Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-51/2022 20.09.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Ağabala oğlunun iştirakları ilə xx xxxxxx 1962-ci il tarixdə Şabran şəhərində doğulmuş, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yarıyev X1 rayon məhkəməsinin 06 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,180.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, islah olunmamış və yenidən qəsdən cinayət törətmişdir. Belə ki, o, 25 may 2022-ci il tarixdə saat 10 radələrində tamah niyyəti ilə Şabran şəhəri, D.Əliyeva küçəsində yerləşən, şəhər sakini Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı evdən oğurluq etmək qərarına gəlmiş, ev sahibi və onun ailə üzvlərinin evdə olmadığını düşünüb darvazanın üzərindən aşıb evin həyətinə, oradan isə evin giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz içəri daxil olmaqla mətbəxin yanındakı yataq otağında soyuducu üzərində olan portmanatın içəsində olan 280 manat məbləğində nəğd pulu ələ keçirmək məqsədilə mətbəxdən keçib, evin qonaq otağına daxil olarkən, otağın girəcəyində gözlənilmədən ev sahibinin arvadı Şahid1 ilə rastlaşmış, ondan yayınmaq üçün evdən çıxıb evin həyətyanı sahəsində yerləşən köhnə əşyaların saxlanılması üçün istifadə olunan tikiliyə tərəf qaçaraq orada gizlənmək istəmiş, lakin bir neçə dəqiqə sonra hadisə yerinə gələn RPŞ-nin əməkdaşları və evin sahibi Zərərçəkmiş şəxs tərəfindən gizləndiyi yerdə yaxalanmış, yəni özünün iradəsindən aslı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmiş, bununla da oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Azərbaycan Respublikası CM-nin 29,180.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2022-ci ilin mart ayının 16-da cəzasını çəkib azadlığa çıxmışdır. 25 may 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən mətbəx bıçağını özü ilə götürüb evdən çıxaraq oğurluq etmək məqsədilə Şabran şəhəri D.Əliyeva küçəsi istiqamətində piyada gəzə-gəzə getmişdir. Şabran şəhəri D.Əliyeva küçəsində yerləşən Zərərçəkmiş şəxs evinin qarşısına çatdıqda evin darvazasının əl qapısının bağlı olduğunu görüb və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evin darvazası üzərindən aşaraq evin həyətyanı sahəsinə daxil olmuşdur. Həyətdə yerləşən birmərtəbəli evə yaxınlaşaraq evin giriş qapısını əli ilə yoxlayarkən evin qapısının açıq olmasını görüb və həmin evdən pul və ya hər hansı bir digər qiymətli əşya oğurlamaq məqsədilə evin mətbəxinə daxil olmuşdur. Mətbəxin sağ tərəfində olan qapını açıb, evin qonaq otağına daxil olduqda orada divanda uzanmış adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs arvadı Ürfanənin və onun azyaşlı uşağının olmasını görmüşdür. Ürfanə onu gördüyü üçün o, qorxaraq oğurluq etmədən evdən həyətə çıxıb, evin sağ yanında olan tikililərə tərəf qaçmışdır. Evin sağ tərəfində tikilinin olmasını görüb və ora daxil olaraq həmin otaqda gizlənmişdir. Həmin otaqda gizlənib, həyətdən çıxıb və yaşadığı evə qaçıb getmək üçün uyğun bir vaxt gözləməyə başlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra ev sahibi Zərərçəkmiş şəxs və Şabran rayon PŞ-nin əməkdaşları evə gələrək onu həyətdəki tikilidə gizlənməsini aşkar edərək saxlayaraq Şabran RPŞ-nə aparmışlar. Etdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır və Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər ərazi vahidi üzrə nümayəndəliyində baş mühasib işləyir. 25 may 2022-ci il tarixdə saat 10 radələrində işdə olduğu zaman arvadı Şahid1 onun mobil telefonuna zəng edərək Şabran şəhəri D.Əliyeva küçəsində yerləşən yaşadığı evə bir nəfər oğrunun daxil olduğunu ona dediyi üçün dərhal tanışı RPŞ-nin polis əməkdaşı Şahid3 mobil telefonuna zəng edərək evindən oğurluq etmək məqsədilə evinə bir nəfər şəxsin daxil olması barədə məlumat vermişdir. Polis əməkdaşlarına məlumat verdikdən sonra özünə məxsus “Mersedes” markalı avtomobillə yaşadığı evə gedib və evinin qarşısına çatdıqdan bir neçə dəqiqə sonra polis əməkdaşları – Şahid2, Şahid3 və digərləri onun yaşadığı evə gəlmişlər. Evdə olan arvadı Şahid1 evin qonaq otağında divanda oturub televizora baxdığı zaman bir nəfər şəxsin otağın qapısını açıb içəri daxil olduğunu və onu gördükdən sonra həmin şəxsin evdən çıxıb həyətdə yerləşən köhnə əşyaların yığılması üçün istifadə edilən otağa tərəf qaçıb və orada gizləndiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin köhnə əşyaları yığmaq üçün istifadə etdiyi tikiliyə baxdıqda həmin otaqda gizlənmiş Şabran şəhər sakini Təqsirləndirilən şəxs orada aşkar etmişlər. Arvadı Ürfanə ilə birlikdə evin mətbəxin yanında otaqdakı soyuducunun üzərində olan protmanatın içərisinə baxdıqda orada olan 280 manat məbləğində nəgd pulun yerində olduğunu görmüşlər. Bundan sonra Şabran rayon PŞ-nin əməkdaşları onun yaşadığı evə baxış keçirdikləri zaman ərizə ilə RPŞ-nə müraciət etmişdir. Evindəki digər əşyalarına baxdığı zaman evindən başqa heç bir qiymətli əşyanın və ya pulun oğurlanmadığını görmüşdür. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdi ki, Şabran rayonu Dəvəçi kəndində qeydiyyatda olmasına baxmayaraq ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır və Şabran rayon MX-da hüquqşünas vəzifəsində işləyir. Əri Zərərçəkmiş şəxs Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş mühasib işləyir. 25 may 2022-ci il tarixdə səhər saatlarında əri Zərərçəkmiş şəxs iş yerinə çıxıb getdiyi üçün azyaşlı qızı ilə birlikdə evdə qalmışlar. Saat 10 radələrində azyaşlı qızı ilə birlikdə səhər yeməyi yedikdən sonra evin qonaq otağına keçib və orada olan divanda uzanmışdır. Azyaşlı qızı isə qonaq otağında olan televizorda cizgi filiminə baxmışdır. Elə bu zaman qonaq otağının qapısının açıldığını bir nəfər şəxsin evə daxil olduğunu görmüşdür. Həmin adı sonradan ona məlum olmuş İlham adlı şəxs onu görərək yerində təxminən 1-2 dəqiqə dayanıb və ona baxdıqdan sonra evdən çıxıb həyətə qaçaraq evin sağ tərəfində yerləşən köhnə əşyaların yığılması üçün istifadə etdikləri otağa tərəf qaçıb getmişdir. Evinə oğrunun daxil oluğunu başa düşərək mobil telefonu vasitəsi ilə əri Zərərçəkmiş şəxs zəng edib və evlərinə oğrunun daxil olduğunu ona bildirmişdir. Zəng etdikdən bir neçə dəqiqə sonra əri Şabran rayon PŞ-nin əməkdaşları ilə birlikdə yaşadıqları evə gəlmişlər. Onlar evin həyətindəki köhnə əşyaları yığmaq üçün istifadə etdikləri tikiliyə baxdıqda həmin adı sonradan ona məlum olmuş Şabran şəhər sakini Təqsirləndirilən şəxs həmin tikilidə gizlənməsini görmüşlər. Şabran rayon PŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs saxlayıb və həyətdən apardıqdan sonra əri ilə birlikdə evlərindəki əşyalara baxmış və mətbəxin yanındakı otaqda soyuducunun üzərində olan portmanatın içərisindəki 280 manat məbləğində pulun yerində olduğunu görmüşlər. RPŞnin əməkdaşları yaşadıqları evə baxış keçirib və sənədləşdirmə işləri apardıqları zaman əri Zərərçəkmiş şəxs ərizə ilə RPŞ-nə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır və Şabran rayon PŞ-nin PPB-nin tağım komandiri vəzifəsində işləyir. 25 may 2022-ci il tarixdə saat 10 radələrində xidmətdə olduğu zaman manqa komandiri Şahid3 ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs ona zəng edərək yaşadığı evə oğurluq məqsədilə bir nəfər şəxsin daxil olması barədə ona məlumat verdiyi üçün manqa komandiri Şahid3 və digər polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. Polis əməkdaşları ilə birlikdə həmin ünvana çatdıqda ev sahibi Zərərçəkmiş şəxs da onlarla eyni vaxtda idarə etdiyi avtomobillə evinin qarşısına gəlib çıxmışdır. Evin bağlı olan darvazasını açıb içəri daxil olaraq evin həyətinə baxdıqda ev sahibi Zərərçəkmiş şəxs arvadı evdən çıxaraq oğurluq etmək istəyən şəxsin həyətdə olan köhnə əşyaların yığması üçün nəzərdə tutulmuş otağa tərəf qaçdığını bildirmişdir. Həmin tikiliyə baxdıqda orada gizlənmiş bir nəfər şəxsi aşkar etmişlər. Həmin şəxsin Şabran şəhər sakini Təqsirləndirilən şəxs olması onlara məlum olduqdan sonra onu saxlayaraq RPŞ-nə gətirib və şöbənin növbətçi hissəsinə təhvil vermişlər. RPŞ-də həmin şəxs oğurluq məqsədilə Zərərçəkmiş şəxs məxsus evə daxil olduğunu və qəflətən evdə onu ev sahibinin arvadı Şahid1 gördükdən sonra evin həyətinə qaçaraq oradakı tikilidə gizləndiyini onlara bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğurluğa gedərkən özü ilə götürdüyü bir ədəd mətbəx bıçağını təqdim etmək istədiyi üçün həmin bıçaq RPŞ-nin müstəntiqi tərəfindən ondan götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid3 ____ oğlu iş üzrə Şahid2 ifadəsində baş vermiş hadisə ilə əlaqədar göstərdiklərini bir daha təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03 iyun 2022-ci il tarixli tələbnamədən, Yasamal rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünün və Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.2.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 10 ay 10 gün hissəsi 6 ay azaldılmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə soyuq-silah, trasoloji ekspertizasının 28 iyun 2022-ci il tarixli, 265-MTKŞ/2022 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli 2130 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda ailə üzvləri – arvadı X2, uşaqları – 1987-ci il təvəllüdlü X5, 1995-ci il təvəllüdlü X6 və 2002-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli 2131 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə sakinlərə hörmətlə yanaşmamış, yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmamışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı şikayətlər daxil olmamışdır. İş materiallarında olan 19 iyun 2022-ci il tarixli tutma protokolundan, eləcə də 21 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 iyun 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün etirafedici ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasını isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2022-ci ildən 21 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 280 manat məbləğində pul və təqsirləndirilən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübüt hesab edilməklə 280 manat pulun saxlanılması üçün zərərçəkmişə təhvil verilməsi nəzərə alınmalı, Şabran RPŞ-nin maddi-sübütlar otağına təhvil verilmiş bir ədəd bıçaq isə Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan tələbi yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi tutulub saxlanıldığı müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdqan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbs edilsin. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 280 manat məbləğində pul və təqsirləndirilən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübüt hesab edilməklə 280 manat pulun saxlanılması üçün zərərçəkmişə təhvil verilməsi nəzərə alınsın, Şabran RPŞ-nin maddi-sübütlar otağına təhvil verilmiş bir ədəd bıçaq Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-51/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-51/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver