Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-52/2021 20.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X1, Müdafiəçi iştirakları ilə 1997-ci il 16 may tarixdə Xaçmaz rayonunda anadan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, qeyri rəsmi nigah münasibətlərində olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, Şabran rayonu, Aygünlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında» iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvəllərindən başlayaraq yaşadığı evdə, rəsmi nikaha daxil olmaq üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdıqdan sonra aralarında olan sevgi münasibətlərini müvafiq qaydada rəsmiləşdirməklə ailə qurmaq niyyətində olduğu və 2020-ci ilin noyabr ayının axırlarından onunla bir evdə yaşayan, 05 iyun 2005-ci il tarixdə doğulmaqla aralarındakı yaş fərqi iki ildən artıq olan və onun üçün aşkar surətdə 16 yaşına çatmayan Xaçmaz şəhər sakini X10 ilə sonuncunun könüllü razılığı əsasında bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Şabran rayonu Aygünlü kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Onunla bir evdə atası, anası, qardaşı və bir bacısı yaşayır. 2020-ci ilin yay aylarında Xaçmaz rayonunda yerləşən fındıq bağlarına işləmək üçün getmiş və orada günəmuzd olaraq fındıq yığaraq işləmişdir. 2020-ci ilin təxminən avqust ayında həmin bağlarda işləyərkən təsadüfən Xaçmaz şəhərində yaşayan Rəsimə adlı qadının Aygün adlı qızı ilə tanış olmuş və onunla aralarında sevgi münasibətləri yaranmışdır. Şabran rayonu Aygünlü kəndində yerləşən yaşadığı evə qayıtdıqdan sonra onunla telefonla danışmış və Zərərçəkmiş şəxs 15 yaşı olmasını bilməsinə baxmayaraq onunla evlənmək istəmişdir. Aygün də onu sevdiyi üçün onların Xaçmaz şəhərində yerləşən evlərinə elçi göndərməsini ondan xahiş etmişdir. 2020-ci il noyabır ayının təxminən axırlarında valideyinlərini onların yaşadıqları evə elçi göndərmişdir. Onların evində Aygünün də valideyinləri onların ailə qurmaqlarına razı olduqdan sonra Zərərçəkmiş şəxs yaşadığı Şabran rayonunda yerləşən evinə gətirmişdir. 2020-ci ilin dekabr ayının təxminən əvəllərində gecə saat 23 radələrində öz otağında olan çarpayıda ilk dəfə olaraq Zərərçəkmiş şəxs ilə onun öz istəyi ilə könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Şabran rayonu Aygünlü kəndində yerləşən evində qeyri rəsmi həyat yoldaşı olan Aygünlə birlikdə yaşayır. Aygünlə bir-birlərini sevirlər və gələcəkdə onun yaşı imkan verən kimi rəsmi olaraq nigah bağlayacaqlar. Başa düşür ki, səhv etmişdir, xahiş edir ona yüngül cəza verilsin. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilərək göstərdi ki, Xaçmaz şəhəri H.Fərzəliyev küçəsi ev 57-də qeydiyyatda olmasına baxmayaraq hazırda Şabran rayonu Aygünlü kəndində həyat yoldaşı Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə birlikdə yaşayır. 4-cü sinifə qədər Xaçmaz şəhəri 5 saylı orta məktəbdə təhsil almış və sonra ailəsinin maddi problemləri olduğuna görə məktəbə getməmişdir. Məktəbə getdiyi zaman qiymətləri orta səviyyədə olmuş və həmişə dərslərə getmişdir. 2020-ci ilin təxminən avqust ayında Xaçmaz rayonunda yerləşən fərdi fındıq bağlarda anası Rəsimə ilə birlikdə fındıq yığmağa gedib və orada işəlyərkən Şabran rayonunda yaşayan Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxsla aralarında sevgi münasibətləri yaranmış və 2020-ci ilin noyabr ayına qədər anasının mobil telefonu ilə Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. Bir-birlərini sevdiklərinə görə evlənmək qərarına gəlmiş və bu barədə anasına demişdir. Təqsirləndirilən şəxs yaşadığı evə elçi göndərmək istədiyini ona dediyinə görə buna etiraz etməyərək valideyinlərinə bu barədə məlumat vermişdir. 2020-ci noyabır ayının təxminən axırlarında Təqsirləndirilən şəxs valideyinləri onların yaşadıqları evə elçi gəldikdə Təqsirləndirilən şəxs ərə getməyə öz razılığımı vermiş və valideyinləri də onlara öz xeyr dualarını vermişlər. Respublika ərazisində yaranmış karantin rejimi ilə əlaqədar toyları olmasa da həmin zaman yəni 2020-ci noyabır ayının təxminən axırlarında Elvinlə birlikdə onun yaşadığı Şabran rayonu Aygünlü kəndinə getmişdir. 2020-ci dekabr ayının təxminən əvəllərində gecə saat 23 radələrində ilk dəfə öz istəyi ilə könüllü olaraq həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan çarpayıda təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Hazırda Elvin və onun valideyinləri ilə birlikdə Şabran rayonu Aygünlü kəndində yerləşən evində yaşayır. Təqsirləndirilən şəxsla bir-birlərini sevirlər və ondan heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə onun yaşı imkan verən kimi Elvinlə rəsmi olaraq nigah bağlayacaqlar. Bu barədə o, ərizə yazıb məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 göstərdi ki, Xaçmaz şəhəri H.Fərzəliyev küçəsi ev 57-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Dörd uşağı vardır, bir qızı ərə getmiş, bir oğlu və iki qızı isə onunla yaşayır. Aygün onun ortancıl qızıdır və o, 4-cü sinifə qədər Xazmaz şəhəri 5 saylı orta məktəbdə təhsil almışdır. 2020-ci ilin yay aylırında qızı Aygünlə birlikdə Xaçmaz rayonunda yerləşən fərdi fındıq bağlarına fındıq yığmağa getmiş, həmin zaman qızı Aygün Şabran rayonunda yaşayan Elvin adlı şəxslə tanış olduğunu və bir-birlərinə qarşı sevgi münasibətləri yaranmasını barə ona dedikdən sonra onların münasibətlərinə etiraz etməmişdir. 2020-ci ilin noyabır ayının axırlarında qızı X15 rayonu Aygünü kəndində yaşayan Təqsirləndirilən şəxsla telefonla danışdığını və bir-birlərini sevdikləri üçün Elvinin valideyinlərinin yaşadıqları evə elçi gəlmək istədiklərini ona bildirmişdir. Həyat yoldaşı Aslana bu barədə məlumat verdikdən sonra o, da qızlarının istəyinə qarşı çıxmayaraq Təqsirləndirilən şəxs valideyinlərinin onların evlərinə elçi gəlmələrinə öz razılıqlarını vermişdir. 2020-ci ilin noyabr ayının təxminən axırlarında Təqsirləndirilən şəxs valideyinləri onların onların evinə elçi gəlib və Elvinlə qızları Aygünlə ailə həyatı qurmaq istədiklərini ona bildirmişlər. Aygünün yaşının az olmasını Elvinin valideyinlərinə desələr də Aygün və Elvinin öz istəklərinə qarşı çıxa bilməmişlər. Ailə həyatı qurmaq istədiklərini onlara dedikləri üçün çarəsiz qalaraq valideyin kimi onlara öz xeyri-dualarını vermişlər. Respublika ərazisində yaranmış karantin rejimi ilə əlaqədar nişan və toy etməmişlər. Həmin zaman yəni 2020-ci ilin noyabr ayının təxminən axırlarında yəni elçi gəldikləri gün Təqsirləndirilən şəxs qızı Aygünü öz istəyi ilə yaşadığı Şabran rayonuna aparmışdır. Aygünü məcburən ərə verməmiş və onlar bir-birlərini sevdiklərinə görə onların istəklərinə qarşı çıxmayaraq onların ailə qurmalarına razılıqlarını vermişlər. Qızı Aygün və kürəkəni Elvin bir-birlərini sevirlər və gələcəkdə qızının yaşı imkan verən kimi onlar rəsmi olaraq nigah edəcəklər. Təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 şahid qismində dindirilən Rəsimə Abuşovanın ifadəsində göstərdiklərini bir daha təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Şabran rayonu Aygünlü kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 3 uşağı vardır, Elvin Əkbrəov onun kiçik oğludur. Elvin 2020-ci ilin təxminən noyabr ayının axırlarında Xaçmaz şəhərində yaşayan Aygün Abışovanı sevdiyini və onunla evlənmək istəydiyini ona və atasına dediyi üçüü buna etiraz etməmişlər. Buna görə də bir neçə gündən sonra Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhərində yerləşən evlərinə elçi getmişlər. Zərərçəkmiş şəxs valideyinləri anası Rəsimə və atası Aslan qızlarının yaşının az olmasını onlara desələr də onların evlənmələrinə razılıq vermişlər. Ona görə ki, Zərərçəkmiş şəxs özü də onun oğunu sevdiyini və Elvinə ərə getmək istədiyini bildirmişdir. Respublika ərazisində yaranmış pandemiya yəni karantin rejimi əlaqədar onlara toy etməmişlər. Bir neçə gün sonra 2020-ci noyabır ayının təxminən axırlarında Aygün oğu Elvinlə birlikdə Xaçmaz şəhərindən onların yaşadıqları Şabran rayonu Aygünlü kəndində yerləşən evlərinə gəlmişlər. Həmin vaxtdan Aygün oğu Elvinlə ər-arvad kimi bir yerdə yaşayırlar və gəlininin yaşı imkan verən kimi onlar rəsmi olaraq nigah bağlayacaqlar. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspetizasının 30 aprel 2021-ci il tarixli 61 saylı rəyi ilə müəyyən edilmişdir ki, X6 məhkəmə-tibbi ekspertizasında bədən səthində xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən çox olduğuna görə müddəti müəyyən etmək mümkün deyil. Zərərçəkmiş şəxs həkim genekoloqla aparılmış əlavə konsultativ müayinəsində təsdiq olunmamış hamiləlik qeydə alınmamışdır, hamiləliyin olub-olmaması üçün sonuncunun həkim genekoloq tərəfindən təkrari müayinəsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli 584 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Aygünlü kəndində ailə üzvləri – atası –X4, anası-Şahid3, bacısı – X2, qardaşı-X7 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbləri və şikayətləri yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertiza rəyi və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Anar Bağırovun əməlində cəzasını ağırlaşdıran halların olmamasını müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəsizlik dərəcəsini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları, eləcə də zərərçəkmiş şəxslə mehriban ailə şəraitində bir yerdə yaşamalarını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şabran rayonu Rəhimli kəndi ərazisində yerləşən «Bağçalı» oteldə keçrilmiş toy şənliyinin 4 (dörd) ədəd fotoşəkillərin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri və cinayət yolu ilə əldə olunmuş əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddətinə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 gün müddətinə Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protest verilə bilər. Hakim : Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №1(031)-52/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-52/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver