Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-5/2025 02.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1984-cü il tarixdə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Biləsuvar rayonunun Zəhmətabad kəndində qeydiyyatda olan, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 297/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2, 177.1 və 234.1-ci maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həmin hökmlə təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X10 Müəssisəsinə keçirilmiş və hazırda orada cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audiovideo çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X10 Müəssisəsinin rəhbərliyi tərəfindən ona verilmiş uzun müddətli görüşdən qayıtdıqdan sonra müəssisədə olarkən, cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş, təmiz çəkisi 0,984 qram narkotik vasitə-qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində onun üzərinə müəssisə əməkdaşları tərəfindən şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli şalvarın sol yan cibində, kağız bükülüdə saxladığı Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına ( Siyahı İ) daxil olunan, təmiz çəkisi 0,984 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə yaxın qohumları ilə uzun müddətli görüşə getməsi üçün cəza çəkdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X10 Müəssisəsinin rəhbərliyinə ərizə ilə müraciət etmiş və bu müraciəti əsasında ona xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icazə verilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində müəssisəyə qayıdarkən üzərinə müəssisəsi əməkdaşları tərəfindən şəxsi axtarış keçirilən zaman, əynində olan ağ rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd kağız bükülüdə narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni xx.xx.2024-cü il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X1yıdarkən yolda, ağacın dibindən kağız bükülüdə tapmış və həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədilə şalvarının sol yan cibinə qoyaraq müəssisəyə daxil olmuşdur. Müəssisəyə daxil olarkən üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitələrin olub-olmamasını müəssisə əməkdaşları tərəfindən ondan soruşulsa da, o, üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya narkotik vasitənin olmadığını söyləmişdir. Daha sonra müəssisə əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər və əynində olan ağ rəngli şalvarın sol yan cibindən yoldan tapdığı 01 (bir) ədəd kağız bükülüdə olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X10 X4 Şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 3 saylı X10 Müəssisəsində saxlanılan və cəza çəkən məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəssisənin rəhbərliyi tərəfindən ona verilmiş uzun müddətli görüşdən qayıtdıqdan sonra müəssisədə olarkən, müəssisə əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan ağ rəngli şalvarın sol yan cibində, kağız bükülüdə saxladığı, cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş, təmiz çəkisi 0,984 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana tərəflərindən aşkar edilərək götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəni çöldən tapdığını və şəxsi istifadəsi üçün müəssisəyə gətirdiyini bildirmişdir. Qadağan edilmiş narkotik vasitənin aşkar olunması ilə əlaqədar Təqsirləndirilən şəxs, əməkdaşların və şahidlərin iştirakı ilə protokol tərtib edərək, narkotik vasitəni qablaşdıraraq protokola əlavə edilmiş və protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X10 Müəssisəsinin mülki işçisi Şahid4 ifadəsində bildirmişdir ki, 3 saylı X10 Müəssisəsində saxlanılan və cəza çəkən məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəssisənin rəhbərliyi tərəfindən ona verilmiş uzun müddətli görüşdən qayıtdıqdan sonra müəssisədə olarkən, müəssisə əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan ağ rəngli şalvarın sol yan cibində 01 (bir) kağız bükülüdə kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəni çöldən tapdığını və şəxsi istifadəsi üçün müəssisəyə gətirdiyini bildirmişdir. Qadağan edilmiş narkotik vasitənin aşkar olunması ilə əlaqədar protokol tərtib edilmiş və narkotik vasitə qablaşdıraraq protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X10 Müəssisəsinin əməkdaşı Şahid2 və mülki işçisi Şahid5, o cümlədən iclasda iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş X5 ifadələrində şahidlər Şahid1 və Şahid4 ilə eyni məzmunlu ifadələr verərək, sonuncuların məhkəmə iclasında verdikləri ifadələrdə göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X10 Müəssisəsində xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində onun əynində olan ağ rəngli şalvarın sol yan cibində (bir) ədəd kağız bükülüdə spesifik iyə malik yaşıl rəngli bitki mənşəli narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 5-6-cı vərəqələri). - Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-297/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 66.2, 177.1 və 234.1-ci maddələri ilə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cinayət işinin İ cildinin 11-15-ci vərəqələri). - Salyan Rayon Məhkəməsinin 7(057)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-297/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 13 (on üç) gün müddətini çəkməsi üçün X10 müəssisəsinə keçirilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 16-19-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X10 Müəssisəsinin rəhbərliyindən ona xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində yaxın qohumları ilə uzun müddətli ailəvi görüşə icazə verilməsini xahiş etmişdir (cinayət işinin İ cildinin 32-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X10 Müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsi üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 35-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7/1452 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs götürlmüş...” yazı və imzalar olan zərfdəki 01 (bir) ədəd kağız bükülüdə, yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər, təmiz çəkisi 0,984 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir (cinayət işinin İ cildinin 37-39-cu vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 0,984 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın 0,05 qram çəkidə hissəsi nümunə olaraq götürülmüş, 0,934 qram çəkidə hissəsi isə geri qaytarılmışdır (cinayət işinin İ cildinin 40-cı vərəqəsi). - Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X8” nın təsdiq edilməsi barədə xx.xx.2010-cu il tarixli 16-T saylı əmrinin 11-ci əlavəsinin çıxarışından və Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısından ( Siyahı İ) görünür ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir (cinayət işinin İ cildinin 41-44-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 69.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək üzərində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş qalan hissəsi 06 (altı) ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə barəsində CM-in 66.2, 177.1 və 234.1-ci maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cinayət işinin İ cildinin 50-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 80-81-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,934 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə təhvil verilmişdir (cinayət işinin İ cildinin 88-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin İ cildinin 96-98-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, onun xx.xx.1988-ci il təvəllüdlü arvadı X6, xx.xx.2008-ci il təvəllüdlü qızı X7, xx.xx.2010-cu il təvəllüdlü oğlu X9 və xx.xx.2013-cü il təvəllüdü qızı Həbiyeva ŞəfiqəTahir qızından ibarət ailə tərkibi vardır. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı X10 Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 297/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 01 (bir) ay 17 (on yeddi) gün təşkil edir. CM-in 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükəli törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların (İ Siyahı - Narkotik vasitələr) 109.1-ci bəndinə əsasən qurudulmuş marixuananın (kannabisin) xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi 05 qram, külli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi 500 qram xüsusilə külli miqdarının isə (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi 50000 qram təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 17-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxsin satış məqsədi olmadan xeyli miqdardan az miqdarda narkotik vasitə və ya psixotrop maddə hazırlaması, saxlaması, gəzdirməsi yalnız CM-nin 317-2-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmə iclasında verdiyi ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Məhkəmə, bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 317-2.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 nəfər az yaşlı uşağının olmasını CMin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, cəza çəkdiyi müəssisədə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəzanın növü və həddini müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 317-2.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-297/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 01 (bir) ay 17 (on yeddi) gün hissəsi hazırkı hökmlə təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalı, o, barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə məhkəmə məsrəfi hesab olunan 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülməli və iş üzrə maddi sübut: Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və saxlanılması üçün Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,934 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 297/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 01 (bir) ay 17 (on yeddi) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut: Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və saxlanılması üçün Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,934 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-5/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-5/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver