Məhkəmə qərarları › İş №1(031)-50/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-50/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-50/2023 01.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi Piryev Vəkil Bağman oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1980-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam’’ növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində Şabran rayonunda “Malyan düzü” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus fermada şəxsi münasibətlər zəminində aralarında ilkin sözlə baş vermiş mübahisəni aydınlaşdırmaq istəyərkən bununla əlaqədar yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş və bədən nahiyələrindən yumruqla və əlində olan taxta çomaq ilə vuraraq başın sol təpə-gicgah nahiyəsinin və sol bazu oynağının yumşaq toxumalarının şişkinlik halında əziyi və sol gözaltı nahiyənin qançırından ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, özünü ona elan edilmiş ittihamda təqsirli bilmir. Belə ki, Şabran rayonunun ərazisində çöldə yerləşən örüş sahəsində qoyun otardığı zaman 02 ədəd "Prado" markalı maşınla Zərərçəkmiş şəxs və onun oğlu Şahid1 ona yaxınlaşaraq həmin ərazinin onlara məxsus olduğunu ona bildirmişlər. Bununla bağlı aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı onlar "yaxalaşıblar" və "boğuşublar". Həmin torpaq sahəsi ona məxsusdur, "kupça"-sı da var. Zərərçəkmiş şəxs isə onun torpaq sahəsini zəbt edib. 4 ildir ki onlar məhkəmələrdədirlər və Sumqayıt Apelyasiya Məhkəməsinin yekun qərarı ilə o, həmin mülki işi udmuşdur. Yekun məhkəmə qərarına əsasən onun torpaq sahəsinin zəbt edildiyi aşkar edilmişdir. Zərərçəkmiş şəxs həmin qətnaməni icra etməmək üçün onunla mübahisə etmişdir. Zərərçəkmiş şəxs məqsədi onun tutulması və nəticədə sözü gedən torpaq sahəsinin ona geri qaytarılmamasıdır. 4 il uzanan münaqişə zamanı mütəmadi olaraq "102"–yə zəng edərək köməklik istəmişdir. Bununla yanaşı Zərərçəkmiş şəxs da komissiya gətizdirərək torpaq mübahisəsinin həll edilməsini təklif etsə də, sonuncu mübahisənin bu yolla həll edilməsindən imtina etmişdir. Sonda öz vəsaiti hesabına müvafiq komissiya gətizdirərək sözü gedən torpaq sahəsinə baxış keçirtmiş və həmin baxış nəticəsində torpaq sahəsinin ona məxsus olması bir daha aşkar edilmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs ilə aralarında torpaq üstündə uzun müddət davam edən münaqişənin mübahisə olduğunu, 23 mart 2023-cü il tarixdə aralarında mübahisə zamanı yaxalışdıqlarını, ola bilsin ki sözü gedən mübahisə zamanı əsəbi olduğu üçün Zərərçəkmiş şəxs vurduğunu, lakin onun hər-hansı bir xəsarət aldığını görmədiyini, çomaq və taxta ilə Zərərçəkmiş şəxs vurmadığını, onunla davalaşdığını, Zərərçəkmiş şəxs vurubsa da əli ilə vurduğunu, sonuncunun haradan vurduğunu xatırlamadığını, sözü gedən mübahisədən 35 dəqiqə qabaq “102" – yə zəng edərək bu insanların gəlib onunla onun torpağında dava etdiklərini və ona xəsarət yetirdiklərini bildirdiyini, mübahisə nəticəsində onun da xəsarət aldığını, lakin saxladığı heyvanlarını həvalə edə biləcəyi bir insanın olmadığı üçün ekspertizaya gedə bilmədiyini, hazırda saxladığı heyvanları tövləyə saldığı üçün məhkəmə iclasında iştirak edə bildiyini, məhkəməyə gəlmək məcburiyyətində olduğu üçün 01 saatlıq fermasını tərk etdiyini, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisənin video çəkilişinin mövcud olması səbəbi ilə ekspertizaya getməyin zəruri olmadığını düşündüyünü, bundan qabaq Zərərçəkmiş şəxs çobanının onu söydüyü üçün həmin çobanı vurması səbəbi ilə məhkum olunduğunu, Zərərçəkmiş şəxs onun əmlakına zərər vurduğunu, itini və atını öldürdüyünü və aralarında uzun müddətdir ki ədavət olduğunu bildirmişdir. Eyni zamanda, zərər çəkmiş şəxsin nümayəndəsi Piryev Vəkil Bağman oğlunun suallarına cavab olaraq Zərərçəkmiş şəxs torpaq sahəsinin sərhədinə keçib onunla mübahisə etmədiyini, Zərərçəkmiş şəxs Şabran rayonunun ərazisində çöldə yerləşən örüş sahəsində qoyun otardığı zaman oğlu ilə birlikdə gəlib onunla mübahisə etməsi səbəbi ilə sonradan Zərərçəkmiş şəxs zəbt etdiyi və ona məxsus əraziyə gələrək məsələni aydınlaşdırmaq istədiyini, ibtidai istintaq zamanı da polis əməkdaşlarından Zərərçəkmiş şəxs onunla etdiyi mübahisənin baş verdiyi əraziyə baxış keçirməsini istəməsinə baxmayaraq, belə bir baxışın keçirilmədiyini, bu haldan da narazı olduğunu, Zərərçəkmiş şəxs onun əmlakına zərər vurmasını, itini və atını öldürdürməsini təsdiq edən bir sübutunun olmadığını, mütəmadi olaraq lazım oldu-olmadı polisə müraciət edən xarakterli birisi olmadığı üçün bu hallar ilə bağlı bir sübutunun olmadığını, Zərərçəkmiş şəxs onun qoyunlarının üstünə hücum çəkən quduz itini həqiqətən də öldürdüyünü, Zərərçəkmiş şəxs quduz itlə bağlı öz iradını bildirməsini baxmayaraq bunun bir nəticə vermədiyini, sonuncunun zəbt etdiyi və onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə davam etmək məqsədi güddüyü üçün onun tutulmağını istədiyini, hər bir halda həmin torpaq sahəsinin onalara qalmayacağını bildirmişdir. Həmçinin, müdafiəçinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs ilə aralarında mübahisənin onun mülkiyyətində olan torpaq sahəsində baş verdiyini, həmin mübahisədən təqribən yarım saat qabaq Zərərçəkmiş şəxs oğlu ilə birlikdə onun torpaq sahəsinin digər hissəsində onun üstünə hücum çəkdiklərini, bundan sonra qoyunlarını özünün fermasına apardığını və özünə məxsus olan torpaqda onlarla yenidən dalaşdığını, ekspertizaya gedə bilmədiyi üçün hansı xəsarətlər aldığını bilmədiyini, həmin vaxt orada Zərərçəkmiş şəxs, Şahid1 və onların çobanlarının olduqlarını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurduğunu, dalaşdıqları zaman yəqin ki Zərərçəkmiş şəxs vurduğunu, lakin Zərərçəkmiş şəxs çomaq ilə vurmadığını, əli ilə vurduğunu, davalaşdıqları zaman gözlərini yumub qarşısına çıxan hər kəsi vurduğu üçün Zərərçəkmiş şəxs harasında neçə vurduğunu bilmədiyini, dalaşdığı zaman adətən gözlərini yumduğunu, həmin dava zamanı Zərərçəkmiş şəxs harasından necə vurduğunu dəqiq xatırlamadığını və onun Zərərçəkmiş şəxs endirdiyi zərbələrin ona hər-hansı bir xəsarət yetirə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sonda təqsirinin olmasını başa düşdüyünü və səhvini anladığını, davanı bilərəkdən etmədiyini və uşaqlarının körpə olmasının nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikasının CMnin 128-ci maddəsi ilə cəza verilir, kimin üstündə? bu "yeraz" üstündə. Bütün kənd sakinləri Bəhruzu Bəhruz olaraq yox, "yeraz" kimi tanıyır, aralarında torpaq mübahisəsi olub və bu münaqişə də torpaqla bağlıdır. Sözü gedən mübahisəli torpaq sahəsini ondan almaq istəyirlər. Əsəbi olduğundan özünü saxlaya bilməmiş, dava eləmiş, hazırda sərvini başa düşür. Lakin davadan 35 dəqiqə qabaq zərərçəkmiş şəxslər onun üstünə hücum çəkmişlər. Onlarla barışmağa da razıdır, sadəcə ona məxsus olan və zəbt edilmiş torpaq sahəsinin boşaldılmasını istəyir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan əlavə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, son sözündə təqsirinin olmasını başa düşdüyünü və səhvini anladığını bildirməsi, məhkəmədən törətdiyi əmələ görə ona yüngül cəza təyin edilməsini xahiş etməsi, eləcə də zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, 2008-2009cu illərdən əvvəl dövlət aktının pay torpağı, sonradan isə çıxarış ilə onun mülkiyyətində Şabran şəhərinin ərazisində torpaq sahəsi vardır. Təqsirləndirilən şəxs özünə məxsus fermanı satmış, sonuncu ilə uzun müddətdir tanışdılar, aralarında hər hansı bir ədavət olmamış, Təqsirləndirilən şəxs ferma tikəndə o, Zeynala köməklik etmiş, ona su vermişdir. Bir sözlə aralarında normal qonşuluq münasibətləri olmuşdur. Lakin Təqsirləndirilən şəxs 2019-cu ildə kəndə təsərrüfatlı torpaq sahəsində tövlə və ferma tikdikdən sonra onları “yeraz” adlandıraraq və onun torpaq sahəsinin onun babasına məxsus olduğunu bildirərək onunla torpaq mübahisəsi etməyə başlamışdır. 23 mart 2023-cü il tarixdə də Təqsirləndirilən şəxs öz qoyunlarının onun torpaq sahəsində otardığı üçün ona yaxınlaşıb öz iradını bildirimişdir. Həmin vaxt aralarında sadəcə söz mübahisəsi olmuş və onlar Təqsirləndirilən şəxs hər-hansı bir xəsarət yetirməmişlər. Bundan sonra oğlu Bilman ilə birlikdə fermaya gəlmişlər. Onlardan sonra Təqsirləndirilən şəxs da heyvanlarını fermasına sürüb gətirən zaman onların ünvanına nalayiq ifadələr işlətmiş, Təqsirləndirilən şəxs nalayiq söyüşlər söydüyü üçün oğlu Bilman hasara yaxınlaşıb ondan söyüş söyməməsini istəmiş, Təqsirləndirilən şəxs qonşuluqda yerləşən fermasından onların fermasının hasarına tərəf yaxınlaşmış və Bilman ilə mübahisə etməyə başlamışdır. Təqsirləndirilən şəxs hasarın yanında oğlu Bilman ilə mübahisə etdiyini görüb o da yanlarına gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs fermasından onlara tərəf Şahid2 və Şahid3 Sədri oğlu gəlmişlər. Bu vaxt həyətdə olan X3 da yanlarına yaxınlaşmışdır. Baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs ilkin olaraq oğlu Bilman ilə mübahisə etsə də onu da əlində olan ağac parçası ilə, həmçinin yumruq zərbələri ilə onu baş və bədən nahiyyələrindən vurmağa başlamışdır. Həmin vaxt Bilman və digər şəxslər Təqsirləndirilən şəxs onlardan uzaqlaşdırmağa çalışsalar da, Təqsirləndirilən şəxs yenidən üzərilərinə doğru gələrək mübahisəni davam etmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs onun baş və bədən nahiyyələrindən əlində olan taxta parçası ilə, həmçinin yumruqla vuraraq xəsarətlər yetirmişdir. Mübahisə zamanı Şahid3 Sədri oğlu da oğlu Bilmanı arxa baş nahiyyəsindən şillə ilə vurmuşdur. Həmçinin mübahisə zamanı Zeynal yumruq zərbələri və əlində olan taxta ilə oğlunu vurmuşdur. İlkin, yəni çöldə olan zaman baş vermiş mübahisə aralarında yalnız sözlə olmuş, həmin vaxt nə Təqsirləndirilən şəxs onlara xəsarət yetirməmiş, nə də onlar Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişlər. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq 23 mart 2023-cü il tarixdə onu baş və bel nahiyələrindən ilk öncə Təqsirləndirilən şəxs, sonra isə Şahid2 vurduğunu, Təqsirləndirilən şəxs onu onu başından çomaq ilə vurduğunu, sonuncu ilə aralarında olan torpaq mübahisəsinə dair mülki işə Sumqayıt Apelyasiya Məhkəməsində baxıldığını bildirmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin suallarına cavab olaraq aralarında baş vermiş mübahisəsinin onun torpaq sahəsində baş verdiyini və ona vurulmuş xəsarətlərin necə və kim tərəfindən vurulduğunun videogörüntüdə aşkar surətdə göründüyünü bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir və ona qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Aralarında heç bir düşmənçiliq olmamış, lakin Şabran rayonunun ərazisində yerləşən torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs onlarla uzun müddət davam edən münaqişə yaratmışdır. 23 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onların torpaq sahəsində otardığını gördükləri üçün atası Zərərçəkmiş şəxs ilə birlikdə ona yaxınlaşaraq onunla salamlaşıb ondan qoyunları nəyə görə onların torpaq sahəsində otardığını soruşublar, Təqsirləndirilən şəxs da buna cavab olaraq onlara həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs bunu təsdiq edən çıxarışı onlara təqdim etməsini istəsələr də, sonuncu onlara hər-hansı bir sənəd təqdim etməmiş, onlarla söyüş və təhqirlə danışmış və kiməsə zəng edərək “əmioğlanları burada ferması olan iki nəfər var, gəlin onları döyək” ifadəsini işlətmişdir. Bundan sonra o, atası ilə birlikdə öz fermalarına qayıdmışlar. Təqribən yarım saat. qırx dəqiqə olmamışdır ki, Təqsirləndirilən şəxs onların fermasına uca səslə söyüşlər söyərək yıxınlaşmış, o, Zeynaldan söyüş söyməməsini xahiş etsə də, Təqsirləndirilən şəxs buna bir əhəmiyyət verməyərək onun üstünə hücum çəkmiş, onunla və atası Bəhruzla dalaşmışdır. Bundan sonra isə onlar dağılışıblar. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq, Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 Sədri oğluna zəng edərək onları onu və onun atası Zərərçəkmiş şəxs döyməyə çağırdığını, bunu hansı səbəbdən etdiyini bilmədiyini, münasibətlərinin korlanması mübahisəli torpaq sahəsi ilə bağlı olduğunu, Təqsirləndirilən şəxs onları bezdirərək 2009-cu ildən mülkiyyətlərində olan torpaq sahəsindən çıxarmağa çalışdığını bildirmişdir. Eyni zamanda, zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs ağacla onu və onun atasını vurduğunu, Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 Sədri oğlu ilə birlikdə onların üstünə hücum çəkdiyini, Şahid3 Sədri oğlunun onu başından vurduğunu, Təqsirləndirilən şəxs onların ünvanlarına işlətdiyi nalayiq ifadələrə cavab vermiş X5 da bundan təqribən iki il qabaq döydüyünü, X4 tüfənglə açdığı atəşlə onların təsərrüfatında olan çoban itini öldürdüyünü bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxsin suallarına cavab olaraq sözü gedən torpaq sahəsinin onların mülkiyyətində olduğunu, mülkiyyətində olan torpaq sahəsini istədiyini kimi istifadə edə biləcəyini bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs onun yanında zəng edərək Şahid2 və Şahid3 Sədri oğlunu çağırdığını, Zeynala məxsus fermaya getmədiklərini, Təqsirləndirilən şəxs özünün onların fermasına hücuma gəldiyini, həmin günü ilk öncə Təqsirləndirilən şəxs onların torpaq sahəsində otardığını gördükləri üçün atası Zərərçəkmiş şəxs ilə birlikdə ona yaxınlaşaraq onunla salamlaşıb qoyunları nəyə görə onların torpaq sahəsində otardığını soruşduqlarını və həmin ərazidən çıxmasını istədiklərini, Təqsirləndirilən şəxs isə buna cavab olaraq həmin torpaq sahəsinin onun “dədə baba” yurdu olduğunu onlara bildirdiyini, bundan sonra aralarında sözü mübahisəsi yarandığını, Təqsirləndirilən şəxs zəng edərək Şahid2 və Şahid3 Sədri oğlunu ora çağırdığını, onun isə atası ilə birlikdə avtomobilə əyləşərək həmin ərazidən uzaqlaşdığını, avtomobildə olduğu zaman Təqsirləndirilən şəxs zəng edərək Şahid2 və Şahid3 Sədri oğlunu ora çağırdığını eşitdiyini, bundan sonra Təqsirləndirilən şəxs uca səslə nalayiq ifadələr işlədərək Şahid2 və Şahid3 Sədri oğlu ilə birlikdə onların torpaq sahəsinə yaxınlaşdığını və sözü gedən hadisəsinin baş verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, o, 23 mart 2023cü il tarixə Təqsirləndirilən şəxs heyvan almağa getmiş və sonuncunun qonşuları ilə dava etdiklərini gördüyü zaman yaxınlaşaraq onları ayırmışdır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq, Təqsirləndirilən şəxs qonşuları Zərərçəkmiş şəxs və Şahid1 ilə dalaşdığını gördüyünü, mübahisənin ikinci hissəsinə gəlib catdığını, Təqsirləndirilən şəxs, Bəhruz və Şahid1lərlə bir birlərinin üzərilərinə hücum çəkdiklərini, Təqsirləndirilən şəxs orada tək olduğunu, onun sadəcə onları ayırmaq üçün yanlarına yaxınlaşdığını, həmin dava zamanı kimin-kimə vurduğuna fikir vermədiyini, özünün də kimisə vurmadığını, Təqsirləndirilən şəxs boğazının cırılmasını gördüyünü, Zərərçəkmiş şəxs hər-hansı bir xəsarət aldığını görmədiyini, sözü gedən mübahisə zamanı Zərərçəkmiş şəxs tutub ayırmağa cəhd etdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs və Şahid1 toxunmadığını, Təqsirləndirilən şəxs ilə aralarında çoxda yaxın olmasa da qonşuluq münasibətlərinin olduğunu, zərər çəkmiş şəxsi tanımadığını bildirmişdir. Eyni zamanda, zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq əvvəllər Azərbaycan Respublikasının CM 221-ci maddəsi ilə məhkum olunduğunu, sözü gedən mübahisə zamanı Zərərçəkmiş şəxs ilə Şahid1, eləcə də Təqsirləndirilən şəxs eyni vaxtda torpaq sahəsinin çəpərinə yaxınlaşdıqlarını, həmin günü ora heyvan almaq üçün gəldiyini, Təqsirləndirilən şəxs ona yox, Şahid3 Sədri oğluna zəng etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs əlində mobil telefon və ağac olduğunu, Təqsirləndirilən şəxs əlində də sərf etmirsə ağac olduğunu, Təqsirləndirilən şəxs tək Zərərçəkmiş şəxs ilə Şahid1 üzərinə hücum etdiyini, həmin yerə kimisə döyməyə gələcəyi təqdirdə onunda davada iştirak etməli olduğunu, lakin onun sadəcə dalaşanları ayırdığını, özünə ağsaqqal adam olan Zərərçəkmiş şəxs vurmağı yaraşdırmadığını, məhkəmə çağırışlarını almadığı üçün bundan qabaqki məhkəmə iclasında iştirak etmədiyini, bu hadisə ilə bağlı başqa bir insan ilə münaqişə yaşadığını, sərxoş vəziyyətdə olan qonşusu ilə aralarında mübahisə olduğunu, həmin mübahisə nəticəsində xəsarət almadığını bildirmişdir. Həmçinin, müdafiəçinin suallarına cavab olaraq Şahid3 Sədri oğlu ilə birlikdə ora heyvan almağa getdikləri zaman Təqsirləndirilən şəxs boğazında cızıq izləri gördüklərini, Təqsirləndirilən şəxs onlara Zərərçəkmiş şəxs və Şahid1 ilə səhər aralarında mübahisə olduğunu və hadisə ilə bağlı “102” xidmətinə müraciət etdiyini, Təqsirləndirilən şəxs bəlkə də ona və Şahid3 Sədri oğluna qonşu kimi ümid olub Zərərçəkmiş şəxs və Şahid1 ilə dalaşdığını, lakin onların sadəcə dalaşanları ayırdıqlarını, Təqsirləndirilən şəxs boğazında olan cızıq izlərinin yeni olduqlarını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq isə hədisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görmədiyini, sadəcə dalaşanları ayırdığını, ibtidai istintaqda verdiyi izahatdan fərqli izahat verməsinin səbəbinin hazırda doğrunu söyləməsi olduğunu və Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs da əllərində taxta parçlarının olduqlarını və bir-birlərini vurduqlarını göstərmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və aralarında münasibətləri daima normal olmuşdur. Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımamış və heç bir ədavət və düşmənçilikləri olmayıb, Şahid3 də qonşusudur. O və Rafiq bazarda alver ilə məşğul olurlar və adətən qoyun-quzu lazım olan zaman tanışları Təqsirləndirilən şəxs alırlar. 23 mart 2023-cü il tarixdə saat 09:00 radələrində tanışı Rafiqlə birlikdə qoyun almaq üçün Zeynalın fermasına gəlmişlər. Fermaya gələn zaman Zeynal əsəbi halda Bəhruz və Bilman ilə aralarında mübahisə olduğunu deyərək fermanın həyəti ilə Bilmanın yanına doğru getmiş, Bilmanla aralarında mübahisə etməyə başlamışlar. O və Rafiq onlara tərəf yaxınlaşmış, həmin vaxt Bəhruzda Bilmana yaxınlaşmışdır. O, mübahisə etmələrini görüb yaxınlaşan zaman Bəhruz Bilman və Zeynalın mübahisə etdiklərini görmüş, Bəhruzu tutaraq uzaqlaşdırmağa çalışmışdır. Həmin vaxt Zeynal əlində olan taxta parçası ilə, həmçinin yumruq zərbələri ilə Bəhruzu və Bilmanı vurmuşdur. Mübahisə zamanı Rafiq də Bilmanı arxa tərəfdən boyun hissəsindən şillə ilə vurmuşdur. Daha sonra Nazim, o və Rafiq də Zeynalı, Bəhruzu və Bilmanı bir-birlərindən aralaşdırmişlar. Zeynal, o və Rafiq yenidən Zeynalın fermasına tərəf yaxınlaşmışlar. Baş vermiş mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, mübahisə zamanı o heç kimə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Sədri oğlu bildirmişdir ki, o, 23 mart 2023-cü il tarixə Təqsirləndirilən şəxs heyvan almağa getmiş və sonuncunun qonşuları ilə dava etdiklərini gördüyü zaman yaxınlaşaraq onları ayırmışdır. Təqsirləndirilən şəxs ona zəng edərək qonşularının onu döyməsi barədə məlumat versə də, o, bununla bağlı ona hər-hansı bir köməklik edə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs onu çağırmamış, o, sadəcə heyvan almaq üçün ora getmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq sadəcə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 ayırdığını, həmin günü ora Təqsirləndirilən şəxs heyvan almaq üçün getdiklərini, videogörüntüdə həmin mübahisə zamanı kimin kimi neçə vurduğunun aşkar surətdə görüldüyünu, həmin dava zamanı Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir-birlərini vurduqlarını bildirmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq bazarda meyvə-tərəvəz və heyvan alveri ilə məşğul olduğunu, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir birini vurduqlarını, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əlində ağac olduğunu, kimin kimi vurduğunu xatırlamadığını, əvvəllər məhkum olunduğunu, 11 il müddətində cəza çəkdiyini, Zərərçəkmiş şəxs əlində ağac gördüyünü, onların bir-birlərini vurduqlarını görmədiyini bildirmişdir. Həmçinin, müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs heyvan almağa getdiyi zaman boğazının cırıq-cırıq olduğunu gördüyünü, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs və Şahid1 onu döydüyünü dediyini bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs da, Zərərçəkmiş şəxs da əllərində ağac olduğunu, kimin kimi necə vurduğunu xatırlamadığını göstərmişdir. Şahid3 Sədri oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 23 mart 2023-cü il tarixdə, saat 09:00 radələrində tanışı Samirlə birlikdə qoyun almaq üçün Zeynalın fermasına gəlmişlər. Fermaya gələn zaman Zeynal əsəbi halda Bəhruz və Bilman ilə aralarında mübahisə olduğunu deyərək fermanın həyəti ilə Bilmanın yanına doğru getmiş, Bilmanla aralarında mübahisə etməyə başlamışlar. O və Samir onlara tərəf yaxınlaşmış, həmin vaxt Bəhruz da Bilmana yaxınlaşmışdır. O, mübahisə etmələrini görüb yaxınlaşan zaman Bəhruz Bilman və Zeynalın mübahisə etdiklərini görmüş, Samir Bəhruzu tutaraq uzaqlaşdırmağa çalışmışdır. Həmin vaxt Zeynal əlində olan taxta parçası ilə, həmçinin yumruq zərbələri ilə Bəhruzu və Bilmanı vurmuşdur. Mübahisə zamanı o da, Bilmanı arxa tərəfdən boyun hissəsindən şillə ilə vurmuşdur. Daha sonra o, Nazim və Samir Zeynalı, Bəhruzu və Bilmanı bir-birlərindən aralaşdırmişlar. O, Zeynal və Samir yenidən Zeynalın fermasına tərəf yaxınlaşmışlar. Baş vermiş mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, mübahisə zamanı o heç kimə xəsarət yetirməmişdir. Məhkəmə yuxarıda qeyd olunan şahid ifadələrində olan ziddiyyətlə bağlı qeyd edir ki, ibtidai istintaq zamanı verilən ifadələr əsas götürülməli, məhkəmə istintaqı zamanı verilən ifadələr həqiqəti əks etdirmdiyi üçün sübut kimi qəbul olunmamalıdır. Belə ki, iş materiallarında olan hadisənin əks olunduğu videoçəkilişdə zərərçəkmiş şəxsin əlində taxta parçasının olmaması və onun təqsirləndirilən şəxsi və şahidləri vurmaması açıqaşkar görünür. Yuxarıda qeyd olunan şahidlərin zərərçəkmiş şəxsin əlində də taxta olmasını bildirməsi, kimin kimi vurmasını görməmələri barədə dedikləri həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdür. Ona görə məhkəmə onların məhkəmə iclasında verdikləri ifadələrə tənqidi yanaşır və mötəbər sübut kimi qəbul etmir. Məhkəmə iclasında elan edilmiş iş üzrə şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəyə əsasən o, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Şabran rayonunda “Malyan düzü” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs ağacla və yumruqla vurduğunu göstərmişdir. Məhkəmə iclası zamanı tədqiq olunmuş hadisənin əks olunduğu videoçəkilişdən görünür ki, təqsirləndirilən şəxs əlində taxta parçası (çomaq) yanında Şahid3 Sədri oğlu və Şahid2 ilə birlikdə zərərçəkmiş şəxsin oğlu Şahid1 yaxınlaşmış, ilk olaraq onların arasında mübahisə olmuş, bundan sonra zərərçəkmiş şəxs də onlara yaxınlaşmış, bu zaman təqsirləndirilən şəxs əlindəki taxta parçası ilə və yumruqla zərərçəkmiş şəxsi vurmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə tibb ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Siyəzən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 39 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində başın sol təpə-gicgah nahiyyəsinin və sol bazu oynağının yumşaq toxumalarının şişkinlik halında əziyi və sol gözaltı nahiyyənin qançırı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın(əşyalar) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Sol bazunun yumşaq toxumalarının hərəkət məhdudluğu ilə müşayiət olunan əziyi səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərərvurmaya, sol təpə-gicgah nahiyyəsinin əziyi və sol gözaltı nahiyyənin qançırı sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilməyən bədən xəsarətlərinə aid edilir. İş materiallarından olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli tələbnamədən və Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Milli Məclisin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarına əsasən cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. - Şabran RİHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Ailə tərkibi - 1990-cı il təvəllüdlü arvadı X6, 2010-cu il təvəllüdlü oğlu Cavid Abdullayev və 2012-ci il təvəllüdlü oğlu Vasif Abdullayevdən ibarədir. - Şabran RİHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı şikayətlər daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə ekspertizasının rəyi, eləcə də iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli həbsə alındığı gündən, yəni 01 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut tanınmış - 01 (bir) ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi zərər yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut tanınmış - 01 (bir) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar