Məhkəmə qərarları › İş №1(031)-51/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-51/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-51/2023 04.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim X10 oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1979-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsini inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində, Şabran şəhəri, İ.Qayıbov küçəsi ərazisində yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs işlətdiyi mağazaya gələrək Zərərçəkmiş şəxs istintaq dövründə müəyyən edilməsi mümkün olmayan şəxsə onun çəkdiyi “Vegas” markalı siqaretdən verməməsinin səbəbini soruşaraq irad bildirmiş, sonuncu həmin siqaretdən olmadığı üçün verə bilmədiyini dedikdən sonra heç bir əsaslı səbəb olmadan, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq istəyi ilə şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə təhqir edərək sonuncunun sifət nahiyyəsindən qəsdən yumruqla bir dəfə vurub ona əlavə yumruq zərbələri vurmağa cəhd etmiş, əlbəyaxa olmaqla Zərərçəkmiş şəxs qəsdən yerə yıxıb sonuncunun baş, sifət, bel, kürək və çiyin nahiyyələrindən qəsdən yumruqla bir neçə dəfə vuraraq “başın sol təpə nahiyyəsinin və sol çiyin qurşağının yumşaq toxumalarının geniş sahədə hematoma halında əziyi və sağ kürək və sol bel nahiyyələrinin sıyrılmış” yaraları ilə müşayiət olunan alt dodağın qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, zərərçəkmişin çağırış və xəbərdarlıqlarına məhəl qoymayaraq bu hərəkətlərini 5-10 dəqiqə ərzində davam etdirib, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək həmin ərazidən keçən insanların rahatlığını pozmuş, bundan əlavə sonuncunun əynindəki dəyəri 25 (iyirmi beş) manat olan köynəyini cırmış, bununla yanaşı mağazada olan dəyəri 05 (beş) manat olan aynanı və dəyəri 10 (on) manat olan elektron hesablama aparatını sındırmış, bununlada zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 40 (qırx) manat maddi ziyan vurmaqla xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs işlətdiyi mağazaya onun üçün siqaret alması üçün uşağı yollayıb. Həmin uşaq Zərərçəkmiş şəxs onun çəkmədiyi başqa siqaret alıb ona verib, bu səbəbdən də o, həmin dükana gələrək Zərərçəkmiş şəxs illərdi ondan siqaret aldığını və hansı səbəbdən ona həmişə aldığı siqaretdən vermədiyini soruşub. Zərərçəkmiş şəxs buna cavab olaraq ona həmişə aldığı siqaretdən qalmadığını bildirib. Bu zaman o, Zərərçəkmiş şəxs polkada həmişə aldığı siqareti göstərib. Zərərçəkmiş şəxs həmin siqaret qutusunun vitrin olduğunu, onun üçün orada qaldığını bildirdi. Bu səbəbdən də aralarında mübahisə yarandı, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki “vermişel paçkasını” onun sifətinə tulladı. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə “sporlaşmağa” başlayıb. Bu zaman Zərərçəkmiş şəxs onu itələdi, o plastmas yeşiklərin üstünə yıxıldı, Zərərçəkmiş şəxs isə onun üstünə yıxıldı. Bundan sonra durub qaş nahhiyəsi partlamış vəziyyətdə bayıra çıxanda, Zərərçəkmiş şəxs təcili yardım çağırmasını istəsə də, Zərərçəkmiş şəxs bunu etməkdən imtina etdi. O, özü həmin yerə təcili yardım maşını çağırdı, təcili yardım maşını ora gələrək onu xəstəxanaya aparıb və orada onu müalicə ediblər. Bundan sonra o öz evinə qayıdıb. Sonradan onu Şabran Rayon Polis Şöbəsinə dəvət edib hadisə ilə bağlı izahatını alıblar və çölə buraxıblar. Bir neçə dəfə də məhkəmə iclası keçirilib, lakin o çöldə qalıb. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq, Zərərçəkmiş şəxs mobil telefonla ona borcu olan şəxslə aqressiv danışdığını, bəlkə də bu səbəbdən əsəbi olduğu üçün aralarında münaqişə yarandığını, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki “vermişel paçkasını” onun sifətinə tulladığını, onu itələdiyini, onun plastmas yeşiklərin üstünə yıxıldığını, Zərərçəkmiş şəxs isə onun üstünə yıxıldığını, bu səbəblərdən qaşının partladığını, bu hadisədən qabaq Zərərçəkmiş şəxs ilə aralarında dəfələrlə mübahisə olduğunu, Zərərçəkmiş şəxs onu dəfələrlə “tutduracağı” ilə hədələdiyini, bundan qabaqda Zərərçəkmiş şəxs siqaret aldığı zaman aralarında mübahisə yarandığını, əvvəllər məhkum olunduğunu, düzgün insan olduğu üçün qarşısındakı insanın ona yalan danışmasına dözə bilmədiyini, həmin insana şirin-şirin yalanla qabağa gedə bilməyəcəyini anlatmağa çalışdığını, buna nail ola bilmədiksə isə qulağının dibinə bir-iki sillə də vurduğunu, bundan qabaq törətdiyi cinayət əməllərini düzgün elədiyini hesab etmədiyini, günahsız olduğunu demədiyini, günahının olduğunu qəbul etdiyini, düzgünlüyü və halallığı sevən insan olduğunu bildirmiş, sədrlik edənin suallarına cavab olaraq Zərərçəkmiş şəxs vurduğunu, zərər çəkmiş şəxsi 01 (bir) dəfə vurduğunu, Zərərçəkmiş şəxs ona borcu olan şəxslə mobil telefonla danışdığı zaman əsəbiləşdiyi üçün “vermişel paçkasını” onun sifətinə tullaması səbəbi ilə Zərərçəkmiş şəxs vurduğunu, Zərərçəkmiş şəxs onu itələyib bayıra çıxartdığı zaman onun yerə yıxıldığını və qaşının partladığını, bundan sonra Zərərçəkmiş şəxs vurduğunu, lakin dükandakı əşyaları sındırmadığını göstərmişdir. Zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə düşmənçiliyi yoxdur. 18 (on səkkiz) ildir ki həmin dükanı işlətdiyini və Təqsirləndirilən şəxs 18 (on səkkiz) il ərzində ona sözün əsil mənasında qan uddurur. Təqsirləndirilən şəxs gəlib ondan nisyə siqaret istəyir, onun nisyə siqaret satmadığını eşitdikdə isə ona hələ sözlər deyir ki, ya gərək onu orda vursun, yada ki vurub başını parlatsın. Aralarında bundan qabaq da münaqişə olub, lakin onları barışdırıblar. İkinci dəfə eyni məzmunlu mübahisə yaranıb aralarında və məhkəməyə düşüblər. Təqsirləndirilən şəxs siqaret alması üçün onun işlətdiyi dükana uşaq göndərib pul ilə, almaq istədiyi siqaret satışda olmayıb, sadəcə vitrində qalıb. Bu səbəbdən də o, həmin siqaretdən verə bilməyib. Bundan sonra Təqsirləndirilən şəxs onun işlətdiyi dükana daxil olub ünün ünvanına uca səslə nalayiq ifadə işlədərək nəyə görə siqareti uşağa vermədiyini soruşub. O, Təqsirləndirilən şəxs danışığına fikir verməsini istəsə də və Təqsirləndirilən şəxs istədiyi siqaretin satışda olmadığını başa salmağa çalışsa da, Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlayıb, həmin mübahisə zamanı onu yumruqla sifət nahiyyəsindən vurub, onu yeşiklərin üstünə yıxıb. Beli cırıq-cırıqdı, ekspertiza da bunu təsdiq edib. Dəfələrlə gəlib onunla mübahisə edib və onu təhqir edib. Şəkəri var. Təqsirləndirilən şəxs isə sözü gedən mübahisə zamanı onu yerə yıxıb ayaqlarından təpikləyib. İki oğlu dövlət qulluğundadır. İstəmir ki onlara Təqsirləndirilən şəxs üstündə söz gəlsin. Bu səbəblərdən də dövlətə Təqsirləndirilən şəxs qanunsuz əməllərindən şikayət etmişdir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq Təqsirləndirilən şəxs dəfələrlə bağışladığını, lakin bu dəfə onu bağışlamaq niyyətində olmadığını və onunla barışmayacağını göstərmiş və Təqsirləndirilən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin hazırki 1(031)-51/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs iş üzrə hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi ilə xx.xx.2023-cü il tarixdə, saat 14:30-a keçirilmiş açıq məhkəmə hazırlıq iclasına müdafiəçi qismində təyin ediləcək vəkilin hüquqi yardımından istifadə edilib-edilməməsi məsələsinin həlli məqsədi ilə Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə iclasına dəvət edilmiş, lakin Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə könüllü olaraq müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə müdafiəçidən imtina etməsi barədə ərizəni məhkəməyə təqdim etmiş və hüquqlarını özü müdafiə edəcəyini və müdafiəçinin hüquqi yardımından imtina etməsinin maddi vəziyyəti ilə əlaqədar olmadığını bildirmişdir. Hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə, saat 15:15-də hakim X10 oğlunun sədrliyi ilə keçirilmiş açıq məhkəmə baxışı iclasında dövlət hesabına müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması yenidən Təqsirləndirilən şəxs nəzərinə çatdırılsa da, o, təkrarən müdafiəçinin hüquqi yardımından imtina etmiş və sədrlik edənin suallarına cavab olaraq müdafiəçinin hüquqi yardımından imtina etməsinin maddi vəziyyəti ilə əlaqədar olmadığını, özünə vəkil tutmağa pulunun olduğunu, lakin hazır ki cinayət işi üzrə törətdiyi əməldən peşman olduğunu və bu səbəbdən də müdafiəçi tərəfindən müdafiə edilməyə ehtiyacının olmadığını göstərmişdir. Cinayət işinin materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqında” protokoldan görünür ki, Şabran Rayon Polis X5 təhqiqatçısı X4 hal şahidlərinin (Şükran Hüseynov və Rəşad Mirzəyev) iştirakları ilə Şabran şəhəri, İ.Qayıbov küçəsi ərazisində yerləşən və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs işlətdiyi mağazaya baxış keçirmiş, baxış keçirilən zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu orada döyərək ona müxtəlif bədən xəsarətləri yetirdiyini bildirmişdir. Keçirilmiş baxış nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynindəki köynəyinin cırıldığı, arxa hissəsində kiçik həcmli kəsilmiş yerin olduğu, 01 (bir) ədəd sınmış vəziyyətdə olan elektron hesablayıcın döşəmədə olduğu və 01 (bir) ədəd güzgünün sınaraq hissələrə ayrıldığı müşahidə olunmuş və maddi sübut kimi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd köynək, 01 (bir) ədəd sınmış vəziyyətdə olan elektron hesablayıcı və 01 (bir) ədəd sınmış güzgü götürülmüşdür (cinayət işinin 8-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli 45 nömrəli “sərxoşluq hallarının botun növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində keçirilmiş müayinə nəticəsində Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olduğu aşkar edilmişdir (cinayət işinin 19-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul etdiyini və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında həmin tarixdə mübahisə olduğunu etiraf etmiş, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs döydüyünü inkar etmişdir (cinayət işinin 65-66-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1979-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şabran şəhəri, İ.Qayıbov küçəsi ev 42 ünvanında qeydiyyatda olan iş üzrə təqsirləndirilən şəxs Quliyev X6 Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə AR CM 143-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Dəvəçi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə AR CM 221.2.2 və 221.3-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Dəvəçi Rayon Məhkəməsinin xx.xx.2007-cü il tarixli hökmü ilə AR CM 221.2.1 və 221.3-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə barəsində AR CM 128-ci maddəsi ilə başlanmış cinayət işinə xitam verilmişdir (cinayət işinin 27-28-ci vərəqələri). -Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli, 85 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində keçirilmiş ekspertiza nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində “başın sol təpə nahiyyəsinin və sol çiyin qurşağının yumşaq toxumlarının geniş sahədə hematoma halında əziyi, alt dodağın qançırı, sağ kürək və sol bel nahiyyəsinin sıyrılmış” yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Yaranma müddəti 2-3 günə qədər olub, xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir.” (cinayət işinin 29-30-cu vərəqələri). -Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli, 86 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində keçirilmiş ekspertiza nəticəsində Təqsirləndirilən şəxs bədəni üzərində “qaş nahiyyəsinin sıyrılmış yarası və sağ əlin yumşaq toxumlarının əziyi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Yaranma müddəti 2-3 günə qədər olub, xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir.” (cinayət işinin 31-32-ci vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran Rayon Polis X3 müstəntiqi X9 ünvanlanmış xx.xx.2023cü il tarixli, 5-74/2-2581/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır (cinayət işinin 52-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-2582/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvlərinə qarşı mehribançılıq göstərməmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmamış. Yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmamışdır. Özündən böyüklərə hörmətlə yanaşmamışdır. (cinayət işinin 53-cü vərəqəsi). - Şabran rayon X1 İdarə Heyəti tərəfindən Şabran Rayon Polis X3 müstəntiqi X9 ünvanlanmış 09 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 01 (bir) ədəd köynəyin dəyəri 25 (iyirmi beş) manat, 01 (bir) ədəd elektron hesablama aparatının dəyəri 10 (on) manat və 01 (bir) ədəd aynanın dəyəri 05 (beş) manat olmaqla yuxarıda göstərilən əşyaların ümumi dəyəri 40 (qırx) manat təşkil edir (cinayət işinin 64-cü vərəqəsi). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən Şabran Rayon Polis X3 müstəntiqi X9 ünvanlanmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-34/2-507/2023 nömrəli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. (cinayət işinin 51-ci vərəqəsi). AR CM 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərardadında qeyd edilir ki, “Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir...cinayətin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, 1 saylı Qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadə və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi tamamilə sübuta yetirildi. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən AR CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. AR CM 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. AR CM 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. AR CM 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq AR CM 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ola elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsini və törətdiyi əməldən peşman olduğunu göstərməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. AR CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, İ.Qayıbov küçəsi ev 42 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dəktərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs işlətdiyi Şabran rayonunun İ. Qayıbov küçəsi ərazisində yerləşən dükana getməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir, iş üzrə maddi sübut hesab edilərək, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd ayna, 01 (bir) ədəd elektron hesablama aparatı və 01 (bir) ədəd köynək sahibinə qaytarılmalıdır. Belə ki, AR CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və AR CPM-nin 344-358, 381, 384- 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, İ.Qayıbov küçəsi ev 42 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs işlətdiyi Şabran rayonunun İ. Qayıbov küçəsi ərazisində yerləşən dükana getməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilərək, Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd ayna, 01 (bir) ədəd elektron hesablama aparatı və 01 (bir) ədəd köynək sahibinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə Şabran Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar