Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-51/2024 09.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, üzərində götürülməmiş və ya ödənilməmiş məhkumluğu olmayan, Şabran şəhəri, X16 küçəsi, ev 1, mənzil 12 ünvanında qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, tərkibində təmiz çəkisi 0,144 qram narkotik vasitə metadon olan 179 millilitr çəkidə metadon məhlulunu istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə Azərbaycan Respublikasın;n Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən öz müalicəsi üçün əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda həmin məhlulun tərkibində 0,112 qram narkotik vasitə metadon olan 140 millilitr hissəsini qəsdən 60 (altmış) manat pul müqabilində Şabran şəhər sakini X4 yaşadığı ünvanda satmış, qalan hissəsini isə satış məqsədi ilə yaşadığı evdə saxlamış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X8 xx.xx.2024-cü il tarixdə Şabran şəhərinin X16 küçəsi ərazisində yerləşən “Sünbül” kafesinin yaxınlığında saxlanılıb Şabran Rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin gün saat 12:30-dan 12:45-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd plastmas qutuda tərkibində 0,112 qram narkotik vasitə metadon olan 140 millilitr həcmində metadon məhlulu aşkar edilərək götürülmüş, habelə xx.xx.2024-cü il tarixdə saat 16:00-dan 16:10-dək olan müddətdə Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, X16 küçəsi ev 1, mənzil 12 ünvanında yerləşən evinə baxış keçirilən zaman həmin evin yataq otağından 1 ədəd 500 millilitrlik plastmas qabın içərisində tərkibində təmiz çəkisi 0,032 qram narkotik vasitə metadon olan 39 millilitr həcmində metadon məhlulu aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə, qanunsuz olaraq narkotik vasitəni saxlamaqla daşımış və satmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir və əvvəllər məhkum olunmuşdur. Narkotik vasitənin asılığından qurtarmaq üçün respublika narkoloji mərkəzində bir neçə dəfə müalicədə olmuşdur. Oradan ona narkotik tərkibli dərman (məhlul) verirlər və o, həmin dərmandan istifadə etməklə özünü müalicə edirdi. Ona narkoloji mərkəzdən sənəd vermişlər və o, həmin sənəd əsasında gedib Bakı şəhərinin Maştağa qəsəbəsindən dərmanını alıb gəlmişdir. Ona mütəmadi olaraq metadon tərkibli maye vermişlər, o, da həmin mayeni vaxtaşırı olaraq qəbul etmişdir. Sonuncu dəfə də 2024-cü ilin fevral ayının sonlarında narkoloji mərkəzdən bir ədəd plastik qutuda narkotik maddə olan metadon tərkibli maye almışdır. Həmin mayeni müalicəsi üçün almışdır. Lakin tanışı Tərlan Məmmədov xx.xx.2024-cü il tarixdə yaşadığı ünvana gəlib ona demişdir ki, “ciddi şəkildə ağrılarım var, mənə də aldığın metadondan ver.” O, da Tərlanla danışıb razılaşmış və həmin gün yaşadığı ünvanda bir ədəd plastmas qutuda Tərlan Məmmədova metadon mayesi vermişdir. Əvəzində isə Tərlandan 60 (altmış) manat pul almışdır. Metadon mayesini satmaqda məqsədi bir az pul əldə edib, öz siqaret pulunu və xırda ehtiyacını qarşılamaq olmuşdur. Tərlan pulu ona verdikdən sonra çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Şabran şəhərinin X16 küçəsində yerləşən Şabran şəhər avtovağzalında piyada gəzən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu onlarla birgə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, da heç bir etiraz etməyək həmin əməkdaşlarla birgə Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. Şabran Rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış aparılan zaman onun üzərindən narkotik vasitə və yaxud qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları və onun hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə onun yaşadığı Şabran şəhəri X16 küçəsi ev 1, mənzil 12 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı o, özünə məxsus yataq otağında yerləşən yataq dəstinin baş hissəsindəki divara bərkidilmiş məhəccərin üzərindən 01 (bir) ədəd 500 millilitrlik həcmində, üzərində “Fruto TİME” yazısı yazılmış, içərisində narkotik vasitə metadon məhlulu olan kütləni təqdim edərək həmin kütlənin ona məxsus olmasını, dövlət tərəfindən ona pulsuz verilməsini səmimi olaraq etiraf etmişdir. Çəkiliş zamanı o, həmin maddədən Tərlana satmış olduğunu da etiraf etmişdir, lakin Tərlandan 15 manat pul aldığını bildirmişdir. Tərlandan aldığı pulu məbləği isə az deməyinin səbəbi 15 manata görə onu həbs etməyəcəklərinə ümid etməsi olmuşdur. Hazırda əməlindən peşmandır, bir daha narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmayacağdır. Əlavə olaraq bildirmişdir ki, o, həmin metadonu öz müalicəsi üçün əldə etmişdir. O, Bakı şəhərindən Şabran şəhərinə metadonu daşıyan zaman satmaq niyyəti olmamış, metadonu öz müalicəsi üçün daşımış, yalnız evdə saxladığı müddətdə narkotik vasitədən satmaq qərarına gəlmişdir. O, metadon məhlulundan bir hissəsini Tərlan Məmmədova satandan sonra, düşünmüş ki, özündə qalan metadon məhlulunu qalan hissəsini 5-10 manata satar. Buna görə metadon məhlulunu istifadə etməmiş, saxlamışdır. O, yalnız Tərlana narkotik vasitə satmış və ondan başqa heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. O, Respublika Narkoloji Dispanserindən təxminən 200 millilitrə yaxın narkotik tərkibli metadon məhlulu əldə etmişdir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Şabran şəhər sakini X3 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat məlumatı əsasında o, digər əməliyyat müvəkkilləri ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Şabran şəhəri, X16 küçəsində yerləşən “Sünbül” kafesinin yaxınlığında Tərlan Məmmədova yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər Tərlan Məmmədov etiraz etməyərək onlarla birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. X13 Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən X4 üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşyaları təqdim olunması təklif olunmuşdur. X8 əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd üzərində “Coca Cola” etiketi içərisində rəngsiz məhlul olan plastmas qab, 01 (bir) ədəd cib dəsmalı, sağ yan cibindən bir ədəd alışqan, bir ədəd “Nokia” markalı mobil telefon, əynində olan qara rəngli cins şalvarın yan cibindən “Kapital Banka" aid 01 (bir) ədəd plastik kart, 01 (bir) ədəd üzərində “BakıKart” yazısı olan kart, 01 (bir) ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən ümumilikdə 72 (yetmiş iki) manat pul təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi cib dəsmalı, bir ədəd alışqan, bir ədəd “Nokia” markalı mobil telefon, Kapital banka aid 01 ədəd plastik kart, 01 ədəd üzərində “BakıKart” qazısı olan kart, ümumilikdə 72 (yetmiş iki) manat pul baxıldıqdan sonra onun özünə qaytarılmışdır. Tərlan Məmmədov üzərindən aşkar olunmuş bir ədəd plastmas qabdakı həmin məhlulun narkotik vasitə metadon məhlulu olduğunu və xx.xx.2024-cü il tarixdə tutulmamışdan təxminən 02 (iki) saat əvvəl Şabran şəhər sakini tanışı Cəfər adlı şəxsdən 60 manat pul müqabilində aldığını bildirmişdir. Tərlan Məmmədovun üzərindən aşkar edilən bir ədəd plastmas qabdakı narkotik vasitə metadon məhlulu maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd kağız paketdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Tərlan Məmmədov, o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə müstəntiq tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən protokolun doğruluğunu öz imzalar ilə təsdiq etmişlər. Bundan sonra Tərlan Məmmədova narkotik vasitəni satan şəxsin Şabran şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsinin davamı olaraq xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri X16 küçəsi ev 1, mənzil 12-də yerləşən evinə müstəntiq tərəfindən vəkilin və onların iştirakı ilə videçəkillişlə baxış keçirilmiş və Təqsirləndirilən şəxs yataq otağında yerləşən yataq dəstinin baş hissəsindəki divara bərkidilmiş məhəccərin üzərindən 1 ədəd üzərində “Fruto TİME” yazısı olan içərisində ağ rəngli məhlul olan plastik qabı təqdim edərək, həmin qabın içərində narkotik vasitə metadon məhlulu olduğunu, həmin məhlulun özünə məxsus olmasını və həmin narkotik vasitədən tanışı Tərlan Məmmədova satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus yataq otağından aşkar edilən 1 ədəd 500 millimetrlik plastmas qabın içərisində narkotik vasitə metadon olan məhlul maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd paketdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi barədə müstəntiq tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs, o və digər iştirakçılar protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, X8 və Təqsirləndirilən şəxs ilə aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, Şabran Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Şabran şəhər sakini X3 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat məlumatı əsasında o, digər əməliyyat müvəkklilləri ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Şabran şəhərinin X16 küçəsində yerləşən “Sünbül” kafesinin yaxınlığında Tərlan Məmmədova yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Tərlan Məmmədov etiraz etməyərək onlarla birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. X13 Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən X4 üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşyaları təqdim olunması təklif olunmuşdur. X8 əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd üzərində “Coca Cola” etiketi içərisində rəngsiz məhlul olan plastmas qab və digər əşyaları masanın üzərinə qoymuşdur. Tərlan Məmmədov üzərindən aşkar olunmuş bir ədəd plastmas qabdakı həmin məhlulun narkotik vasitə metadon məhlulu olduğunu və həmin narkotik maddəni tutulmamışdan təxminən 02 (iki) saat əvvəl Şabran şəhər sakini tanışı Cəfər adlı şəxsdən 60 manat pul müqabilində aldığını bildirmişdir. Tərlan Məmmədovun üzərindən aşkar edilən bir ədəd plastmas qabdakı narkotik vasitə metadon məhlulu maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd kağız paketdə qablaşdırılıb möhürlənmişdir. Bundan sonra Tərlan Məmmədova narkotik vasitəni satan şəxsin Şabran şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri X16 küçəsi ev 1, mənzil 12 ünvanında yerləşən evinə müstəntiq tərəfindən vəkilin və onların iştirakı ilə videçəkillişlə baxış keçirilmiş və Təqsirləndirilən şəxs yataq otağında yerləşən yataq dəstinin baş hissəsindəki divara bərkidilmiş məhəccərin üzərindən 01 (bir) ədəd üzərində “Fruto TİME” yazısı olan içərisində ağ rəngli məhlul olan plastik qabı təqdim edərək, həmin qabın içərində narkotik vasitə metadon məhlulu olduğunu, həmin məhlulun özünə məxsus olmasını və həmin narkotik vasitədən tanışı Tərlan Məmmədova satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus yataq otağından aşkar edilən 01 (bir) ədəd 500 millilitrlik plastmas qabın içərisində narkotik vasitə metadon olan məhlul maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd paketdə qablaşdırılıb götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 54-1 – 54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatətə daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid2 oğlunun iştirakı olmadan baxılmasına etiraz etməmələrini, o cümlədən Şahid2 oğlunun ibtidai istintaq zamanı Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə verməsini nəzərə alaraq, hazırki işə Şahid2 oğlunun iştirakı olmadan baxılmasının cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gəlmiş və hazırki işə Şahid2 oğlunun iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə bildirmişdir ki Şabran şəhər sakini X3 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat məlumatı əsasında o, digər əməliyyat müvəkklilləri ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Şabran şəhərinin X16 küçəsində yerləşən “Sünbül” kafesinin yaxınlığında Tərlan Məmmədova yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Tərlan Məmmədov etiraz etməyərək onlarla birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. X13 Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən X4 üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşyaları təqdim olunması təklif olunmuşdur. X8 əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd üzərində “Coca Cola” etiketi içərisində rəngsiz məhlul olan plastmas qab və digər əşyaları masanın üzərinə qoymuşdur. Tərlan Məmmədov üzərindən aşkar olunmuş bir ədəd plastmas qabdakı həmin məhlulun narkotik vasitə metadon məhlulu olduğunu və həmin narkotik maddəni tutulmamışdan təxminən 02 (iki) saat əvvəl Şabran şəhər sakini tanışı Cəfər adlı şəxsdən 60 manat pul müqabilində aldığını bildirmişdir. Tərlan Məmmədovun üzərindən aşkar edilən bir ədəd plastmas qabdakı narkotik vasitə metadon məhlulu maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd kağız paketdə qablaşdırılıb möhürlənmişdir. Bundan sonra Tərlan Məmmədova narkotik vasitəni satan şəxsin Şabran şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri X16 küçəsi ev 1, mənzil 12 ünvanında yerləşən evinə müstəntiq tərəfindən vəkilin və onların iştirakı ilə videçəkillişlə baxış keçirilmiş və Təqsirləndirilən şəxs yataq otağında yerləşən yataq dəstinin baş hissəsindəki divara bərkidilmiş məhəccərin üzərindən 01 (bir) ədəd üzərində “Fruto TİME” yazısı olan içərisində ağ rəngli məhlul olan plastik qabı təqdim edərək, həmin qabın içərində narkotik vasitə metadon məhlulu olduğunu, həmin məhlulun özünə məxsus olmasını və həmin narkotik vasitədən tanışı Tərlan Məmmədova satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus yataq otağından aşkar edilən 01 (bir) ədəd 500 millilitrlik plastmas qabın içərisində narkotik vasitə metadon olan məhlul maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd paketdə qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin materiallarının başqa cinayət işindən ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi ayrılmış və həmin işə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1-2-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanmış (cinayət işinin İ cildinin 5-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis X1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və Şabran rayonunun ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur (cinayət işinin İ cildinin 7-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli, 3-13-107/Ə37/24 nömrəli əmrdən görünür ki, X3 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və Şabran rayonunun ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin İ cildinin 8-9-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərardan görünür ki, X3 narkotik vasitələrin qanunsuz qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, X3 ətrafında əməliyyat müşahidələri keçirilməsi və dərhal onun narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə üzərinə baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 10-12-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə, saat 12:15-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 18-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:30-dan 12:45-dək olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında X3 üzərində keçirilmiş şəxsi axtarış nəticəsində onun əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd üzərində “Coca Cola” etiketi içərisində rəngsiz məhlul olan plastmas qab, 01 (bir) ədəd cib dəsmalı, sağ yan cibindən bir ədəd alışqan, bir ədəd “Nokia” markalı mobil telefon, əynində olan qara rəngli cins şalvarın yan cibindən “Kapital” banka aid 01 (bir) ədəd plastik kart, 01 (bir) ədəd üzərində “BakıKart” yazısı olan kart, 01 (bir) ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən ümumilikdə 72 (yetmiş iki) manat pul təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş cib dəsmalı, bir ədəd alışqan, bir ədəd “Nokia” markalı mobil telefon, Kapital Banka aid 01 (bir) ədəd plastik kart, 01 (bir) ədəd üzərində “Bakı Kart” qazısı olan kart, ümumilikdə 72 (yetmiş iki) manat pul baxıldıqdan sonra onun özünə qaytarılmışdır. Bununla yanaşı X8 üzərindən aşkar olunmuş bir ədəd plastmas qabdakı həmin məhlulun narkotik vasitə metadon məhlulu olduğunu və həmin narkotik maddəni xx.xx.2024-cü il tarixdə tutulmamışdan təxminən 02 (iki) saat əvvəl Şabran şəhər sakini tanışı Cəfər adlı şəxsdən 60 (altmış) manat pul müqabilində aldığını bildirmişdir (cinayət işinin İ cildinin 36-37-ci vərəqələri). - xx.xx.2024-cü il tarixdə, saat 12:30-dan 12:45-dək olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında X3 üzərində keçirilmiş şəxsi axtarışın DVD diskdəki videogörüntüsündən görünür ki, X3 üzərində keçirilmiş şəxsi axtarış nəticəsində onun əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd üzərində “Coca Cola” etiketi içərisində rəngsiz məhlul olan plastmas qab, 01 (bir) ədəd cib dəsmalı, sağ yan cibindən bir ədəd alışqan, bir ədəd “Nokia” markalı mobil telefon, əynində olan qara rəngli cins şalvarın yan cibindən “Kapital” banka aid 01 (bir) ədəd plastik kart, 01 (bir) ədəd üzərində “BakıKart” yazısı olan kart, 01 (bir) ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən ümumilikdə 72 (yetmiş iki) manat pul təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş cib dəsmalı, bir ədəd alışqan, bir ədəd “Nokia” markalı mobil telefon, Kapital Banka aid 01 (bir) ədəd plastik kart, 01 (bir) ədəd üzərində “Bakı Kart” qazısı olan kart, ümumilikdə 72 (yetmiş iki) manat pul baxıldıqdan sonra onun özünə qaytarılmışdır. Bununla yanaşı X8 üzərindən aşkar olunmuş bir ədəd plastmas qabdakı həmin məhlulun narkotik vasitə metadon məhlulu olduğunu və həmin narkotik maddəni xx.xx.2024-cü il tarixdə tutulmamışdan təxminən 02 (iki) saat əvvəl Şabran şəhər sakini tanışı Cəfər adlı şəxsdən 60 (altmış) manat pul müqabilində aldığını bildirmişdir (cinayət işinin İ cildinin 37-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/1247 nömrəli ekspert rəyində göstərilmişdir ki, X3 üzərindən aşkar edilərək götürülmüş 300 millilitrlik plastik butulkada olan 140 millilitr səffaf rəngsiz maye kustar üsulla hazırlanmış metadon məhluludur (cinayət işinin İ cildinin 44-48-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, X8 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 50-51-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X3 verdiyi ifadələrdə göstərdiyi "Cəfər" adlı şəxsin Şabran şəhəri, X16 küçəsi, ev 1, mənzil 12 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü X9 olduğu aşkar edilmişdir və X9 xx.xx.2024-cü il tarixdə Şabran şəhərinin X16 küçəsi ərazisində yerləşən Şabran şəhər avtovağzalının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir (cinayət işinin İ cildinin 82-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X9 xx.xx.2024-cü il tarixdən, saat 15:00dan başlayaraq ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 84cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli evə baxış və götürmə haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə, saat 16:00-dan 16:10-a kimi olan müddət ərzində X5 qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı Şabran şəhəri, X16 küçəsi, ev 1, mənzil 12 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs ona məxsus yataq otağında yerləşən yataq dəstinin baş hissəsindəki divara bərkidilmiş məhəccərin üzərindən 01 (bir) ədəd üzərində “Fruto Time” yazısı olan içərisində ağ rəngli məhlul olan plastik qabı təqdim edərək, həmin qabın içərində narkotik vasitə metadon məhlulu olduğunu və həmin məhlulun özünə məxsus olmasını bildirmişdir (cinayət işinin İ cildinin 104-105-ci vərəqələri). - Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tarixdə, saat 16:00-dan 16:10-a kimi olan müddət ərzində X5 qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı Şabran şəhəri, X16 küçəsi, ev 1, mənzil 12 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış və götürmənin DVD diskdəki videogörüntüsündən görünür ki, keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs ona məxsus yataq otağında yerləşən yataq dəstinin baş hissəsindəki divara bərkidilmiş məhəccərin üzərindən 01 (bir) ədəd üzərində “Fruto Time” yazısı olan içərisində ağ rəngli məhlul olan plastik qabı təqdim edərək, həmin qabın içərində narkotik vasitə metadon məhlulu olduğunu və həmin məhlulun özünə məxsus olmasını bildirmişdir (cinayət işinin İ cildinin 106-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protkolundan görünür ki, X8 ilə Təqsirləndirilən şəxs arasında Şabran Rayon Polis Şöbəsinin inzibati binasında keçirilmiş üzləşdirmə nəticəsində X2 Cəfər Cərulla oğlunun üzünə ondan 60 (altmış) manat pul qarşılığında narkotik vasitə olan 150 (yüz əlli) millilitr metadon aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə buna cavab olaraq X3 üzünə onun ondan həmin narkotik vasitəsi 60 (altmış) manat yox, 40 (qırx) manat pul qarşılığında aldığını bildirmişdir (cinayət işinin İ cildinin 113-114-cü vərəqələri). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1247 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs evindən götürülmüş 500 (beş yüz) millilitrlik plastik qab Təqsirləndirilən şəxs (imza) “ yazısı və imzalar olan paketdə üzərində “Fruto TİME” etiketi olan 500 (beş yüz) millilitrlik plastik butulkadakı 39 (otuz doqquz) millilitrlik həcmində şəffaf rəngsiz maye kustar üsulla hazırlanmış metadon məhluludur və həmin məhlulda metadon madəsinin miqdarı 0,032 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 115-118-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələrinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 119-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 121-122-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-17/2024 nömrəli , xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən, saat 15:00-dan hesablanmaqla "həbs" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 138-144-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir (cinayət işinin İ cildinin 161ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-1671/2024 nömrəli xasiyyətnamədən görünür ki, Şabran şəhəri, X16 küçəsi, ev 1, mənzil 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakretizə olunur (cinayət işinin İ cildinin 163-cü vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X14 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2188 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 175-176-cı vərəqələri). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "respublika Narkoloji Mərkəzi" X14 xx.xx.2024-cü il tarixli, xx/xx-7526 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "respublika Narkoloji Mərkəzi" X15 göstərilən mərkəzdə könüllü surətdə stasionar müalicədə olub. O, xx.xx.2022-ci i tarixdə metadonla əvəzedici terapiya proqramına qəbul olunub. 2024-cü ilin aprel ayında proqramdan çıxarılmışdır (cinayət işinin İ cildinin 200-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 244-245-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3342 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş X3 üzərindən aşkar edilərək götürülmüş metadon məhlulu Təqsirləndirilən şəxs evindən götürülmüş metadon məhlulu ilə öz aralarında bir-biri ilə tərkibindəki komponentlərinə görə eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 269-271-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ümumilikdə tərkibində metadon maddəsinin miqdarı 0,032 qram olan metadon məhlulu iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Bununla yanaşı X5 yaşadığı evdə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD diskdə cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 274-275-ci vərəqələri). - ********** nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin İİ cildinin 69-78-ci vərəqələri). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməsi sübuta yetirildi və həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və yaxud təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakretizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır, iş üzrə maddi sübutlar olan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ümumilikdə tərkibində metadon madəsinin miqdarı 0,032 qram olan metadon məhlulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalı və Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan ekspertiza tədqiqatlarının dəyəri 228 (iki yüz iyirmi səkkiz) məbləğində ekspertiza xərcləri tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar: Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ümumilikdə tərkibində metadon madəsinin miqdarı 0,032 qram olan metadon məhlulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X7, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelkyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-51/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-51/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver