Məhkəmə qərarları › İş №1(031)-52/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-52/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-52/2023 27.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Samur-Abşeron su kanalında qaynaqçı işləyən, ünvan 1-də pasport qeydiyyatında olmaqla, Şabran şəhəri, 5 sotlar yaşayış massivində yaşayan, barəsində Şabran rayon məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Şabran şəhəri, 5 sotlar yaşayış massivində Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs aralarında birgə yaşadıqları evdə ailə münasibətləri zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə əli ilə və yerdən götürdüyü dəmir parçası ilə vuraraq, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurmaqla sonuncuya sağ bazu nahiyəsinin aşağı və orta üçdəbiri hissəsinin, sol said və qarın nahiyələrinin qançırlarından, sağ əlin 2-ci, sol əlin 1-ci barmağının əzilmiş yarasından, sol said, sol diz və hər iki döş vəzi nahiyələrinin sıyrılmış yaralarından ibarət bədən xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi Nazilənin qızıdır, 2006-cı ildə ailə həyatı qurmuşlar, birgə nigahdan Gülbahar və Nəzirin adlı qız övladları olmuş, Şəfəq ilə əvvəllər münasibətləri yaxşı olsa da, son vaxtlar aralarında tez-tez mübahisələr baş vermiş, mübahisə etmələrinə səbəb isə Şəfəqə kimsə yalan məlumat verərək onun başqa qadınlar ilə görüşdüyünü bildirmələri olmuş, təxminən 6 ay əvvəl Şəfəq ona tanışları onun başqa qadınlar ilə münasibət qurduğu barədə ona məlumat verdiklərini demiş, bu mövzuda aralarında söz mübahisəsi baş versə də Şəfəqi başqa qadınlar ilə görüşmədiyinə əmin etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığları evdə Şəfəq ona güya onun başqa qadınlar ilə yenə münasibət saxlayaraq görüşdüyünü demiş, bu mövzuda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər aralarında söz mübahisəsi baş vermiş, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığları evdə Şəfəq ilə yenə aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı Şəfəqi sözlə başa sala bilmədiyi üçün Şəfəqin bədən nahiyələrinə əl zərbələri endirmiş, Şəfəqin dişləri taxma olduğu üçün baş nahiyəsinə vurmamağı xahiş etdiyinə görə yerdə olan dəmir parçasını götürərək Şəfəqin bədəninin müxtəlif nahiyələrinə vurmuş, xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində Şəfəq Bakı şəhərində yaşayan valideyinlərinin evinə getmək istədiyini ona bildirdikdə Şəfəqin getməsinə razılıq verməmiş, lakin Şəfəq Bakı şəhərinə getməkdə israrlı olduğu üçün aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı Şəfəqi əl və ayaq zərbələri ilə vurmuş, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərində Şəfəqi döyməsi nəticəsində Şəfəq bədəninin müxtəlif nahiyələrindən xəsarət almış, Şəfəq ilə aralarında mübahisə olan zaman yanlarında heç kim olmamış, övladları isə 1 aydan çoxdur ki, Bakı şəhərində yaşayan nənəsi Nazilənin yanında olmuşlar. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, 2006-cı ildə ailə həyatı qurmuşlar, birgə nigahdan Gülbahar və Nəzrin adlı qız övladları olmuş, Zaur ilə ailə qurandan sonra aralarında teztez mübahisələr baş vermiş, Zaurla mübahisə etməsinə səbəb isə, Zaurun başqa qadınlar ilə münasibət quraraq görüşməyi olmuş, Zaur ilə söhbət etdiyi zaman Zaur ona başqa qadınlar ilə münasibət saxlayaraq görüşdüyünü demiş, bu səbəbdən daim aralarında mübahisələr baş vermiş, iki qız övladının xətirnə Zaurdan ayrılmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığları evdə Zaura “başqa qadınlar ilə görüşmə, evinin prablemləri ilə marağlan” demiş, belə mövzuda hər gün yəni xx.xx.2023-cü il tarixə qədər aralarında söz mübahisəsi baş vermiş, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığları evdə Zaur ilə yenə aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı Zaur onun üzərinə gələrək bədən nahiyələrinə əl zərbələri ilə vurmağa başlamış, Zaurun onu döyməyi nəticəsində hər iki əl nahiyələrinə, ayaq, boyun və baş nahiyələrinə xəsarətlər yetirmiş, Zaur onun halsız olduğunu görərək yaşadığı evin həyətyani sahəsindən küçəyə çıxartmış, o küçədə 1 saatdan çox qaldıqdan sonra Zaur onu evə çağırmış, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhərində yaşayan valideyinlərinin evinə getmək istədikdə təkrar aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı Zaur onun bədən və baş nahiyələrinə əl və ayaq zərbələri ilə vurmağa başlamış, o Zaurun əlindən çıxaraq qaçmaq istdədikdə Zaur yerdən dəmir parçası götürərək onu dəmir parçası ilə döyməyə başlamış, Zaur ilə aralarında mübahisə olan zaman yanlarında heç kim olmamış, övladları isə 1 aydan çoxdur ki, Bakı şəhərində yaşayan nənəsi Nazilənin yanında olmuşdur. xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə əri Zaurun onu döyməsi nəticəsində baş nahiyəsindən, bədəninin isə sinə, hər iki qol, hər ayağ nahiyələrindən xəsarətlər almışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə 30 avqust 2023-cü il tarixdə ərizə ilə və 26 sentyabr 2023-cü il tarixdə teleqramla müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayətinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə tibb ekspertizasının keçirilməsinə dair MTE və PA Birliyinin xx.xx.2023-cü il tarixli 163 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında bədəni üzərində sağ bazu nahiyəsinin aşağı və orta üçdəbiri hissəsinin, sol said və qarın nahiyələrinin qançırları, sağ əlin 2-ci, sol əlin 1-ci barmağının əzilmiş yarası, sol said, sol diz və hər iki döş vəzi nahiyələrinin sıyrılmış yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sağ bazu nahiyəsinin aşağı üçdəbiri hissəsinin qançırının yaranma müddəti 1-2 günə qədər olub 24 iyul 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Qalan xəsarətlərin yaranma müddəti 4-6 günə qədər olub 20 iyul 2023-cü il tarixə uyğun gəlir və hamısı birlikdə səhhətinqısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə .zünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntularına yol verməmişdir. Sakinlərə qarşı hörmətsizliklər etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki iş üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar