Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-50/2025 07.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan dövr ərzində, vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus Şabran şəhəri, X. Rza küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin dəmir qapısını açmaqla qanunsuz daxil olub evin həyətində kisələrə yığılmış 02 (iki) ton çəkidə, dəyəri 800 (səkkiz yüz) manat olan arpa məhsulunu gizli olaraq oğurlayıb, müxtəlif şəxslərə sataraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 yaşayır və 02 (iki) azyaşlı övladı var. Əvvəllər məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində anasını xəstəxanaya aparmaq üçün qardaşı Rəfailin evinə getdiyi zaman yolda fərdi yaşayış evinin qapısının açıq olmasını və içəridə taxıl məhsullarının kisələrə yığıldığını görmüşdür. Anasını xəstəxanaya apararaq ora yerləşdirmiş, geri qayıdaraq həmin günü saat 12:00 radələrində həmin evin dəmir qapısından içəri girərək 02 kisə arpa məhsulunu götürərək küçəyə çıxmış, küçədə yolun kənarına hasarın kənarına qoymuş, kisələri aparmaq üçün taksi tapmağa getmiş, yolda tanımadığı avtomobili saxlatdırmışdır. Ona taxıl məhsulunu bazarın qarşısına aparmaq lazım olduğunu demiş və 05 (beş) manata onunla razılaşmışdır. Həmin yerə avtomobili sürdürmüş, kisələri avtomobilə qoyaraq bazarda “Cabbarın mağazası” adlanan yerə kiloqramını 30 (otuz) qəpiyə satmışdır. Dəqiq xatırlamasa da 02 (iki) kisəyə görə 30 (otuz) manata yaxın pul almışdır. Taksiyə 05 (beş) manat vermiş və piyada yaşadığı evə gəlmişdir. Həmin gündən sonra xx.xx.2025-ci il tarixə kimi hər gün müxtəlif vaxtlarda həmin evin həyətindən arpa məhsulu oğurlamışdır. Oğurladığı məhsulu bazar adlanan yerdə mağazalara satmışdır. Satdığı mağazalara məhsulun özünə məxsus olduğumu demiş, oğurluq olduğunu bildirməmişdir. Həmçinin məhsulu daşıdığı taksi sürücülərinə də arpanın özünə məxsus olduğunu bildirmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə “avtovağzal” adlanan yerdə tanımadığı taksi sürücüsünə yaxınlaşaraq taxıl məhsulunu aparmaq lazım olduğunu demiş, ona 02 (iki) manat təklif etmiş, sonda onlar 05 (beş) manata razılaşmışlar. Həmin küçəyə yaxınlaşaraq avtomobili bir qədər kənarda saxlatdırmış, piyada gedərək evin həyətinə dəmir qapıdan daxil olmuş, 02 (iki) kisə arpa məhsulunu götürərək küçədə kənara qoymuşdur. Taksiyə yaxınlaşaraq arpa məhsulunu qoyduğu yol kənarına sürməsini istəmiş, 02 (iki) kisə arpanı avtomobilin yük yerinə qoymuşdur. Avtomobilə əyləşərkən həmin şəxs arpanı kimdən aldığını soruşmuş, o, dostunun ona borcu olduğunu, get həyətdən arpa götür dediyini bildirmişdir. Taksi sürücüsü əlini cibinə ataraq evin sahibinin onun qohumu olduğunu demiş və mobil telefonu çıxararaq ev sahibinə zəng etmək istəmişdir. O taksi sürücüsündən xahiş etmişdir ki, zəng etməsin, evdə xəstəsi olduğunu, bir daha belə hala yol verməyəcəyini demişdir. Taksi sürücüsü ona həmin kisədəki taxıl məhsulunu geri qaytarmasını tələb etmiş və o, həmin kisələri götürdüyü yerə geri qaytarmışdır. Onun avtomobili ilə geri qayıtmış və avtovağzal tərəfdə avtomobildən düşmüşdür. O, oğurluq əməlini tək törətmiş, ümumilikdə həmin evin həyətindən 06 (altı) dəfə oğurluq etmək üçün girmiş, ümumilikdə çəki ilə oğurladığı arpa məhsulunun qədərini bilməmiş, hər dəfə oğurluğa girdikdə təxminən 2-3 kisə taxıl məhsulu oğurlamışdır. Oğurladığı arpa məhsulunu satmağa tanımadığı taksi sürücüləri ilə aparmış və bazarda tanımadığı mağazalara satmış, taksi sürücülərinin və mağazada taxılı satdığı şəxslərin oğurluqdan xəbərləri olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, baxış protokolu, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, taxıl, arpa və çovdar əkini ilə məşğul olur. Həmin məhsulları biçindən sonra yaşadığı Şabran şəhəri, X. Rza küçəsində olan fərdi yaşayış evinin həyətinə yığır. Həmin həyətdə iki dənə fərdi yaşayış evi var. Evin birində o yaşayır, digərində isə yaşayış yoxdur. Həmin fərdi yaşayış evinin qarşısında olan çardağın altında kisələrdə arpa yığılmışdır. Yığılan arpa məhsullarının azalmasını və bağladığı dəmir qapının açılmasını hiss etsə də, bundan əmin olmamışdır. xx.xx.2025-ci il tarixdə qohumu Şahid3 ona zəng edərək qapısından taxılının oğurlandığını ona demiş, onunla görüşüb məsələni aydınlaşdırmışdır. Şahid3 Şabran rayonunun ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur və ona demişdir ki, avtovağzalda olan zaman Elçin adlı şəxs ona yaxınlaşaraq taksi lazım olduğunu demiş, avtomobili onun evinin arxa tərəfinə sürdürmüş, orada onun həyətinə daxil olaraq 02 (iki) kisə arpa götürmüş, avtomobilin yük yerinə qoymuş və avtomobili sürməsini istəmişdir. Şahid3 Elçin adlı şəxsin arpanı oğurlamasından şübhələndiyi üçün avtomobili sürməmiş, yük yerinə qoyulmuş 02 (iki) kisə arpanı geri qaytartmış, Elçin isə Ruhəddinə guya taxıl sahibinin ona borcu olduğunu demişdir. Ruhəddin bunları ona danışdıqdan sonra həmin şəxs barədə maraqlanmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Təqsirləndirilən şəxs onun təxminən 02 (iki) tona yaxın arpa məhsulunu oğurlamış, oğurluq nəticəsinə ona maddi ziyan dəymişdir. Lakin, hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir və onun Təqsirləndirilən şəxs hərhansı bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Şabran şəhərində “Bazar” adlanan yerin yaxınlığında taxıl satışı ilə məşğul olur. O, təxminən 10 ildən çoxdur ki, taxıl alqı-satqısı fəaliyyət ilə məşğul olur, qohumu X5 adına olan VÖEN əsasında fəaliyyət göstərən dükanda satıcı kimi işləyir, pərakəndə şəkildə rayon sakinlərindən öz taxıl məhsullarının alışını həyata keçirir, hər bir şəxs öz əkdiyi və ya digər şəxsdən əldə etdiyi taxıl məhsulunu ona gətirir, topdan satış və alış zamanı müvafiq qaimələrdən istifadə edilir. Vətəndaşlar öz məhsullarını ona gətirir və o, tərəzidə çəkisi ölçülməklə çəkiyə uyğun həmin taxıl məhsulunu alır. Dəqiq xatırlamadığı tarixdə, 2025-ci ilin sentyabr ayının əvvəllərində adını bilmədiyi, sonradan adının Elçin olduğunu öyrəndiyi şəxs mağazaya 04 (dörd) kisə arpa məhsulu gətirmiş, həmin kisələri tərəzidə çəkmiş, təxminən 200 (iki yüz) kiloqram məhsul olmuş, arpanın 01 (bir) kiloqramı 0,30 qəpik olduğu üçün Elçin aldı şəxsə 60 (altmış) manat pul vermişdir. Bundan əlavə həmin şəxs ona taxıl satmamışdır. O, taxıl məhsulunun alarkən Elçin adlı şəxsin oğurluq etdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Şabran şəhərində “Bazar” adlanan yerin yaxınlığında taxıl satışı ilə məşğul olur və öz adına olan VÖEN əsasında fəaliyyət göstərir. 2025-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs mağazaya 04 (dörd) kisə arpa məhsulu gətirmiş, həmin kisələri tərəzidə çəkmiş, təxminən 200 (iki yüz) kiloqram məhsul olmuş, arpanın 01 (bir) kiloqramı 0,30 qəpik olduğu üçün Təqsirləndirilən şəxs 60 (altmış) manat pul vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ona taxıl satmamışdır. O, taxıl məhsulunun alarkən Təqsirləndirilən şəxs həmin taxılı oğurladığını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, o, Şabran rayonunun ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə tanımadığı şəxs Şabran şəhər avtovağzalında onun idarə etdiyi “VAZ 2101” minik markalı avtomobilə əyləşərək onda 02 (iki) kisə arpa məhsulu olduğunu və həmin kisələri götürüb, Şabran şəhərində “Bazar” adlanan yerə verəcəyini bildirmiş və onunla 05 (beş) manata razılaşmışdır. O, həmin şəxslə avtomobillə hərəkət etməyə başlamış, Şabran şəhəri, X. Rza küçəsində həmin şəxs ona avtomobili saxlatdırmış, avtomobildən düşmüş, piyada getmiş və bir qədər uzaqlaşmışdır. 05 (beş) dəqiqə sonra geri qayıtmış və ona avtomobili evin qapısının qarşısına sürdürmüşdür. Həmin şəxs ona yolda demişdir ki, dostu evdə olmasa da ona arpa məhsulunu götürməsini deyib. O, həmin evə çatdıqda həmin evin qohumu Zaminin evi olduğunu görmüş və Elçin adlı şəxs ona həmin evin qarşısında saxlamağı demişdir. O, avtomobili orada saxlamış, həmin şəxs evin dəmir qapısını açaraq içəri girmiş, oradan 02 kisə taxıl məhsulu götürərək avtomobilin yük yerinə qoymuş və ön sərnişin oturacağına oturmuşdur. O, Elçindən buğdanı kimdən aldığını soruşmuş, Elçin ona yenidən dostundan aldığını, dostunun evdə olmadığını demişdir. Ona “dayan mən ev yiyəsini yığaram” dedikdə və qohumu Zamini yığmaq üçün mobil telefonu cibindən çıxartdıqda isə, Təqsirləndirilən şəxs onun əlindən tutaraq ev yiyəsini yığmamasını xahiş etmiş, etdiyi əmələ görə üzr istəmiş, ehtiyacı olduğunu, xəstəsi olduğunu, götürməyə məcbur olduğunu demişdir. Ona yazığı gəldiyi üçün həmin vaxt taxıl məhsullarını geri qaytarmasını demiş, o, taxıl məhsullarını aparıb yerinə qoymuşdur. Elçin adlı şəxs avtovağzal tərəfdə avtomobildən düşmüş və o, ondan yol pulu da almamışdır. Narahat olduğu üçün qohumu Zaminə zəng edərək olanlar barəsində məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, 937 saylı cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 22:24-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzindən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş ********** nömrəli məlumatda göstərilmişdir ki, Şabran şəhəri, X. Rza küçəsində yaşayan Zərərçəkmiş şəxs zəng edərək, Təqsirləndirilən şəxs adlı şəxsin onun həyətindən taxıl oğurlaması barədə məlumat vermişdir (cinayət işinin İ cildinin 3-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Şabran şəhəri, X. Rza küçəsində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində baş vermişdir. Baxış zamanı Zərərçəkmiş şəxs arpa məhsullarının yığıldığı yeri, evinin dəmirdən olan giriş qapısını göstərmiş və həmin evin həyətindən 02 (iki) ton arpa məhsulu oğurlandığını bildirmişdir (cinayət işinin İ cildinin 5-7-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixə, saat 01:15-də Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin İ cildinin 11-ci vərəqəsi). - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 51 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən mağazalarda 01 (bir) kiloqram arpanın qiyməti 0,40 (qırx) qəpik olmaqla, 02 (iki) ton arpanın qiyməti 800 (səkkiz yüz) manat təşkil edir. Həmçinin 55x102 santimetr ölçüdə olan standart kisəyə 50 (əlli) kiloqram arpa məhsulunun yığılması mümkündür (cinayət işinin İ cildinin 16-cı vərəqəsi). - xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 32-33 vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CMnin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə 02 (iki) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 01 (bir) il 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 02 (iki) ay 17 (on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa catdığına görə qeydiyyatdan çıxarılmışdır (cinayət işinin İ cildinin 41-ci vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 1(031)-20/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə 02 (iki) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cinayət işinin İ cildinin 42-52-ci vərəqələri). - Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 5-74-1/2- 3326/25 saylı, xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 62-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli, 000810 saylı təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 65-66-cı vərəqələri). - xx.xx.2025-ci il tarixli, 000817 saylı təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, oğlu ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 80-82-ci vərəqələri vərəqələri). - Şabran Rayon Mərkəzi X10 Şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-34/2-856/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji kabinetlərdə dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 85-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə, saat 15:10-dan 15:50-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun evinin həyətinə daxil olmaqla oğurluq etməsini üzünə qarşı deməklə onu ifşa etmiş, Təqsirləndirilən şəxs isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 2 (iki) ton arpa məhsulunu oğurlamasını etiraf etmiş, oğurladığı məhsulun çəkisini həmin zaman bilmədiyini, zərər çəkmiş şəxsə dəymiş 800 (səkkiz yüz) manat maddi ziyanı qəbul etdiyini bildirmiş, dəymiş ziyanı ödəyəcəyinə dair söz vermişdir (cinayət işinin İ cildinin 86-87-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində qəbul edilmişdir (cinayət işinin İ cildinin 88-94-cü vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədə göstərilən məlumatlara əsasən Şabran Rayon Məhkəməsinin 1(031)-20/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə 02 (iki) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, aralarında barışığın əldə edildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, onun həyat yoldaşı xx.xx.1992-ci il təvəllüdlü X11, qızı xx.xx.2011-ci il təvəllüdlü X7 və oğlu xx.xx.2015-ci il təvəllüdü X4 ibarət ailə tərkibi vardır. CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən CM-nin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. CM-nin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə və yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını (xx.xx.2015-ci il təvəllüdü X8) CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərər çəkmiş şəxs ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməlin xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq ona qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, CM-nin 52-1.2-ci maddəsinə əsasən üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, habelə hazırki iş üzrə dövlət hesabına müdafiəçi təyin edilmiş vəkil Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, barəsində təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hazırki iş üzrə dövlət hesabına müdafiəçi təyin edilmiş vəkil Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-50/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-50/2025
07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver