinə narkotik maddə atıblar, aşağı düşürdüblər və bundan sonra üstünə baxış keçirmişlər. Bu barədə barəsində qətimkan tədbirinin seçilməsinə dair işə baxıldığı zaman hakimə də məlumat verib və hakim tibbi ekspertiza təyin edib. Tibbi ekspertizanın nə rəy verdiyini bilməsə də, təcridxanaya gedərkən orada xəsarətlərini görüblər, bu barədə prokurorluqdan müstəntiq gəlib ondan izahat alıb və o, prokurorluğun müstəntiqinə də orada olanlar barədə məlumat verib. İttiham aktında yazılıb ki, onu küçədən götürüblər, amma onu küçədə saxlayıb üstünə baxış keçirib götürməyiblər. Onu iş yerindən aparıblar və lazım olsa bunu təsdiq edə biləcək şahidləri də var. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq ibtidai istintaqda verdiyi ifadələri müstəntiqin özü yazdığını, müstəntiqin həmin ifadələri yazdıqdan sonra ifadələrin onu qane edibetmədiyini ondan soruşduğunu, həmin ifadələrin sərf elədiyi üçün ifadələrə etiraz etmədiyini, polis şöbəsində olduğu zaman qorxduğunu üçün etiraz edə bilmədiyini, onu Şabran Rayon Polis Şöbəsinin əməliyyatçılarının döydüklərini, müdafiəçisinə döyülməsi barədə məlumat vermədiyini, döyüldüyü zaman müdafiəçinin onun yanında olmadığını, Şabran Rayon Polis Şöbəsinin ikinci mərtəbəsində döyüldükdən və cibinə narkotik vasitə atıldıqdan sonra onu Şabran Rayon Polis Şöbəsinin birinci mərtəbəsinə gətirib müdafiəçi ilə təmin etdiklərini, bundan sonra üzərinə baxış keçirildiyi zaman və ifadəsi alındığı vaxt qorxduğu üçün müdafiəçisinə döyülməsi ilə bağlı hər-hansı bir məlumat vermədiyini, narkotik vasitə istifadəçisi olduğunu, lakin ona edilən haqsızlığa dözmədiyini, onun üstünə şər atdıqlarını, Şabran Rayon Polis Şöbəsinə gətirildiyi zaman üzərində narkotik maddə olmadığını, həmin narkotik vasitənin onu döyüb yerə yıxdıqdan sonra polis əməkdaşları tərəfindən arxa cibinə atıldığını, sədrlik edənin suallarına cavab olaraq isə qardaşının adının X3 olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman yerə laminat vurduğunu, qardaşıgilin isə “xostavara” plintus almağa göndərdiyini, orada aralarında narazılıq yarandığını və dava çıxardıqlarını, dava olandan sonra çıxıb getdiklərini, ev yiyəsinin ayaqqabıları xostavarda qaldığı üçün yanındakı uşağın ora geri qayıtdığını, polislər gəlib onu apardıqlarını, qardaşının da bunu görüb onun yanına gəldiyini, olanlar barədə ona danışdığını və polisə getmək istəmədiyini deyərək çıxıb getdiyini, qardaşı gedəndən sonra polis əməkdaşlarının gəlib onu götürüb şöbəyə apardıqlarını, polis əməkdaşlarının onu axtardıqlarından xəbəri olduğunu, üstündə həmin vaxt hər-hansı bir qanunsuz əşyanın olmadığını, polis əməkdaşları onu apararkən orada digər ustaların olduqlarını, onu Şabran Rayon Polis Şöbəsinin ikinci mərtəbəsində Alış müəllimin otağı ilə üzbəüz otaqda əməliyyatçıların döydüklərini, telefon işlətmədiyini, polis əməkdaşlarının onu xx.xx.2023-cü il tarixdə nahardan əvvəl tutaraq Şabran Rayon Polis Şöbəsinə apardıqlarını, Şabran Rayon Polis Şöbəsində döyülməsi ilə bağlı Şabran rayon prokurorluğunun müstəntiqinin ondan izahat almasına baxmayaraq, şikayəti əsasında qəbul edilmiş qərarın ona təqdim edilmədiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyi təsdiq edən sübutlar kifayət etməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik maddə gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. O, Təqsirləndirilən şəxs Şabran rayon içində görəndə də, onunla söhbəti olmuşdur. Ona bildirmişdir ki, onun barəsində narkotik gəzdirməsi, istifadə etməsi barədə məlumatlar gəlir. Bu barədə onu xəbərdar etmişdir. Həmin məlumatlarla bağlı Şabran şəhərinin X16 küçəsi ərazisində polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs saxlamışlar, sonra onu Şabran Rayon Polis Şöbəsinə gətirmişlər. Şabran Rayon Polis Şöbəsində onun üzərinə baxış keçirilmiş və narkotik maddə aşkar olunmuşdur. Səhv etmirsə Təqsirləndirilən şəxs əvvəllər də oğurluq hadisəsinə görə Şabran Rayon Polis Şöbəsində olmuşdur. Bundan əlavə müdafiəçinin sualına cavab olaraq mağazada Tərlanın qardaşının dalaşması ilə əlaqədar saxlanılmasının yadına gəlmədiyini, təqsirləndirilən şəxsin sualına cavab olaraq onu evin qarşısında saxladıqlarını, lakin onun tərəflərindən daha hansı evin qarşısında saxlanıldığını bilmədiyini, sədrlik edənin suallarına cavab olaraq isə yanlarında Elvinin adını xatırlamadığı bir nəfər serjantın və Əhmədağanın olduğunu, Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinə apardıqları zaman onun onlara heç bir müqavimət göstərmədiyini və onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir xəsarət yetirilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə daxil olmuş məlumata əsasən, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış X1 Qrupunun rəisi Şahid1, o, Şabran Rayon Polis X17 Xidmətinin əməkdaşı Şahid4 və Şahid3la birlikdə bir tədbir qurmuşlar və Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Həmin şəxs saxlanılan zaman nə var nə yox hər şeyi bildirdilər və Təqsirləndirilən şəxs özü könüllü olaraq onlarla Şabran Rayon Polis Şöbəsinə gəlib. Növbətçi hissədə onun üzərinə baxış keçirilib, lakin o, baxış keçirilərkən onların yanında iştirak etməyib. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs yaxınlaşarkən özlərini təqdim etdiklərini və ona hüquq və vəzifələrinin izah olunduğunu, onlar Təqsirləndirilən şəxs saxladıqları zaman onun “Sədi” adlı şəxsin evindən gəldiyini, onlara Təqsirləndirilən şəxs həmin yerdə olması barədə məlumat daxil olduğu üçün həmin məlumata əsasən həmin yerə gəlib ona yaxınlaşdıqlarını, narkotiklə əlaqədar şübhəli bilindiyi üçün onu saxladıqlarını, Təqsirləndirilən şəxs özünün də etiraz etmədən onlarla Şabran Rayon Polis Şöbəsinə gəldiyini, Təqsirləndirilən şəxs saxlanıldığı zaman polisin heç bir qanuni tələbini pozmadığını, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanıldığına təəccüblədiyini, Təqsirləndirilən şəxs özünün onlarla Şabran Rayon Polis Şöbəsinə gəlməyə razılaşdığını, onun gəlib Təqsirləndirilən şəxs işədiyi evə də girdiyini, həmin evdə iki dənə usta olduğunu, onlardan əlavə səhv etmirsə ev yiyəsinin əmisinin də orada olduğunu, Təqsirləndirilən şəxs içəridə yatdığını və polisin gəlməsini eşidib bayıra çıxdığını, Təqsirləndirilən şəxs üzündə həmin vaxt heç bir xəsarət izi görmədiyini, müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs saxlanılmasında əməliyyat komandiri kimi iştirak etdiyini, Təqsirləndirilən şəxs əynini dəyişməsinə şərait yaratmadıqlarını, Təqsirləndirilən şəxs saxladıqdan sonra öz razılığı ilə onu Şabran Rayon Polis Şöbəsinə gətirdiklərini, təqsirləndirilən şəxsin sualına cavab olaraq onu ev yiyəsinin evinin düz qarşısında polis serjantı ona yaxınlaşdığını, sonradan isə Şahid1 da ona yaxınlaşdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır. Şahid1, komandir Elvin və Əhmədağa ilə birlikdə Tərlanı işlədiyi Seydi adlı şəxsin evinin qarşısında, yəni, Şabran şəhərinin X16 küçəsi ərazisində saxlayıblar və sonra onu X12 veriblər. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs saxladıqları zaman üzərində şəxsi axtarış keçirmədiklərini, onu X12 verdiklərini, müdafiəçinin suallarına cavab olaraq 04 nəfər polis əməkdaşı ilə birlikdə Seydi adlı şəxsin evinin qarşısında Təqsirləndirilən şəxs saxladıqlarını, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirmədiklərini, Təqsirləndirilən şəxs özünün də polisin qanuni tələbinə əməl etdiyini, öz razılığı ilə maşina minib Şabran Rayon Polis Şöbəsinə gəldiyini, evə heç bir polis əməkdaşının girmədiyini və Təqsirləndirilən şəxs saxlanıldığı zaman evin qarşısında siqaret çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 göstərmişdir ki, Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında o, Şahid1, tağım komandiri Elvin və Şahid3 bir yerdə tədbir qurub Təqsirləndirilən şəxs polis şöbəsinə gətiriblər və Təqsirləndirilən şəxs onlarla polis şöbəsinə gəlməyə etiraz etməyib. Onlar onu polis şöbəsinə gətirib X12 veriblər. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs Şabran şəhərinin X16 küçəsində Seydi adlı şəxsin evinin qarşısında tutduqlarını, Təqsirləndirilən şəxs onlara həmin evdə işlədiyini dediyini, Təqsirləndirilən şəxs həmin evdən onlarla üzbəüz çıxdığını, Təqsirləndirilən şəxs orada olması barədə məlumatlarının olmadığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirmədiklərini, onu X12 verdiklərini, Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə etiraz etmədiyini, Təqsirləndirilən şəxs narkotik maddə daşıması barədə şübhələrinin olduğunu, Təqsirləndirilən şəxs saxladıqları zaman onlarla Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsindən sadəcə Şahid1 olduğunu, Təqsirləndirilən şəxs evin qarşısında saxladıqları zaman evin yiyəsi Seydi adlı şəxsin çölə çıxdığını, müdafiəçinin suallarına cavab olaraq əməliyyatçılar tərəfindən onlara istiqamətlənmə verildiyini, onların sadəcə köməyə getdiklərini, Təqsirləndirilən şəxs evin darvazasının ağzında dayandığını, onları görüb qaçmadığını, onların özlərini Təqsirləndirilən şəxs təqdim etdiklərini, Təqsirləndirilən şəxs da könüllü olaraq onlarla Şabran Rayon Polis Şöbəsinə getdiyini, onların Təqsirləndirilən şəxs ilə danışmadıqlarını, Təqsirləndirilən şəxs ilə Şahid1 danışdığını, onun nəqliyyat vasitəsi ilə Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinə gətirdiklərini və həmin vaxt Təqsirləndirilən şəxs üzərində hər-hansı bir xəsarət olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 Şəmsədin oğlu göstərmişdir ki, o, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Şabran Rayon Polis Şöbəsinə gətirilərkən Növbətçi Hissədə olub. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şalvarının arxa sol cibindən bir büküm narkotik maddə çıxmışdır. Həmin axtarış video görüntü ilə olub. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi da orada olub. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinə gətirildiyi zaman onun Təqsirləndirilən şəxs gətirildiyi otaqda yox, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında olduğunu, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etdiyini, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd büküm çıxdığını, Təqsirləndirilən şəxs həmin bükümün onun olduğunu və özünün də narkotik vasitə istifadəçisi olduğunu dediyini, Təqsirləndirilən şəxs orada ona heç bir müqavimət göstərilmədiyini, həmin vaxt Təqsirləndirilən şəxs üzərində heç bir xəsarət olmadığını, Müdafiəçi da orada iştirak etdiyini və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etdiyini, müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, sadəcə onun üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etdiyini, sədrlik dənin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs üzərində xəsarət görmədiyini, ona heç bir xəsarət yetirilmədiyini və üzərində hər hansı bir xəsarət olub-olmadığının dəqiq yadında qalmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X7 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs saxlanılması zamanı evdə olmayıb, həmin vaxt xostavara gedib. Qayıdanda öyrənib ki, polis əməkdaşları Təqsirləndirilən şəxs aparıblar. Bundan əlavə müdafiəçinin sualına cavab olaraq həmin vaxt evdə başqa ustaların olduqlarını, əmisinin isə evdə olmadığını, təqsirləndirilən şəxsin suallarına cavab olaraq Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə xostavara getdiyini, qayıtdıqda isə onun polis əməkdaşları tərəfindən aparıldığını öyrəndiyini, onun polis əməkdaşları tərəfindən necə aparıldığını görmədiyini, sədrlik edənin suallarına cavab olaraq isə xostavarda Təqsirləndirilən şəxs qardaşı ilə olduğunu, orada satıcı ilə aralarında mübahisə olduğunu, sonra polislərin onu polis şöbəsinə gətirib izahat aldıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2 dəfə görüb. İki gün idi ki, Seydinin evində işləyirdi və elektrik işləri görürdü. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını gördüyünü, Təqsirləndirilən şəxs polis əməkdaşlarının apardıqlarını, 2-3 nəfər polis əməkdaşının evə gəlib Təqsirləndirilən şəxs oradan apardıqlarını, polis əməkdaşlarından birinin evə girib onlardan nə iş gördüklərini soruşduğunu, evdə içəri otaqda bir nəfər xəstə adamın da olduğunu, sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs işlədiyi yerdən götürüb apardıqlarını, Təqsirləndirilən şəxs otaqda işlədiyini, polis əməkdaşlarının onu çölə çağırıb orada götürüb apardıqlarını, Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərmədiyini, müdafiəçinin sualına cavab olaraq isə polis əməkdaşlarının ilk öncə gəlib Təqsirləndirilən şəxs qardaşını soruşduqlarını, Təqsirləndirilən şəxs qardaşının orada olmadığı üçün çıxıb getdiklərini və sonradan gəlib Təqsirləndirilən şəxs apardıqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış materialdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlaməti olmasını nəzərə alaraq, fakt üzrə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2da yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən o, xx.xx.2023-cü il tarixdə, saat 17:40-da, Şabran şəhərinin X16 küçəsi ərazisində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 Əlihüseyn oğlu tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və X12 verilmişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması barədə qərardan görünür ki, həmin qərara əsasən ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2da yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında əməliyyat müşahidələrin həyata keçirilməsi, onun yaşadığı ünvanda narkotik vasitələrin və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə dərhal həmin ünvana və onun üzərinə baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin 4cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 3-13-107/252/2023 nömrəli əməliyyat qrupunun yaradılması haqqında əmrdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2da yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, qeyd edilən məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 6-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 9-10-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:55 radələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 25-26-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli şəxsi axtarışın aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 18:15-dən 18:25-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynində olan cins şalvarın sol arxa cibindən 01 (bir) ədəd bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin 27-ci vərəqəsi). - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, o, həmin izahatda xx.xx.2023-cü il tarixdə, saat 18:15-dən 18:25-ə kimi olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlənin ona məxsus olduğunu və həmin kütləni 2-3 qabaq Şabran şəhərinin X16 küçəsi ərazisində tapdığını bildirmişdir (cinayət işinin 28-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/2936 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №60” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm – dörd imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,262 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 manat təşkil etmişdir (cinayət işinin 33-35-ci vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 0,262 qram narkotik vasitə hesab edilən heroinin 0,05 qramı nümunə olaraq götürülmüş və 0,212 qram hissəsi geri qaytarılmışdır (cinayət işinin 36-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin 46-47-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs dindirilməsi haqqında protokoldan görünür ki, o, Şabran Rayon Polis Şöbəsində verdiyi ifadədə həmin izahatda xx.xx.2023-cü il tarixdə, saat 18:15-dən 18:25-ə kimi olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə 0,262 qram narkotik vasitə hesab edilən heroinin ona məxsus olduğunu və həmin narkotik vasitəni 2-3 qabaq Şabran şəhərinin X16 küçəsi ərazisində tapdığını göstərmişdir (cinayət işinin 56-57-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-23/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətimə həbs növündə qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ********* nömrəli cinayət işi üzrə ona istinad edilən əməlin onun tərəfindən törədilmədiyini göstərmişdir (cinayət işinin 63-67-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Şabran şəhəri X16 küçəsi ərazisində saxlanılmış Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə, saat 18:15-dən 18:25-ə kimi olan müddət ərzində keçirilmiş şəxsi axtarış nəticəsində aşkar edilərək götürülmüş 0,262 qram narkotik vasitə heroinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,212 qram hissəsi ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cinayət işinin 68-ci vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin əldə edilmə mənbəyinin və onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi barədə əməliyyat tapşırığı verilmişdir (cinayət işinin 75-ci vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 5(031)-14/2023 nömrəli istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2da yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında əməliyyat müşahidələrin həyata keçirilməsi, onun yaşadığı ünvanda narkotik vasitələrin və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə dərhal həmin ünvana və onun üzərinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması barədə qərar qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin 76-77-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin əldə edilmə mənbəyi aşkar edilməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır (cinayət işinin 88-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4 maddələri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilməklə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir və Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cinayət işinin 83-cü vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-3358/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmiş, ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmış və onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (cinayət işinin 97-ci vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X15 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4440 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 98-99-cu vərəqələri). - Şabran Rayon Məhkəməsinin 1(031)-5/2021 nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş hökmündən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cinayət işinin 104-110-cu vərəqələri). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 111-117 vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-37/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətimə həbs növündə qətimkan tədbirinin müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. (cinayət işinin 136-142-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Şabran rayon prokurorluğunun 51c-23 nömrəli materialı üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Məhkəmə-Tibb Ekspertiza və X4 məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni səthində sağ göz altı nahiyənin bir ədəd qançırı aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və vaxtda xx.xx.2023cü il tarixdə yarana bilməsi inkar olunmur. - Şabran Rayon Polis Şöbəsinin Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-13-107/2-15897/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X8 yerinə yerləşdirildiyi zaman onun üzərinə baxış keçirilmişdir və hər-hansı xəsarət aşkar edilməmişdir. - 76 nömrəli X6 və X9 kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X8 yerinə yerləşdirildiyi zaman onun bədəni səthində hərhansı xəsarət aşkar olunmamışdır. - Şabran Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixə gətirilmiş şəxslərin qeydiyyatı jurnalının müvafiq sənədlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə, saat 17:40-da Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasınn Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasınn Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” - nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 .05.2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 42.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 350.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynəlxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” - ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddələrində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Məhkəmə istintaqı zamanı aşkar edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki təzyiqə məruz qalmış, bundan sonra Təqsirləndirilən şəxs buna dözməyib şəxsi axtarış və götürmə aparılarkən və ibtidai istintaqda dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermişdir. Müvafiq sorğuya əsasən məhkəməyə təqdim edilmiş Şabran Rayon Məhkəməsinin 4(031)-23/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsində ona təzyiq göstəridiyini və döyüldüyünü bildirmişdir. Şabran Rayon Məhkəməsindən Şabran rayon prokurorluğuna bununla bağlı daxil olmuş məktub cinayət xarakterli məlumatların qeydiyyatı kitabında 51c-23 nömrə altında qeydiyyata alınmış və həmin material üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərara əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Bununla yanaşı həmin qərardan görünür ki, Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Məhkəmə-Tibb Ekspertiza və X4 məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni səthində sağ göz altı nahiyənin bir ədəd qançırı aşkar edilmişdir və həmin xəsarətin xx.xx.2023-cü il tarixə alına bilməsi inkar olunmur. Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı dindirilmiş əməliyyat müvəkkilləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zorakılığın olmadığını bildirmişlər. Halbuki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni səthində sağ göz altı nahiyyənin bir ədəd qançırı aşkar edilmişdir və həmin xəsarətin xx.xx.2023-cü il tarixdə alına bilməsi inkar olunmur. Bununla yanaşı Şabran Rayon Polis Şöbəsinin Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-13-107/2-15897/23 nömrəli məktubuna, 76 nömrəli X6 və X9 kitabına və Şabran Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixə gətirilmiş şəxslərin qeydiyyatı jurnalının müvafiq sənədlərinin surətlərinə əsasən xx.xx.2023-cü il tarixdə, saat 17:40-da Şabran Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində hər-hansı xəsarət aşkar edilməmişdir. Beləliklə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinə gətirildiyi zaman bədəni üzərində hər-hansı bir xəsarəti olmayan Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəyinə əsasən bədəni səthində xx.xx.2023-cü il tarixdə alına bilməsi inkar olunmayan, yəni Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinə olduğu zaman ala biləcəyi bədən xəsarəti aşkar edilsə də, istintaq orqanı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror nədənsə bu xüsusiyyət üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmiş, hətta Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsində döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı verdiyi məlumat üzrə toplanmış materialda bu fakt ilə bağlı hər-hansı bir əsaslandırma aparılmadan xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüdən görünür ki, Şabran Rayon Polis X5 müstəntiqi X14, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin Şahid1, Şabran Rayon Polis X17 Xidmətinin Polis Nəfəri Şahid5 və müdafiəçi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində ona məxsus hər-hansı bir qanunsuz əşyanın olmadığını bildirsə də, əynində olan cins şalvarın sol arxa cibindən 01 (bir) ədəd bükümü çıxardıb (çəkilişin 1:15-ci dəqiqəsində müstəntiq təqsirləndirilən şəxs hələ əlini cibinə salmamış “sol yan cibindən bir ədəd” sözünü deyir) stolun üstünə qoymuş və ona həmin bükümlə verilmiş suallara cavab olaraq bükümün ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan sonra verdiyi ifadələrdə üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümün ona məxsus olduğunu və həmin bükümü 2-3 qabaq Şabran şəhərinin X16 küçəsi ərazisində tapdığını bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyinin) aşkar edildiyini və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən axtarılması barədə məlumatının olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs həmin bükülünü rahat şəkildə polis şöbəsinə qədər gəzdirməsi və həmin büküm üstündə olmasına baxmayaraq heç-bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlməsinin də inandırıcı olmadığı qənaətinə gəlir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şöbəyə gətirilənə qədər üzərində heç bir xəsarətin olmaması barədə şahidlər də ifadə vermiş, onun tutulması və şöbəyə gətirilməsində iştirak etmiş polis əməkdaşları onun tərəfindən heç bir müqavimət göstərilmədiyini qeyd etmişlər. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili X6 barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmətibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Şabran rayon prokurorluğunun 51c-23 nömrəli materialı üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi həmin qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, Təqsirləndirilən şəxs bədəni səthində xx.xx.2023-cü il tarixdə alına bilinməsi inkar edilməyən xəsarətlərin aşkar edildiyinin qeyd edildiyi məhkəmə-tibb ekspertizasının rəyinə ümumiyyətlə münasibət bildirməmişdir. Bununla yanaşı Şabran rayon prokurorluğunun müstəntiqi Xəlil Seyidov tərəfindən qəbul edilmiş Şabran rayon prokurorluğunun 51c-23 nömrəli materialı üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın Təqsirləndirilən şəxs çatdırılmasını təsdiq edən hər hansı bir sənəd iş materiallarında aşkar edilməmişdir. Bununla da o həmin qərarın dəlillərindən və araşdırmanın nəticəsindən xəbərsiz olduğundan onun yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ məhdudlaşdırılmışdır. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarını əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, o, həmin ifadəni polisin təsiri altında vermişdir. Bundan əlavə o, təqsirləndirilən şəxs qismində dindirmə zamanı etiraf edici ifadə verdiyi gün, Şabran Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən ona qarşı elan edilmiş ittihamda göstərilən əməli üzrə özünü təqsirli bilmədiyini, üzərində narkotik vasitə olmadığını, zorla boynuna qoyulduğunu bildirmişdir. Bundan əlavə Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni səthində sağ göz altı nahiyənin bir ədəd qançırı aşkar edilmişdir və həmin xəsarətin xx.xx.2023-cü il tarixə alına bilməsi inkar olunmur. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi halı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi heç bir sübutlarda təsdiq olunmayan şübhəli haldır və bu səbəbdən də bu hal təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Bununla da, göstərilən şəraitdə (belə ki tutulana qədər şəxsin üzərində xəsarət olmamışdır, lakin məhkəmə-tibbi ekspertizasında onun üzərində xx.xx.2023-cü il tarixə alına bilməsi inkar olunmayan xəsarətlər aşkar edilmişdir) üzərində xəsarətlər olmuş təqsirləndirilən şəxsin özünü hənsısa səbəbdən məhkəməyədək ibtidai istintaq dövründə öz əleyhinə ilkin ifadə verərək (videogörüntü zamanı cibindən narkotik vasitəni çıxarıb masanın üzərinə qoyması, həmin narkotik vasitənin ona məxsus olması barədə polis şöbəsində verdiyi izahat və təqsirləndirilən şəxs qismində dindirildiyi zaman verdiyi ifadə) təqsirli bilməsi həqiqətə uyğun olmasına şübhələr yaradır. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə qeyd edilən şəraitdə verdiyi şübhəli ifadəsindən başqa hər-hansı bir sübutun olmadığı şəraitdə isə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair verdiyi həmin ikin ifadəsi hazırda onun əleyhinə istifadə edilə bilməz. Bu cür yanaşma “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 24-cü bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Qərarın 27-ci bəndinə əsasən şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Qərarın 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, maddə 21.2) əsasında həll etməlidir. Göstərilənlərə əsasən digər hər hansı bir sübut və ya dəlil olmadığı üçün, təqsirləndirilən şəxsin həmin şübhəli olan ilkin ifadəsi onun əleyhinə istifadə edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin belə bir vəziyyətdə narkotik vasitənin cibindən çıxararaq stolun üzərinə qoyması, onun əməlinin etirafedici ifadəsinin sübutu kimi də qəbul edilə bilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar onun hüququ pozulmaqla və ona qarşı zor tətbiq olunaraq əldə edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (xx.xx.1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (xx.xx.2006-cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Bеlə ki, “Dikmə Türkiyəyə qarşı” xx.xx.2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur (belə bir mövqe Con Mürrеyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəхsin еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və gəzdirilməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında xx.xx.1999-cu il tarixli, 728-İQ nömrəli Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin qanunun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyat-axtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və bu maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət işində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/2936 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №60” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm – dörd imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,262 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İstintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş psixotrop maddənin onun olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo nİspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində qeyd edilmişdirki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan və məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,212 qram hissəsi ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan, hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin faktın üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Maddi sübut kimi saxlanılan yuxarıda qeyd olunan narkotik vasitə həmin fakta görə aparılan cinayət təqibi ilə əlaqədar Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilməmişdir və buna görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356, 357 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd kağız paketdə 0,212 qram heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd kağız paketdə 0,212 qram heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokurora göndərilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(031)-5/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-5/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver