Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-55/2023 20.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X21 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1980-ci il tarixdə Dəvəçi rayonunun Qorğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran rayonu, Qorğan kəndi ünvanında qeydiyyatda olan və barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qətnaməni üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin 3(031)-115/2022 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx.xx.2023-cü il tarixinə kimi 4025,00 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi zaman aylıq aliment ödənişlərini keçmiş həyat yoldaşına gecikdirmədən edib. Lakin hazırda o, ixtisara düşüb və bu səbəbdən də icra sənədi üzrə ödənişləri vaxtı-vaxtında edə bilməyib. Özü iş olanda tikintilərdə işləyərək özünü dolandırır, lakin aylıq qazancı ona aliment ödənişlərini tam şəkildə etməyə imkan verir. Hal-hazırda maddi vəziyyətinin ağır olması səbəbi ilə ödənilməmiş qalan aliment borcunu ödəmək iqtidarında deyil. Törətdiyi əməldən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq 2021-ci ilin avqust ayında ixtisara düşdüyü üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən işdən çıxarıldığını, işlədiyi zaman aylıq aliment ödənişinin 136 manat, əmək haqqısının isə 350 manat təşkil etdiyini, həmin vaxtlar aliment ödənişlərinin birbaşa əmək haqqından tutulduğunu, işdən çıxdıqdan sonra icra sənədi üzrə ödənişləri edə bilmədiyini, azadlığa çıxacağı təqdirdə işləyib yaranmış aliment borcunu hissə-hissə ödəyə biləcəyini, lakin hazırda ödənilməmiş qalan aliment borcunu tam şəkildə ödəmək iqtidarında olmadığını, müdafiəçinin sualına cavab olaraq 4025,00 manat məbləğində ödənilməmiş aliment borcundan hazırda ödəniş etmək iqtidarında olmadığını, lakin azadlığa çıxacağı təqdirdə işləyərək hissə-hissə ödənişlər edib həmin aliment borcunu tam şəkildə ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixdə teleqram vasitəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, himayəsində azyaşlı övladının olması səbəbi ilə xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək təqsirlərinlən şəxs Təqsirləndirilən şəxs ağır cəza verilməsi xahiş etmişdir. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, Təqsirləndirilən şəxs Şabran rayon sakini kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2015-ci il tarixdə ailə qurmuşlar, 2016-cı ildə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən xx.xx.2017-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Uzun zaman mehriban və xoşbəxt ailə şəraitində yaşamışlar. Lakin sonradan onların ailə münasibətləri çox pis olmuşdur. Belə ki, xasiyyətləri uyğun gəlməmiş, ona qarşı şiddət göstərmiş, tez-tez aralarında mübahisələr yaranmışdır. Əlavə olaraq qeyd etmişdir ki, övladlarının qız olması səbəbindən Təqsirləndirilən şəxs uşaqdan imtina etmişdir. Bu səbəbdən ayrılmışlar və övladı onun himayəsində qalmışdır, övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati qərarına əsasən Təqsirləndirilən şəxs 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək AR CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixə ödənməmiş aliment borcu 4025,00 manat təşkil etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olur. Evli olduqları vaxtlarda Dəmiryol Stansiyasında çilingər işləməklə, rəsmi olaraq aylıq 310,00 manat əmək haqqı almışdır. Hazırda müxtəlif rayonlarda ustalıqla məşğuldur. Bildiyinə görə sonuncu dəfə Zəngilan rayonunda işləməklə, aylıq təxminən 800,00-1000,00 manat qazanc əldə etmişdir. Təqsirləndirilən şəxs bu müddət ərzində alimenti ödəyə biləcəyini, sadəcə ödəmək niyyəti olmadığını, övladı ilə maraqlanmadığını əlavə etmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 göstərmişdir ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-972/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə heç bir ödəniş etməmiş, və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək cəmi 4025,00 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, yenidən izahatı alınıb AR CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbər edilməyinə baxmayaraq, Təqsirləndirilən şəxs təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək cəmi 4025,00 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə ödəməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsi xahiş etmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-972/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə ödəniş etməyib və onun həmin icra sənədi üzrə 6425 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-972/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə ödənişlər etmədiyini, təqsirləndirilən şəxs alimentin məbləğin 136 manat olduğu zaman ödənişlər etdiyini, lakin alimentin məbləği 175 manat olduqdan sonra ödənişlər etmədiyini, müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-972/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə ödənişləri zərər çəkmiş şəxsin hesabına etməli olduğunu və hazırda həmin icra sənədi üzrə hər-hansı bir ödəniş edilmədiyini bildirmişdir. AR CPM-nin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə şahid Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 iştirakı olmadan baxılmasına etiraz etməmələrini və şahid Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaqda iş üzrə digər şahid Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ilə eyni məzmunlu ifadə verməsini nəzərə alaraq, hazırki işə şahid Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-972/2021 saylı, 16 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə heç bir ödəniş etməmiş, və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək cəmi 4025,00 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin 3(031)-115/2022 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2022-ci il tarix qəbul edilmiş qərarına əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə, yenidən izahatı alınıb AR CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbər edilməyinə baxmayaraq, Təqsirləndirilən şəxs təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək cəmi 4025,00 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə ödəməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Şabran rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsi xahiş etmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində toplanmış material əsasında AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin 1-2-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimatdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə təqdimatla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmişdir (cinayət işinin 7- 8-ci vərəqələri). - Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)- 972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin mülki işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir (cinayət işinin 12-13 vərəqələri). - Abşeron Rayon Məhkəməsinin 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, həmin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir (cinayət işinin 14-16-cı vərəqələri). - xx.xx.2021-ci il tarixli, 140459-2021-49-2-E nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbi 10 (on gün) müddətində könüllü icra etməsi xahiş olunmuşdur (cinayət işinin 17-ci vərəqəsi). - xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar əsasında Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)- 972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır (cinayət işinin 18-ci vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Qorğan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 103 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun Qorğan kəndi ərazisində qeydiyyatda olmasına baxmayaraq, Şabran rayonunun Qorğan kəndində yaşamır (cinayət işinin 20-ci vərəqəsi). - xx.xx.2021-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cinayət işinin 22-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 200-13774-1221 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin X2 Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmaqla ölkəyə giriş-çıxışına məhdudiyyət qoyulmuşdur (cinayət işinin 23-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 200-14717-1221 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir (cinayət işinin 24-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 200-14771-1221 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə göndərildiyindən, onun barəsində olan axtarış işinə xitam verilərək ölkəyə giriş çıxışına qoyulmuş məhdudiyyət aradan qaldırılmışdır (cinayət işinin 25-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 140459/2020 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə təhvil verildiyindən, onun barəsində olan axtarış işinə xitam verilməsi xahiş edilmişdir (cinayət işinin 26-cı vərəqəsi). - xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələb üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və həmin icra vərəqəsi üzrə 1050 manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəblərindən barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir (cinayət işinin 29-30cu vərəqələri). - Şabran Rayon Məhkəməsinin 3(031)-598/2021 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir (cinayət işinin 31-ci vərəqəsi). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizəyə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 900 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır və zərər çəkmiş şəxs həmin aliment borcunu tələb edir (cinayət işinin 32-ci vərəqəsi). - xx.xx.2022-ci il tarixli borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında aktdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Şabran rayonu, Qorğan kəndi ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçiriblər və Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)- 972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbin yönəldilə biləcəyi hər-hansı əmlak və ya qiymətli əşya aşkar edilmımişdir (cinayət işinin 36-cı vərəqəsi). - Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli, 140459/20 nömrəli məktubdan görünür ki, onun Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.2022-ci il tarixə 1400 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır (cinayət işinin 37-ci vərəqəsi). - xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cinayət işinin 39-cu vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 200-3201-1222 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin X2 Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmaqla ölkəyə giriş-çıxışına məhdudiyyət qoyulmuşdur (cinayət işinin 40-cı vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 200-3508-122 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir (cinayət işinin 41-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 200-3621-1222 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə göndərildiyindən, onun barəsində olan axtarış işinə xitam verilərək ölkəyə giriş çıxışına qoyulmuş məhdudiyyət aradan qaldırılmışdır (cinayət işinin 42-ci vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Qorğan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 03 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun Qorğan kəndi ərazisində qeydiyyatda olmasına baxmayaraq, Şabran rayonunun Qorğan kəndində yaşamır (cinayət işinin 44-cü vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 140459/2020 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə təhvil verildiyindən, onun barəsində olan axtarış işinə xitam verilməsi xahiş edilmişdir (cinayət işinin 46-cı vərəqəsi). - xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələb üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və həmin icra vərəqəsi üzrə 1575 manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəblərindən barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir (cinayət işinin 48-49cu vərəqələri). - Şabran Rayon Məhkəməsinin 3(031)-115/2022 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 gün müddətinə həbs növündə inzibati tənbeh təbiri tətbiq edilmişdir (cinayət işinin 50-52 vərəqələri). - Şabran Rayon Məhkəməsinin 8(031)-27/2022 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2022 il tarixdə qəbul edilmiş qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (cinayət işinin 56-cı vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Qorğan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şabran rayonu, Qorğan kəndi ünvanında qeydiyyatda olmasına baxmayaraq, Şabran rayonunun Qorğan kəndi ərazisində yaşamayan Təqsirləndirilən şəxs adına ev təsərrüfatı, qoyun-keçi və iri buynuzlu mal-qara yoxdur (cinayət işinin 61-ci vərəqəsi). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X5 Filialının Azərbaycan Respublikasının Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "Məşğulluq" altsistemində qeydiyyatı yoxdur (cinayət işinin 63-cü vərəqəsi). - xx.xx.2022-ci il tarixli, 140459/2020 nömrəli rəsmi xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 2625 manat məbləğində aliment borcunun yaranması barədə xəbərdar edilmiş və ondan 10 (on) gün müddət verilməklə həmin aliment borcunu zərər çəkmiş şəxsə ödəyib ödəniş qəbzini Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim etməsi tələb edilmişdir (cinayət işinin 65-ci vərəqəsi). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs barəsində Ar CM 306.1-ci maddəsi ilə cinayət işinin başlanmasının və onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir (cinayət işinin 66-cı vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Qorğan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyətnamədən görünür ki, X7 xx.xx.1980-ci il tarixdə Şabran rayonunun Qorğan kəndində anadan olmuşdur, yaşadığı müddət ərzində kəndin ictimai həyatında fəal olmuşdur, qonşuları vədigər kənd sakinləri arasında hər-hansı bir münaqişə ilə bağlı Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Qorğan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır (cinayət işinin 73-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli telefonoqramdan görünür ki, X1 Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 4025 manat məbləğində ödənilməmiş aliment borcunun olması barədə məlumatlandırılmışdır, lakin o, Bakı şəhərində olduğunu və həmin aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir (cinayət işinin 75-ci vərəqəsi). - 61 nömrəli, xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, həmin qərara əsasən Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin 80-81-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1980-ci il tarixdə Dəvəçi rayonunun Qorğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur (cinayət işinin 103-cü vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 104-107-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (cinayət işinin 108-109-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, onun barəsində axtarış elan olunmuşdur (cinayət işinin 111-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin 114-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs yeri xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir və o, tutularaq həmin günü saat 12:15-də Bakı Şəhəri Nərimanov Rayon Polis X9 Yerinə təhvil verilmişdir (cinayət işinin 119-cu vərəqəsi). - xx.xx.2023cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin 120-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 141-142-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli müvəqqəti saxlama təcridxanasından azad edilmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçildiyindən, o, xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Polis X9 Yerindən azad edilmişdir (cinayət işinin 145-ci vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 1(031)-55/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərara əsasən Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilmişdir. - Şabran Rayon Məhkəməsinin 1(031)-55/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam nöündə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:50 radələrində Şabran şəhərinin ərazisində tutularaq Şabran Rayon Polis X9 yerində təhvil verilmişdir. - Şabran Rayon Məhkəməsinin 1(031)-55/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixli qərara əsasən hazırki iş üzrə icraata təzələnmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq AR CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də AR CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. AR CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. AR CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. AR CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. AR CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, AR CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. AR CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, AR CM-nin 306.1 və 306.2-ci maddələrinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi, eyni əməllərin vəzifəli şəxs tərəfindən törədilməsi isə məsuliyyəti ağırlaşdıran tərkib əlaməti kimi müəyyən edilmişdir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, AR CM-nin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan cinayət əməlinin obyekti qismində ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış fiziki və ya hüquqi şəxslərin, habelə dövlətin mənafeləri çıxış edir. Əməlin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsi və ya ona maneçilik törədilməsi pozulmuş hüquqların bərpasını, təqsirli şəxslərin cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini və s. qeyri-mümkün etməklə dövlətin ədalət mühakiməsi sahəsində vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 3(031)-115/2022 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarına əsasən Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(012)-972/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbi icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra da icra sənədini icra etməmə kimi hərəkətlərini davam etdirməklə, icra sənədi üzrə tələb olunan məbləği ödəməmişdir. Bu da Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış və icrası məcburi sayılan məhkəmə qərarının qərəzli olaraq icra etməməsini bir daha təsdiq edir. Göründüyü kimi, AR CM-nin 306.1-ci maddəsinin sanksiyasında 05 (beş) növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri cəzası, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin hazırki vaxtadək zərər çəkmiş şəxsə olan aliment borcunu ödəməməsini, ibtidai və məhkəmə istintaqında yayınmasını, barəsində həmin ibtidai həm də məhkəmə istintaqı zamanı axtarış elan edilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi AR CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, təqsirləndirilən şəxs qətnamə üzrə 4025,00 manat məbləğində aliment ödənişini xx.xx.2021-ci il tarixdən, son təqdimat verilən xx.xx.2023-cü il tarixədək qərəzli olaraq qəsdən ödəməmiş və məhkəmə istintaqı dövründə də yaranmış aliment borcunu ödəməyə cəhd etməmiş, buna dair hər hansı müsbət davranış sərgiləməmişdir. Bu hal onun qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə laqeyd münasibətinin göstəricisidir. Ona görədə təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla onun islah olunmasına, cəzanın məqsədinə nail olmaq olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Bakı Şəhəri Nərimanov Rayon Polis X9 Yerində saxlanıldığı 01 (bir) gün müddət barəsində təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalıdır. Belə ki, AR CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AR CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə Bakı Şəhəri Nərimanov Rayon Polis X9 Yerində saxlanıldığı 01 (bir) gün müddət barəsində təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə çıxılsın və onun barəsində qəti olaraq 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətinə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(031)-55/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-55/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver